Məhkəmə qərarları › İş №2-1(102)-1421/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1421/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1421/2023 15.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkünlüyü, müddətin buraxılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “riskli vergi ödəyi cilərinin siyahısından çıxarılma” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-427/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və İddiaçı MMC-nin riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Sonradan iddiaçının nümayəndəsi və vəkili cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3339/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarı(hakim: A.Abdullayeva) ilə iddia təmin edilmişdir.

4. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

5. Bakı Apel yasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-427/2023 nömrəli qərarı ilə (hakimlər: S.Bəktaşi-sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3339/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

7. Cavabdehin nəzərinə çatdırılmışdır ki, onun tərəfindən kassasiya şikayəti müddət ötürülməklə verilmişdir.

8. Məhkəmə kollegiyası tərəfindən 30 iyun 2023-cü il tarixədək qeyd olunan çatışmazlığın aradan qaldırılması cavabdehə təklif o lunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə ona xəbərdarlıq edilmişdir. Bununla bağlı mövcud çatışmazlıqlar konkret qeyd edilməklə cavabdehə rəsmi bildiriş və sms xəbərdarlıq göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə (bundan sonra mətndə - İPM) Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

22. Müddətlər 2 2.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi ha llarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır.

11. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.

12. Kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi kassasiyanın mümkünlüyü əsaslarına aiddir.

13. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şikayətini n İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.

14. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhk əməsi vasitəsi ilə verilir.

15. İş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2023-cü il tarixli, 2-1(103)-427/2023 saylı qərarı 06 mart 2023-cü il tarixdə cavabdehə poçt vasitəsi ilə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 07 aprel 2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra Apelyasiya Məhkəməsinin dəftərxanasına təqdim edilmişdir.

16. Cavabdeh tərəfindən bildirişə cavab olaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunmuş məktubda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin xx.xx.2022-ci il tarixli, **********077500 saylı əmri il ə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması” Qaydalarının 21.1-ci bəndinə əsasən, daxil olan sənədin qeydə alınması AVİS kargüzarlıq altsistemində həmin sənəd haqqında zəruri məlumatların daxil edilməsindən ibarətdir. Qeyd edilənlərə əsasən, cavabdeh hesab edir ki, müddət ötürülməmişdir.

17. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, göstərilənlər məhkəmə qərarının 06 mart 2023-cü il tarixdə cavabdehə təqdim olunduğu faktını və müddətin axımının həmin tarixdən başlandığını istisna etmir. Bununla belə, məhkəməyə cavabdeh tərəfindən müddətin üzürlü səbəbdəb buraxıldığı və buraxılmış müddətin bərpası barədə ərizə təqdim olunmamışdır.

18. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən kassasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş müddət ö türülməklə verildiyindən, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

19. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar