Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1424/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; ilkin müraciət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kad astrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2-1(103)-1318/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə (üçüncü şəxs "xxxx" ASC) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən ipoteka predmeti olmuş evə dair aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İd diaçı tələbini onunla əsaslandırmışdır ki, X2 ilə bağladığı 1 iyun 2007-ci il tarixli müqavilə ilə ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s 141 saylı evin ipotekaya qoyulması barədə razılığa gəlmişdir. Lakin əsas borclu tərəfindən pul "xxxx" İKB ASC-yə ödənilmədiyindən, tələb Bakı Apellyasiya Məhkəməsinin 12 avqust 2009-cu il tarixli icra vərəqəsinə əsasən ona məxsus sözügedən ipoteka predmetinə yönəldilmişdir. Belə ki, həmin icra vərəqəsinə əsasən, M.Mehtiyevin kredit müqaviləsindən irəli gələn 34.694,67 ABŞ dolları əsas borcu, 2.154,30 ABŞ dolları faiz borcu və 584,91 ABŞ dolları olmaqla cəmi 37.433,88 ABŞ dollarının və xx.xx.2007-ci il tarixindən etibarən öhdəlik tam icra olunanadək hər bir təqvim günü üçün 52,04 ABŞ dollarının ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin iddia qaldırılması üçün ödənilmiş 19 manat 80 qəpik dövlət rüsumunun ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsaitə yönəldilməsi qət edilmişdir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 30 oktyabr 2012-ci il tarixli qərara əsasən, ona 5 gün müddətində icranın könüllü şəkildə icra edilməsi öhdəliyi qovulmuş və əks təqdirdə, əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. 7 noyabr 2012-ci ildə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisinə ünvanlanmış məktubda göstərilmişdir ki, onun tərəfindən icra tələbi müəyyən edilmiş vaxtda könüllü icr a edilməmiş, bu səbəbdən də, ona əlavə olaraq 5 gün vaxt təyin edilmişdir. Əks halda isə, 16 noyabr 2012-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s, 141 saylı ona məxsus 63 saylı mənzildə yaşayanların evdən məcburi çıxarılması təyin edilir. Cavabdeh tərəfindən Bakı şəhər Suraxanı rayon İcra şöbəsinə verilmiş 17 noyabr 2012-ci il tarixli məktuba əsasən ona məxsus sözügedən mənzil üzərinə qadağa qoyulmuşdur. 20 aprel 2015-ci il tarixli Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş qərara əsasən, ona məxsus mənzilin qiymətləndirilməsi üçün qiymətləndirmə fəaliyyətini həyata keçirən "xxxx" MMC-dən mütəxəssis dəvət edilməsi qərara alınmış və 11 noyabr 2015-ci ildə ona məxsus ipoteka predmeti olan mənzilin qiyməti 67000 manat müəyyən edilmişd ir. 15 may 2016-cı il tarixli müqaviləyə əsasən sözügedən mənzil hərrac yolu ilə "xxxx" İKB ASC-yə 47.713 min manata satılmışdır. 4 fevral 2022-ci il tarixli "xxxx" ASC tərəfindən Suraxanı rayon İcra şöbəsinin rəisinə göndərilən məktuba əsasən isə X1 xx.xx.2009-cu il tarixli qətnamə üzrə qalıq borcu 12.353,14 ABŞ dolları və 30 manat dövlət rüsumu təşkil etdiyindən, qətnamənin icrasını təmin etmək üçün icra tədbirlərinin davam etdirilməsi, eyni zamanda bankın mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən ev 141, 63 saylı mənzilin boşaldılması ilə bağlı təyinat verilməsindən ötrü icra məmuruna göstəriş verilməsi xahiş edilmişdir. Buna əsasən, mübahisəli mənzilin "xxxx" İKB ASC-yə satılmasına baxmayaraq, mənzil boşaldılmadığından, mənzilin xx.xx.2022-ci il tarixədək könüllü surətdə boşaldılması tələb edilmişdir. 31 may 2022-ci il tarixli Suraxanı rayon İcra şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlığa əsasən isə məcburi icra hərəkətlərinin həyata keçirilməsi xx.xx.2022-ci il tarixə təyin edilmişdir. 6 iyun 2022-ci il tarixli Bakı şəhər Suraxanı rayon İcra şöbəsini qərarına əsasən isə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3717/2009 saylı icra sənədinin tələbləri tam icra olunduğundan və xx.xx.2022-ci ildə sözügedən mənzildə yaşayanlar evdən çıxarılaraq tələbkarın nümayəndəsinə təhvil verildiyindən icraata xitam verilmişdir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələbinə baxmayaraq, ona Sabunçu rayon İcra şöbəsi tərəfindən göndərilən heç bir bildiriş çatmamış və o, hərracın keçirilməsi ilə bağlı heç bir məlumat ala bilməmiş, buna görə də keçirilən hərracda iştirak edə bilməmişdir. Yuxarıda qeyd olunan "xxxx" ASC tərəfindən Suraxanı rayon İcra şöbəsinin rəisinə göndərilən xx.xx.2022-ci il tarixli məktubdan da məlum olduğu kimi, qeyd olunan mənzil hərraca çıxarılmış, lakin alıcı olmadığından tələb olunan müddətlərdə qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş prosedurlar həyata keçirilmədən dərhal 42.662,34 manata banka təklif edilmişdir. Hesab edir ki, qanunvericiliyin tələblərinə əməl olunmadığından hərracın nəticələri etibarsız hesab olunmalıdır. Nə qədər ki, hərracın nəticələrinə hüquqi qiymət verilməyib, cavabdeh tərəfindən ipotekanın dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə ziddir və qanunsuz olduğundan ləğv edilməlidir.
3. Bakı İnzibati Məhkəməsinin (sədrlik edən: P.A.Hüseynov) 12 deka br 2022-ci il tarixli, 2-1(112)-13782/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar cavabdeh orqana müraciət etməmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə təklif edilməsinə baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdeh orqana iddia tələbində göstərilən məsələ ilə əlaqədar müraciət edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və A.P.Oruczadə) 28 mart 2023cü il tarixli, 2-1(103)-1318/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(112)-13782/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdehə müraciət etməsini təsdiq edəcək sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim etməmiş, həmçinin, apellyasiya şikayətinə əlavə etməmişdir. Apellyasiya şikayətinin dəlilinin əksinə olaraq, iş materiallarının 61-ci vərəqində olan xx.xx.2023-cü il tarixli aktdan da görünür ki, iddiaçı tərəfindən məhkəməyə poçt vasitəsilə daxil olmuş apellyasiya şikayətinə qoşmada qeyd olunan Bakı İnzibati Məhkəməsinin qərarının surəti və cavabdehin imtina məktubu aşkar edilməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizələrlə əsaslandırılmışdır. Həmin dəlillər mübahisələndirilən qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
9. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri və işin hal ları ilə eynilik təşkil edir. İddiaçı kassasiya şikayətində əlavə olaraq göstərir ki, iddiaçı cavabdehə ünvan 4 ünvanında yerləşən ipoteka predmeti olan evə dair aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********42 nömrəli imtina məktubu ilə cavab verilmişdir və həmin imtina məktubu həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi qərardadı qəbul edərkən imtina məktubunun qoşma kimi əlavə olunmadığını qeyd etmişdir. Qanunvericiliyin tələbi üzrə qərardaddan şikayət Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir, bu zaman şikayətə qoşma kimi əlavə edilmiş imtina məktubu və Bakı İnzibati Məhkəməsi qərardadının Bakı Apellyasiya Məhkəməsinə göndərilməməsi, birinci instansiya məhkəməsi tərəfindən törədilmiş prosessual pozuntu kimi qiymətləndirilməlidir və bu hal vətəndaşın hüququnu pozmamalıdır. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin qərardadı tamamilə formal mülahizəyə əsaslanır və əsassızdır.
10. Bununla yanaşı, iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə icraatın dayandırılması barədə vəsatətlə müraciət olunmuş və bildirilmişdir ki, icraatda olan işdə mübahisə predmeti olan mənzilə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab olunması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)-947/2023 nömrəli iş mövcuddur. Hazırkı iş sözügedən mənzillə bağlı keçirilən hərracın nəticələrinin etibarsız hesab olunması ilə bağlı mövcud olan işin nəticəsindən asılı olduğundan, iş üzrə icraat 2(103)-947/2023 nömrəli iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmalıdır. Lakin Bakı Apellyasiya Məhkəməsi prosessual pozuntu törədərək icraatın dayandırılması ilə bağlı vəsatəti nəinki təmin etməmiş, hətta qərardad qəbul edərkən vəsatətə heç bir münasibət belə bildirməmişdir. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin qərardadı ləğv edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zə ruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdiklər i sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxun mur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır....
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apell yasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yox lanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normaları düzgün tətbiq olunmuşdur.
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
19. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
20. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə müraciət edərkən cavabdehin imtina məktubunu məhkəməyə təqdim etməmişdir. İş materialların dan görünür ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli məktub göndərilməklə ona hazırkı iddia tələbi üzrə cavabdeh orqana olan müraciətinin və müraciətin çatmasını təsdiq edən sənədin və ya cavabdehin imtina məktubunun məhkəməyə təqdim olunması təklif edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək, həmin tarixə təyin edilmiş məhkəmə iclasına gələ bilməməsi barədə məlumat versə də, cavabdehin imtina məktubunu məhkəməyə təqdim etməmişdir.
21. Bundan başqa, iddiaçı apellyasiya şikayətində cavabdehin imtina məktubunu qoşmaya əlavə etdiyini göstərsə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, apellyasiya şikayətinin daxil olduğu zərfdə imtina məktubu aşkar edilməmişdir.
22. Ona görə də, apellyasiya instansiyası məhkəm əsi cavabdehə ilkin müraciətin edilməməsi səbəbi ilə iddianın mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadını dəyişdirmədən saxlamışdır.
23. Hal-hazırda iddiaçı kassasiya şikayətinə cavabdehin xx.xx.2022-ci il tarixli, **********42 nömrəli imtina məktubunu əlavə etsə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
24. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. İddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilməsi və müv afiq imtina məktubunun alınması barədə sübutlar nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilmədiyindən, işə baxan məhkəmələr iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmiş, bu barədə qərardad qəbul edərkən hüquq normalarını pozmamışlar.
26. Nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya cavabdeh inzibati orqana müraciətini təsdiq edən sübutların təqdim edilməsi ilə bağlı təklif olunsa da, iddiaçı həmin sübutu nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Ona görə də, işə baxan aşağı instansiya məhkəmələri iddianın mümkünlüyü ilə bağlı məsələni işin hallarına uyğun tam, hərtərəfli və obyektiv araşdırmış, nəticə etibarı ilə prosessual hüquq normalarının tələblərinə uyğun nəticəyə gəlmişlər.
27. Cavabdeh in imtina məktubunun ilk dəfə kassasiya instansiyası məhkəməsinə təqdim edilməsi işə baxmış apellyasiya instansiya məhkəməsinin qərardadının prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi kimi qiymətləndirilməməli və həmin qərardadın ləğvinə əsas verməməlidir.
28. Nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
29. Bundan başqa, məhkəmə kollegiyası kassasiya şikayətinin hazırkı iş üzrə icraatın dayandırılması barədə vəsatətə baxılmaması ilə bağlı dəlilinə münasibə tdə qeyd edir ki, hal-hazırda apellyasiya instansiya məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində, yəni iddianın mümkünlüyünün yoxlanılması hissəsində baxdığından işin mahiyyəti ilə bağlı vəsatətə baxılmaması apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğvi üçün əsas hesab edilə bilməz.
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2023-cü il tarixli, 21(103)-1318/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.