Məhkəmə qərarları › İş №2-1(102)-1426/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1426/2025

21.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1426/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi uçotundan çıxarılma əsasları, sahibkarlıq fəaliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdar əsinə qarşı “vergi uçotundan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2-1(103)-512/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 11 oktyabr 2017-ci il tarixli, **********287000 nömrəli fiziki şəxsin şəhadətnaməsi ilə vergi ödəyicisi statusu əldə etmişdir.

2. İddiaçı vergi uçotunun ləğv edilməsi barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir.

3. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun tərəfindən 2021 və 2022-ci illərdə iki ədəd avtomobil idxal e dilsə də, bu barədə vergi orqanına müvafiq məlumat və bəyannamə təqdim edilməmişdir. Avtomobil idxalı ilə bağlı məlumat və ya idxal əməliyyatları aparılmış dövrlər üzrə müvafiq bəyannamələr təqdim edildikdən, vergi orqanı tərəfindən müvafiq prosedurlar yerinə yetirildikdən sonra vergi uçotu ləğv olunacaq və bu barədə uçotda olduğu vergi orqanı tərəfindən məlumat veriləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan ********** nömrəli VÖEN-nin ləğv olunması və əlavə heç bir verginin hesablanmamasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələb i onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin əvvəllərində Bakı şəhəri Dövlət Vergi Xidmətinə VÖEN-nin ləğv edilməsi ilə bağlı müraciət etmiş, ona 1 ay ərzində VÖEN-nin ləğv olunacağı bildirilmişdir. Lakin 1 il keçdikdən sonra e-taxes.gov.az saytında ada görə axtarış etdikdə iddiaçıya məlum olmuşdur ki, VÖEN-i ləğv olunmamışdır. Səbəb olaraq onun 2021 və 2022-ci illərdə iki ədəd avtomobil idxal etməsi, lakin bu barədə vergi orqanına müvafiq məlumat və ya bəyannamə təqdim etməməsi göstərilmişdir. İddiaçı avtomobilləri şəxsi istifadəsi üçün idxal etmiş və avtomobil satışı ilə məşğul deyildir. Bu səbəbdən iddia tələbi təmin edilməlidir.

6. Cavabdeh orqan iddiaya yazılı etirazı məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı 11 oktyabr 2017-ci il tarixli, **********287000 nömrəli fizik i şəxsin şəhadətnaməsi ilə vergi ödəyicisi statusu əldə etmişdir. Daha sonra iddiaçı vergi uçotunun ləğv edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Müraciət 03 aprel 2023-cü il tarixli məktub ilə cavablandırılmışdır. İddiaçı tərəfindən 2021 və 2022-ci illərdə 2 ədəd avtomobil idxal edilmiş, lakin bu barədə vergi orqanına müvafiq məlumat və ya bəyannamə təqdim edilməmişdir. Bu səbəbdən avtomobil idxalı ilə bağlı məlumat və ya idxal əməliyyatları aparılmış dövrlər üzrə müvafiq bəyannamələr təqdim edildikdən, vergi orqanı tərəfindən müvafiq prosedurlar yerinə yetirildikdən sonra vergi uçotunun ləğv olunmağı barədə uçotda olduğu vergi orqanı tərəfindən iddiaçıya məlumat verilmişdir. Aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2021 və 2022-ci i llər üzrə 26.551,57 manat dəyərində iki ədəd eyni növ nəqliyyat vasitələrinin (“Toyota Prius hibrid”) idxal edilməsi sahibkarlıq subyekti məqsədləri daşıdığı üçün, eyni zamanda müvafiq dövrlər üzrə vergi bəyannamələrinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İddiaçı iki ədəd eyni növ nəqliyyat vasitələrinin şəxsi istifadəsi üçün gətirdiyini qeyd etmişdir. Keçirilən sorğu zamanı nəqliyyat vasitələrinin eyni markalı “TOYOTA PRİUS HİBRİD” minik olduğu müəyyən edilmişdir. Hüquq və vəzifələrini bilən bir vergi ödəyicisi olan iddiaçının eyni markalı avtomobilin əyləc sistemində problem olması səbəbindən onu satması, daha sonra yenidən məhz eyni növdən olan nəqliyyat vasitəsini satın alması məhz onun gəlir əldə etmək məqsədləri güddüyünü göstərir. Belə ki, real vəziyyətdə şəxsi istifadə üçün satın alınan nəqliyyat vasitəsində hər hansı bir problem aşkarlandıqda ümumən eyni növdən nəqliyyat vasitəsini satın alınmaz. Həmçinin, etiraza əlavə edilən qoşma cədvəldən görünür ki, iddiaçı nəqliyyat vasitələrini əldə etdikdən qısa müddət sonra satmışdır, bu isə vergi ödəyicisinin məqsədlərinin sahibkarlıq subyekti məqsədi daşıdığını göstərir. Qeyd edilənlərə əsasən, fiziki şəxs olan vergi ödəyicisinin uçotdan çıxarılması üçün avtomobil idxalı ilə bağlı məlumat və ya idxal əməliyyatları aparılmış dövrlər üzrə müvafiq bəyannamələr təqdim edildikdən və vergi orqanı tərəfindən müvafiq prosedurlar yerinə yetirildikdən sonra vergi uçotu ləğv edilə bilər.

7. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verə rək iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini, onun vergi uçotundan çıxarılması və ona məxsus olan ********** nömrəli VÖEN-nin ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5243/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, İddiaçı vergi uçotundan çıxarılması və ona məxsus olan ********** nömrəli VÖEN-nin ləğv olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ba kı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin dəlilləri araşdırma zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının avtomobil alqı-satqısı ilə məşğul olması o zaman təsdiqini tapmış olardı ki, o mütəmadi və davamlı olaraq ölkəyə avtomobil idxal etsin və dərhal və ya qısa müddət ərzində həmin avtomobilləri özgəninkiləşdirsin. Müxtəlif illərdə 2 ədəd avtomobilin iddiaçı tərəfindən idxal edilməsi isə onun məhz avtomobil alqı-satqısı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olması və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş vergi öhdəliklərini yerinə yetirmək vəzifəsi daşıması anlamına gələ bilməz.

10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələb inin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-512/2025 nömrəli iş üzrə 14 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5243/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayəti nin dəlilləri

14. Şikayətdə Vergi Məcəlləsinin 67, 104, 108, 130.2, 159.1, 159.8, 175.4-cü maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

15. Belə ki, iddiaçı tərəfindən 2022 və 2024-cü illər üzrə 26 551,57 manat dəyərində iki ədəd eyni növ nəqliyyat vasitələrinin (Toyota Prius (hibrid)) idxal edilməsi sahibkarlıq subyekti məqsədləri daşıdığı üçün, eyni zamanda müvafiq dövrlər üzrə vergi bəyannamələrinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçı iki ədəd eyni növ nəqliyyat vasitələrinin şəxsi istifadəsi üçün gətirdiyini qeyd etmişdir. Keçirilən sorğu zamanı nəqliyyat vasitələrinin eyni markalı TOYOTA PRİUS (HİBRİD) minik olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən nəqliyyat vasitələri əldə etdikdən qısa müddət sonra satması onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dəlalət edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

33. Vergi ödəyicilərinin uçotu 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğ un olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. 33.2. Bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicis i həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması yenidən uçota alınması və uçotdan çıxarılması bu Məcəllənin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılm ış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir. Azərbaycan Respublikasının büdcə və qeyri-kommersiya təşkilatları olduğu yerdən kənarda yerləşən və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilər. 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Maddə

34. Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publ ik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq o lunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... 34.7.3. Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: 34.7.3.1. fəaliyyətinə xitam verildikdə; 34.7.3.2. məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; 34.7.3.3. vəfat etdikdə.

18. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03 may 2019cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

4. Fiziki şəxsin uçotdan çıxarıl ması prosedurları 4.1. Fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: 4.1.1. Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslərin fəaliyyətinə xitam verildikdə;... 4.6. Uçotdan çıxarılma barədə müraciətlər edilən zaman vergi orqanı əməkdaşı müraciətin edilməsi tarixinə uçot məlumat bazasında uçotdan çıxarılan şəxs barədə aşağıdakı halların mövcud olub-olmamasını yoxlayır: 4.6.1. uçotdan çıxarılan vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olub-olmaması; 4.6.2. vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) vergi uçotunda olubolmaması; 4.6.3. vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) nəzarət-kassa aparatının qeydiyyatda olub-olmaması; 4.6.4. vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) Pos-terminal ının qeydiyyatda olub-olmaması; 4.6.5. fiziki şəxsin aktiv bank və digər ödəniş hesablarının olub-olmaması;[15] 4.6.6. fiziki şəxsin dövlət büdcəsinə borcunun olub-olmaması; 4.6.7. təqdim edilməmiş bəyannamələrin (hesabatların) olub-olmaması. 4.6.8. torpaq mülkiyyətçisi və ailə kəndli təsərrüfatının başçısı kimi vergi orqanında uçotda olub-olmaması; 4.6.9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan aktiv əmək müqavilələrinin olub-olmaması. 4.7. Bu Qaydaların 4.6-cı bəndində qeyd edilən hallar aşkar edildikdə fiziki şəxsin uçotdan çıxarılması ilə əlaqədar müraciət edən şəxs (fiziki şəxsin səlahiyyətli nümayəndəsi, varisi və s.) aşağıdakı hərəkətlərin yerinə yetirilməsi zərurəti barədə məlumatland ırılmalıdır: 4.7.1. vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi barədə ərizənin təqdim edilməsi; 4.7.2. vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması barədə ərizənin təqdim edilməsi; 4.7.3. vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması barədə ərizənin təqdim edilməsi; 4.7.4. vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) olduğu yer üzrə qeydiyyata alınmış Pos-terminalların qeydiyyatdan çıxarılması; 4.7.5. fiziki şəxsin aktiv bank və digər ödəniş hesablarının bağlanılması; 4.7.6. müraciətin edilməsi tarixinə, fiziki şəxsin dövlət büdcəsinə borcunun ödənilməsi; 4.7.7. təqdim edilməmiş bəyannamələrin (hesabatların) vergi orqanına təqdim edilməsi; 4.7.8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan aktiv əmək müqavilələrinin ləğv edilməsi.

5. Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları 5.1. Vergi Məcəlləsinin 34.7.3-cü maddəsinə əsasən fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: 5.1.1. fiziki şəxsin fəaliyyətinə xitam verildikdə; 5.1.2. fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; 5.1.3. fiziki şəxs vəfat etdikdə. 5.2. Fiziki şəxsin uçotunun ləğvi ilə bağlı proseslərə vergi orqanına daxil olmuş aşağıdakı məlumatlar əsasında başlanılır: 5.2.1. fiziki şəxsin fəaliyyətinə xitam verildikdə - onun v ə ya səlahiyyətli nümayəndəsinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” formasında müraciəti əsasında; 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətin in verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğ v edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycan a qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Belə ki, kassasiya şikayətinin dəlillərindən də göründüyü kimi cavabdeh iddiaçının vergi uçotundan çıxarılmama əsası kimi onun sahibkarlıq fəaliyyəti ilə məşğul olm ası ilə əlaqələndirmişdir. Bu nəticəyə gələrkən inzibati orqan iddiaçının iki ədəd eyni növ nəqliyyat vasitəsini əldə etməsini və onu qısa müddətdə satması faktını əsas götürmüşdür.

28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətində göstərdiyi xüsusatların heç birinin sübuta söykənən əsası yoxdur.

29. Başqa sözlə cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti ilə həqiqətən məşğul olmasını təsdiq edən hər hansı sübut təqdim etməlidir. Bu vergi qanunvericiliyinin tələblərindən irəli gəlir. Belə ki, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

30. Eyni zamanda qeyd etmək lazımdır ki, cavabdehin arqumentlərindən fərqli olaraq iddiaçı avtomobilləri şəxsi istifadə e tməsi üçün aldığını və hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını bildirmişdir. Vergi Məcəlləsinin tələbinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Yəni vergi qanunvericiliyinin pozulmasını iddia edən cavabdeh bu iddiasını sübut etməlidir ki, bu da qanunvericiliyin imperativ tələbindən irəli gəlir.

31. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası bildirir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

32. Azərbaycan Respu blikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaların” 1.5-ci bəndinə əsasən fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir.

33. Yuxarıdakı halları ümumiləşdirən məhkəmə kollegiyası bildirir ki, iddiaçının 2021 və 2022-ci illərdə iki avtomobili ölkəyə idxal etməsi onun Azərbaycan Respublik asının qanunvericiliyində təsbit edilmiş hüququdur və heç də sahibkarlıq fəaliyyətini həyata keçirməsi anlamına gəlmir.

34. İddiaçının hazırkı iş üzrə hüquqi marağına gəlincə məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbinə dəqiqləşmədən görünür ki, iddiaçının məhkəməyə müraciət etməkdə çatmaq istədiyi hüquqi nəticə vergi uçotundan çıxarılma və ona məxsus olan ********** nömrəli VÖEN-nin ləğv olunması ilə bağlıdır.

35. Həm Vergi Məcəlləsinə, həm də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03 may 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”na əsasən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə onun uçotu ləğv edilə bilər.

36. Fiziki şəxsin fəaliyyətinə xit am verilməsi prosesi onun və ya səlahiyyətli nümayəndəsinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” formasında müraciəti əsasında başlayır. Lakin qanunvericiliyin də tələbinə əsasən təkcə ərizə verməklə fiziki şəxslərin vergi uçotu ləğv olunmur. Prosesi tamamlamaq üçün vergi ödəyicisi tərəfindən qanundan irəli gələn bir qrup öhdəliklərin yerinə yetirilməsi zəruridir. Bu öhdəliklərdən hər hansı birinin, yaxud heç birinin yerinə yetirilməməsi VÖEN-in ləğv olunmamasına əsasdır.

37. Vergi orqanı iddiaçı tərəfindən avtomobil idxalı ilə bağlı bəyannamələrin təqdim edilməməsini rəhbər tutaraq onun vergi uçotundan qeydiyyatdan çıxarılmasından imtina etmişdir.

38. Məhkəmə kollegiyası yuxarıda şərh edilən tə qsirsizlik prezumsiyasına əsaslanaraq qeyd edir ki, iddiaçının avtomobilləri məhz sahibkarlıq fəaliyyəti ilə əlaqədar gətirməsi öz təsdiqini tapmadığından avtomobil idxalı ilə bağlı bəyannamələrin təqdim edilməməsi əsası ilə iddiaçının qeydiyyatdan çıxarılmasından imtina qanunvericiliyin tələblərinə uyğun deyildir.

39. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

40. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabde h İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 21(103)-512/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar