Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1427/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1996-cı il təvəllüdlü;, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını it irməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-194/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İİİ dərəcə müddətsiz əlildir. Hazırda əlilliyə görə müavinət alır.
2. AZ-İ seriyalı 314835 saylı 17 sentyabr 2008-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, iddiaçının X2 6 sentyabr 2008-ci il tarixdə vəfat etmişdir.
3. İddiaçı 15 iyul 2016-cı il tarixdə cavabdehə müraciət edərək, ailə baş çısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdehin 11/03-857 nömrəli, 3 avqust 2016-cı il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının mərhum X2nın “Şahin” kiçik müəssisəsində 15 may 1992-ci il tarixdən 11 oktyabr 2004-cü il tarixədək olan iş stajının araşdırılması mümkün olmadığından həmin dövrün ailə başçısını itirməyə görə pensiya hesablanması zamanı nəzərə alınması qanunvericiliklə mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı 26 dekabr 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, mərhum anasının əmək pensiyasının ona verilməsi və anasının vəfat etdiyi 6 sentyabr 2008-ci il tarixdən məhkəməyə müraciət et diyi tarixədək ödənilməli olan pensiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı 24 may 2018-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, məhkəmənin 25 iyul 2018-ci il tarixli qərardadı ilə iddia “iddiaçının mərhum anasının 16 aprel 1980-ci il tarixdən 1 avqust 1984-cü il tarixədək, 7 sentyabr 1987-ci il tarixdən 21 mart 1988-ci il tarixədək, 16 may 1989-cu il tarixdən 1 iyul 1989-cu il tarixədək, 15 may 1992-ci il tarixdən 11 oktyabr 2004-cü il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə iddiaçıya 6 sentyabr 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdə liyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-927/2018 nömrəli, 26 oktyabr 2018-ci il tarixli qərarı ilə (R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya mərhum X2nın əmək kitabçasında əksini tapmış 16 aprel 1980-ci il tarixdən 01 avqust 1984-cü il tarixədək, 07 sentyabr 1987-ci il tarixdən 21 mart 1988-ci il tarixədək, 16 may 1989cu il tarixdən 01 iyul 1989-cu il tarixədək, 15 may 1992-ci il tarixdən 11 oktyabr 2004cü il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, 6 sentyabr 2008ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Cavabdehin apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1469/2019 nömrəli, 10 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.B.Əhmədov /sədrlik edən və məruzəçi/, S.S.Seyidova və V.M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-927/2018 nömrəli, 26 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
9. Cavabdehin kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-169/2020 nömrəli, 10 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və İ.Ə.Şəfiyev) kassasiya ş ikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1469/2019 nömrəli, 10 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1453/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-927/2018 nömrəli, 26 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilərək işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. d) birinci instansiya məhkəməsində ikinci icraat
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7334/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim N.İ.Abıyev) X6 (iddiaçının qardaşı) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
12. İddiaçının 10 iyun 2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2305/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim N.İ.Abıyev) icraata qəbul edilmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1996-cı il tarixdə doğulmuşdur. X1 əlil kimi Azərbaycan Karlar Cəmiyyətinin üzvüdür. X2 6 sentyabr 2008-ci il tarixdə vəfat etmişdir. Anasının ölümünə qədər və ondan sonra da onunla birlikdə yaşayan qardaşı X6 anasının ölümündən sonra ailə başçısını itirməyə görə pensiya almaqdadır. Qeyd etmişd ir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əlil olduğundan anasının ölümündən sonra onun pensiyasını almaq hüququna malikdir. Bununla əlaqədar əmək kitabçası təqdim edilməklə cavabdehə müraciət etmiş, lakin müraciətin icrasından imtina edilmişdir. 10 iyun 2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən iddiaçı “ona 6 sentyabr 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: - Əmək kitabçasında X4 xx. xx.1992-xx.xx.2004-cü il tarixlərdə işlədiyi qeyd olunsa da, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********424200 nömrəli məktubunda “Şahin” müəssisəsinin xx.xx.1998-ci il tarixdə 1125 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi bildirilmişdir. xx.xx.2004-cü il tarixdə işədən azad olunma zamanı vurulan möhürdə rus dilində sözlərdən istifadə edilmişdir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx.xx.1991-ci il tarixli qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyiş dirilməsi” nəzərdə tutulmuşdur. Bu səbəbdən 2004-cü il tarixdə istifadə olunan möhürdə rus dilində sözlərdən istifadə oluna bilməz. Əmək kitabçasında xx.xx.1992-ci il tarixdə “düzəlişə inanılsın” qeydi əmək kitabçasına sonradan müdaxilə olunduğuna dəlalət edir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 4/430 nömrəli məktubunda “Şahin” müəssisəsinin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi qeyd olunmuşdur. Bütün bunları nəzərə alaraq xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Şahin” müəssisəsinin işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xah iş etmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2305/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, iddiaçıya 6 sentyabr 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
16. Məhkəmə qeyd etmişdir ki, əmək pensiyasının təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin müəyyən edilmiş hallarına görə isə mərhum X4 15 may 1992-ci il tarixdən 11 oktyabr 2004-cü il tarixədək (mübahisələndirilən dövr) “Şahin” müəssisəsində işlədiyi illərə dair əmək kitabçasında qeyd aparılmışdır. “ Şahin” müəssisəsinin xx.xx.1998-ci il tarixdə 1125 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındığını nəzərə almaqla, məhkəmə belə hesab edir ki, mərhum X4 həmin vaxtdan qeyd olunan müəssisədə 11 oktyabr 2004-cü il tarixədək işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınsa belə, sonuncunun əmək kitabçasında qeyd edildiyi digər iş yerləri də nəzərə alınmaqla (mübahisələndirilməyən dövrlər) onun qanunla müəyyən edilmiş 5 (beş) ildən çox əmək stajı mövcud olmuşdur.
17. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaya dair etirazda qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə həmin dəlilləri əsassız hesab edir. Belə ki, hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasını həyata keçirən müvafiq vergi orqanından məhkəməyə göndərilmiş təsis sənədlərindən görünür ki, mərhum ailə başçısının cavabdeh tərəfindən mübahisələndirilən dövrün müəyyən hissəsində (xx.xx.1998-xx.xx.2004) işlədiyi müəssisə qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaç ının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-194/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2305/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qərarının “yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində qismən ləğv e dilərək iddianın həmin hissədə qismən, iddiaçının hüququnun yarandığı xx.xx.2008-ci ildən ödənilməsini tələb etdiyi pensiyanın cavabdehə müraciət etdiyi xx.xx.2017-ci il tarixdən əvvəlki 3 il (xx.xx.2014xx.xx.2017) üzrə hesablanıb ödənilməsi hissəsində təmin edilməsi, iddiaçıya xx.xx.2008-ci il tarixdən ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın ödənişinin xx.xx.2014-cü il tarixdən hesablanmaqla aparılması, iddia tələbinin “xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üzrə pensiyanın hesablanıb verilməsi” hissəsində rədd edilməsi, “iddiaçıya xx.xx.2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərə findən qəbul edilmiş qərarda iddiaçıya ailə başçısını itirməyə görə pensiya hüququnun yarandığı xx.xx.2008-ci il tarixdən pensiyanın təyin edilməsi göstərilsə də, həmin pensiyanın hansı tarixdən hesablanıb ödənilməsi qərarda dəqiq olaraq göstərilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası iddiaçının ona ailə başçısını itirməyə görə pensiya almaq hüququnun xx.xx.2008-ci il tarixdən yaransa da, həmin dövrdən indiyədək olan müddət üzrə cavabdeh inzibati orqana xx.xx.2017-ci il tarixdən əvvəl müraciət etməməsinin səbəblərini araşdırmış, belə müraciətin xx.xx.2017-ci il tarixədək təqdim edilməməsinin nə ilə bağlı olduğu, yəni şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olduğuna dair iddiaçıya suallar vermiş, lakin məlum olmuşdur ki, iddiaçının müraciət etdiyi xx.xx.2017-ci ildən əvvəlki 3 illik dövrdən, yəni xx.xx.2014-cü ildən də əvvə lə tələbinin təmin olunması üçün qeyd olunan üzrlü hallar hazırki işdə mövcud deyil. Kollegiya nəzərə alır ki, iddiaçı xx.xx.2017-ci il tarixədək ailə başçısını itirməyə görə ona pensiya təyin olunması barədə cavabdeh inzibati orqana yazılı müraciət etməsini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir.
22. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının ailə başçısını itirməyə görə pensiyası almaq hüququnu anasının vəfat etdiyi 6 sentyabr 2008-ci il tarixdə qazandığını, keçən müddət üzrə əmək pensiyasının verilməsi üçün inzibati orqana xx.xx.2017-ci il tarixdə müraciət etdiyini, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəalarının ona da tətbiq edilməli olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən ötən dövr üzrə verilməmiş pensiya iddiaçıya onun inzibati orqana müraciət etdiyi xx.xx.2017-ci il tarixdən əvvəlki üç il üzrə, yəni xx.xx.2014-cü il tarixdən hesablanmaqla ödənilməlidir.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətində işin halları və iddia tələbinə qarşı təqdim edilmiş etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmamış, araşdırılan hallar isə düzgün qiymətləndirilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayəti nə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Qanun (6 sentyabr 2008-ci il tarixdə qüvvədə olmuş redaksiyada): Maddə 12.1. Əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş və ya sağlamlıq imkanları məhdud sığorta olunana 1 il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil;... Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 27. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların təl əb olunması qadağandır.
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhk əmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİY A İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qəra rı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbər lik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
36. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
37. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-194/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.