Məhkəmə qərarları › İş №2-1(102)-1422/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1422/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1422/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-124/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 3-48-2F/2-2F00109-2023 saylı xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10 saylı xx.xx.2005-ci il tarixli qərarına əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasın da 1200 kv.m. torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hər kv.m. üçün 25.000 manat ödəmək şərti ilə İddiaçı alqı-satqı yolu ilə ayrılmışdır. Qərarda göstərilmişdir ki, ayrılmış torpaq sahəsində inşaat tikinti işlərinə, tikiləcək obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırıldıqdan sonra başlanılmalıdır. Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə tapşırılmışdır ki, İddiaçı ilə müvafiq alqı-satqı müqaviləsi bağlansın. İddiaçı tapşırılmışdır ki, ona ayrılmış sahənin sanitar-texniki və digər normaların tələblərinə uyğun saxlanmasını təmin etsin.

2. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10 №-li qərarı ilə Binəqədi rayonu, 7 mkr.,S.S.Axundov küçəsi, “A ran” istirahət guşəsinin arxasında 2850 kv.m torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vət. İddiaçı alqı-satqı yolu ilə ayrılmışdır (hər kv.m. üçün 25.000 manat ödəmək şərtilə).

3. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və İddiaçı arasında bağlanmış 09 saylı, xx.xx.2005-ci il tarixli “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” müqaviləyə əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında 2850 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, hər kv.m üçün 25000 manat ödəmək şərtilə İddiaçı satılmışdır. Müqaviləyə əlavə edilmiş torpaq sahəsinin situasiya planında torpaq sahəsinin eni 50 metr və 40 metr, uzunluğu 66.3 metr və 20 metr+46.3 metr qeyd edilmişdir.

4. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 3-48-2F/2-2F00109-2023 saylı xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və İddiaçı arasında bağlanmış 09 saylı, xx.xx.2005-ci il tarixli “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” müqaviləyə əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında 1200 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, hər kv.m üçün 25000 manat ödəmək şərtilə İddiaçı satılmışdır. Müqaviləyə əlavə edilmiş torpaq sahəsinin situasiya planında torpaq sahəsinin eni 30 metr, uzunluğu 40 metr qeyd edilm işdir.

5. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən iddiaçıya təqdim olunmuş BRB/514 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı mülkiyyətində olan 10 nömrəli, xx.xx.2005-cı il tarixli qərara əsasən Binəqədi rayonu, S.S.Axundov küçəsi, Aran istirahət guşəsinin arxasında yerləşən 2850 kv.mdən ibarət torpaq sahəsinin xx.xx.2022-ci il tarixədək Binəqədi rayon Bələdiyyəsinin büdcəsinə torpaq vergi borcu yoxdur.

6. Binəqədi Bələdiyyəsi 157802 saylı xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı eskizə və ərizəyə baxılması üçün 80 000 manat pul məbləği ödəmişdir.

7. Cavabdehin iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış **********46 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsinin alqı-satq ı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

8. Cavabdehin 3-21-3-30/2- 2859/2023 **********59 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə olaraq, göstərilən ərazidə Bakı Metropoliteninin havalandırma qurğusu yerləşir. Həmçinin torpaq sahəsində çoxillik şam ağacları olma qla sahə yaşıllıq ərazisidir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7269 №-li ekspert rəyindən görünür ki, “Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 31 avqust 2000-ci il tarixli 809 saylı Sərəncamı ilə, “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin torpaqları haqqında” Azərbaycan Respublikası qanunun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli Fərmanını, Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqların ın idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini, o cümlədən yerləşmə mövqeyini nəzərə alaraq, İddiaçı mülkiyyətinə verilmiş Bakı Şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında yerləşən 2850 kv.metr torpaq sahəsinin, həmin torpaq sahəsi ayrılan zaman Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.” 10. "xxxx" QSC-nin 13-19/2-1593/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, “Sorğuda İddiaçı məxsus olduğu qeyd olunan Binəqədi rayonu, 7-ci mikrorayon S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında yerləşən sxemdə göstərilən 2850 m² torpaq sahəsinin "xxxx" QSC-nin havalandırma köşkünün ərazidə düşməsini müəyyən etmək üçün Markşeyder qrupunun mütəxəssisləri tərəfindən ərazidə müvafiq ölçmə işləri aparılmışdır. Ölçmə işləri əsasında müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi “Azadlıq prospekti”-Dərnəgül” mənzilinin І yolu PK 98+12-də yerləşən 9 saylı havalandırma köşkünün texniki zonası daxilindədir. Bildiririk ki, "xxxx" QSC ölkənin nəqliyyat sənayesində xüsusi çəkisi olan, infrastruktur quruluşuna, idarəetmə sisteminə, insanların təhlükəsizliyinin təmin edilməsi və mülki müdafiə əhəmiyyətinə, habelə bir çox spesifik xüsusiyyətlərinə görə digər müəssisələrdən, o cümlədən digər nəqliyyat növlərindən fərqlənən döv lət müəssisəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 91 nömrəli Qərarına əsasən "xxxx" QSCnin bütün obyektləri “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na daxildir. Nazirlər Kabinetinin 25 iyun 2021-ci il tarixli 183 nömrəli qərarı ilə “Mülki müdafiə üzrə dərəcələr verilən təsərrüfat obyektlərinin Siyahısı” təsdiq edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 511 nömrəli Qərarı ilə “Müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlakların siyahısı” təsdiq edilmişdir ki, bu siyahıya metropolitenin digər əmlakları ilə yanaşı metropoliten xətləri, həmin xətlər üzərindəki və bu xətlərə bitişik stansiyalar, yol tunelləri, tunelətrafı qurğular və yeraltı əmlaklar la bilavasitə bağlı olan keçidlər, metropolitenin həyat təminatlı obyektləri (elektrik yarımstansiyaları, ventilyasiya şaxtaları, bütün təxliyə keçidləri və s.) və onların avadanlıq və qurğuları da daxildir. Dövlət əmlakı olan və strateji əhəmiyyət daşıyan metropoliten obyektlərinin qorunması, metro nəqliyyatı ilə kütləvi daşınan sərnişinlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi ən vacib məsələlərdəndir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2010-cu il tarixli 113 nömrəli qərarına əsasən tikintidə normalaşdırma, standartlaşdırma və sertifikatlaşdırma üzrə dövlətlərarası Elmi-Texniki Komissiyası (TNDETK) tərəfindən qəbul edilmiş MCH 3.xx-xx-2005 “Метрополитены” normativ sənədi Azərbaycan Respublikası ərazisində xx.xx.2010-cu il tarixdən qüvv əyə minmişdir. Həmin normativ sənədə əsasən tunellərin havalandırılması üçün quraşdırılmış yerüstü ventilyasiya köşklərindən magistral yollara, açıq və bağlı avtonəqliyyat dayanacaqlarına, ticarət yerlərinə, bina və tikililərin pəncərələrinə qədər məsafə 25 metrdən, yanacaqdoldurma stansiyalarından, neft və neft məhsulları, meşə materialları anbarlarından, neft-qaz borularından, neft emalı və kimya sənayesi obyektlərinə qədər isə 100 metrdən az olmamalıdır. Metro stansiyalarına və tunellərə təmiz havanın fasiləsiz daxil olmasında havalandırma şaxtalarının böyük rolu var. Yuxarıda qeyd olunan məsafələrin müəyyən edilməsinin mahiyyəti həmçinin onunla bağlıdır ki, ətrafdakı sənaye-istehsalat, ticarət, ictimai iaşə və s. təyinatlı obyektlərdən havaya buraxılan zəhərli qazların, ətraf əraziyə a tılan zərərli maddələrin, tullantılarının yaratdığı kəskin qoxuların, habelə yanğın və ya tüstülənmənin havalandırma şaxtaları vasitəsilə metro tunellərinə daxil olmasının, sərnişinlər arasında narahatlıq, təşviş, zəhərlənmə və ya digər problemlərin yaranması hallarının qarşısı alınmış olsun. Metropoliten obyektləri üçün mühafizə və texniki zona məsafələrinin müəyyən edilməsinin mahiyyəti də bunlarla bağlıdır.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikroray on, S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında yerləşən 2850 kv.m torpaq sahəsini mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı Qərarı ilə 7-ci mikrorayon, S.S, Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında yerləşən 2850 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazinin planı Bələdiyyə tərəfindən tərtib və təsdiq edilmişdir. Lazımi sənədləri toplayıb qanuni istifadəsində olan 2850 kv.m torpaq sahəsini n hüquqi qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi məqsədi ilə xx.xx.20022-ci il tarixdə ********** saylı ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh təşkilat xx.xx.2022-ci il tarixli **********46 saylı cavab məktubunda torpaq sahəsinə sair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmaması və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı” qaydalarına əsasən rayon, şəhər, bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydada əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsx ədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o möhürlə təsdiq edilir. Bundan əlavə, daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olması ilə bağlı torpaq sahəsinin özəlləşdirilməsinə dair çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir. Cavabdehin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, Binəqə di rayon Binəqədi Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 10 saylı qərar ilə 7-ci mikrorayon S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında yerləşən 2850 kv.m torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsindən sahiblik, istifadə hüquqlarını həyata keçirir. Vaxtlı-vaxtında bələdiyyə vergilərini ödəyir. Lakin mülkiyyət hüquqları qeydə alınmadığından əmlakı üzərində sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən qanuni istifadəsində olan torpağın hüquqi qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

13. Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşd ur ki, idarənin elektron kadastr məlumatına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq olmaqla Dövlət mülkiyyətidir. Həmçinin, göstərilən torpaq sahəsi yol kənarı yaşıllıq ərazinin bir hissəsində yerləşir. Bundan əlavə, sözügedən torpaq sahəsinə 2017-ci ildə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. Bundan başqa alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********46 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Torpaq sahəsinin üzərindən üm umi əraziyə giriş-çıxış yolu kimi istifadə olunmaqla yanaşı torpaq sahəsində çoxlu sayda şam ağacları mövcuddur. Həmçinin, torpaq sahəsinin bir tərəfində 2-3 metr məsafədə "xxxx" havalandırma sisteminin qurğusu mövcuddur.

14. Bakı İnzibati Məhkəməsinin (hakim A.M.Almazova) 6 mart 2023-cü il tarixli, 21(112)-4367/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının həm inzibati icraat, həm də məhkəmə icraatı zamanı təqdim etdiyi sənədlərdə uyğunsuzluq və ziddiyyətlər mövcuddur. Belə ki, iddiaçının təqdim etdiyi və dövlət arxivində saxlanılan eyni tarixli, eyni nömrəli fərqli müqavilə və qərarlarda torpaq sahəsinin ölçüləri və bununla da yerləşdiyi yer fərqli olmaqla, eləcə də həmin qərarlar və müqavilələrə əlavə edilmiş torpaq sahəsini n situasiya planında da qeyd edilən fərqlər və ziddiyyətlər mövcuddur. Həm iddiaçının təqdim etdiyi, həm də dövlət arxivində saxlanılan alqı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti hər kv.m üçün 25000 manat müəyyən edilir. İddiaçı tərəfindən təqdim edilən alqı-satqı müqaviləsində torpağın ümumi sahəsi 2850 kv.m, alqı-satqı müqaviləsinin arxiv nüsxəsində isə torpaq sahəsi 1200 kv.m ölçüdə göstərilmiş, hər iki müqavilədə qiymət hər kv.m torpaq sahəsi üçün 25000 manat müəyyən edilmişdir. Belə olan halda müqavilələrdə təkcə torpaq sahəsinin ölçüsü deyil, alqı-satqı obyektinin dəyəri də fərqlidir. (1200x25000 fərqlidir 2850x25000)

16. İddiaçının mülkiyyət hüquqlarının bələdiyyə qərarı və alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi t orpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə olaraq, göstərilən ərazidə Bakı Metropoliteninin havalandırma qurğusu yerləşir. Həmçinin torpaq sahəsində çoxillik şam ağacları olmaqla sahə yaşıllıq ərazisidir. Belə olan halda iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasından cavabdehin imtinası əsaslı olmuşdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xah iş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Apellyasiya baxışı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-124/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: K.H.Əkbərov (sədrlik edən və məruzəçi), M.N.Tağızadə və N.X.Nəbizadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4367/2023 saylı, xx.xx.202 3-cü il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında yerləşən 2850 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

20. Apellyasiya məhkəməsi sözügedən torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilənin keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməməsi barədə cavabdehin dəlilinə münasibətdə “X.Mustafayevanın şika yəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunmuş mövqeyə əsasən qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan b unu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

21. Məhkəmə kollegiyası cavabdehin ikinci və üçüncü dəlilləri olan mübahisələndirilən torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olması və sahənin bələdiyyə ərazisi olması barədə məlumatın aşkar edilməməsi ilə bağlı isə qey d etmişdir ki, müvafiq ekspert rəyinə, həm də Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsinin izahatına və təqdim etdiyi sənədlərə əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin bələdiyyə ərazisi olması öz təsdiqini tapmışdır.

22. Mübahisəli torpaq sahəsində Bakı Metropoliteninin havalandırma qurğusunun mövcudluğu ilə bağlı qeyd edilmişdir ki, "xxxx" QSC-nin 13-19/2-1593/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsi “Azadlıq prospekti”-“Dərnəgül” mənzilinin І yolu PK 98+12-də yerləşən 9 saylı havalandırma köşkünün texniki zonası daxilində yerləşir. İddiaçıya torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı Qərarı ilə ayrılmış, Bakı Metropoliteninin “Azadlıq prospekti” metrostansiyası 200 9-cu il tarixdə, “Dərnəgül” metrostansiyası isə 2011-ci il tarixdə tikilərək istifadəyə verilmişdir. Bakı Metropoliteninin 9 saylı havalandırma köşkü mübahisələndirilən torpaq sahəsinin iddiaçıya ayrılmasından sonra tikildiyindən cavabdehin göstərilən dəlili torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasından imtina üçün əsas qismində çıxış edə bilməz.

23. Həmçinin, "xxxx" QSC-nin 13-19/2-1593/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda istinad edilən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2010-cu il tarixli 113 nömrəli qərarına əsasən tikintidə normalaşdırma, standartlaşdırma və sertifikatlaşdırma üzrə dövlətlərarası Elmi-Texniki Komissiyası (TNDETK) tərəfindən qəbul edilmiş MCH 3.xx-xx-2005 “Метрополитены” n ormativ sənədi Azərbaycan Respublikası ərazisində xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir. İddiaçıya isə torpaq sahəsi daha əvvəl xx.xx.2005-ci il tarixdə ayrılmışdır.

24. Eyni zamanda göstərilən normativ sənəd tikililərin (avtonəqliyyat dayanacaqlarının, ticarət yerlərinin, binaların və s.) metro tunellərin havalandırılması üçün quraşdırılmış yerüstü ventilyasiya köşklərindən yerləşmə məsafələrini tənzimləyir ki, hazırkı mübahisənin predmetini tikilinin deyil, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması təşkil edir.

25. Göründüyü kimi hazırkı iş üzrə cavab məktubunda qeyd edilən MCH 3.xx-xx2005 “Метрополитены” normativ sənədinə istinad edilməsi əsassızdır.

26. Əlavə olaraq, cavabdeh mübahisəli torpaq sahəsinin yaxınlığında (2-3 me tr məsafədə) Bakı Metropoliteninin havalandırma qurğusunun yerləşməsinə istinad etsə də, işin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən başqa Bakı şəhəri ərazisində metropolitenin havalandırma qurğusunun yanında hündürmərtəbəli yaşayış binasının mövcud olması müəyyən edilir.

27. Kollegiya cavabdehin sonuncu dəlili olan “torpaq sahəsində çoxillik şam ağacları olmaqla sahənin yaşıllıq ərazi” olması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsində ağacların olması, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanının ikinci bəndində qeyd edilmişdir ki, “..bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir”. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının istifadəsində olan torpaq sahəsində ağacların olması mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas sayıla bilməz.

28. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasını həyata keçirmi ş səlahiyyətli bələdiyyə torpağın ümumi sahəsinin 2850 kv.metr olduğunu və iddiaçının göstərilən sahəyə görə vergi ödəməsini təsdiq edir, arxiv nüsxəsində torpaq sahəsinin fərqli ölçüdə göstərilməsi iddiaçının səlahiyyət sferasına aid məsələ deyildir və bu hal iddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi bələdiyyə qərarının və onun əsasında bağlanmış müqavilənin etibarsızlığına təsir edə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan daşınmaz əmlaka dair iddiaçın ın adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

29. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Məlumat üçün bildirirlər ki, torpaq sahəsinin üzərindən ümumi əraziyə giriş-çıxış yolu kimi istifadə olunmaqla yanaşı torpaq sahəsində çoxlu sayda şam ağacları mövcuddur. Həmçinin, torpaq sahəsinin bir tərəfində 2-3 metr məsafədə "xxxx" havalandırma sisteminin qurğusu mövcuddur. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq olmaqla Dövlət mülkiyyətidir. Həmçinin, göstərilən torpaq sahəsi yol kənarı yaşıllıq ərazinin bir hissəsində yerləşir. Bundan əlavə, sözügedən torpaq sahəsinə 2017-ci ildə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. Məhkəmə tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrıl maması ilə bağlı araşdırma aparılmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

32. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 33. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı: 1.“Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki:... 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbayc an Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, ist ifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra ha kimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyə t kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkə mə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanu niliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

39. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hes ab edir.

40. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

41. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan h azırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

42. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında yerləşən 2850 kv.m torpaq sahəsini mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsinə nail olmaqdır.

43. İddiaç ı tərəfindən təqdim edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 4 mart 2005-ci il tarixli 10 saylı Qərarından görünür ki, 7-ci mikrorayon, S.S, Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında yerləşən 2850 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmiş, torpaq sahəsinin yerləşdiyi ərazinin planı Bələdiyyə tərəfindən tərtib və təsdiq edilmişdir.

44. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 3-48-2F/2-2F00109-2023 saylı xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10 saylı xx.xx.2005-ci il tarixli qərarına əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında 1200 kv.m. torpaq sahə si əlavə edilmiş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hər kv.m. üçün 25.000 manat ödəmək şərti ilə İddiaçı alqı-satqı yolu ilə ayrılmışdır.

45. Kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi 4 mart 2005-ci il tarixli 10 saylı bələdiyyə qərarında torpağın ümumi sahəsi 2850 kv.m, arxivdə aşkar edilmiş eyni nömrəli və tarixli bələdiyyə qərarında isə torpaq sahəsi 1200 kv.m ölçüdə göstərilmişdir.

46. Bununla yanaşı, iddiaçının təqdim etdiyi Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və İddiaçı arasında bağlanmış 09 saylı, xx.xx.2005-ci il tarixli “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” müqaviləyə əsasən Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında 2850 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, hər kv.m üçün 25000 manat ödəmək şərtilə İddiaçı satılmışdır. Müqaviləyə əlavə edilmiş torpaq sahəsinin situasiya planında torpaq sahəsinin eni 50 metr və 40 metr, uzunluğu 66.3 metr və 20 metr+46.3 metr qeyd edilmişdir.

47. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 3-48-2F/2-2F00109-2023 saylı xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və İddiaçı arasında bağlanmış 09 saylı, xx.xx.2005-ci il tarixli “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” müqaviləyə əsasən isə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Aran” istirahət guşəsinin arxasında 1200 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, hər kv.m üçün 25000 manat ödəmək şərtilə İddiaçı satılmışdır. Müqaviləyə əlavə edilmiş torpaq sahəsinin situasiya planında torpaq sahəsinin eni 30 metr, uzunluğu 40 metr qeyd edilmişdir.

48. Göründüyü kimi iddiaçının təqdim etdiyi və dövlət arxivində saxlanılan eyni tarixli, eyni nömrəli fərqli müqavilə və qərarlarda torpaq sahəsinin ölçüləri və bununla da yerləşdiyi yer fərqli olmaqla, eləcə də həmin qərarlar və müqavilələrə əlavə edilmiş torpaq sahəsinin situasiya planında da qeyd edilən fərqlər və ziddiyyətlər mövcuddur.

49. Bundan başqa, iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 4 mart 2005-ci il tarixli 10 saylı Qərarının notarial təsdiq olunmuş fotosurəti təqdim edilmişdir.

50. Növbəti apel lyasiya baxışında qeyd edilən yuxarıdakı bütün xüsusatlar ətraflı şəkildə təhlil edilməli, iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmalı, eyni tarixli bələdiyyə qərarlarında və alqı-satqı müqavilələrindəki uyğunsuzluğa aydınlıq gətirilməli, qəbul edilən qərarın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə cavab verməsinə qiymət verilməlidir.

51. Həmçinin, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10 saylı xx.xx.2005-ci il tarixli qərarı əsasında ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, eyni zamanda, mübahisəli (sənəd üzrə və faktiki istifadədə olan) torpaq sahəsinin faktiki sahəsinin nə qədər olması yoxlanılmalıdır.

52. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi möv qeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

54. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-124/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-124/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar