Məhkəmə qərarları › İş №2-1(102)-1421/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1421/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1421/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 13 saylı Regional Ərazi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası; əmək kitabçasındakı iş illərinin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 13 saylı Regional Ərazi Filialına qarşı iş üzrə “25 illik əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(107)122/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 3 may 1956-cı il tarixdə doğulmuş, 4 may 1976-cı il tarixindən 13 may 1978-ci il tarixinədək Sovet Ordusunda hərbi xidmət keçmişdir.

2. İddiaçıya məxsus 31 yanvar 1970-ci il və 15 aprel 1979-cu il tarixli əmək kitabçalarının məlumatlarına əsasən, o 1 noyabr 1974-cü ildə əm ək fəaliyyətinə başlamış, 1 sentyabr 2010-cu ilədək fasilələrlə müxtəlif müəssisələrdə işləmişdir.

3. İddiaçı ona pensiya təyin edilməsi məqsədilə 31 may 2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 10 iyul 2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçıya məxsus əmək kitabçalarında olan məlumatlarda uyğunsuzluq (eyni müəssisədə Göyçay quşçuluq fabriki fərqli əmrlər – işə qəbul, işdən azad olunma əmrlərinin tarixlərində fərqlər, həmin dövrdə digər müəssisədə X1 işləmə faktı) 1979-1999cu illərin əmrlərinə şübhə yaratdığı üçün sığorta stajını yoxlamaq zərurəti yaranmışdır. Göyçay quşçuluq fabriki fəaliyyət göstərmədiyi və müəssisənin staj, əməkhaqqı barədə sənədləri X5 filialına təhvil verilmədiyi üçün iddiaçının həmin dövrdə fabrikdə işləməsinə dair faktı yo xlamaq mümkün olmamışdır. Həmin dövrün sosial sığorta stajı kimi hesablanması qanunamüvafiq deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək işlədiyi 25 illik iş dövrünün və əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun iki əmək kitabçası vardır. Belə ki, birinci əmək kitabçasını itirmişdi. Bu səbəbdən ikinci əmək kitabçasını almış, sonradan birinci əmək kitabçasını tapmışdır və hal-hazırda hər ikisini də qoruyub saxlayır. Cavabdeh id diaçıya bildirmişdir ki, hər iki əmək kitabçasında iş stajı üst-üstə düşür. Lakin faktiki olaraq burada heç bir iş stajı üst-üstə düşmür. Cavabdeh, iddiaçının quşçuluq fabrikində işlədiyi müddəti dövlət arxivində kötüyü olmadığı üçün iş stajı kimi nəzərə almasa da, vaxtilə onunla həmin fabrikdə birgə işləmiş iş yoldaşları şahid qismində məhkəməyə dəvət oluna bilər. İddiaçı hesab edir ki, 32 ilə yaxın əmək stajı olduğundan ona yaşa görə əmək pensiyası təyin olunmalıdır.

6. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Əlavə olaraq, iddiaçının sosial sığorta stajı aşağıdakı kimi göstərilmişdir: xx.xx.1974-xx.xx.1975=00-03-00 xx.xx.1975-xx.xx.1976=00-07-16 xx.xx.1976-xx.xx.1978=02-00-09 (hərbi xidmət dövrü) xx.xx.1978-xx.xx.1979=00-09-16 (SMU-1) – sənədləri yoxdur xx.xx.1979-xx.xx.1980=01-08-22 (Kökəltmə birliyi) -- əməkhaqqı cədvəlləri yoxdur xx.xx.1981-xx.xx.1981=00-08-03 (45 minlik quşçuluq fabriki) -- sənədləri yoxdur xx.xx.1981-xx.xx.1984=02-04-25 xx.xx.1985-xx.xx.1999=13-10-15 (Göyçay quşçuluq fabriki) -- sənədləri yoxdur xx.xx.2001-xx.xx.2005=03.01.00 (Göyçay Melioservis idarəsi) - əməkhaqqı cədvəllərinə əsasən

7. Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2-1(116)-1149/2021 nömrəli qərardadı ilə (hakim V.Ə.Musayev) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 13 saylı Regional Ərazi Filialı – hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödəni şlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(116)-159/2022 nömrəli qərarı ilə (hakim V.Ə.Musayev) iddia təmin edilmiş, iddiaçının 1 noyabr 1974-31 yanvar 1975-ci illərdə (3 ay) X4 cəmiyyətində, 11 sentyabr 1975-27 aprel 1976-cı illərdə (7 ay 16 gün) 1 №-li univermaqda, 15 iyun 1978-1 aprel 1979-cu illərdə (9 ay 16 gün) SMU-1 “Azərittifaqda”, 9 aprel 1979-31 dekabr 1980-ci illərdə (1 il 8 ay 22 gün) 45 minlik quşçuluq fabrikində, 17 fevral 1981-20 oktyabr 1981-ci illərdə (8 ay 03 gün) Göyçay təsərrüfatlararası 45 minlik quşçuluq fabrikində, 26 oktyabr 1981-21 mart 1984-cü illərdə (2 il 4 ay 25 gün) X2, 20 mart 1985–5 fevral 1999-cu illərdə (13 il 10 ay 15 gün) X3, 1 noyabr 2001-1 sentyabr 2005-ci illərdə (3 il 01 a y) Göyçay Melioservis İdarəsində əmək fəaliyyəti müddəti və 4 may 1976–13 may 1978-ci illər üzrə (2 il 9 gün) hərbi xidmət müddəti (cəmi 25 il 5 ay 16 gün) sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı vaxtdan – 3 may 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırmasının predmeti olmuş hər iki əmək kitabçasının iddiaçı barəsində tərtib olunması heç bir şübhə doğurmur və əmək kitabçalarında qeyd olunan əmək fəaliyyəti dövrləri də üst-üstə düşmür. Belə ki, 31 yanvar 1970-ci ildə tərtib edilmiş əmək kitabçasında iddiaçını 1 noyabr 1974-cü ildə əmək fəaliyyətinə başlaması və 21 mart 1984-cü ildə əmək fəaliyyətinin sona çatması ilə bağlı qeydlər öz əksini tapıb. 15 aprel 1979-c u ildə tərtib edilmiş əmək kitabçasında isə iddiaçının 20 mart 1985-ci ildən 1 sentyabr 2010-cu ilədək əmək fəaliyyəti ilə bağlı qeydlər öz əksini tapıb. İddiaçının əmək stajı sözügedən əmək kitabçaları ilə təsdiq olunur və həmin əmək kitabçalarının mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müəssisənin sənədlərinin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, həmin sənədlərin arxivdə mövcud olmaması iddiaçının ziyanına şərh edilə bilməz. Belə olan halda, iddiaçının 21 yanvar 1970-ci ildə tərtib edilmiş əmək kitabçasında olan 6 il 5 ay 22 gün əmək stajı ilə, 15 aprel 1979-cu ildə tərtib edilmiş əmək kitabçasındakı 20 mart 1985 – 5 fevral 1999-cu illər üzrə 13 il 10 a y 15 gün əmək stajını topladıqda 20 il 4 ay 7 gün əmək stajı yaranır. İddiaçının 2 il 9 gün hərbi xidmətdə olması da işin mübahisəsiz halı olaraq sosial sığorta stajına daxil edilir. İddiaçının 1 noyabr 2001 – 1 sentyabr 2010-cu illərdə (8 il 10 ay) Göyçay Melioservis İdarəsində əmək fəaliyyəti ilə məşğul olduğu dövrün ona əmək haqqının ödənildiyi 3 il 1 ay müddətini cavabdeh özü də mübahisəsiz olaraq sığorta stajı kimi qəbul edir. Sadalanan iddiaçının əmək stajı müddəti ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etdiyindən 15 aprel 1979-cu ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının Göyçay Melioservis İdarəsində çalışdığı digər dövrün (1 yanvar 2006-cı ildən sonrakı) yoxlanılması, həmin dövrdə iddiaçıya əmək haqqının ödənilib-ödənilməməsinin müəyyən edilməsi, əmək ha qqı cədvəllərinin araşdırılması, o cümlədən Qanun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə iddiaçının fərdi uçot məlumatlarının yoxlanılması zərurəti yoxdur.

10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli 2-1(107)-122/2022 nömrəli qərarına əsasən (sədrlik edən R.R.Rəfiyev, hakimlər G.İ.Cavadova, V.İ.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(116)-159/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli 2-1(107)-122/2022 nömrəli qərarın ləğv edilməsi və ya inzibati işi yenidən araşdırmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubu və iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı 65 yaşı tamam olduğu 3 may 2021-ci il tarixində ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28800 manat pensiya kapitalına malik olmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə i şin hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.1, 3.4, 3.11, 5-ci bəndlərinin, eləcə də İnzibati Prosessual Məcəllənin 12.1, 58.7-ci maddələrinin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatın a imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. Sığortaolunanların qazanmış olduqları p ensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-) 18. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart t arixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. Əmək Məcəlləsi Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi ), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 20. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

21. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veril miş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq mü nasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mü bahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Məhkəmələrin araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçının 31 yanvar 1970-ci ildə tərtib edilmiş əmək kitabçasında olan 6 il 5 ay 22 gün əmək stajı ilə, 15 aprel 1979-cu ildə tərtib edilmiş əmək kitabçasındakı 20 mart 1985–5 fevral 1999-cu illər üzrə 13 il 10 ay 15 gün əmək stajını topladıqda 20 il 4 ay 7 gün əmək stajı yaranır. İddiaçının 2 il 9 gün hərbi xidmətdə olması da işin mübahisəsiz halıdır və həmin müddət də sosial sığorta stajına daxil edilir. 1 yanvar 2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qay dada sosial sığorta ilə əhatə olunmalı olduğuna görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və işəgötürən tərəfindən sosial sığorta haqlarının ödənilibödənilməməsi iddiaçının əmək kitabçasında olan müddətin onun sosial sığorta stajına daxil edilməsinə təsir göstərmir.

28. İnzibati orqan iddiaçının 1 noyabr 2001–1 sentyabr 2010-cu illərdə (8 il 10 ay) Göyçay Melioservis İdarəsində əmək fəaliyyəti ilə məşğul olduğu dövrün ona əmək haqqının ödənildiyi 3 il 1 ay müddəti sığorta stajı kimi qəbul etsə də, “Əmək pensiyaları haqq ında” Qanunun 22-1-ci maddəsinin tələblərini pozaraq iddiaçının 1 noyabr 2001–1 sentyabr 2010-cu illərdə (8 il 10 ay) Göyçay Melioservis İdarəsində işlədiyi illəri, həmçinin, 1 noyabr 2011-ci il tarixdən sonra da işlədiyi illəri nəzərə almamışdır.

29. İddiaçının əmək stajı müddəti ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etdiyindən 15 aprel 1979-cu ildə tərtib edilmiş əmək kitabçasında iddiaçının Göyçay Melioservis İdarəsində çalışdığı digər dövrün (1 yanvar 2006-cı ildən sonrakı) yoxlanılması, həmin dövrdə iddiaçıya əmək haqqının ödənilib-ödənilməməsinin müəyyən edilməsi, əmək haqqı cədvəllərinin araşdırılması, o cümlədən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə iddiaçının fərdi uçot məlumatlarının yoxlanılma sı zərurəti yoxdur.

30. Oxşar tələblə bağlı işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən görünür ki, iddiaçının əmək fəaliyyəti onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(107)-122/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 21(107)-122/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar