Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1426/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Goranboy rayon Qızılhacılı bələdiyyəsinə qarşı “torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi üçün qərar qəbul edilməsi və müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 24 yanvar 2024-cü il tarixli, 2-1(104)-34/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 16 saylı qərarı ilə X11 və onun ailə üzvlərinin mülkiyyətinə 0.10 ha torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” 2004-cü il tarixli, JN027A nömrəli şəhadətnamə ilə verilmişdir. 2.Goranboy rayonu Qızılhacılı qəsəbəsində 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X1 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarışı ilə qeydə alınmışdır.
3. Goranboy rayon Qızılhacılı bələdiyyəsinin xx.xx.2021- ci il tarixli, 136 nömrəli və xx.xx.2021-ci il tarixli, 252 nömrəli məktublarına əsasən iddiaçının və mərhum əri X3 Goranboy rayonu, Qızılhacılı Bələdiyyəsi ərazisində adına həyətyanı torpaq sahəsi yoxdur, iddiaçının müəyyən illərdə yaşadığı ev mərhum X7 məxsus olan həyətyanı torpaq sahəsində tikilmişdir, Goranboy rayonunda aqrar islahatlar aparılarkən həmin torpaq sahəsi X4 adına işlənilmişdir. Eyni zamanda Goranboy rayonu Qızılhacılı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 04 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanı ümumilikdə 0.33 ha torpaq sahəsində yerləşir, həmin torpaq sahəsinin 10 sotuna dair X5 adına çıxarış verilmişdir, yerdə qalan 23 sot torpaq sahəsi Goranboy rayonu, Qızilhacılı bələdiyyəsinin mülkiyyətindədir və X12 tərəfindən zəbt edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİ Ş MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən və istifadəsində olmuş 0.23 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçının xüsusi mülkiyyətinə verilməsi üçün qərar qəbul edilməsi və müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə həyatı quraraq, həyat yoldaşının atasına məxsus olan Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 1995-ci ildə mənzildə baş vermiş yanğınla əlaqədar iddiaçı və ailəsi kəndi tərk edərək, Goranboy şəhəri ərazisində məskunlaşmışdır. Uzun illər ərzində iddiaçı və onun ailə üzvləri mütəmadi olaraq Qızılhacılı kəndində yerləşən həmin həyətyanı torpaq sahəsinə və üzərindəki tikililərə baş çəkmiş, həmin həyətdə yaşayan X11 və onun ailə üzvləri ilə heç bir münaqişə baş verməmişdir. Lakin, iddiaçının həyat yoldaşı vəfat etdikdən sonra, qaynının ailəsi bütün həyətyanı torpaq sahəsinin və onun üzərindəki mülklərin onlara aid olduğunu bildirmişlər. Göstərilən məsələ ilə əlaqədar cavabdeh Goranboy rayonu, Qızılhacılı bələdiyyəsi ilə əvvəlki tarixlərdə yazışmalar aparılmış, eyni zamanda iddiaçı ilə X12 (X4 qızı) arasında məhkəmə mübahisəsi olmuşdur. X1 xüsusi mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi ümumi ərazinin 0,10 ha hissəsinə aiddir və qalan 23 sot torpaq sahəsi hazırda Goranboy rayonu, Qızılhacılı bələdiyyəsinin mülkiyyətindədir. Göstərilən həyətyanı torpaq sahəsində uzun illər iddiaçı ailəsi ilə birlikdə yaşamış və bütün qəsəbə əhalisi də bundan xəbərdardır. Hətta bununla bağlı sakinlərin iştirakı ilə xx.xx.2021ci il tarixli Akt tərtib olunmuş və 06 oktyabr 2022-ci il tarixli, 752 nömrəli ərizə ilə cavabdehə müraciət olunmuşdur. Lakin cavabdeh tərəf hərəkətsizlik göstərərək məktubu aldıqları tarixdən 35 gün müddət keçməsinə baxmayaraq heç bir cavab verməmişdir. 6.Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-805/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir. 7.Birinci instansiya məhkəməsi iddianın mümkün olsa da, mahiyyət baxımından əsaslı olmadığını bildirərək mövqeyini onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsinin yerləşdiyi ünvan 1 ünvanı ümumilikdə 0.33 ha torpaq sahəsində ye rləşir, həmin torpaq sahəsinin 0,10 ha hissəsinə dair X1 adına çıxarış verilmişdir, yerdə qalan 0.23 ha torpaq sahəsi isə Goranboy rayonu, Qızilhacılı bələdiyyəsinin mülkiyyətində olmaqla X9 tərəfindən zəbt edilmişdir və belə olan halda iddiaçının tələbi əsaslı sayıla bilməz. 8.İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 may 2023-cü il tarixli, 2-1(104)-353/2023 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pu blik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 18 sentyabr 2023-cü il tarixli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, ölçü işləri aparılan zaman iddiaçının istifadəsində olan torpaq sahəsinin sərhədləri hər hansı çəpərlə hasarla ayrılmadığından iddiaçının göstərdiyi ərazi koordinatları 0,10 ha təşkil etmişdir və qeyd olunan eyni zamanda naturada göstərilən torpaq sahəsinin elektron məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqəsi, təyinatı və hüquqi rejimi həyətyanı torpaq sahəsidir və üzərində rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətləri mövcud olmadığından mühafizə zolağına və ya sürüşmə zolağına düşmür.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 14 noyabr 2023-cü il tarixli, 3-21-3-46/2-4886/2023 nömrəli məktubundan məlum olur ki, İddiaçı hal-hazırda iddia etdiyi həyətyanı torpaq sahəsinin 0,10 ha hissəsi Goranboy rayonu Aqrar islahat komissiyasının 16 may 2001-ci il tarixli 16 saylı qərarı ilə Goranboy rayon Qızılhacılı qəsəbə sakinləri X11, X8, X10, X9, X13, X2 mülkiyyətinə verilmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2-1(104)-34/2024 nömrəli qərardadı ilə (hakimlər: A.İsgəndərova - sədrlik edən və məruzəçi, R.Mamedov və A.Bayramov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
13. Apellyasiya məhkəməsi iş materialları il ə tanış olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tələbin əsaslılığı yoxlanan zaman ümumiyyətlə tələb edilən torpaq sahəsinin faktiki ölçüsü, hüquqi rejimi, bundan başqa torpaq sahəsinin kimin mülkiyyətində olması dəqiqləşdirilməmişdir, yalnız tərəflərin təqdim etdiyi sənədlərə və izahatlara əsasən araşdırılma aparılmışdır. Məhz bu səbəbdən iddiaçının apellyasiya şikayətinin dəlili birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən araşdırılmanın aparılmaması və sübutların tam qiymətləndirilməməsi, bu əsasla iddia edilən torpaq sahəsinin faktiki olaraq kimə məxsusluğunun müəyyən edilməməsidir. İş materiallarında olan rəyə və sənədlərə əsasən iddiaçının naturada təqdim etdiyi torpaq sahəsi faktiki olaraq cəmi 0,10 ha-dır, iddiaçının hüquqi marağı məhz həmin sahən in cavabdeh tərəfindən ona satılmasının mümkünlüyünə yönəlmişdir. Belə olan halda iddiaçının qeyd edilən üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin ona satılması ilə bağlı hüquqi və faktiki əsas mövcud deyildir, bununla bağlı hər hansı subyektiv hüququ istisna edilmişdir. Eyni zamanda iddiaçı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunu qüvvəyə minənədək istifadələrinə olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
14. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzr ə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarına istinad etmişdir.
15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işin faktiki hallarına, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara və məhkəmə araşdırması zamanı təqdim edilmiş rəyləri müqayisəli şəkildə araşdırmamış və nəticədə düzgün hüquqi nəticəyə gəlməmişdir. İş materiallarınd a qeyd edilən çıxarışda mübahisəli torpaq sahəsi və tikililər X6 məxsusdur və hazırkı iddiada iddiaçı tərəfindən mübahisələndirilən 4 otaq və 1 eyvandan ibarət fərdi yaşayış evi, hovuz və əl damı həmin çıxarışda qeyd edilməmişdir və iddiaçı faktiki olaraq özünə məxsus olan tikililərin yerləşdiyi torpaq sahəsini naturada göstərsə də rəydə həmin torpaq sahəsinin xüsusi mülkiyyətdə olduğu bildirilmişdir. Yəni iddiaçı başqa şəxsin xüsusi mülkiyyətinə yox özünün istifadəsində olan və üzərində özünə məxsus əsas və yardımçı tikililərin olduğu hazırda bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin ona ayrılmasını tələb edir.
17. Eyni zamanda apellyasiya məhkəməsi qərardadda əsas kimi iddiaçı tərəfindən həmin torpaq sahəsinin və onun üzərində yerləşən yanmış fərdi yaşayış evi və köməkçi sahələrin mərhum ərinə və ya onun atasına məxsus olması ilə bağlı həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunu qüvvəyə minənədək istifadələrinə olmasına dair məhkəməyə heç bir sənəd təqdim etmədiyini qeyd etmişdir. Halbuki iş materiallarına təqdim olunan xx.xx.2021-ci il tarixli Akt, həm mübahisəli torpaq sahəsinin 0,10 ha hissəsinin mülkiyyətçisinin, həm də cavabdeh Goranboy rayonu, Qızılhacılı bələdiyyəsinin qüvvədə olan məhkəmə qətnamələrindəki çıxışlarından və həmin qətnamələrlə müəyyən edilən hallardan birbaşa sübut olunmuşdur ki, iddiaçı 1995-ci ilədək həmin torpaq sahəsində öz ailəsi birlikdə özünə məxsus fərdi yaşayış evində yaşamış və köməkçi sahələr də (3 otaqlı əl damı və hovuz) onların istifadə və sahibliyində olmuşdur.
18. Həmçinin apellyasiya instansiya məhkəməsin ə təqdim edilmiş “mütəxəssis rəyinə münasibət” ərizəsində iş üzrə keçirilmiş ekspert rəylərinin natamamlığı, onların işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməsi, daxilən ziddiyyətli olması ilə bağlı tutarlı dəlillər göstərilsə də, apellyasiya instansiyası məhkəməsi həmin dəlillər əsasında ümumiyyətlə heç bir araşdırma aparmamış, həmin dəlillərə hüquqi qiymət verməmiş, ekspert rəylərinin işdə olan digər sənədlər ilə müqayisəli qiymətləndirmədən, ekspertiza qarşısında qoyulmuş suallara ətraflı cavabların verilməməsini nəzərə almadan yanlış qənaətə gəlmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkliflə ri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə m übahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Ma ddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
22. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu n yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı 23. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin im tinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olun ması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli ar aşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
30. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
31. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə ta bedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, iddiaya mahiyyəti üzrə o zaman baxıla bilər ki, digər şərtlərlə yanaşı, iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də ödənilsin.
32. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məh kəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
34. Azərbaycan Respublikas ının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslar dan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
35. Məhkəmə kollegiyasının qənaətinə görə, aşağıda qeyd olunmuş səbəblərdən hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
36. Belə ki, iddiaçının hal-hazırda iddia etdiyi həyətyanı torpaq sahəsinin 0,10 ha hissəsi Goranboy rayonu Aqrar islahat komissiyasının 16 may 2001-ci il tarixli16 saylı qərarı ilə Goranboy rayon Qızılhacılı qəsəbə sakinləri X11, X8, X10, X9, X13, X2 mülkiyyətinə verilmişdir.
37. Belə ki, işdə olan mütəxəssis rəyində qeyd olunur ki, ölçü işləri aparılan zaman İddiaçı istifadəsində olan torpaq sahəsinin sərhədləri hər hansı çəpərlə hasarla ayrılmad ığından iddiaçının göstərdiyi ərazi koordinatları 0,10 ha təşkil edir. Qeyd olunan və naturada göstərilən torpaq sahəsinin elektron məlumat bazasına əsasən kateqoriyası yaşayış məntəqəsi, təyinatı və hüquqi rejimi həyətyanı torpaq sahəsidir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim olunan rəyə və sənədlərə əsasən iddiaçının naturada təqdim etdiyi torpaq sahəsi faktiki olaraq 0,23 ha deyil, cəmi 0,10 hadır, iddiaçının hüquqi marağı məhz həmin sahənin cavabdeh tərəfindən ona satılmasının mümkünlüyünə yönəlmişdir.
39. Belə olan halda isə, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının ona satılmasını tələb etdiyi və faktiki təqdim etdiyi torpaq sahəsi digər şəxslərin mülkiyyətindədir və həmin qeyd hazırda qüvvədədir
40. Beləliklə, hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması və bu səbəbdən, iddianın mümkünsüzlüyü barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2024-cü il tarixli, 2-1(104)-34/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.