Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1422/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2-1(103)-207/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının atası X4 xx.xx.1964-cü il tarixdə Laçın rayonunda anadan olmuş, xx.xx.2004-cü ildən bu günədək ünvan 1 kəndi ünvanında qeydiyyatdadır və məcburi köçkündür.
2. İddiaçının bacısı X1 1997-ci ildə Bakı şəhərində andan olmuş və məcburi köçkündür.
3. İddiaçının bacısı X3 1999-cu ildə Bakı şəhərində andan olmuş və məcburi köçkündür.
4. İddiaçının qardaşı X5 2004-cü ildə Bakı şəhərində andan olmuş və məcburi köçkündür.
5. İddiaçı cavabdehə müraciət edərək ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsini xahiş etmişdir.
6. Cav abdeh xx.xx.2023-cü il tarixli 01/888 saylı imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinin tələblərinə əsasən “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, “iddiaçıya məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun atası məcburi köçkün statusuna malikdir və onun qeydiyyat ünvanı işğaldan azad olunmuş Laçın rayonudur. Hesab edir ki, ona məcburi köçkün statusunun verilməsindən imtina qanunsuz və əsassızdır. İmtinaya əsasən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı yarımbəndinə görə məcburi köçkün statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən s onra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. Onun atası məcburi köçkün statusuna malik olduğundan və valideyinlərinin mülkiyyətində hal-hazırda hər hansı əmlak olmadığından, onun məcburi köçkün statusunu tələb etmək hüququ yaranır.
9. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 anadan olmasından əvvəl, yəni xx.xx.2003-cü il tarixdə İddiaçı2 nikah dövründə X4 ilə birgə mülkiyyətlərində olmuş (xx.xx.2004-cü il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır) ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdırlar. Göründüyü kimi, iddiaçının valideynləri iddiaçı anadan olmamışdan əvvəl daşınma z əmlaka sahib olmuşdurlar ki, bu da “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı yarımbəndinə görə iddiaçının məcburi köçkün statusunun yaranmadığını göstərir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7574/2023 nömrəli, 12 may 2023-cü il tarixli (hakim O.Həsənov) qərarı ilə iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi iddiaçının doğulmamışdan əvvəl onun anasının artıq ayrıca yaşayış sahəsinə malik olmasına, ailənin həmin ünvanda qeydiyyatda olmasına, bununla bağlı kassasiya instansiya məhkəməsinin 2-1(102)- 2113/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında müvafiq hüquqi mövqenin mövcudluğuna əsaslanaraq və cavabdeh inzibati orqanın imtinasını qanuni və əsaslı sayaraq iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir.
12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və yeni qərar qəbul edilməklə, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2-1(103)-207/2024 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova– sədrlik edən və məruzəçi, R.Səmədov və A.Oruczadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 12 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək xx xxxxx 2006-cı il təvəllüdlü iddiaçıya “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi A zərbaycan Respublikasının Konstitusiasının 149-cu maddəsinin Vİİ hissəsinə istinad edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilərkən “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı maddəsinə istinad olunması düzgün olmamışdır. Belə ki, qeyd əvvəla iddiaçının valideynlərindən birinin (atasının) iddiaçı doğulmamışdan (2006-dan) əvvəl (1999-cu ildən etibarən) “məcburi köçkün” statusu olmuş, digər tərəfdən, anası iddiaçı doğulmamışdan əvvəl bir mənzil əldə etsə də, onu 4 gündən sonra özgəninkiləşdirmiş və həmin ünvanda qeydiyyatda deyildir. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunduğu kimi, Qaydaların 4.1.6-cı maddəsinin də iddiaçıya tətbiqi düzgün d eyil. Belə ki, hər iki müddəa sonradan Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş Qaydalarda qəbul edilmiş və xx.xx.2006cı il təvəllüdlü iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq edilə bilməz.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində imtina məktubu, eləcə də iddiaya dair etirazda bildirdiyi dəlili təkrarlayaraq qeyd etmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 anadan olmasından əvvəl, yəni xx.xx.2003-cü il tarixdə İddiaçı2 nikah dövründə X4 ilə birgə mülkiyyətlərində olmuş (xx.xx.2004-cü il tarixdə İ ddiaçı2 adına qeydiyyata alınmışdır) ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyata düşdüyü müəyyən edilmişdir.
17. Eyni zamanda qeyd edilmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 anası İddiaçı2 o doğulmamışdan əvvəl, yəni xx.xx.2003-cü il tarixdən -xx.xx.2015-ci il tarixinədək, mülkiyyətində olmuş ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Həmçinin İddiaçı1 atası X4 da xx.xx.2003-cü il tarixdən - xx.xx.2014-cü il tarixədək ünvan 5 ünvanına yaşayış yeri üzrə qeydiyyatda olmuşdur.
18. Kassator “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayət inə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2-1(103)-207/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiasının 149-cu maddəsinin Vİİ hissəsi: … fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 21. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə
1. Bu Qanunda istifadə edilən əsas anlayışlar... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnoge n fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə
9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə
10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürül müş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə
12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul ed ir. 22. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanı: Bənd
2. Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi həyata keçirir.
23. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2 005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”: Bənd 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və şəxsin bu statusdan məhrum edilməsi Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aiddir.
24. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanun vericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Hazırkı mübahisənin predmetini iddiaçıya “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi təşkil edir. 32. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin tələblərinə əsasən “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Komitəyə (cavabdehə) həvalə edilmişdir.
33. Cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina edərkən mövqeyini onunla əsaslandırmışdır ki, o, anadan olmasından əvvəl anası İddiaçı2 xx.xx.2004-cü il tarixdə ayrıca yaşayış sahəsi əldə edib, xx.xx.2003-cü il tarixdən xx.xx.2015-ci il tarixinədək həmin ünvanda yaşa yış yeri üzrə qeydiyyata düşdüyündən, iddiaçının Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalara əsasən məcburi köçkün statusu almaq hüququ olmamışdır. Belə ki, həmin Qaydaların 4.2.6-cı bəndinə əsasən “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cavabdehin mövqeyini əsassız, iddianı isə əsaslı hesab etməkdə haqlı olmuşdur.
35. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının hər iki valideyni ünvan 6 kəndi ünvanınd a yaşayış yeri üzrə qeydiyyatdadırlar. Eləcə də iddiaçının atası, qardaşı və bacılarının məcburi köçkün statusu və vəsiqəsi vardır.
36. Bundan əlavə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 14, 43 saylı mənzil xx.xx.2004-ci il tarixdə İddiaçı2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 4-Ə/375 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
37. Həmçinin iş üzrə apellyasiya məhkəməsi tərəfindən verilmiş sorğulara əsasən müəyyən edilmişdir ki, iddiaçının anası İddiaçı2 xx.xx.2004- xx.xx.2015-ci il tarixlərdə ünvan 7 ünvanında, xx.xx.2015-ci ildən bugünədək ünvan 6 ə/d, Mirkənd kəndi ünvanında, X4 isə xx.xx.2004-cü ildən bu günədək ünvan 1 kəndi ünvanında qeydiyyatdadır.
38. Belə olan halda, iddiaçının anası İddiaçı2 xx.xx.2004-cü ildə (iddiaçı doğulmamışdan əvvəl) Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 14-də yerləşən 43 saylı mənzili əldə etsə də, həmin mənzili xx.xx.2004-cü ildə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmiş, həmin evdə xx.xx.2004-cü il tarixədək (iddiaçı doğulanadək) qeydiyyatda olmuş, sonradan xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək ünvan 7 ünvanında, xx.xx.2015-ci il tarixdən bu günədək isə Laçın rayonu Minkənd kəndində qeydiyyatdadır.
39. Göründüyü kimi, xx.xx.2006-cı il təvəllüdlü iddiaçı doğulmamışdan əvvəl onun ana sı Bakı şəhərində bir mənzil əldə edib (onun 4 gün mülkiyyətində olub), orada çox az bir müddətdə qeydiyyatda olsa da (cəmi 18 gün), sonradan həmin mənzili özgəninkiləşdirmiş və Bakı şəhərində başqa ünvana qeydiyyata düşmüş, hazırda (iddiaçı doğulduqdan sonra) Laçın rayonu Minkənd kəndində qeydiyyatdadır.
40. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasında istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” iddiaçının atasının məcburi köçkün statusunu aldığından sonra, cavabdehin 23 may 2013-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından iddiaçıya münasibətdə tətbiqi ümumiyyətlə qanuni olmamışdır.
41. Belə ki, Azərbaycan Respublikasının Konstitusiasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
42. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 20-24a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 17 yanvar 2024-cü il tarixli, 21(103)-207/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.