Məhkəmə qərarları › İş №2-1(102)-1427/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1427/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1427/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi; şikayətin səlahiyyətsiz nümayəndə tərəfindən imzalanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı ata adının dəyişdirilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)751/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasas iyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2001-ci il tarixli AZ-İ 137464 nömrəli doğum haqqında şəhadətnamədə soyadının dəyişdirilməsinə, yəni İddiaçı kimi qeyd edilmiş adının dəyişdirilərək İddiaçı Elsevər qızı kimi qeyd edilməsinə dair məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1520/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(104)-751/20 23 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Eyni zamanda, iddiaçı və vəkili tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmişdir.

7. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, onun elektron poçt ünvanı mövcud olmamış, vəkillə yenidən müqavilə bağlamamışdır. Həmçinin apellyasiya instansiya məhkəməsinin qərarı ona verilməmişdir. Yalnız xx.xx.2024-cü il tarixdə qərarla bağlı məlumatı olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

8. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 20.1. Müddətin axımının başlanma sına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikay ət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təq dim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qər arı və ya qərardadı qanuni qüvvəyə minir.

9. Mülki Prosessual Məcəllə (MPM): Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.... Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştir ak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

10. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmişdir): 75.... Əgər etibarnamədə müddət göstərilməyibsə, o, verildiyi gündən bir il ərzində qüvvəsini saxlayır. KASSASİYANİN MÜMKÜNLÜYÜ

11. Ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

12. Məhkəmə kollegiyası nəzərə alır ki, idd ianın (ərizənin) kağız daşıyıcıda verilməsi və icraatın ümumi prosessual qaydada aparılması “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəməni məhkəmə sənədlərini işdə iştirak edən şəxslərə elektron üsulla çatdırmaq imkanından (hüququndan) məhrum etmir. Yetər ki, məhkəmə sənədinin göndərildiyi işdə iştirak şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə “elektron kabinet” yaratmış olsunlar. Belə olan halda, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bu halda, məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (MPM-in 135.5, 135.6-cı maddələri). Buradan, həmin sənə dlərin “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmasına dair tələb də istisna edilir (MPM-in 135.1-ci maddəsi).

13. İş materiallarına görə, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-751/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixində iddiaçının nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirilmiş, həmçinin SX014079884AZ nömrəli poçt qəbzinə xx.xx.2023-cü il tarixdə imza etdirilməklə İddiaçı təqdim edilmişdir.

14. İddiaçının vəkili həmin qərardan xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti vermişdir.

15. Beləliklə, prosessual müddət ötürülmüşdür.

16. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxı lmasında proses iştirakçısının təqsiri olmasın.

17. Qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirilmiş, qərar kağız daşıyıcıda SX014079884AZ nömrəli poçt sənədinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Həmin sənədin mötəbərliyini aradan qaldıran hər hansı sübut işdə yoxdur.

18. İPM-in 31.2-ci maddəsinin məzmunundan göründüyü kimi, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər.

19. Qərarın iddiaçının nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirildiyi xx.xx.2023-cü il tarixdən başlayaraq iddiaçının və onun nümayəndəsinin sərəncamında 1 ay sərbəst müddət olmuşdur. Həmin müddətdən istifadə etmək imkanını mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

20. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.

21. Bundan başqa, kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə iddiaçının vəkili Vəkil tərəfindən həm öz adından həm də iddiaçının adından imzalanmışdır. Halbuki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Vəkil adına verilmiş etibarnamədə onun etibarlılıq müddəti göstərilmədiyindən etibarnamənin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmış, Vəkil xx.xx.2024-cü il tarixdə iddiaçının adından kassasiya şikayətini imzalamaq səl ahiyyətinə malik olmamışdır.

22. Bundan başqa, kassasiya şikayətinin giriş hissəsində onun Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)751/2023 nömrəli qərarından verildiyi qeyd olunsa da, şikayətin digər hissələrinin məzmunu hazırkı işə deyil, mülki məhkəmə icraatı qaydasında baxılmış 2(104)1819/2023 nömrəli işə aid olmuş, şikayətin nəticə hissəsində də həmin iş üzrə qətnamənin ləğv edilməsi xahiş edilmişdir.

23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpasına dair ərizə rədd edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü tarixli, 21(104)-751/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan i

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar