Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1423/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu, Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.xxxx il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı ²torpaq sahəsi üzərində mülkiyyət hüququ nun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi² tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli 2-1(107)-130/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-3950A KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2-1(84)-1 560/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
3. Cavabdehin həmin qərardan verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2-1(107)-137/2019 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2-1(84)-1560/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. Cavabdeh 13 iyul 2021-ci il tarixində ²yeni açılmış hallara dair² ərizə təqdim edərək Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2-1(84)-1560/2018 nömrəli iş üzrə inzibati məhkəmə icraatının təzələnməsini və işin mahiyyəti üzrə araşdırılaraq yenidən icraata qəb ul edilməsini xahiş etmişdir.
5. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2-1(116)-1560/2018 nömrəli qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş, iş üzrə məhkəmə icraatı təzələnmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iş üzrə təqdim edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, ilkin qərarın əsasını təşkil edən, mühüm sənəd olmuş iddiaçının adına tərtib edilmiş JN-3950A nömrəli ²Torpağın mülkiyyətə verilməsinə dair² Şəhadətnamənin özünün mötəbərliyi sual altındadır və şəhadətnamənin saxta olması ehtimalı yaranır. Buna görə də, məhkəmə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2021-ci il tarixli, 5/310 nömrəli ekspert rəyini başa çatmış məhkəmə icraatından sonra meydana çıxan, lakin bitmiş mübahisənin predmetinə aid olan faktiki halları müəyyən edən sübut kimi q iymətləndirmiş və hesab etmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1560/2018 nömrəli inzibati iş üzrə icraat təzələnməli, iddiaçının adına tərtib edilmiş JN-3950A nömrəli ²Torpağın mülkiyyətə verilməsinə dair² Şəhadətnamə iş üzrə digər sübutlarla, o cümlədən hazırkı işə əlavə edilmiş ekspert rəyi ilə birlikdə araşdırılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.
7. Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2-1(116)-1691/2021 nömrəli qərardadı ilə iş üzrə X1 üçüncü şəxs qismində icraata cəlb edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(116)-509/2022 nömrəli qərarına əsasən (hakim V.Ə.Musayev) iddia tələbi rədd edilmiş, bu qərarın Şəki İnzibatiİqtisadi Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2-1(84)-1560/2018 nömrəli qərarını əv əz etdiyi qərara alınmışdır.
9. İddiaçı Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(84)-1560/2018 nömrəli iş üzrə icraatın təzələnməsi barədə qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yeni açılmış hallara dair ərizənin icraata qəbul edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 21(107)-130/2022 nömrəli qərardadı ilə (sədrlik edən V.İ.Məlikov, hakimlər G.İ.Cavadova və E.Ş.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(84)-1560/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yeni açılmış hallara dair ərizənin icraata qəbul edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Məhkəmə qərardadında cavabdeh tərəfindən ²yeni açılmış hallara dair” ərizənin 3 ay müddətində verildiyini göstərsə də, bununla bağlı iş materiallarında heç bir sənəd mövcud deyildir. Eyni zamanda, məhkəmə bununla bağlı heç bir rəsmi sənədə istinad edə bilməmişdir. Belə ki, istinad olunan ekspert rəyi 29 aprel 2021-ci il tarixində qəbul olunmuş, yeni açılmış hallara dair ərizə isə 28 oktyabr 2021-ci il tarixində Şəki İnzibati Məhkəməsində qeydiyyatdan keçmişdir.
14. Hazırkı vəziyyətdə cava bdehin yeni açılmış hallara dair ərizə verməsi və məhkəmə tərəfindən icraata qəbul edilməsi qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Çünki, Mingəçevir şəhər Polis Şöbəsində CM-in 178.2.4, 188.1, 320.1 və 320.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işində X2 barəsində olan hissəsinə Namiq Məmmədovun əməlində cinayət tərkibi olmadığından xitam verilmişdir. Həmçinin, həmin iş üzrə digər şəxslər də təqsirləndirilən şəxs qismində işə cəlb olunmamışlar. Belə olan halda, işə baxan məhkəmələr İPM-in 7.2-ci maddəsinin tələbləri baxımından kobud pozuntuya yol vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, kassasiya şikayə ti tamamilə əsassızdır. Belə ki, Mingəçevir şəhər Prokurorluğunun icraatında olan ********* nömrəli cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində aparılmış 29 aprel 2021-ci il tarixli 5/310 nömrəli ekspertiza rəyi Mingəçevir şəhər Prokurorluğu tərəfindən 24 iyun 2021-ci il tarixində poçt vasitəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə göndərilmiş və poçt baratı 7 iyul 2021-ci il tarixində adı qeyd olunan İdarə tərəfindən rəsmi qəbul edilmişdir. Yeni açılmış hallara dair ərizə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 103-cü maddəsində nəzərdə tutulmuş prosessual müddət dax ilində - 12 iyul 2021-ci il tarixli məktubla məhkəməyə göndərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində ş ikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 100.Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zama nı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏD LƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələri nin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2021-ci il tarixli, 5/310 nömrəli ekspert rəyini başa çatmış məhkəmə icraatından sonra meydana çıxan, lakin mübahisənin predmetinə aid olan faktiki halları müəyyən edən sübut kimi qiymətləndirmişdir. Belə ki, təqdim edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, ilkin qərarın əsasını təşkil edən, iddiaçının adına tərtib edilmiş JN-3950A №-li “Torpağın mülkiyyətə verilməsinə d air” Şəhadətnamənin özünün mötəbərliyi sual altındadır.
22. Bundan başqa, İPM-in 103.1-ci maddəsinin məzmununa əsasən, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.
23. Cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə verməsinə əsas Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2021-ci il tarixli, 5/310 nömrəli ekspert rəyi olmuş, həmin rəy cavabdeh inzibati orqana Mingəçevir Şəhər Prokurorluğundan 7 iyul 2021-ci il tarixdə daxil olmuş, yeni açılmış hallara dair ərizə isə 13 iyul 2021-ci il tarixdə poçt xidmətinə təqdim olunmuşdur. Beləliklə, İPM-in 103.1-ci maddədə təsbit olunmuş 3 aylıq müdd ətə əməl olunmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
25. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli 2-1(107)130/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.