Məhkəmə qərarları › İş №2-1(102)-1423/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1423/2020

08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1423/2020 08.06.2020 ALİ MƏHKƏMƏ 2-1(102)-1423/20 Kasasiya şikayətinin mümkün sayılmaması barədə QƏRARDAD Bakı şəhəri 08 iyun 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyev cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı X2 cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Bəhruz Atakişiyev küçəsi, 64 №-li evin 48 №-li mənzilin pəncərə boşluğunun yerində qapının quraşdırılması işlərinin bitməsini nəzərə alaraq cavabdeh tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənməsini və bu işlərin bitməsini təsdiqləyən qəbul komissiyasının aktını dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakı n dövlət reyestrini aparan orqana göndərilməsi, həmin mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 07 mart 2019-cu il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi üçüncü şəxs qismində işə cəlb edilmişdir. Birinci instansiya məhkəməsindəki icraatın gedişində cavabdehin nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək Binəqədi Rayon Məhkəməsində qapı boşluğunun bərpa olunmasına dair iddia tələbinə baxıldığından hazırkı işin icraatının dayandırılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2-1(81)1512/2019 nömrəli qərardadı (hakim – E.Məmmədov) ilə hazırkı iş üzrə icraat iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdeh X1, üçüncü şəxs X3 qarşı cavabdeh tərəfindən pəncərə boşluğunun öz vəsaiti hesabına bərpa edilib əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair Binəqədi rayon Məhkəməsinin icraatında olan 2(001)-3671/2019 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1741/2019 nömrəli, 31 iyul 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim – A.Nuriyeva, hakimlər –V.Ağayev və C.Yusifov) apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2-1(81)-1512/2019 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasinin 29 noyabr 2019-cu il tarixli, 2-1(102)2963 nömrəi qərarı ilə ((sədrlik edən və məruzəçi hakim – X.Məmmədov, hakimlər – A.Hüseynov və R.Nəbizadə) kasasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1741/2019 nömrəli, 31 iyul 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya i nstansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-841/2020 nömrəli, 12 mart 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim – Ü.Mayılov, hakimlər –M.Tağızadə və K.Abiyeva) iddiaçının apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2-1(81)1512/2019 saylı qərardadının ləğv edilməsi, hazırkı işin icraatının dayandırılması barədə cavabdeh tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-841/2020 nömrəli, 12 mart 2020-ci il tarixli qərardadından narazı qalan cavabdeh kasasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılm amalı, onun qəbulundan imtina edilməlidir. Belə ki, icraatın dayandırılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7-ci maddəsi ilə təmzimlənir. Göründüyü kimi, həmin maddədə işin icraatının dayandırılmaması barədə qərardaddan şikayət vermək hüququ göstərilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, həmin Məcəllənin 83.1-ci maddəsinə görə şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Yəni müstəqil qaydada mübahisələndirilən qərardadların növləri konkret olaraq göstərilmişdir. Həmin Məcəllənin 83.1-ci maddəsinə bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Bu da onu qeyd etməyə əsas verir ki, tərəf yekun məhkəmə qərarı qəbul edildikdən sonra həmin qərardan şikayət verdikdə müstəqil mübahisələndirməyən qərardaddan birlikdə şikayət verə bilər. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yalnız elə qərardadlardan kasasiya şikayəti verilə bilər ki, Məcəllədə həmin qərardadın kasasiya qaydasında müstəqil mübahisələndirilməsi imkanı birbaşa təsbit edilmiş olsun. Buna görə də cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7, 83.1, 83.2-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdehin kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın. Ali Məhkəmənin hakimi Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar