Məhkəmə qərarları › İş №2-1(102)-1426/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1426/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1426/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: tibb fəaliyyətinə dair lisenziyaya mama-ginekologiya: ginekoloji stasionar (ekstrakorporal mayalandırma istisna olmaqla) və doğuşa yardım sahəsinə dair əlavənin verilməsi üçün tələb olunan rəyin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (əvvəlki "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə q arşı “lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi üçün tələb olunan rəyin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-432/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edərək MMC-yə verilən 2016-cı il 7 aprel tarixli, İN/i-890/2016 saylı Lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həmin müraciətə cavab olaraq bildirmişdir k i, müraciətlə bağlı aidiyyətı üzrə rəyin bildirilməsi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 2016-cı il 12 aprel tarixli məktub ünvanlanmışdır. Həmin məktub əsasında üçüncü şəxs tərəfindən iddiaçıya məxsus klinikaya baxış keçirilmiş və həmin baxışın nəticəsinə dair Rəy tərtib edilmişdir. Adı çəkilən Rəydə klinikada aşkar edilmiş nöqsanlar qeyd olunmuş və həmin nöqsanlara görə mamaginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair tibb fəaliyyətinin həyata keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. Qeyd olunan Rəy əsasında cavabdeh iddiaçıya müraciətin təmin olunmaması barədə 2016-cı il 26 aprel tarixli imtina məktub ünvanlamışdır.

3. Eyni lisenziyaya əlavəyə dair iddiaçı tərəfindən 2016-cı il 28 aprel, 2016-cı il 11 may, 2016-cı il 11 iyun, 2017-ci il 19 apre l və 2017-ci il 25 avqust tarixlərində inzibati orqana təkrar müraciətlər edilmiş, hər dəfə yuxarıda qeyd olunan mərhələlər həyata keçirilmiş və üçüncü şəxs tərəfindən tərtib edilmiş müvafiq rəylərdə, hər müraciətdə müxtəlif əsaslar göstərilməklə, tibb fəaliyyətinin göstərilməsi məqsədəuyğun hesab edilməmiş və bu əsasla da müraciətlər İqtisadiyyat Nazirliyi tərəfindən təmin olunmamışdır. 4. "xxxx" MMC 25 sentyabr 2017-ci il tarixdə təkrar ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edərək MMC-yə verilən 2016-cı il 7 aprel tarixli, İN/i-890/2016 saylı Lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 11 oktyabr 2017-ci il tarixli məktubla mür aciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, müvafiq rəyin alınması məqsədi ilə Səhiyyə Nazirliyinə müraciət edilmiş, Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş rəydə aşağıdakı çatışmazlıqlar qeyd olunmuşdur: ginekoloji xəstələrin stasionara qəbulu üçün ginekoloji kreslo olan ixtisaslaşdırılmış baxış otağı, soyunubgeyinmə və duş otaqlarından ibarət sanitar keçidi olan qəbul bölməsi təşkil olunmamışdır; ginekoloji əməliyyat zalı histeroskopik cərrahi əməliyyatların aparılması üçün zəruri olan tibbi avadanlıqlar və təcili sterilizasiya otağı avtoklav ilə təchiz edilməmişdir, ginekoloji xəstələr üçün ayrıca palatalı şöbə təşkil edilməmişdir (ginekoloji xəstələrin palataları digər profilli xəstələr üçün nəzərdə tutulmuş palatalı şöbədə yerləşmişdir); ginekoloji xəstələrin müalicə si üçün ayrılmış palataların əksəriyyəti çarpayılarla təmin edilməmişdir; ginekoloji şöbənin müalicə və müayinə otaqlarında mexaniki ventilyasiya və kondisionerləşdirmə sistemləri qurulmadığından dəhlizlərdə, palatalarda, sarğı və prosedur otaqlarında, yardımçı sahələrdə optimal hava mübadiləsi təmin olunmamışdır; doğuşayardım şöbəsinə hamilə qadınların qəbulu sahəsi, obyektdə həyata keçirilən digər işlər və ixtisaslar üzrə stasionar tibbi xidmət göstərilən (ümumi cərrahi, neyrocərrahi, uroloji, travmatoloji-ortopedik, nefroloji, endokrinoloji, otorinolarinqoloji) bölmələrdən tam təcrid edilməmişdir; doğuşayardım şöbəsində aparılmış yenidənqurma işlərinə, beşinci və altıncı mərtəbələr arası qurulmuş əlavə lift şaxtasının tikinti-quraşdırma işlərinin istismara qəbulunun müvafiq icra hakim iyyəti orqanları ilə razılaşdırılmasına dair təsdiqedici sənədlər təqdim edilməmişdir; doğuşayardım şöbəsində əsas və yardımçı otaqların yerləşmə vəziyyəti xəstəxanadaxili fizioloji (“təmiz” axın) və müşahidə bölmələri (“çirkli" axın) üçün ayrılıqda axın ardıcıllığını təmin etməmişdir; yenidoğulmuş körpələrə neonatoloji xidmətin göstərilməsi (monitor, tərəzi, “CPAP”, “ASV” aparatları) və cərrahi əməliyyatlar (laparoskop) üçün alınmış yeni tibbi avadanlıq və cihazların normativ-texniki tələblərə uyğunluğu barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən təsdiqedici sənəd alınmamışdır; müayinə, prosedur, müalicə otaqlarında, o cümlədən fizioloji doğuş zalları, əməliyyat bloku, neonatoloji şöbənin otaqlarında və palatalarda temperatur rejiminin g özlənilməsi üçün nəzərdə tutulmuş kondisionerləşdirmə və avtomatik temperatur tənzimləyici sistemləri qurulmamışdır; mövcud mexaniki ventilyasiya sistemlərinin istismar vəziyyəti qeyri-qənaətbəxş olduğundan, mexaniki ventilyasiya sistemlərinin otaqlar üzrə təyinatına, texniki parametrlərinə dair sənədlər baxılmağa təqdim edilmədiyindən otaqların düzgün havalandırılmasının effektivliyini, havalandırma balansını, otaqlara verilən havanın zərərsizləşdirilməsi üçün hava zərərsizləşdirici qurğular (“HEPA-fıltr") ilə təchizatına dair sənədlər baxılmağa təqdim edilmədiyindən vəziyyəti qiymətləndirmək mümkün olmamışdır; obyektin sanitargigiyenik vəziyyəti qeyri-qənaətbəxşdir, belə ki, ventilyasiya sistemlərinin otaqlarda, o cümlədən əməliyyat zalında qurulmuş elementləri (havasorucu, havaverici qə fəslər) qeyri-kafi vəziyyətdədir, bir sıra müayinə, müalicə və ciddi aseptik rejim tələb olunan otaqların tamamlanma işlərində istifadə edilən üzlük inşaat materiallarının hamarlılığı (divar, asma tavan, döşəmə) təmin olunmamış, bəzi sahələrdə təmir-tamamlanma işləri keyfiyyətsiz aparılmışdır; otaqlardakı avadanlıq və inşaat materiallarının tibb müəssisələrində tətbiqə yararlı olduğunu təsdiq edən sənədlər (sertifikatlar) baxılmağa təqdim edilməmişdir. Bununla əlaqədar müraciətin təmin edilməsindən imtina olunur. Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra lisenziya əlavəsinin verilməsi üçün yenidən müraciət oluna bilər.

6. İddiaçının eyni məzmunlu təkrar müraciətlərinin təmin olunmasından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iddiaçıya ünvanlanmış 10 oktyabr 2019-cu il tarixli, İN-X/O-12359/2019 №-li və 07 fevral 2020-ci il tarixli İN-X/O1417/2020 №-li məktubları ilə imtina olunmuşdur. Həmin məktublarda da imtinanın əsasları kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mənfi rəylərinə istinad edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat 7. "xxxx" MMC 14 fevral 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilən 07 aprel 2016-cı il tarixli, İN/i-890/2016 saylı lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddianın əsaslarına görə, ünv an 1 ünvanda "xxxx" MMC və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X1 ilə aralarında bağlanmış müqavilə əsasında “Qismət” klinikasının layihəsi hazırlanmış və birbaşa Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X1nin iştirakı ilə inşa olunmuşdur. İnşa olunmuş klinikada birinci və ikinci mərtəbələrdə diaqnostik, üçüncü və dördüncü mərtəbələrdə doğuşa yardım, beşinci və altıncı mərtəbələrdə ginekoloji və ümumi cərrahiyyə şöbələri nəzərdə tutulmuşdur. Klinikanın inşası və avadanlıqların təchizatı üçün tərəflərindən bir neçə milyon manat xərclənmişdir. Baxmayaraq ki, layihə Səhiyyə Nazirliyi tərəfindən verilib, lakin bir neçə ildir ki, həmin nazirliyin işçiləri tərəfindən böyük haqsızlıqlarla qarşıqarşıya gəlmişlər. Belə ki, onlara verilmiş lisenziyaya bir neçə sahələr üzrə, o cü mlədən on bir növ əməliyyat sahələri üçün əlavələr olunduğu halda, doğuşa yardım və ginekoloji stasionar üçün əlavələrə aid müraciətlərinə hər dəfə bir bəhanə ilə imtina cavabları verilmişdir. İddiaçı onların göstərdiyi nöqsanları aradan qaldırdıqları halda belə, yenə də, bu sahələrin onlara verilməsinin mümkün olmayacağını bildirmişlər. Cavabdehin etirazları:

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, "xxxx" MMC özəl tibb fəaliyyətinin stasionar tibbi xidməti (mamaginekologiya (ginekoloji və doğuşa yardım) üzrə lisenziya əlavəsinin verilməsi ilə bağlı 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə İqtisadiyyat Nazirliyinə bir neçə dəfə müraciət etmişdir. Lisenziya verən orqan təqdim edilən ərizəyə baxarkən sahibkarlıq fəaliyyəti növünün xüsu siyyətlərindən asılı olaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət orqan və müəssisələrinin rəyini (razılığını) alır. Bununla əlaqədar həmin müraciətlər müvafiq rəyin bildirilməsi üçün ölkədə tibb fəaliyyətinin tənzimlənməsini və bu sahəyə nəzarəti həyata keçirən Səhiyyə Nazirliyinə təqdim olunmuşdur. İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən "xxxx" MMC-nin fəaliyyət obyektinə baxışlar keçirilmiş və obyektdə stasionar tibbi xidmətinin mama-ginekologiya (ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla) və doğuşa yardım işləri) üzrə yaradılmış şəraiti qiymətləndirilmişdir. Baxışların nəticələri ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş rəylərdə stasionar tibbi xidmətin mama-ginekologiya (ginekoloji (ekstrakorporal mayalandırma is tisna olmaqla) və doğuşa yardım işləri) üzrə təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar qeyd olunmuş və adıçəkilən xidmət və işlər üzrə lisenziya əlavəsinin verilməsinin məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. Səhiyyə Nazirliyinin rəylərində göstərilən nöqsanlar və çatışmazlıqlar nəzərə alınaraq, özəl tibb fəaliyyətinin stasionar tibbi xidmətinin mamaginekologiya (ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla) və doğuşa yardım işləri) üzrə ərizəçiyə lisenziya əlavəsinin verilməsindən imtina olunmuşdur. Eyni tərəflər və eyni məhkəmə predmeti üzrə daha əvvəl məhkəmə prosesləri keçirilmiş, iddiaçının tələbi təmin edilməmişdir. Beləliklə, iddia tələbi əsassız olmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Səhiyyə Nazir liyi üçüncü şəxs qismində icraata cəlb edilmişdir.

11. Məhkəmə icraatı zamanı Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 08/1289 nömrəli məktubu ilə təqdim edilmiş rəydə qeyd olunmuşdur ki, əvvəlki rəylərdə qeyd olunan əksər nöqsanların aradan qaldırılmadığı müəyyən olundu və əlavə nöqsanlar aşkar edildi. Belə ki, baxış zamanı müəyyən edildi: Əvvəlki nöqsanlara uyğun: - müəssisənin əksər yerlərində təmir-tamamlama işləri yenidən aparılsa da, çox səliqəsiz və keyfiyyətsiz aparılmışdır; - təqdim olunmuş sertifikatlarda sulu boyanın tibb müəssisələrinin hansı sahələrində istifadə edilməsi qeyd olunmamışdır. Eyni zamanda, təqdim olunmuş sertifikatların divarlarda istifadə olunmuş emulsiyaya aid olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır; - bəzi əsas və yardımçı otaqlarda mühəndis xət lərinin (su, kanalizasiya, ventilyasiya, elektrik) təhlükəsiz çəkilməsi təmin olunmayıb; - müəssisədə bəzi otaqlar isti və soyuq su ilə təmin edilmir. Yeni aşkar edilmiş nöqsanlar: - qəbul bölməsində və digər müayinə və müalicə otaqlarında bəzi dərmanların istifadə müddəti bitmişdir, eyni zamanda steril alətlərin steril olma müddəti bitmişdir, qəbul bölməsi zəruri olan alət dəstləri ilə tam təmin edilməmişdir; - qəbul bölməsində bəzi divar səthlərin tamlığı pozulub; - sonuncu baxışın (2020-ci il 29 yanvar) tarixini nəzərə alaraq, müəssisədə mövcud tullantıların utilizasiya müqaviləsi təqdim olunmadı; - müəssisədə işıq generatorunun işlək vəziyyətdə olub-olmamasını dəqiqləşdirmək mümkün olmadı; - ginekoloji şöbənin müayinə və müalicə otaqlarında, palatalarda yenidən qurulmuş havalandırma sistemləri qüvvədə olan normativlərə və qaydalara uyğun təşkil edilməmişdir; - bəzi aseptik rejimli otaqlarda bakterisid lampaların elektrik şəbəkəyə qoşulması üçün rozetkalar nəzərə alınmayıb. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(112)-680/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya verilən 7 aprel 2016-cı il tarixli, İN/i-890/2016 saylı lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi barədə müraciətinə yenidən baxılması vəzifəsi cavabdehə həvalə edilmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - cavabdeh tərəfindən iddiaçıya lisenziyaya əlavəsinin verilməsi barədə müraciətinə baxılarkən Səhiyyə Nazirliyinin mütəxəssislərinin rəy inin alınması zəruri şərtdir. Hazırkı iş üzrə cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda qeyd edilmişdir ki, Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş rəydə bir sıra çatışmazlıqlar qeyd olunmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə imtinanın əsasında mütəxəssislər tərəfindən verilmiş mənfi rəy dayanmışdır. İşə məhkəmədə baxılarkən həmin rəy ekspert rəyi ilə birgə tədqiq olunmuşdur. Həmin rəyin tədqiqi iddiaçının müraciətinə düzgün qiymət verilib-verilmədiyini müəyyən etməyə, bununla da, inzibati orqanın özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirib-keçirmədiyini müəyyən etməyə imkan vermişdir. İnzibati orqan öz mülahizəsinə əsasən hərəkət edərkən, ona verilmiş səlahiyyətlərin məqsədinə uyğun hərəkət etməl idir. Yəni, inzibati orqan diskresion səlahiyyətinə əsaslanaraq qərar qəbul edəcəyi halda, qərarını qanunun müəyyən etdiyi məqsəd ilə əsaslandırmalı və qanunun istədiyi məcrada hərəkət etməlidir. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçıya məxsus klinikada vəziyyətin qənaətbəxş olmaması ilə bağlı mövqeyini əsaslandırmamış və bu hal hər hansı sübutla təsdiqlənməmişdir. İşə məhkəmədə baxılarkən məhkəmə bu halı öz xidməti vəzifəsinə uyğun olaraq araşdıraraq ekspert rəyləri alınmışdır. Lakin iş materiallarında cavabdehin imtina məktubundakı mənfi rəyi əks etdirən sənədin inzibati icraatda tədqiqinə və qiymətləndirilməsinə dair heç bir məlumat yoxdur. - Üçüncü şəxsin ekspert qrupu tərəfindən mənfi rəyin verilə biləcəyi konkret hallara dair yoxlamanın və qiymətləndirmənin yuxarıda is tinad edilən normaların tələblərinə uyğun aparıldığına (ona verilmiş səlahiyyətlərdən inzibati orqanın düzgün istifadə etdiyi) dair məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməsi mümkün hesab edilmir. Belə ki, məhkəmə iddiaçıya lisenziyaya əlavəsinin verilməsi barədə müraciətinə baxılması gedişində klinikada vəziyyətin qiymətləndirilməsi səlahiyyətinin inzibati orqanın tərkibində yaradılmış ekspert qrupunun diskresion səlahiyyətində olması, bununla bağlı inzibati orqanın inzibati araşdırmasından kənar - müstəqil qaydada mütəxəssis cəlb edilməklə yoxlama aparılması (ekspertiza keçirilməsi) və həmin rəyin üçüncü şəxsin rəyi ilə birgə tədqiq edilməsi inzibati orqanın diskresion səlahiyyətlərinin düzgün - İPM-in 14-cü maddəsinin tələblərinə uyğun həyata keçirilməsində vacib əhəmiyyət kəsb edə bilər. İddiaçının iddiası qismən təmin edilərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilən 07 aprel 2016-cı il tarixli, İN/i-890/2016 saylı lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi barədə müraciətinə yenidən baxılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə həvalə edilməlidir.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

15. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. c. apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1872/ 2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi inzibati orqan tərəfindən inzibati icraatın qüsurlu həyata keçirildiyini müəyyən etdiyindən, məhkəmənin nəticəsi məsələyə yenidən baxılmasının cavabdehə həvalə edilməsi deyil, inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı olmalıdır. ç. birinci instansiyası məhkəməsində ikinci icraat

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Özəl tibb fəaliyyətini həyata keçirmək üçün AZ1121 ünvan 2 ünvanın da yerləşən İddiaçı MMCyə xx.xx.2022-ci il tarixdə İN/L-109/2022 nömrəli yeni lisenziya və eyni tarixli İN/L109/2022 nömrəli lisenziyanın əlavəsi verilmişdir. 19. xx.xx.2022-ci il tarixli İN/L-109/2022/1 nömrəli lisenziyaya əlavədə İddiaçı MMC-yə Bakı şəhəri, Xətai rayonu, Zülfüqarov küçəsi, məhəllə 2942 A (ünvan 3 ünvanında özəl tibb fəaliyyətin ambulator və stasionar tibbi xidmətləri üzrə görülməsinə icazə verilən işlərin siyahısında ambulator tibbi xidmət kimi 2.23. mamaginekologiya: 2.23.1 ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla) nəzərdə tutulur.

20. İddiaçı "xxxx"xxxx"xxxx" MMC-nin İddiaçı MMC ilə əvəz olunmasını xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə bölünmə balansı sayəsində hüquqi varisi olmaqla "xxxx" MMC-nin nəzdində İddiaçı MMC yarad ılmışdır. Bununla da "xxxx" MMC-nin tibb sahəsi üzrə bütün əmlak və hüquqi öhdəlikləri tam olaraq İddiaçı MMC–nin səlahiyyətlərinə verilmişdir ki, bu da İddiaçı MMC–nin nizamnaməsində öz əksini tapmışdır. Bu bölünmə balansı əsasında xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-yə tibb fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş 089113 nömrəli lisenziya, xx.xx.2022-ci il tarixdə İN/L-109/2022 saylı lisenziya ilə İddiaçı MMC-nin adına dəyişdirilmişdir.

21. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-195/2022 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC İddiaçı MMC ilə əvəz edilmiş, "xxxx" MMC-nin iddiaçı qismində prosessual iştirakına xitam verilmişdir.

22. İddiaçı MMC iddia ərizəsinə əlavə təqdim edərək 07 aprel 2016-cı il tarixli, İN/i-890/2016 saylı lisenziyaya mama-ginekologiya (ginek oloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi üçün tələb olunan rəyin (razılığın) verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir.

23. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-195/2022 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin prosessual iştirakına xitam verilmiş, cavabdeh qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi nəzərə alınmışdır.

24. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-195/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə qəbul edilmiş, iddia tələbi dəyişdirilərək “özəl tibb fəaliyyətinə lisenziyaya mama-ginekologiya: ginekoloji stasionar (ekstrakorporal mayalandırma istisna olmaqla) və do ğuşa yardım sahəsinə dair əlavə üçün müsbət rəyin (razılığın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

25. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-195/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya özəl tibb fəaliyyətinə lisenziyaya mamaginekologiya: ginekoloji stasionar (ekstrakorporal mayalandırma istisna olmaqla) və doğuşayardım sahəsinə dair əlavə üçün müsbət rəyin (razılığın) verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə üç dəfə məhkəmə ekspertizası keçirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki və təkrar məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli və xx.xx.2 021-ci il tarixli ekspert rəylərində cavabdeh orqanın lisenziyaya əlavənin verilməsindən imtina məktublarında göstərdikləri nöqsanların aradan qaldırıldığı qeyd olunmuşdur.

27. İş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyində də ’’Qismət Firması' MMC-yə məxsus klinikada vəziyyətin qiymətləndirilməsinin nəticələri ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssislərinin xx.xx.2020-ci il tarixli xx/xx-8114 və xx.xx.2021-ci il tarixli, xx/xx-11025 (əvvəlki) məktublarında və xx.xx.2021-ci il tarixli 08/1289 nömrəli (sonrakı) məktubunda qeyd olunmuş texniki nöqsanların aradan qaldırıldığının müəyyən olunduğu göstərilmişdir. xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasında Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il ta rixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə qeyd olunmuş çatışmazlıqlar üzrə baxış keçirilmiş və baxış zamanı əldə olunmuş məlumatlar aşağıdakı kimi müəyyən olunmuşdur: -müəssisənin əksər yerlərində təmir-tamamlama işləri yenidən aparılaraq divarlara şpaklyovka çəkilərək sulu boya ilə rənglənərək səliqəsiz və keyfiyyətsiz aparılmış işlər aradan qaldırılmışdır; -baxış zamanı istifadə olunmuş inşaat materiallarının yəni istifadə olunmuş su əsaslı antibakterial boya Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən Dövlət reyestrində AZ031 xx.xx.00294 20 saylı xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış uyğunluq sertifikatlarına uyğun olduğu göstərilmişdir; -əsas və yardımçı otaqlarda su xətlərinə krantları, ventilyasiya, elektrik sistemlərinə elektrik açarı quraşdır ıldığını, elektrik xətlərinin üzərləri açıq şəkildə olmadığını nəzərə alaraq, həmin xətlər təhlükəsiz çəkildiyi təmin olunmuşdur; -müəssisədə bəzi otaqlar isti və soyuq su ilə təmin edilmişdir; -qəbul bölməsində və digər müayinə və müalicə otaqlarında bəzi dərmanların istifadə müddəti bitmişdir, eyni zamanda steril alətlərin steril olma müddəti bitmişdir, qəbul bölməsi zəruri olan alət dəstləri ilə tam təmin olunması tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir; -sonuncu baxışın (2020-ci il 29 yanvar) tarixini nəzərə alaraq, müəssisədə mövcud tullantıların utilizasiya müqavilənin olub-olmamasını müəyyən etmək tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir; -müəssisədə işıq generatorun işlək vəziyyətdə olduğu müəyyən edilmişdir; -obyektin sanitar-gigiyenik vəziyyətinə dair baxış keç irilərkən bütün otaqlarda ventilyasiya sistemləri quraşdırılmış, həmin ventilyasiya sistemlərinin qəfəslərinin hava sorucu, hava verici sistemləri ayrı-ayrılıqda quraşdırılaraq normal işlək vəziyyətdə olduğu, eyni zamanda ginekoloji şöbənin müayinə və müalicə otaqlarında, palatalarda mövcud olan ventilyatorlar, normativlərə və qaydalara uyğun (ventilyator sistemi “TÜV NORD” şirkəti tərəfindən verilmiş sertifikata uyğun olduğunu nəzərə alaraq) quraşdırıldığından, havanın otaqdaxili effektiv mübadiləsi və əlverişli mikroiqlim şəraitinin yaradılması təmin edilmişdir. Eləcə də, baxış zamanı binada aparılmış tikintitəmir işləri keyfiyyətli olduğu müəyyən olunmuşdur; - bəzi aseptik rejimli otaqlarda bakterisid lampaların elektrik şəbəkəyə qoşulması üçün rozetkaların olduğu müəyyən edilmişdir. Göründüyü kimi, baxış zamanı Lisenziyaya əlavə verilməsinə dair imtinasında göstərilən Səhiyyə Nazirliyi tərəfindən 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə qeyd edilən iradlar yerində müayinə zamanı tərəflərin (eləcə də Səhiyyə Nazirliyi tərəfindən cəlb olunmuş mütəxəssislərin) iştirakı ilə yoxlanmış, həmin məktubla təqdim edilmiş rəydə qeyd olunan çatışmazlıqların aradan qaldırıldığı müəyyən olunmuşdur. Ekspert rəyi ilə əhatə olunmayan müəssisədə mövcud tullantıların utilizasiya müqaviləsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Ekspertin rəyi aydın və ya tamdır. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, məhkəmədə tədqiq o lunmuş və yerində müayinə zamanı rəydə göstərilənləri təkzib edən hər hansı hal müəyyən edilməmişdir və məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilir.

28. Məhkəmə qeyd etmişdir ki, mama-ginekologiya (ginekoloji stasionar (ekstrakorporal mayalandırma istisna olmaqla) və doğuşa yardım) sahəsinə dair müsbət rəyin verilməsindən imtinaya səbəb olan çatışmazlıq məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Odur ki, müvafiq rəyin (razılığın) verilməsi zamanı Səhiyyə Nazirliyinin istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtlərinin özünün qiymətləndirməsinə əsasən müəyyən olunması və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı Səhiyyə Nazirliyinə qiymətləndirmə azadlığı verilməsi məhkəmə araşdırmasının nəticəsində istisna edilmişdir.

29. Cavabdeh həmin qərardan apellyasiy a şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. d. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-432/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qərara aldı hissəsində “müsbət rəy” ifadəsi çıxarılmaqla dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-yə məxsus Bakı şəhəri ünvan 4 ünvanında yerləşən 3995 kv.m. qeyri-yaşayış binasında tərəflərin nümayəndələrinin və cavabdeh tərəfindən təhkim edilmiş Kommunal Gigeyena Bölməsinin bölmə müd irinin, mütəxəssis ekspertin (neonotoloq), Səhiyyə Nəzirliyinin mütəxəssisinin (anestezioloq və reanimotoloq), layihəçi mühəndisin, X1nin tibb-nəzarət şöbəsinin müdir müavininin, tibb-nəzarət şöbəsinin baş mütəxəssisinin, X1nin baş hüquq məsləhətçisinin, mamaginekoloqun, aparıcı ekspertin iştirakları ilə yerli baxış keçirilmiş, inzibati orqan tərəfindən mənfi rəylərdə qeyd olunmuş texniki nöqsanlar yerində yoxlanılmış, lakin çatışmazlıqlar müəyyən olunmamışdır.

32. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

33. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, iddianın dəyişdirilməsi barədə ərizədə iddiaçı 07 aprel 2016-cı il tarixli, İN/i-890/2016 saylı lisenziyaya mamaginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi üçün tələb olunan rəyin (razılığın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunun 19.6.1-ci maddəsinə əsasən Lisenziya və icazə verən orqan təqdim edilən ərizəyə baxarkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət orqan və müəssisələrinin rəyini (razılığını) alır. Göründüyü kimi, qeyd olunan normada müsbət rəyin alınması ifadəsi göstərilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı qərara aldı hissəsində müsbət rəy ifadəsi çıxarılmaqla dəyişdirilmədən saxlanılmalıdır

34. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

35. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi şikayətdə qeyd edilən nöqsanlara dəqiq və düzgün hüquqi mövqe nümayiş etdirməmişdir. Adıçəkilən tibb müəssisəsinin əksər hissəsində tamamlama işləri aparılsa da, natamam və keyfiyyə tsiz formada aparılmışdır. Belə ki, bəzi əsas və yardımçı otaqlarda su və kanalizasiya xətlərinin təhlükəsiz çəkilməsi təmin olunmamış, əksinə onlar açıq və təhlükəli yerlərdə çəkilmişdir. Həmçinin, palatalarda sanitar qovşaqlarla, yəni döşəmə hissəsində kəskin hündürlüklər vardır ki, bu da xərəkdə olan xəstələrin həmin sanitar qovşağa daxil edilməsini qeyri-mümkün edir. Eyni zamanda, bəzi əsas və yardımçı otaqların da döşəmə hissəsində hündürlüklər mövcuddur, qeyri- yaşayış binasının anbarında divar bütövlüyü pozulmuş və oksigen balonları kobud formada qırağa çıxarılmışdır, həmçinin, divarlarda istifadə olunmuş sulu boyaların tibb müəssisəsində istifadəsinə yararlı olmasına dair sənədlər də təqdim olunmamışdır. Hansı ki, bu tip oxşar pozuntuların əhatə dairəsini genişləndirmək olar, buna görə də, göründüyü kimi adı çəkilən tibb müəssisəsi qeyd edilən bu pozuntuları aradan qaldırmadığı üçün mama-ginekologiya: ginekoloji stasionar (ekstrakorporal mayalandırma istisna olmaqla) və doğuşa yardım sahəsi üzrə xidmət göstərməyə hazır deyildir. Göstərilən bu nöqsanlar, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən də mövcud idi və hazırda da olmaqda davam edir.

36. Həmçinin, əlavə olaraq, qısa statistik məlumatı da nəzərinizə çatdırırıq ki, iddiaçı təşkilat imtina aldıqdan sonra imtinasında nəzərdə tutulmuş nöqsanları aradan qaldırmaq əvəzinə, eyni vəziyyətdə yenidən müraciətlər etmişdir. Bu cür iddiaçı təşkilat tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət tarixlərinə diqqət yetirdikdə də, bunun əyani şahidi oluruq. Belə ki, xx.xx.2016-cı il tarixli mü raciətinə xx.xx.2016-cı il tarixdə imtina alan "xxxx" MMC xx.xx.2016-cı il tarixdə yenidən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Bu minvalla 2016-cı ilin 3 ayında 4 dəfə, 2017-ci il də isə 2 dəfə müraciətlər edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı təşkilatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciəti əsasında aradan qaldırılmalı olan nöqsanlar barədə ona tövsiyələr də verilmişdir. Növbəti dəfə 2019 və 2020-ci il tarixlərində də daha 2 dəfə müraciət edilmiş və Səhiyyə Nazirliyi tərəfindən nöqsanlar aşkar edilmiş və sözügedən nöqsanlar barədə iddiaçıya tövsiyələr verilmişdir. Lakin göründüyü kimi müəssisə Səhiyyə Nazirliyinin dəfələrlə verdiyi tövsiyələri nəzərə alıb sözügedən nöqsanları aradan qaldırmaq əvəzinə məsələni məhkəmə mübahi səsinə qədər gətirib çıxarmışdır. Həmçinin iddiaçı təşkilatın özü də etiraf etmişdir ki, sonuncu imtinadan sonra müəssisədə düzəlişlər edilmişdir, yəni prosessual baxımdan bu o deməkdir ki, biz imtina verdiyimiz anda haqlı olmuşuq, sonradan iddiaçı təşkilatın bu nöqsanları aradan qaldırmağı bizim üzərimizə məhkəmə qaydasında onlara müsbət rəy vermək üçün öhdəlik qoyulması anlamına gəlməməlidir. Əgər bu iddiaçı təşkilata göstərilən nöqsanları aradan qaldırdıqdan sonra, müraciət edən zaman yenidən imtina veriləcəyi təqdirdə məhkəməyə müraciət etməli idi.

37. Eyni zamanda, məhkəmə bu qərarı qəbul edərkən ciddi prosessual pozuntulara yol vermişdir. Belə ki, lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi üçün tələb olunan rəyin verilməsi Səhiyyə Nazirliyinin deyil, Səhiyyə Nazirliyinin “X1” ilə İqtisadiyyat Nazirliyinin birgə fəaliyyətinə aiddir, belə bir rəyin yalnız Səhiyyə Nazirliyinə həvalə olunması qanunsuz və əsassızdır. Həmçinin, tələb olunan rəyin tərtib olunması üçün əsas götürülən qiymətləndirmə sənədi inzibati akt deyildir, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə əsasən hazırkı mübahisə üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin imtina barədə verdiyi qərar inzibati aktdır.

38. Həmçinin, digər prosessual pozuntu kimi qeyd etmək vacibdir ki, işin təkrar birinci instansiya məhkəməsində baxışı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssis işlərinin iştirakı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Lakin bu barədə məhkəmə bildirişi Səhiyyə Nazirliyinə gec təqdim olunduğundan Səhiyyə Nazirliyinin mütəxəssislərinin ekspertizada iştirakını təmin etmək mümkün olmamışdır və nəticədə ekspertiza Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı olmadan keçirilmişdir. Digər maraqlı situasiya, bu prosessual pozuntunun başqa formada davam etdirilməsidir. Belə ki, apellyasiya icraatı zamanı "xxxx" MMC-yə məhkəmə baxışı keçirilsə də, ciddi prosessual pozuntuya təkrarən yol verilərək, məhkəmə qərarında "..İnzibati orqan tərəfindən mənfi rəylərdə qeyd olunan texniki nöqsanlar yerində yoxlanılmış, lakin çatışmazlıqlar müəyyən olunmamışdır" göstərilmişdir. Burada iki məqama di qqət etmək lazımdır. Birincisi, məhkəmənin bu fikri, elə təəssürat yaradır ki, sanki birinci instansiya məhkəməsi qərar qəbul edərkən, əsaslandığı rəylər əsassız olmuşdur, hansı ki, bu nə dərəcədə məntiqlidir?, İkincisi, apellyasiya baxışı zamanı 02 fevral tarixində, həmin məhkəmə baxışı əsasında tərtib olunmuş rəydəki bəzi məqamları məhkəmənin diqqətinə çatdırmaq zəruridir. Belə ki, tibb müəssisələrinin normativ hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsinə dair 02 fevral 2023-cü il tarixli rəyə əsasən: 1) Altı mərtəbədən ibarət bina və ətraf ərazinin tibb müəssisəsi kimi istifadəsinə dair aidiyyəti üzrə dövlət sanitariya xidmətindən müvafiq ekspertiza rəyi yoxdur; 2) Müəssisəyə verilmiş lisenziya üzrə otaq və sahələrdə aparılmış dəyişikliklərdən sonra mövcud lisenziyadakı bəzi ambulat or və stasionar tibbi xidmətlər üzrə işlərin həyata keçirilməsi üçün şərait hazırda qeyri- müəyyəndir. Doğuşayardım və ginekoloji iş üzrə ambulator və stasionar xidmətin göstərilməsi bu sahələrin yerində nəzərdə tutulub; 3) Mərtəbələr üzrə pilləkən qəfəsləri şöbələrdən təcrid olunmayıb; 4) Ümumi poliklinika sahəsindən ayrıca təşkil olunmuş (ayrı sahədə) antenatal xidmət yaradılmayıb; 5) Doğuşayardım işi üzrə ambulator və stasionar xidmətin göstərilməsi üçün yaradılmış qəbul şöbəsində xəstə qəbulu üçün şərait tam təşkil olunmayıb, belə ki, girişdə dam örtüyü quraşdırılmayıb, sürahilər yoxdur, pandus hündür olduğundan xəstə qəbulu üçün əlverişli deyil. Qəbul şöbəsində gözləmə sahəsi nəzərdə tutulmayıb; 6) Ciftlərin saxlanılması üçün nəzərdə tutulmuş soyuducu məişət tiplidir. Küvezlərin dezin feksiyası üçün ayrıca otaq yoxdur; 7) Doğuşayardım şöbəsində yenidoğulmuşların intensiv terapiya bölməsi tənəffüs dəstəyi üçün zəruri olan CPAP cihazları ilə təmin olunmayıb. Fototerapiya üçün müvafiq şərait yaradılmayıb; 8) Reanimasiya və intensiv Terapiya şöbəsi tam təşkil və təchiz olunmayıb, əvəzində intensiv terapiya palatası yaradılıb; 9) Yoluxucu xəstəliklərin klinik simptomları olan doğan və zahı qadınlar üçün izolyasiya olunmuş palatalar nəzərdə tutulmayıb; 10) Müəssisədə əvəzedici qanköçürmə və qan tədarükü xidməti üçün şərait yaradılmayıb; 11) İİ əməliyyat blokundakı əməliyyat otaqlarının hava verici-sorucu mexaniki ventilyasiya sistemi tələblərə uyğun layihələndirilməyib və quraşdırılmayıb (hava sorucu mənfəzlər yalnız yuxarıdan, tavandan təmin olunub), əməliyyat otağında kon disioner quraşdırılıb; 12) Əməliyyat otaqlarında və bir çox otaqlarda tibbi linoleum tələblərə uyğun quraşdırılmadığından (döşəmədən 10-15 sm yuxarı qaynaqlanaraq olmalı) və hermetik olmadığından sanitar-gigiyenik qaydalarla ziddiyyət təşkil edir; 13) Doğum şöbəsində yenidoğulmuşlara profilaktik peyvəndlər xüsusi ayrılmış peyvənd otağı təşkil olunmayıb. 14) Müəssisədə görüləcək işin həcminə görə tibbi qeydiyyat sənədləri, ştat cədvəli, çarpayı sayı, cihaz, avadanlıqların sayı, əmək müqavilələri və əməkdaşların sağlamlıq haqqında arayışları baxışa təqdim olunmadı; 15) Kompüter tomoqrafiyası müayinəsi müəssisədə nəzərdə tutulmayıb, rentgenoloji iş üzrə ambulator tibbi xidmət yalnız birinci mərtəbədə təşkil olunub, yenidoğulmuşlarda rentgenoloji müayinələrin (portativ və ya digər) aparılması üçün şərait yaradılmayıb; 16) Müəssisə üzrə dezinfeksiya işlərinin aparılması planlaşdırılmayıb, camaşırxana və qida blokları üzrə şərait baxışa təqdim olunmadı.

39. Göründüyü kimi, müəssisədə bu qədər texniki qüsur olduğu halda, məhkəmə bu texniki qüsurları görməzdən gəlmiş, qanunun tələblərini kobud şəkildə pozan qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

40. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 41. “Lisenziyalar və icazələr haqqında” Qanun Maddə

10. Lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsipləri 10.1. Lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsipləri aşağıdakılar dır: 10.1.1. lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinin qanuniliyi, qərəzsizliyi və aşkarlığı; 10.1.2. lisenziya tələb olunan fəaliyyət növlərinə və icazələrə, lisenziyanın və icazənin şərtlərinə və verilməsi prosedurlarına dair məlumatların açıqlığı; 10.1.3. lisenziyanın və icazənin “bir pəncərə” prinsipi əsasında verilməsi; 10.1.4. lisenziyanın və icazənin verilməsinə, yenidən rəsmiləşdirilməsinə, dayandırılmasına, bərpasına və ya ləğvinə susmaqla razılıq; 10.1.5. lisenziya və icazə tətbiq edilərkən, sahibkarların, cəmiyyətin və dövlətin maraqlarının mütənasibliyi; 10.1.6. lisenziya və icazə verilməsinin tətbiqi sahəsində tənzimləyici təsirin təhlili; 10.1.7. bu Qanunun 21-ci maddəsinə uyğun olaraq, lisenziyanın və icazənin verilməsi ilə bağlı ərizəçidə n yalnız qanunla müəyyən edilmiş hallarda dövlət rüsumunun və ödənişin alınması; 10.1.8. qanunvericiliyin pozulmasına və bu pozuntular nəticəsində sahibkara dəyən zərərə görə lisenziya və icazə verən orqanın və onun vəzifəli şəxslərinin məsuliyyəti; 10.1.9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun İİ və İİİ fəsillərində nəzərdə tutulmuş prinsiplər. 10.2. Lisenziya və icazə sisteminin tənzimlənməsi ilə bağlı hər hansı hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəaları sahibkarın xeyrinə şərh edilir. Maddə

19. Lisenziyanın və icazənin verilməsi... 19.7. Bu Qanunun 19.6.1-ci maddəsinə uyğun olaraq, lisenziya və icazə verən orqan rəy (razılıq) alınması üçün aidiyyəti dövlət orqan və müəssisəyə müraciət etdikdə, ona 7 iş günü müddətində baxılaraq cavab veril ir. Aidiyyəti dövlət orqan və müəssisələrinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət və razılıq verilmiş hesab olunur. Mənfi rəy, habelə razılığın verilməsindən imtina müvafiq qanuna istinad edilməklə, əsaslandırılmalıdır...

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”

2. Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər 2.23. Mama-ginekologiya: 2.23.1. ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla) 2.23.2. doğuşa yardım

43. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yen idən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məh kəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

44. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümk ün hesab edilmişdir.

45. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahi sə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

48. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi lisenziyaya mama-ginekologiya (ginekoloji stasionar və doğuşa yardım) sahəsinə dair əlavənin verilməsi barədə iddia tələbinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

49. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə təkrar ekspertizalar, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş imtina məktubunda Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə qeyd olunmuş çatışmazlıqlar üzrə birinci instansiya məhkəməsi tərəfindən İddiaçı MMC-yə məxsus Bakı şəhəri ünvan 4 ünvanında yerləşən 3995 kv.m. qeyri-yaşayış binasına Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə baxış keçirilmişdir.

50. Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, hospital 6 mərtəbədən ibarət olmaqla bütünlükdə doğuşa yardım və ginekoloji əməliyyatlar və 150-200 nəfərlik işçi heyəti üçün nəzərdə tutulmuşdur. Binanın birinci və üçüncü mərtəbəsi doğuşa yardım üçün nəzərdə tutulmuşdur. Birinci mərtəbə həm xəstənin ilkin qəbulu üçün hazırlanmaql a, həm də diaqnostika üçün təchiz olunmuşdur, ikinci mərtəbə isə bütünlükdə diaqnostik əhəmiyyətli hazırlanmışdır. Üçüncü mərtəbədə manipulasiya otağı, yeni doğulmuşlar otağı, peyvənd otağı və palatalar, dördüncü mərtəbədə doğuş zalı, əməliyyat bloku, reanimasiya, çirkli alətlərin daşınması otağı yerləşir. Xəstəxana eyni anda 1 keysəriyyə və 2 təbii doğuş qəbul etmək imkanına malikdir. Həmçinin xəstəxanada ağır vəziyyətdə olan yeni doğulmuşlar üçün 4 ədəd küvez nəzərdə tutulmuşdur. Binanın beşinci mərtəbəsi bütünlükdə ginekoloji əməliyyatlar üçün ayrılmışdır, həmin mərtəbə əməliyyat blokundan və 3 əməliyyat otağından ibarət olmaqla ginekoloji əməliyyatlar üçün nəzərdə tutulmuşdur. Beşinci mərtəbədə anesteziologiya otağı vardır. Binada işıq generator vardır. Binanın sonuncu – altıncı mərtəb əsində ginekoloji əməliyyatlar üçün ayrılmış palatalar yerləşir.

51. Həmin baxış zamanı müəyyən edilmişdir ki: -müəssisənin əksər yerlərində təmir-tamamlama işləri yenidən aparılaraq divarlara şpaklyovka çəkilərək sulu boya ilə rənglənərək səliqəsiz və keyfiyyətsiz aparılmış işlər aradan qaldırılmışdır; -baxış zamanı istifadə olunmuş inşaat materiallarının yəni istifadə olunmuş su əsaslı antibakterial boya Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən Dövlət reyestrində AZ031 xx.xx.00294 20 saylı xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış uyğunluq sertifikatlarına uyğun olduğu göstərilmişdir; -əsas və yardımçı otaqlarda su xətlərinə krantları, ventilyasiya, elektrik sistemlərinə elektrik açarı quraşdırıldığını, elektrik xətlərinin üzərləri açıq şəkildə olmadığını n əzərə alaraq, həmin xətlər təhlükəsiz çəkildiyi təmin olunmuşdur; - müəssisədə bəzi otaqlar isti və soyuq su ilə təmin edilmişdir; - müəssisədə işıq generatorun işlək vəziyyətdə olduğu müəyyən edilmişdir; - obyektin sanitar-gigiyenik vəziyyətinə dair baxış keçirilərkən bütün otaqlarda ventilyasiya sistemləri quraşdırılmış, həmin ventilyasiya sistemlərinin qəfəslərinin hava sorucu, hava verici sistemləri ayrı-ayrılıqda quraşdırılıaraq normal işlək vəziyyətdə olduğu, eyni zamanda ginekoloji şöbənin müayinə və müalicə otaqlarında, palatalarda mövcud olan ventilyatorlar, normativlərə və qaydalara uyğun (ventilyator sistemi “TÜV NORD” şirkəti tərəfindən verilmiş sertifikata uyğun olduğunu nəzərə alaraq) quraşdırıldığından, havanın otaqdaxili effektiv mübadiləsi və əlverişli mikroiqlim şəraitini n yaradılması təmin edilmişdir. Eləcə də, baxış zamanı binada aparılmış tikintitəmir işlərinin keyfiyyətli olduğu müəyyən olunmuşdur; - bəzi aseptik rejimli otaqlarda bakterisid lampaların elektrik şəbəkəyə qoşulması üçün rozetkaların olduğu müəyyən edilmişdir.

52. Beləliklə, müayinə zamanı Səhiyyə Nazirliyi tərəfindən 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəydə qeyd edilən iradlar (cavabdehin rəydə qeyd etdiyi kimi - əvvəllər mövcud olan və yeni aşkar edilən nöqsanlar) yerində müayinə zamanı tərəflərin (eləcə də Səhiyyə Nazirliyi tərəfindən cəlb olunmuş mütəxəssislərin) iştirakı ilə yoxlanmış, həmin məktubla təqdim edilmiş rəydə qeyd olunan çatışmazlıqların aradan qaldırıldığı müəyyən olunmuşdur. Ekspert rəyi ilə əhatə olunmayan - müəssisədə mövcud tullantıl arın utilizasiya müqaviləsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Ekspertin rəyi məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilmişdir.

53. Kassasiya şikayətində qeyd edilən digər nöqsanlara gəldikdə, işdən göründüyü kimi, həmin nöqsanlar cavabdehin yuxarıda qeyd olunan sonuncu - 25 yanvar 2021-ci il tarixli 08/1289 nömrəli məktubla təqdim edilmiş rəyində göstərilməmişdir. Başqa sözlə, əgər qeyd olunan nöqsanlar mənfi rəyin verilməsi üçün əsas kimi qiymətləndirilə bilərlərsə və əvvəldən mövcud idilərsə, deməli, onlar imtinanın əsası kimi rəydə eyni vaxtda və birgə göstərilməli idilər. Hazırkı işdə bu, baş verməmiş, 2016-cı ildən başlayaraq iddiaçı tərəfindən inzibati orqana təkrar müraciətlər edilmiş, hər dəfə Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş müvafiq rəylərdə, hər müraciətdə müxtəlif əsaslar göstərilməklə, tibb fəaliyyətinin göstərilməsi məqsədəuyğun hesab edilməmiş və bu əsasla da müraciətlər İqtisadiyyat Nazirliyi tərəfindən təmin olunmamışdır.

54. Digər tərəfdən, məhkəmə kollegiyası nəzərə alır ki, ünvan 1 ünvanda "xxxx" MMC və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X1 ilə aralarında bağlanmış müqavilə əsasında “Qismət” klinikasının layihəsi hazırlanmış və birbaşa Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X1nin iştirakı ilə inşa olunmuşdur. İnşa olunmuş klinikada birinci və ikinci mərtəbələrdə diaqnostik, üçüncü və dördüncü mərtəbələrdə doğuşa yardım, beşinci və altıncı mərtəbələrdə ginekoloji və ümumi cərrahiyyə şöbələri nəzərdə tutulmuşdur. Həmin binada özəl tibb fəaliyyətini (ambulator və stasionar qaydada) həyata keçirtmə k üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdə İN/L-109/2022 nömrəli yeni lisenziya və eyni tarixli İN/L-109/2022 nömrəli lisenziyanın əlavəsi verilmişdir.

55. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı MMC-yə məxsus Bakı şəhəri ünvan 4 ünvanında yerləşən 3995 kv.m. qeyri-yaşayış binasında tərəflərin nümayəndələrinin və cavabdeh tərəfindən təhkim edilmiş Kommunal Gigeyena Bölməsinin bölmə müdirinin, mütəxəssis ekspertin (neonotoloq), Səhiyyə Nəzirliyinin mütəxəssisinin (anestezioloq və reanimotoloq), layihəçi mühəndisin, X1nin tibb-nəzarət şöbəsinin müdir müavininin, tibb-nəzarət şöbəsinin baş mütəxəssisinin, X1nin baş h üquq məsləhətçisinin, mama-ginekoloqun, aparıcı ekspertin iştirakları ilə yerli baxış keçirilmiş, inzibati orqan tərəfindən mənfi rəylərdə qeyd olunmuş texniki nöqsanlar yerində yoxlanılmış, çatışmazlıqların müəyyən olunmadığı qeyd olunmuşdur.

56. Beləliklə, iddiaçıya özəl tibb fəaliyyətinə lisenziyaya mama-ginekologiya: ginekoloji stasionar (ekstrakorporal mayalandırma istisna olmaqla) və doğuşayardım sahəsinə dair əlavə üçün tələb olunan rəyin (razılığın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoymaqda məhkəmə haqlı olmuşdur.

57. Kassasiya şikayətinin “tələb olunan rəyin tərtib olunması üçün əsas götürülən qiymətləndirmə sənədinin inzibati akt olmadığına” dair dəlilinə gəldikdə, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inz ibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

58. Normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər.

59. Formal-hüquqi baxımdan “İnzibati icraat haqqında” Qanunda onun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmayıb. Lakin belə bir hərəkət inzibati akt olsaydı və o, qanunsuz sayılsaydı, onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılardı.

60. Maddi-hüquqi baxımdan isə inzibati orqanın faktiki xarakterli hərəkəti o zaman qüsurlu olur ki, həmin hərəkət məzmun baxımından qüsurlu olsun (məsələn, hüquqi vəziyyəti əks etdirən arayışın, rəyin yaxud çıxarış verilməsinə görə). İnzibati orqanın faktiki xarakterli hərəkəti maraqlı şəxsin hüquqlarına müdaxilə etdikdə və bunun üçün hüquqi əsas olmadıqda da həmin hərəkət qüsurlu olur. Bu qənaət “İnzibati icraat haqqında” Qanunun inzibati orqanların faktiki xarakterli fəaliyyətinə də şamil olunan və təkcə formal-hüquqi deyil, həmçinin maddi-hüquqi tələbləri də əks etdirən 10-19-cu maddələrindən irəli gəlir.

61. Beləliklə, kassasiya şikayətinin məhkəməsinin qərarının ləğvinə əsas vermir. dəlilləri apellyasiya instansiyası

62. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-c ü il tarixli, 21(103)-432/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar