Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1424/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar sözlər: tələbetmə müddəti keçdiyinə görə məcburi sosial sığorta haqqı üzrə borcun silinməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X1, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, X2 katibliyiilə, İddiaçı “xxxx” ASC-nin vəkili Vəkil Aftandil oğlu, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə nümayəndəsi X12 və vəkili X4 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (bundan sonra cavabdeh) qarşı “iddiaçının 2007-ci ildən 2013-cü ilin sentyabr ayına qədər olan dövr ərzində yaranmış 74.680,10 manat məbləğində məcburi sosial sığorta haqqı üzrə borcun silinməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-113/2020 saylı, 20 fevral 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Cavabdeh tərəfindən verilmiş 19.07.2018-ci il tarixli və 15 avqust 2018-ci il tarixli məktublardan görünür ki, iddiaçıya 2013- cü il üzrə 27535,37 manat, 2014-cü il üzrə 33475,37 manat, 2015-ci il üzrə 37342,12 manat, 2016-cı il üzrə 17110,77 manat məbləğində, ümumilikdə 146451,33 manat sosial sığorta haqqı hesablanmışdır. İddiaçı tərəfindən 2013-cü il üzrə 31000 manat, 2014-cü il üzrə 36800 manat, 2015-ci il üzrə 36100 manat, 2016-cı il üzrə 10300 manat və 2017-ci il üzrə 34602,48 manat, ümumilikdə 148802,48 məbləğində ödəniş edilmişdir. Ödəniş tapşırıqlarına əsasən 2013-cü il mart-avqust ayları ərzində köhnə borcların əvəzi olaraq 23.000 manat, 2014-cü ildə 1.000 manat, 2015-ci ildə 7.200 manat, 2016-cı ildə 1.000 manat və 2017-ci ildə 2.000 manat məbləğində vəsait ödənilmişdir. Beləliklə, iddiaçının cavabdehə sosial sığorta haqları üzrə 01.01.2007-ci il tarixdən 01.01.2018-ci il tarixədək 89.960,98 manat məbləğ ində borcu vardır. Məhkəmə araşdırması zamanı həmin borc məbləğinin 74.680,10 manat hissəsinin 2007-ci ildən etibarən 2013-cü ilin sentyabr ayına qədər yarandığı, yerdə qalan borc məbləğin isə həmin tarixdən sonra yaranmış borc məbləği olması müəyyən edilmişdir. 2013-cü ilin sentyabr ayından bu günə qədər olan dövlət sosial sığorta haqları üzrə borc cəmi 11.200 manat təşkil edir. Qalan 74.680,10 manat məbləğində borc isə 2007-ci ildən etibarən 2013-cü ilin sentyabr ayına qədər yaranmış borc məbləğidir. İddiaçı 21 may 2018-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X21 İdarəsinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 2007-ci ildən 2013-cü ilin sentyabr ayına qədər olan dövr ərzində ya ranmış 74.680,10 manat məbləğində məcburi sosial sığorta haqqı üzrə borcun silinməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi iddiaçının cavabdehə sosial sığorta haqları üzrə hal-hazırda 85880,10 manat məbləğində borcu vardır. Bu borcun əsas hissəsini isə 2007-2013-cü illərin sosial sığorta haqları təşkil edir. Belə ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli Qanunun 1-ci maddəsinin tələbinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məblə ğdə silinir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. 2013-cü ilin sentyabr ayından bu günə qədər olan dövlət sosial sığorta haqları üzrə borc cəmi 11.200 manat təşkil edir. Qalan 74.680,10 manat məbləğində borc isə 2007-ci ildən etibarən 2013-cü ilin sentyabr ayına qədər yaranmış borc məbləğidir. “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinin tələbinə əsasən hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlə rlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Məcburi dövlət sosial sığorta haqları üzrə borclar və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığorta edəndən məhkəmə qaydasında alınır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(81)-2844/2018 saylı iş) 8 oktyabr 2018-ci il tarixliqərarı iləiddia təmin edilərək iddiaçının 2007-ci ildən 2013-cü ilin sentyabr ayına qədər olan dövr ərzində yaranmış 74.680,10 manat məbləğində borc öhdəliyinə tələb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilmiş v ə həmin borc məbləğinin silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X21 İdarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh 74.680,10 manat məbləğində borcla bağlı tələb etmə müddətində məhkəməyə müraciət etməmişdir. Qərardan narazı qalan iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X21 İdarəsi apelyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 oktyabr 2018-ci il tarixli 2-1(81)-2844/2018 saylı qərarını ləğv edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 18 iyul 2019-cu il tarixli qərardadı ilə iş üzrə cavab deh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X21 İdarəsi prosessual hüquq varisi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3-məruzəçi, X8 və X9, 2-1(103)-172/2019 saylı iş) 18 iyul 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası AliMəhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Zakir Quliyev-məruzəçi, Nigar Rəsulbəyova və İlqar Hüseynov, 2-1(102)-2923/2019 saylı iş) 9 oktyabr 2019-cu il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilərək Bakı Apel yasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının18 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərkən qeyd etmişdir ki, hazırki münasibətlərə Vergi Məcəlləsinin müvafiq müddəaları və “Ümidsiz borcların silinməsi” adlanan 93-cü maddəsi tətbiq edilməlidir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X15-məruzəçi, X10 və X5, 2-1(103)-113/2020 saylı iş) 20 fevral 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslan dırmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1, 93.1.1, 93.1.2-ci maddələri ilə vergilər, vergilərə hesablanmış faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların vergi orqanları tərəfindən silinməsi qaydaları müəyyənləşsə də, Vergi Məcəlləsinin 85.5-1-ci maddəsi məcburi dövlət sosial sığorta haqqına münasibətdə bu qaydaların tətbiq olunmasını istisna edir. İddiaçı 11 mart 2020-ci tarixdə qərarın surətini almış, 2 aprel 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, birinci instansiya məhkəməsinin qərarına uyğun qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası məhkəməsi təkrarən işə baxan zaman guya Ali Məhkəmənin göstərişlərinə əməl etmiş və tərəflər arasında 2007-2013-cü il tarixlərdəyaranmış münasibə tlərə 30 noyabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyi, daha dəqiq desək Vergi Məcəlləsinin 85.5-1-ci maddəsini (Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir) tətbiq etmişdir. Halbuki, “Normativ hüquqi aktlar haqqında” Qanunun 87.1-ci maddəsinin tələbinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələb i göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı 2007-ci ildən 2013-cü ilin sentyabr ayına qədər olan dövr ərzində yaranmış məcburi dövlət sosial sığorta haqqı üzrə borcun silinməsini xahiş etmişdir. Cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, 01.01.2006-cı ildən bağlayaraq sosial sığorta ilə bağlı məlumatlar vətəndaşların fərdi uçot sisteminə işləndiyindən və sığorta hadisəsi baş verən zaman sığortaolunanların sığortaçı təşkilatdan sığorta ödəməsi almaq hüququ yarandığından məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların və onlara hesablanmış pensiyanın silinməsi qanuna müvafiq deyildir Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddə sinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş materiallarından görünür ki, iddiaçının cavabdehə sosial sığorta haqları üzrə 01.01.2007-ci il tarixdən 01.01.2018-ci il tarixədək 89.960,98 manat məbləğində borcu yaranmışdır. Borc məbləğinin 74.680,10 manat hissəsi 2007-ci ildən 2013-cü ilin sentyabr ayına qədər, qalan məbləğ isə 2013-cü ilin sentyabr ayından yaranmışdır. 2013-cü ilin sentyabr ayından bu günə qədər olan dövlət sos ial sığorta haqları üzrə borc 11.200 manat təşkil edir. Qalan 74.680,10 manat borc isə 2007-ci ildən etibarən 2013-cü ilin sentyabr ayına qədər yaranmış borc məbləğidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə “Sosial sığorta haqqında” Qanunun 14, 18-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1 və 551.2.1-ci maddələrinə əsasən işin bu halı cavabdehə məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 74.680,10 manat məbləğində borcunu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi qənaətinə gəlmək üçün məhkəməyə əsas verir. Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə yeni məzmunda əlavə edilmiş 1.4-cü maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllənin vergitutmanın ümumi əsaslar ı, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesa blamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Bununla yanaşı, Vergi Məcəlləsinin 85.5-1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığo rta haqqına münasibətdə tətbiq edilmir. Vergi Məcəlləsinin 93.1, 93.1.1, 93.1.2-ci maddələri ilə vergilər, vergilərə hesablanmış faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların vergi orqanları tərəfindən silinməsi qaydaları müəyyənləşsə də, Vergi Məcəlləsinin 85.5-1-ci maddəsi məcburi dövlət sosial sığorta haqqına münasibətdə bu qaydaların tətbiq olunmasını istisna edir. Yəni vergi qanunvericiliyində məcburi dövlət sosial sığorta haqlarının tutulması ilə bağlı mübahisələrə hər hansı müddət çərçivəsində hesablanma və tələb etmə tətbiq edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh verilməsinə dair” 24 aprel 2019-cu il tarixli Qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə Mülki Məcəllənin müddəaları tətbiq edilmir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarında həmçinin qeyd edilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Qanunda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haq larının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Bu səbəbdən hazırkı mübahisə ilə bağlı borcun hesablanması və tələb etməyə dair hər hansı müddətin tətbiqindən söhbət gedə bilməz. Odur ki, apelyasiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “xxxx” ASC-nin kas asiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-113/2020 saylı, 20 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1424/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1424/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver