Məhkəmə qərarları › İş №2-1(102)-1422/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1422/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1422/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1422/19 Bakı şəhəri 08 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Kəmaləddin Bədəlov və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh vəkili Fərhad Məmmədovun iştirakları ilə, cavabdeh Azərbaycan Respublika sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri XXX tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2-1(107)-145/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 dekabr 1978-ci il tarixdən 03 aprel 1979-cu il tarixədək X2 Emalı Fabrikinin çeşidləmə sexində çeşidləyici şagirdi, 03 aprel 1979-ci il tarixdən 01 dekabr 1981-ci il tarixədək yuyulmamış yunun və tullantının didilməsi ilə məşğul olan yumşaldıb-didən maşınların operatoru, 01 dekabr 1981-ci il tarixdən 01 sentyabr 1993-cü il tarixədək zavodun tullantıları parçalayıb qırma sexində didici işlədiyi illərin zərərli iş sahəsi kimi sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, qeyd etdiyi peşələrdə zərərli iş şəraiti olan müəssisədə işləməsi faktı ona məxsus əmək kitabçasında da öz təsdiqini tapmışdır. Lakin cavabdeh tərəfindən ona ünvanlanan məktubda göstərilmşdir ki, qeyd olunan illərlə bağlı X1 rayon filialında sənədlər saxlanılmadığından, onun imtiyazlı şərtlərlə bağlı əmək pensiyası hüququnun olmağı barədə və əmək haqqı arayışlarının əldə edilə bilməməsi səbəbindən, həmin sənədlərin qarşılıqlı yoxlanılmaması mümkün olmadığına görə onun imtiyazl ı şərtlərlə yaşa görə pensiya hüququ müəyyən etmək mümkün olmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Çünki, sənədlərin arxivə verilməsi onun vəzifə səlahiyyətində olmamışdır və buna görə də qeyd olunan hal onun imtiyazlı şərtlərlə yaşa görə pensiya hüququndan məhrum edilməsinə səbəb ola bilməz. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2-1(84)-1692/2018 saylı qərarı (hakim Vidadi Qasımov) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, istər mübahisəli hüquq münasibəti yaranan zaman, istərsə də hazırda qüvvədə olan əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktlarda əmək kitabçası əmək fəaliyyəti haqqında əsas sənəd hesab edildiyi üçün, iş stajının hes ablanması zamanı nəzərə alınmalıdır. İddiaçının əmək kitabçasının həqiqətə uyğun olmamağı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, onun imtinası əsassızdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda, cavabdeh buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ötürülmüş müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2-1(107)-145/2019 saylı qərarı ilə (sədrlik edən hakim Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev və Mübariz Hüseynov) cavabdehin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməm işdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, təqdim edilmiş ərizədə cavabdeh apellyasiya şikayətinin üzrlü səbəbdən ötürülməsinə dair əsaslı səbəblər göstərməmiş, həmçinin müddətin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı bir sübutu nə ərizəyə əlavə etmiş, nə də məhkəmə kollegiyasına təqdim etmişdir. Bununla bağlı cavabdehin göstərdiyi səbəblər qanunvericilikdə buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 24.1, 24.2, 24.3, 85.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsi, işin apellyasiya məhkəməsində baxılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassas iya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxılmışdır. Məhkəmə qərarı 12 noyabr 2018-ci il tarixdə alınmış və müavafiq rəyin alınması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Qeyd olunmuş qərarla bağlı rəyin gecikdirilməsi onlardan asılı hal olmamışdır. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11, 12, 13, 15, 24.1, 24.2, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddələrinə istinad olunmuşdur. Tərəflərin iştir akı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasınımümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Ş əki İnzibati-İqtisadi Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2-1(84)-1692/2018 saylı qərarının surəti cavabdehin ünvanına 05 noyabr 2018-ci il tarixdə göndərilmişdir. Cavabdeh qərarın surətini 12 noyabr 2018-ci il tarixdə poçt göndərişi barədə xəbərnaməyə imza edərək qəbul etmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti 08 yanvar 2019-cu il tarixdə poçt vasitəsilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış, 11 yanvar 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şi kayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Kassasiya baxışının predmetini apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəyə baxılması məsələsi təşkil edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehə məhkəmə qərarı rəsmi surətdə təqdim edilmiş, lakin müəyyən edilmiş prosessual müddət ötürülməklə apellyasya şikayəti verilmiş, müddətin üzürlü səbəbdən buraxılmasına dair sübutlar təqdim olunmamışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, məhkəmə qərarı alındıqdan sonra müvafiq rəyin alınması üçün yuxarı inzibati orqana göndərilmiş və bu səbəbdən apellyasita şikayəti prosessual müddət buraxılmaqla verilmişdir. Məhkə mə kollegiyası aşağıda göstərilənlərə əsasən şikayətin dəlili ilə razılaşmır. Azərbaycan Respublikası İPM-in: - 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, (...) proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır; - 75.3-ci maddəsinə əsaəsn, məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir; -- 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Bu müddəaların mənasına görə, təqdim edilmiş gün də nəzərə alınmaqla məhkəmə qərarından şikayət 30 gün müddətində verilməlidir. Bu müddətdən sonra verilmiş şikayət isə apellyasiya baxışının predmeti ola bilməz. İşin hallarına əsasən isə, cavabdehə qərar rəsmi qaydada təqdim edilmiş, həmin qərardan apellyasiya şikayəti isə 30 günlük müddət ötürülməklə verilmişdir. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə ə sasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Müddəaların mənasına əsasən, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o an lamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Cavabdeh tərəfindən müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsinə dair bildirdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, göstərilmiş dəlil buraxılmış müddətin bərpası üçün əsaslı hesab oluna bilməz və bu mənada apellyasiya məhkəməsinin qənaəti ilə razılaşır. Belə ki, məhkəmə qərarından şikayətin verilməsi üçün rəyin alınmasının zərurirliyi qanunveriiclikdə təsbit edilməmiş və bu əsas üzrə prosessual müddətin buraxılması üzürlü hesab edilə bilməz. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansi yası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin eidlməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kol legiyasının 13 fevral 2019-cu il tarixli, 2-1(107)-145/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar