Məhkəmə qərarları › İş №2-1(102)-1425/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1425/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1425/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1425/2020) Açar sözlər: yeni texniki pasportun verilməsi. Bakı şəhəri xx xxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, üçüncü şəxs Əliyeva Elza Əlikram qızının və vəkili Vəkil iştirakı ilə, İddi açı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi yazılacaq) “yeni texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1965/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından üçüncü şəxs Əliyeva Elza Əlikram qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: Sabunçu rayon Məhkəməsinin 2(008)-4220 çaylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə miras əmlak olan, Bakı şəhəri, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yerləşən 25 saylı evə dair X5, Əl iyeva Elza Əlikram qızının, X2, X1 və X3 hər birinin payları 1/15 hissədə müəyyən olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1071 saylı xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yerləşən 25 saylı evin 5/15 hissəsinin vərəsəsi olan X4 payına düşən miras qalmış hissəsinin X10 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, bundan sonra sözügedən evin 5/15 hissəsi üzərində Püstə Xanəliyevanın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır. Sabunçu Rayon Məhkəməsinin 2(008)-882 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Əliyeva Elza Əlikram qızının cavabdehlər X9, X8, X6 və X7 qarşı paylı mülkiyyətlərində olan Bakı şəhəri, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yerləşən 25 saylı evin və onun torpaq sahəsinin hər birinin payına uyğun şəkildə naturada bölünməsi, habelə cavabdehlərin ilkin iddiaçıya qarşı evin 1/15 hissəyə paylara uyğun bölünməsi tələbinə dair iddiası üzrə ilkin iddia qismən, qarşılıqlı iddia tam təmin edilmiş, «A» literli yaşayış evinin 2, 4 və 5 saylı tikililərin ayrı-ayrılıqda arakəsmələr vasitəsilə iki barəbər hissəyə bölünməsi, bölünmüş hissələrə pəncərələrin yerində keçid və fasad divarları üzərində giriş-çıxış qapılarının açılması, 5 saylı tikilinin bölünmüş hissəsi ilə 6 saylı tikili arasındakı, eləcə də 7 saylı tikilinin bölünmüş hissəsi ilə 8 saylı tikili arasında mövcud keçid qapılarının bağlanması qət edilmişdir. Sonradan payçıların razılığı əsasında evin bu hissəsi üzərində mülkiyyət hüququ Əliyeva Elza Əlikram qızının adına keçmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-921 saylı xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə miras əmlak olan, Bakı şəhəri, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yerləşən 25 saylı evə İddiaçı payı miras əmlakın 5/15 hissəsi kimi müəyyən edilmişdir. Bu qətnamə əsasında Bakı şəhəri, Ramana qəsəbəsi, V.Vəliyev küçəsində yerləşən 25 saylı evin 5/15 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan ünvanda yerləşən tikililərə dair iddiaçının adına xx.xx.2017-ci il tarixdə texniki pasport tərtib olunmuşdur. Texniki pasportda əksini tapmış «A» tikilisinin artıq mövcud olmayan, 13,6 kv.m və 9,2 kv.m sahəsi olan tikililər də mövcud tikililər kimi göstərilmişdir. Həmçinin iddiaçının «A» tikilisindən ona düşən hissədə sonradan inşa etdiyi mətbəx tikilisi paspor ta salınmamışdır. İddiaçı texniki pasportda olan bu uyğunsuzluğu aradan qaldırmaq üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, texniki pasportun faktik vəziyyətə uyğun tərtib olunmasını tələb etmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının tələbini təmin etməmiş, xx.xx.2018-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, fərdi yaşayın evinə baxış keçirilərkən məlum olmuşdur ki, qeyd olunan sahələr iddiaçıya aid olmayan hissələrdir. Həmçinin mətbəx sahəsi ona verilən yaşayış otağının qarşısında yerləşən 17 kv.m və 3,8 kv.m olan sahələrdir və qeydiyyata alınmasına əsas verən sənədlər yoxdur. İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il tar ixli, **********96-10301 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 25 nömrəli evin texniki pasportunda ona aid olan “A” tikilisinin planı olan səhifəsində yanlış olaraq, 1də 13.6 kimi rəsmi qeyd edilən, lakin faktiki olaraq olmayan otaqların texniki pasportdan çıxarılması və bundan başqa faktiki olaraq mövcud olan, lakin texniki pasporta göstərilməyən mətbəxinin rəsmi olaraq texniki pasporta salınması ilə ona yeni texniki pasportun verilməsi vəzifəsinin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini əsaslandırarkən işin yuxarıda göstərilən faktik hallarını sadalamış, həmçinin bildirmişdir ki, yaşayış evinin texniki pasportunda ona aid olan “ A” tikilisinin planında kobud yanlışlığa yol verilmişdir. Belə ki, ona aid “A” tikilisinin planı olan səhifədə yanlış olaraq, 1-də 13.6 kimi qeyd edilən otaqlar səhvən mövcudmuş kimi göstərilmiş, eləcə də 8-də 20.9-un qarşısında olan mətbəx faktiki ola-ola qeyd edilməmişdir. “A” tikilisinin planında faktiki mövcud olmayan iki otaq əlavə çəkilmiş, faktiki mövcud olan mətbəx isə texniki pasporta salınmamışdır. Cavabdeh onun ərizəsini araşdırarkən məktubda qeyd edildiyi kimi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən adıçəkilən fərdi yaşayış evinə yerində texniki baxış keçirilməmişdir. Texniki baxış keçirilmədən imtina cavabı vermə və bu səbəblə də yaranmış yanlışlığı aradan qaldırmağa qanunvericiliyin müddəalarını kobudcasına pozmaq deməkdir. Fərdi yaşayış evinin ona aid olan “A ” tikilisinin planı yenidən çəkilməlidir. Cavabdehin etiraz dəlilləri: Cavabdeh iddia tələbinə qarşı etiraz etmiş və etirazını yuxarıda göstərilən məktubda göstərilən dəlillərlə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-137/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə (hakim Z.Tağıyev) iddia təmin edilmiş, xx.xx.2017-ci il tarixli, **********96-10301 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 25 nömrəli evin texniki pasportunda ona aid olan “A” tikilisinin planı olan səhifəsində yanlış olaraq 13.6 kv.m kimi rəsmi qeyd edilən, lakin faktiki mövcud olmayan otaqların texniki pasportdan çıxarılması və bundan başqa faktiki mövcud olan, lakin texniki pasporta göstəri lməyən mətbəxin rəsmi olaraq texniki pasporta salınaraq, İddiaçı yeni texniki pasportun verilməsi vəzifəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, 100 manat ekspertiza tədqiqatının dəyərinin cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli, **********9610301 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 25 nömrəli evin texniki pasportunda iddiaçıya aid olan “A” tikilisinin planı olan səhifədə yanlış olaraq 1-də 13.6 kv.m kimi rəsmi qeyd edilən, lakin faktiki mövcud olmayan otağın texniki pasportdan çıxarılması və bundan başqa faktiki olaraq mövcud olan, lakin texniki pasportda göstərilməyən mətbəxin rəsmi olaraq texniki pas porta salınması vəzifəsi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-137/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1965/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər E.Nağıyeva (sədrlik edən və məruzəçi), H.Həmidov və V.Baxışova) apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-137/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı qismən ləğv edilmiş, iddia tələbi “xx.xx.2017ci il tarixli, **********96-10301 reyestr nömrəli Bakı şəhəri, Sabunçu ra yonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 25 nömrəli evin texniki pasportunda göstərilməyən mətbəxin rəsmi olaraq texniki pasporta salınması ilə ona yeni texniki pasportun verilməsi vəzifəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində rədd edilmiş, qərar qalan - xx.xx.2017-ci il tarixli, **********96-10301 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 25 nömrəli evin texniki pasportunda ona aid olan “A” tikilisinin planı olan səhifəsində yanlış olaraq 13.6 kv.m kimi rəsmi qeyd edilən, lakin faktiki olaraq mövcud olmayan otaqların texniki pasportdan çıxarılaraq ona yeni texniki pasportun verilməsi vəzifəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, 100 manat ekspertiza tədqiqatının dəyərinin cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan üçüncü şəxs Əliyeva Elza Əlikram qızı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilərək, işin yenidən apelyasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı tərəfindən qeyd olunan mətbəx, iddiaçıya verilən yaşayış otağının qarşısında sonradan özbaşına inşa olunmuş 17 kv.m. və 3.8. kv.m. sahələrdir. İddiaçı bu tikililərə dair hər hansı hüququnun olduğunu təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bakı Apelyasiya Məhkəməsi, faktiki mövcud olmayan otaqların texniki pasportdan çıxarılmasının cavabdehin vəzifəsi olduğu barədə qənaətə gəlmişdir. Hesab edir ki, məh kəmə maddi hüquq normalarını pozmaqla, xx.xx.2017 il tarixli, **********96-10301 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 25 nömrəli evin texniki pasportunda ona aid olan “A” tikilisinin planı olan səhifədə yanlış olaraq 13.6 kv.m kimi rəsmi qeyd edilən, lakin faktiki mövcud olmayan otaqların texniki pasportdan çıxarılaraq ona yeni texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Tərəflərin izahatları Üçüncü şəxs Əliyeva Elza Əlikram qızı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə onun çıxışı dinlənilməmişdir. Digər proses iştirakçıları məhkəmə iclasına gəlm əmişlər. Əsaslandırıcı hissə Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərari dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, aşağı məhkəmə instansiyalarının müəyyən etdiyi işin faktik hallarından göründüyü kimi iddiaçı hal-hazırda faktiki olaraq mövcud olmayan tikilinin (otağın) texniki pasportdan çıxarılması və bundan başqa faktiki olaraq mövcud olan, lakin texniki pasportda göstərilməyən mətbəxin rəsmi olaraq texniki pasporta salınmasını tələb edir. Baxılan mübahisə daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tənzimləyən normalar əsasında həll olunmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun ol araq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini t əsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Adı çəkilən Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi. Eyni zamanda “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməs i barədə Azərbaycan Respublikası Prezidentinin 553 №-li, xx xxxx 2015-ci il tarixli Fərmanının 2.1-ci bəndinə əsasən dövlət reyestrindən çıxarışda daşınmaz əmlakın növü, daşınmaz əmlakın ümumi sahəsi (kvadrat metrlə) göstərilir. Göründüyü kimi, tikintinin texniki pasportu qeydiyyat üçün əhəmiyyətlidir və tikililərin mövcüd texniki cəhətlərini əks etdirməlidir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarına surəti əlavə edilmiş daşınmaz əmlakın texniki inventarlaşdırma idarəsi tərəfindən tərtib edilmiş bölgü sxemi, habelə iş materiallarının 1-ci cildinin 101-ci səhifəsində olan, tərəflərin arasında mülklə bağlı iddialarının başlanmasından bir neçə il əvvəl texniki pasporta edilmiş qeydlərlə, «A» tikilisinə aid 13,6 kv.m. olan 1 saylı sahənin söküldüyü təsdiq edilir. İnzibati orqan iddiaçıya vermiş texniki pasportda faktiki olaraq mövcud olmayan bu tikilini mövcud tikili kimi texniki pasporta daxil etmişdir. Ona görə də məhkəmələr iddia tələbini bu hissədə təmin etməkdə haqlı olmuşdur. İddianın bu hissədə təmin olunmasına kassatorun etiraz dəlilləri heç bir faktik hala və hüquqi əsasa söykənmir və təmin oluna bilməz. Eyni zamanda iddiaçı tərəfindən əlavə tikililərin inşa edildiyi işin mübahisə edilməyən halıdır və bu tikililərin inşa olunması üçün müvafiq icazə alınması barədə iddiaçı hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyya tı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texni ki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparılır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşay ış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ai lə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsa s olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Apelyasiya instansiyası məhkəməsinin mətbəx tikilisinin texniki pasporta daxil edilməsi tələbinin rədd olunması barədə gəldiyi nəticə, sadalanan hüquq normalarının tələblərinə uyğundur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərə k (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1965/2019 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar