Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1422/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsindən imtina; tikinti obyektinin istismarına icazə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X12 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-98/2020 nömr əli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanda yerləşən biznes mərkəzinə və fərdi yaşayış binasına dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 01 mart tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, sözügedən qeyri-yaşayış binası çoxmərtəbəli yaşayış binasının yaxınlığında yerləşdiyindən ara məsafəsi nəzərə alınmamış və iddiaçının adına torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Təqdim edilmiş tikintiyə icazə və istismara icazə Bakı şəhər İcra Hakimiyyəti və digər müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən tam razılaşdırılmamış, layihəçinin xüsusi razılığını təsdiq edən sənəd (lisenziya) təqdim edilməmişdir. Müvafiq torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə binada yerləşən mənzillərin mülkiyyətçilərinə məxsusdur. Həmçinin, sənədlərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 14 mart tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 2 ünvanda yerləşən biznes mərkəzinə və fərdi yaşayış binasına dövlət reyestrindən çıxarış verilərək, bununla bağlı dövlət reyestrində qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzəri nə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 42 saylı X7 xx xxxxxxxx 2006-cı il tarixdə X5 ilə bağladığı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 64,5 kv.m yaşayış sahəsi 28 kv.m olan 0,0385 ha torpaq sahəsində yerləşən iki otaqlı evi almışdır. Cavabdeh tərəfindən həmin evə görə ona MH seriyalı ******* saylı, xx xxxxxxx 2006-cı il tarixli çıxarış verilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 130 saylı, xx xxxxxx 1991-ci il tarixli sərəncamı ilə x ünvanında 2 saylı mağazanın arxasında boş sahənin anbar məqsədi ilə istifadəsinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət X11 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx xxxxxx 2007-ci il tarixli şəhadətnaməyə əsasən x ünvanın da yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 123,3 kv.m torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada X1. Bakı şəhəri 42 saylı Dövlət Notariat X3 tərəfindən xx xxxxxxx 2006-cı il tarixdə iddiaçıya verilmiş etibarnamədə, etibarnamə verənə məxsus əmlaklara dair bütün əqdləri bağlamaq səlahiyyəti nəzərdə tutulmuşdur. O, ərizə ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısına müraciət edərək, özünə məxsus evin köhnələrək yararsız vəziyyətə düşdüyü nəzərə alınmaqla evin sökülüb öz vəsaiti hesabına fərdi layihə əsasında biznes mərkəzi və fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2008-ci il tarixli, 513 saylı sərəncamı ilə ona məxsus x nömrəli mülkün sökülüb Bakı Şəhər İcra Hakimiyyət i Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxxxxxx 2008-ci il tarixli 18/03-8/6079 qeydiyyat nömrəsi ilə razılaşdırılmış və inşa ediləcək yeni tikilinin eskiz layihəsinə uyğun biznes mərkəzi və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi Dövlət Baş Layihə İnstitutu “x” mühəndis-geoloji Mərkəzin 06-1501 nömrəli xx xxxxxx 2009-cu il tarixli rəyinə əsasən onun sifarişi ilə ünvan 6 ünvanda 4 mərtəbəli fərdi yaşayış binasının layihələndirilməsi məqsədi ilə “xxxx” MMC tərəfindən 2008-ci ilin noyabr ayında aparılmış mühəndis-geoloji işlərin nəticəsinə dair hesabat müsbət qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 DEİ-139 nömrəli x xxxxxx 2009-cu il tarixli məktubu ilə tə qdim edilən sənədlər əsasında ekoloji baxımdan ünvan 6 ünvanda ona məxsus olan, ümumi sahəsi 0,0385 ha olan ərazidə yerləşən fərdi yaşayış evinin və biznes mərkəzinin inşasına icazə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 04- 22/7-242 nömrəli x xxxxxx 2009-cu il tarixli rəyinə əsasən təqdim edilən layihə sənədlərinin ekspertiza nəticələrini nəzərə alaraq, ünvan 6 ünvanda inşası nəzərdə tutulan və ona məxsus fərdi yaşayış evinin və biznes mərkəzinin layihə sənədlərini “Sanitariya-epidemioloji sağlamlıq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən razılaşdırılmışdır. Azərbaycan Respublikası FHN X15 Xidməti xx/xx-00549 nömrəli x xxxx 2009-cu il tarixli məktubu ilə ünvan 6 ünvanda fərdi yaşayış evinin sökülər ək yerində yeni fərdi yaşayış evi və biznes mərkəzinin tikintisi üçün tərtib edilmiş layihə sənədlərinin “X2 nəticələri barədə” rəyinə əsasən tərtib edilmiş layihə sənədlərinin qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olduğuna görə razılaşdırılmışdır. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X4 Dövlət Ekspertiza Baş İdarəsinin xx/xx-00213 nömrəli xx xxxxx 2009-cu il tarixli məktubu ilə təqdim edilmiş 1839 nömrəli xx xxxx 2009-cu il tarixli rəyinə əsasən ünvan 6 ünvanda fərdi yaşayış evinin tikintisinə iradın olmadığı bildirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/1546 nömrəli xx xxxx 2012-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxxxxxx 2008-ci il tarixli 18/03-8/6079 saylı məktubu ilə ünvan 8 ünvanda yerləşən mülkün sökülərək, yenidən tikintisinin razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə əsasən təqdim olunmuş işçi layihəsinin memarlıq hissəsinə baxıb razılaşdırılır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən “xxxx” MMC-yə qeydiyyat nömrəsi x olan xx xxxxxx 2004-cü il tarixli lisenziya verilmişdir. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X14 Qrupunun 156 nömrəli xx xxx 2013-cü il tarixli məktubu və 332 nömrəli xx xxxxxx 2013-cü il tarixli rəyinə əsasən ünvan 6 ünvanda yerləşən ona məxsus zirzəmi, 4+mansarda (1-ci mərtəbə 2 səviyyəli) mərtəbəli fərdi yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və davamlılıq tələblərini ödədiyindən istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Tikintiquraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının x xxxxxxx 2013-cü il tarixli aktına əsasən ünvan 6 ünvanda yerləşən İddiaçı məxsus biznes mərkəzi və fərdi yaşayış evinin tikinti və sanitar normalara cavab verdiyini nəzərə alaraq, həmin binanın fəaliyyət göstərməsi üçün komissiya tərəfindən istismara yararlı hesab edilmişdir. Evlə bağlı bütün sənədlərin əsli mövcuddur ki, bu, İdarə tərəfindən tələb olunan vaxt həmişə notarial qaydada təsdiq olunaraq təqdim edilmişdir. Baklı Şəhər İcra Hakimiyyətinin və digər orqanların yuxarıda qeyd olunan razılığı və ekspertiza rəyləri ilə layihə sənədləri əsasında onun mülkiyyətində olan evin sökülərək evin yerləşdiyi torpaq sahəsinin yerində biznes mərkəzi və fərdi y aşayış evi inşa edilmişdir. Tikinti işləri Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı və Bakı Şəhər İcra Hakimiyyətinin razılığı əsasında aparılmışdır ki, yaxınlıqda olan yaşayış binaları ilə ara məsafəsinin qoyulmaması ilə bağlı bu işə səlahiyyətli orqanlar tərəfindən ona heç bir irad bildirilməmiş və tikintiyə icazə verilmişdir. Bundan başqa, cavabdeh hələ də müəyyən edə bilməmişdir ki, binanın yerləşdiyi torpaq sahəsi binanın ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərinə məxsus olmamaqla ona məxsus olan evin yerləşdiyi torpaq sahəsidir. Hazırda inşa edilmiş qeyri-yaşayış binası ona məxsus olan, yuxarıda qeyd olunan evin söküldüyü yerdə, 0,0385 ha torpaq sahəsində və X13 tərəfindən onun sahibliyinə və mülkiyyətinə verilmiş 123,3 kv.m torpaq sahəsində inşa edilmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)2569/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 6 ünvanda yerləşən biznes mərkəzi və fərdi yaşayış binasına iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli biznes mərkəzi və fərdi yaşayış binasını qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-98/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
9. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ünvan 2 ünvanda yerləşən biznes mərkəzi (qonaq evi) və fərdi yaşayış binası üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8ci maddəsi ilə müəyyən edilmiş zəruri olan bütün sənədlər iddiaçı tərəfindən cavabdeh orqana təqdim edilmədiyi üçün, cavabdehin imtinası həmin Qanunun tələblərinə uyğun olmuşdur.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunm asını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 12. x prospektində 62 saylı, 1 mərtəbəli yaşayış evində 34,5 kv.m ümumi sahəsi olan 2 otaqlı mənzil 0,0385 ha torpaq sahəsində yerləşdiyi halda, “x” Mərkəzinin işçi layihəsinə əsasən onun yerində inşa edilmiş obyektin, yəni binanın tikinti sahəsinin 560,0 kv.m təşkil etməsi, iddiaçı tərəfindən həmin tikilinin yerləşdiyi torpaq sahəsinin 175,0 kv.m hissəsinin (560 kv.m - 385 kv.m =175 kv.m) ona məxsus olmasına dair hər hansı hüquqmüəyyənedici sənədin təqdim edil məməsi ilə bağlı iddiaçı hesab edir ki, məhkəmə bu məsələ ilə bağlı düzgün hesablama aparmamışdır. Belə ki, məhkəmə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının iş materiallarında olan xx xxxxxx 1991-ci il tarixli 130 saylı sərəncamını nəzərə almamış və həmin sərəncama düzgün hüquqi qiymət verməmişdir. Belə ki, həmin sərəncamdan görünür ki, istifadəyə verilən boş sahə ətrafı ilə birlikdə istifadəyə verilmişdir ki, ümumilikdə həmin sahə 385.kv.mdən artıq olmuşdur. Əks təqdirdə obyektlə bağlı işçi layihə səlahiyyətli dövlət orqanının, yəni Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilməzdi.
13. Habelə, məhkəmənin müvafiq tikilinin yerləşdiyi torpaq sahəsinin 123,0 kv.m hissəsi Azərbaycan Respublikası Dövlət X11 üzrə Dövlət Komitəsi tərəfindən verilm iş xx xxxxxx 2007-ci il tarixli şəhadətnaməyə əsasən X8 məxsus olduğundan o, həmin əmlak üzərində əqdləri bağlamaq səlahiyyətini xx xxxxxxx 2006-cı il tarixli etibarnamə ilə iddiaçıya vermiş olsa da həmin torpaq sahəsində inşa edilmiş tikilinin iddiaçının adına rəsmiləşdirilməsi Mülki Məcəllənin 359.1-ci və 144.1-ci maddələrinin tələbləri ilə ziddiyyət təşkil etməsi barədə dəlilləri ilə də iddiaçı razılaşmır. Belə ki, apellyasiya icraatı zamanı X13 məhkəmə kollegiyasına ərizə təqdim edərək Bakı şəhəri, Ziya Bünyadov prospekti 62, ünvanda yerləşməklə ona məxsus sahəsi 123,0 kv.m olan ərazidə mövcud qanunvericiliyə əsasən inşa edilmiş tikilinin iddiaçının adına rəsmiləşdirilərək qeydiyyata alınmasına razılığını bildirsə də məhkəmə kollegiyası bunu qətiyyən nəzərə almamış və bununla da İPM-in 28.2-ci maddəsinin tələbini kobudcasına pozmuşdur. Halbuki, həmin maddəyə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).
14. Qeyd edilməlidir ki, məhkəmə kollegiyasının hazırki iş üzrə qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair xx xxxx 2017- ci il tarixli qərarında formalaşmış hüquqi mövqe ilə birbaşa ziddiyyət təşkil edir. Belə ki, həmin qərarda bilavasitə göstərilmişdir ki, “Azərbaycan Respublikasında inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq məqsədilə “İnzibati icraat haqqında" Qanun qəbul edilmişdir. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarım, prinsiplərini və prosedur qaydalarım müəyyən edir. 15. “İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
16. Həmin Qanunun 15-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
17. Məhkəmə kollegiyası həmin qərarda formalaşan hüquqi mövqeni və orada təsbit olunan müddəaları nəzərə almamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
20. Şəhərsalma və Tikinti Məcəlləsi (18-ci fəsil - Tikinti obyektinin istismarına icazə üzrə icraat): Maddə
101. Tikinti obyektinin istismarına icazənin məqsədi (tikintinin başa çatdığı 2013-cü ildə qüvvədə olan redaksiyada): 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 101.3. Bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulmuş müddəa tikintisinə icazə tələb edilməyən obyektlərə şamil olunmur. 101.4. Tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şik ayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. 25. “Daşınmaz ə mlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda istinad edilən normalarının tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair - tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 26. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” xx xxxx 2012-ci il tarixli 392-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Məcəllənin bu Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş müddəaları istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.
27. Həmin Qanunun 10-cu maddəsinə əsasən, Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin yalnız XVİ-XVİİİ fəsillərində nəzərdə tutulmuş müddəalar şamil olunur.
28. Şəhərsalma və Tikinti Məcəlləsinin 18-ci fəslinə aid 101-ci maddəsinin yuxarıda istinad edilən müddəalarının tələbindən göründüyü kimi, Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin həmçinin 101-ci maddəsin in müddəaları tətbiq olunduğundan, iddiaçıya məxsus daşınmaz əmlakın tikintisi 2013-cü il yanvarın 1-dən sonra başa çatdığından Məcəllənin 101-ci maddəsinin müddəalarına əsasən həmin tikinti obyektinin istismarına icazə alınmalıdır.
29. Hazırkı halda, iddiaçı tərəfindən inşa edilmiş tikinti obyektinə münasibətdə bu, baş verməmişdir.
30. Bundan başqa, iddiaçının mülkiyyətində olmuş iki otaqdan ibarət mənzilin aid olduğu evin yerləşdiyi 0.0385 ha torpaq sahəsi istisna edilməklə, tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin (qəbul aktına görə 732,5 kv.m) digər hissəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinin tələbi təmin olunmur. İddiaçının istinad etdiyi – Abbasov Nazim Rasim oğluna məxsus 123.3 kv.m sahənin həmin şəxsin razılığı ilə tikinti sahəsinə əlavə edilməsi də vəziyyəti iddiaçının xeyrinə dəyişmir və istinad edilən qanun normasının tələbini ödəmir.
31. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə qənaətini fərqli normalara istinadla əsaslandırsa da, mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-98/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov İ.K.Dəmirov K.N.Bədəlov