Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1428/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1947-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti) “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-228/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)5425/2014 saylı qərarı və həmin qərara düzəliş edilməsi barədə qərardadı əsasında Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 6 ünvanınd a yerləşən 0.0239 ha torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış və çıxarışda torpaq sahəsinin mülkiyyət növü “Xüsusi”, torpaq sahəsi üzərində hüququn növü “Mülkiyyət”, torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları”, məqsədli istifadə növü “Fərdi yaşayış” kimi qeyd edilmişdir.
2. Həmin ünvanda iddiaçı tərəfində 80.5 kv. m. fərdi yaşayış evi inşa edilmiş və ünvan 1 ünvanında yerləşən 80.5 kv.m olan fərdi yaşayış evinə və 0.0239 hektar torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) İddiaçı xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
3. İddiaçı tərəfindən Səb ail rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 91 kv.m, hündürlüyü 3.90 m, mərtəbəliliyi 1 olan fərdi yaşayış evini inşa etməsi barədə məlumat verilmiş və faktiki olaraq 50.4 kv.m. tikili inşa edilmişdir. 4. xx.xx.2020-ci il tarixdə Səbail rayon İcra Hakimiyyəti tərəfindən əlavə inşa edilən tikili sökülmüşdür. 5. ünvan 1 ünvanında yerləşən 130.9 kv.m olan fərdi yaşayış evinə və 0.0239 hektar torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) iddiaçının xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. 6. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidova məktub ünvanlanmış və həmin ünvanlanmış xx.xx.2020-ci il tarixli 3-586 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan yaşayış evinə dair xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (qeydiyyat nömrəsi **********8) əmlakın ümumi sahəsi 80,5 m2 göstərilmişdir. Həmin əmlaka dair xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışda (qeydiyyat nömrəsi **********) isə ümumi sahə 130,9 m2 qeyd edilmişdir. Bu fərq xx.xx.2020-ci il tarixdə tərtib edilmiş (inventar nömrə 04/2362, 04/0520) texniki pasportunda göstərilən 50,4 m2 sahəli əlavə otağın hesa bına yaranmışdır. Sözügedən sahənin inşasının mövcud “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaları”na uyğun olmadığı iddiaçıya bildirilmiş və xx.xx.2020-ci il tarixində tikinti ilə bağlı cəhdlərin qarşısı alınaraq söküntü işlərinin aparılması təmin edilmiş, sözügedən sahə hal-hazırda da mövcud deyil, xx.xx.2020-ci il tarixdə texniki səhvə yol verilmiş, mövcud olmayan sahəyə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınaraq əlavə edilmişdir. Bununla əlaqədar olaraq, qaldırılan məsələnin araşdırılması, daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlərin aparılması barədə aidiyyəti göstəriş verilməsi xahiş edilmişdir.
7. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya yeni çıxarış verilərək ünvan 1 ünvanında yerləşən 80.5 kv.m olan fərdi yaşayış evinə və 0.0239 hektar torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) iddiaçının xüsusi mülkiyyət hüququ (payı tam) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********82 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 6 saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin aparılması ilə bağlı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının aparatının 3-586 saylı, xx.xx.2020-ci il tarixli məktubu 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Qe yd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişlər aparılmış və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
9. İddiaçı 6 avqust 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80.5 kv.m olan fərdi yaşayış evinə iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 15 iyul 2020-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın (çıxarış) ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130.9 kv.m olan fərdi yaşayış evinə iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 4 may 2020-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın (çıxarışın) bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, - iddiaçı Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı evin sahibidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********87-10301 nömrəli çıxarışına əsasən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda 130.90 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövl ət reyestrində 503 nömrəli reyestr kitabının 47308 nömrəli vərəqində ********** nömrədə qeydiyyata alınmışdır. xx.xx.2003-cü il tarixli, 174024 saylı müqaviləyə əsasən X5 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 50.5 kv.m sahədən ibarət 3 otaqlı mənzili İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ******* saylı MA seriyalı ********** qeydiyyat nömrəli, **********3-05101-093011 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 71.1 kv.m mənzili İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 08 sa ylı sərəncamına əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı evin 1 saylı mənzilinin 3 otaqlı yaşayış sahəsinin 50.4 kv.m köməkçi sahəsinin 98.34 kv.m ümumi sahəsi 148.74 kv.m olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********03-05101- 093011 saylı xx.xx.2013-cü il tarixli texniki pasport tərtib edilərək təsdiq edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ******* saylı RX seriyalı ********** qeydiyyat nömrəli, **********3-05101093011 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daş ınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 151.1 kv.m mənzil İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Sonradan iddiaçı ünvan 4 ünvanda yerləşən torpaq sahəsinin uzun müddətdir onun istifadəsində olduğundan onun adına qeydiyyata alınmaqla texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsinə dair ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etsə də, cavab verilməmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Azər baycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5425/2014 nömrəli iş üzrə 24 dekabr 2014-cü il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda yerləşən 0.0239 ha torpaq sahəsinin planı və ölçüsü xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın rəqəmli kadastr xəritəsində **********7 nömrədə, xx.xx.2015-c i il tarixdə həmin torpaq sahəsi fərdi yaşayış evi üçün tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 551 nömrəli reyestr kitabının 52186 nömrəli vərəqində ********** nömrədə qeydiyyata alınaraq çıxarışlar verilmişdir. - İddiaçı xx.xx.2019-cu il tarixdə onun mülkiyyətində olan torpaq sahəsindəki fərdi yaşayış evinə əlavə olaraq yardımçı otağın tikintisinə icazə verilməsinə dair Səbail Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixli, 3/10-K-20-151 saylı məktubla Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kv.m-dək olan bir mərtəbəli yardımçı tikililərin tikintisinə icazə tələb olunmamasına da ir məlumat verilmiş, həmin ünvanda iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılacaq əlavə tikinti işlərinin memarlıq-planlaşdırma həllinə xx.xx.2019-cu il tarixli, K-20-151 saylı “Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır” məzmununda ştamp vurulmuşdur. 2020-ci ilin mart ayında tikintisi başa çatmış Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 130.9 kv.m-dən ibarət 6 saylı evin (30.9 kv.m əvvəlcədən mövcud olan ev + 100 kv.m sonradan tikilmiş yardımçı tikili) üzərində tam mülkiyyət hüququ əldə etmək üçün iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə və ona əlavə edilmiş sənədlərlə müraciət etmişdir, ərizəsi Reyestr Xidmətində **********4 nömrədə qeydiyyata alınaraq xx.xx.2020-ci ildə son icra tarixi müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə Reyestr Xidmətinin xx.xx.2020-ci il tarixli qəbzi və tikintiyə aid müvafiq rəsmi sənədlər olmasına baxmayaraq, “COVİD-19” pandemiyası ilə əlaqədar xüsusi karantin zamanı iddiaçının Bakı şəhəri, Teymur Elçin küçəsindəki 6 saylı evinin yerləşdiyi ərazi üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin vəzifəli şəxslərinin göstərişi ilə məhkəmə qərarı olmadan qanunsuz olaraq sökərək yararsız vəziyyətə salmışlar. Bundan sonra qanunsuz olaraq söküntüyə məruz qalmış həmin yaşayış məntəqələri üçün nəzərdə tutulan 130.90 kvadrat metr ölçüdə torpaq sahəsində yerləşən iddiaçının fərdi yaşayış evinə tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrində 503 nömrəli reyestr kitabının 47308 nömrəli vərəqində ********** nömrədə qeydiyyata alınmışdır. Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərindən hüquq mühafizə orqanlarına və digər instansiyalara iddiaçının israrlı olaraq etdiyi şikayətlərdən sonra Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının aparatının 3-586 saylı, xx.xx.2020-ci il tarixli məktubu əsasında cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq iddiaçının məlumatı və razılığı olmadan Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda 130.90 kvadratmetr to rpaq sahəsində yerləşən fərdi yaşayış evinə tam mülkiyyət hüququnu təsdiq edən iddiaçının adına ********** qeydiyyat nömrəli, xx.xx.2020-cı il tarixli dövlət reyestrindən elektron çıxarış dəyişdirilib həmin ünvandakı fərdi yaşayış evinin qanunsuz olaraq uçurulub sökülmüş hissəsinin yerləşdiyi torpaq sahəsi kiçildirilərək 80.50 kvadrat metr olmaqla iddiaçının adına yeni ********** qeydiyyat nömrəli, xx.xx.2020-cı il tarixli dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır.
11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 3-586 saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəliş aparılmış, qeyd olunan fərdi yaşayış evinin ümumi sahəsi 80.5 kv.m göstərilmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda və reyestrdən çıxarışda göstərilən əlavə 50,4 kv.m sahə “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a uyğun olmadığı üçün Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş və hal-hazırda mövcud deyildir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq düzəlişlə bağlı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə və vətəndaşa **********82 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. ünvan 5ərdi yaşayış evinə xx.xx.2020-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman həmin fərdi yaşa yış evinin ümumi sahəsi 130.9 kv.m müəyyən olunmuşdur. Eyni zamanda, yeni layihəyə uyğun olaraq fərdi yaşayış evinin tikintisi ilə bağlı iddiaçı tərəfindən Səbail rayon İcra Hakimiyyəti xx.xx.2020-ci il tarixdə məlumatlandırılmışdır. Müvafiq fərdi yaşayış evinin ümumi sahəsinə düzəliş edilərək 130.9 kv.m olması ilə əlaqədar İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır. Lakin idarəyə ünvanlanmış Səbail Rayon icra Hakimiyyətinin 3-586 saylı, xx.xx.2020-ci il tarixli məktubundan məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə tikinti ilə bağlı cəhdlərin qarşısı alınaraq söküntü işlərinin aparılması təmin edilmişdir. Göründüyü kimi, idarənin mütəxəssisləri qeyd olunan fərdi yaşayış evinə xx.xx.2020-ci il ta rixdə texniki baxış keçirən zaman ümumi sahə 130.9 kv.m müəyyən olunmuş, lakin idarəyə Səbail Rayon İcra Hakimiyyətinin sözügedən məktubu xx.xx.2020-ci il tarixdə daxil olduğu üçün xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli İddiaçı adına verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ümumi sahə (çıxarış verilən tarixdə mövcud olmayan 50,4 kv.m sahə də əlavə olunaraq) 130.9 kv.m göstərilmişdir. Bu səbəbdən daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəliş aparılmış və İddiaçı adına ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır.
12. Üçüncü şəxs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Eti razda göstərilmişdir ki, iddiaçı ünvan 7 ünvanda ona məxsus 0.0239 kv.m ölçüdə olan torpaq sahəsində məhkəməyə təqdim edilən Texniki Pasportda tikintialtı sahə 210.9 kv.m göstərilmişdir. Həmin parametrlər üzrə tikinti işlərinin aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaları”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaları”nın müddəalarına ziddir. Belə ki, sonuncu qərarın 4.13-cü bəndindəki cədvəl üzrə həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinə dair ərazinin tikinti əmsalı 0,4, ərazinin tikinti sıxlığı əmsalı 0,6 təşki l edir ki, iddiaçının təqdim etdiyi göstəricilər hazırki qanunvericiliyə ziddir və hər hansı tikinti işini qeyri-mümkün edir. Eyni zamanda, əsas tikiliyə münasibətdə yardımçı tikililərin sahəsinin yetərincə böyük olması həmin tikinti işinin hüquqi əsasını və layihəsinin TLSS-ə (AZS QOST 21.101 10) uyğun olması da ciddi şübhə doğurur və yalnız aidiyyəti dövlət orqanlarını yanıltmaq üçün zəmin yaradır. Məhkəmə prosesində iddiaçının nümayəndəsi «tikintisinin qarşısı alınan obyekt»in fərdi yaşayış evinin hissəsi olmasını bildirmişdir. Lakin iddiaçı ərizəsində qeyd etdiyi kimi sözügedən ünvanda yardımçı sahənin tikintisi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq “məlumatlandırma icraatı” üzrə müraciət etm işdir. İcra hakimiyyəti isə cavab məktubunda bildirmişdir ki, qanunvericiliyə əsasən yardımçı tikililərin tikintisinə icazə tələb olunmur - yəni “məlumatlandırma icraatı” yox, qeyd olunan Məcəllənin 79-cu maddəsinin təsirinə düşdüyünü göstərmişdir. Lakin bu hal, qeyd olunan “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın tələblərini pozmağa əsas vermir və tikinti işlərinin aparılmasına, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə zəmin yaratmır.
13. Bakı İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(112)-1349/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti cavabdehlər sı rasından çıxarılmış, eyni zamanda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.
14. Bakı İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2-1(112)-1349/2021 nömrəli qərarı (hakim: X1) ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80.5 kv.m olan fərdi yaşayış evinə iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 15 iyul 2020-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyat (çıxarış) ləğv edilmiş və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130.9 kv.m olan fərdi yaşayış evinə iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 4 may 2020- ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın (çıxarışın) bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Tikinti obyektlərinin sökülməsi Qaydaları»nın tələblərindən də göründüyü kimi, tikintisi başa çatmış və ya çatmamış tikinti obyektinin və ya onun hissəsinin sökülməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Lakin iddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evinin bir hissəsi Səbail rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat verilmədən və məhkəmə qərarı olmadan sökülmüşdür. Cavabdeh tərəfindən isə daşınmaz əmlakı n dövlət reyestrində müvafiq düzəlişlərin aparılması barədə Səbail rayon İcra Hakimiyyəti tərəfindən məktub daxil olduqdan sonra məktubla əlaqədar iddiaçı dəvət olunaraq izahatı alınmamış, yerində müayinə həyata keçirilməmiş, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın səhv və ya düz olmasının əsasları müəyyən edilməmiş, ümumiyyətlə heç bir araşdırma aparılmamış, qeyd olunan hallar cavabdeh tərəfindən araşdırılmadan daşınmaz əmlakın dövlət reyestrində qeyd olunan düzəliş edilmişdir. İşin bütün hallarının araşdırılması cavabdeh inzibati orqanın xidməti vəzifəsindən irəli gəlsə də, cavabdeh tərəfindən hərtərəfli və tam araşdırılma aparılmamış, təqdim olunmuş sənədlər və işin bütün halları hərtərəfli tədqiq edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 16.2 -ci maddəsinin tələblərinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır, hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Lakin cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə də əməl edilməmişdir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
17. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini v ə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 2-1(103)-228/2022 nömrəli qərarı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və X3) ilə Bakı İnzibati Məhkəməsinin 27 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qərarı əsaslandıraraq ona istinad etmişdir ki, xx.xx.2020-ci ildə iddiaçıya 130.9 kv.m evə mülkiyyət hüququna dair elektron çıxarış verilərkən onun 50.4 kv.m hissəsinin faktiki olaraq mövcud olmadığı işdə olan sübutlarla tam təsdiq olunmuşdur. Bu hal birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunsa da, lakin düzgün qiymətləndirilməmiş, iddiaçının yalnız layihədə göstərilən, faktik i olaraq isə mövcud olmayan tikiliyə mülkiyyət hüququna dair çıxarışın verilməsi tələbi barədə iddiası qanuni əsaslar olmadan təmin olunmuş, ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın 4.13-cü bəndinin “Qeydlər” hissəsinin 1.1 bəndinə görə ərazinin tikinti əmsalı - bina və qurğular altında olan sahənin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti olduğu nəzərə alınmaqla, 0.0239 ha sahəsində inşa edilən bina və qurğular altında olan sahə 0.00956 ha-dan artıq olmamalıdır (0.0239 ha x 0.4 əmsal). Yaşayış evinin tikinti altı sahəsi isə 0.02109 ha, yəni normadan 0.01153 ha artıqdır. Odur ki, məhkəmə “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın iddiaçı tərəfindən pozulduğu qənaətinə gəlir. İ şin qeyd olunan bu faktiki halı hazırkı iş üzrə üçüncü şəxs Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaya qarşı etirazının dəlillərindən biri kimi göstərilsə də, birinci instansiya məhkəməsi buna lazımi hüquqi qiymət verməmişdir. Qeyd olunanlardan göründüyü kimi, müvafiq daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması zamanı idarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamış və idarənin bununla bağlı hər hansı qanunsuz hərəkət və hərəkətsizliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 2
1. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur, 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/6941 №-li rəyində göstərilmişdir ki, iddiaçı həmin ünvanda əvvəlcədən mövcud olan 30.9 kv.m evdə əlavə yardı mçı tikintinin aparılmasına icazə verilməsinə dair Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət etmiş, buna cavab olaraq Səbail rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixli, 3/10-K-20-151 saylı məktubla heç bir irad bildirilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinin tələblərinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kv.m-dək olan bir mərtəbəli yardımçı tikililərin tikintisinə icazə tələb olunmadığı qeyd edilmişdir. Tədqiq olunan torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olduğunu nəzərə alaraq mübahisəli tikintinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79 və 80-ci maddəsinin tələblərinə uyğun inşa olunduğu müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yekun qərarında ek spert rəyinin həmin hissədə ziddiyyətli, qeyri-dəqiq, ehtimal xarakterli və əsaslandırılmaması kimi qiymətləndirilsə də, qərarın özündə rəydəki məhz hansı çatışmazlıqların olmasına dair konkret dəlillər göstərilməmiş, ekspert rəyi düzgün təfsir edilməmişdir.
22. İddiaçının Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda yerləşən 0.0239 ha torpaq sahəsi və oradakı 130.9 kv.m fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən qəsdən evin 50,4 kv.m tavan hissəsi uçurularaq yararsız vəziyyətə salındıqdan sonra iddiaçının məlu matı və razılığı olmadan cavabdeh tərəfindən evin sahəsinin kiçildirilərək 80.50 kv.m olmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli dövlət reyestrindən elektron çıxarış hazırlanması iddiaçının hüquqlarının kobud surətdə pozulması ilə həyata keçirilmiş və bu hal qeyri-obyektiv olaraq Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə qanuni və əsaslı hesab edilmişdir.
23. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/6941 №-li rəyində göstərilmişdir ki, tədqiq olunan yaşayış evinin yerləşdiyi ərazinin (məhəllənin) ümumi sahəsi barədə inzibati iş materiallarında məlumat olmadığından Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda damı uçurulmuş hissəsi ilə birlikdə fərdi yaşayış evinin yerləşdiyi ərazinin tikinti əmsalı və tikinti sıxlığı əm salının nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsi yekun qərarında obyektiv ekspert rəyinə qarşı qərəzli münasibət göstərərək hesab etmişdir ki, rəydə göstərilənlərin əksinə, iş materiallarında yaşayış evinin yerləşdiyi ərazinin ümumi sahəsi barədə məlumat vardır. Belə ki, evin texniki pasportunda faktiki torpaq sahəsi 0.0239 ha, tikinti altı sahə 0.02109 ha təşkil edir. 6 saylı evin yerləşdiyi ərazinin (məhəllənin) ümumi sahəsi barədə məlumatın olmamışdır. “Qaydalar”ın Qeydlər hissəsinin 1.1-ci bəndinə əsasən ərazinin tikinti əmsalı - bina və qurğular altında olan sahənin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti ilə müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsi yekun qərarında birtərəfli və yanlış olaraq üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin apellyasiya şikayətində göstərilən 0.0239 ha torpaq sahəsində 96,0 kv.m ölçüdən artıq olmayan (0.0239 ha X 0.4 əmsal) fərdi yaşayış evinin tikilə bilməsini mümkün hesab edir. Onda 130.9 kv.m evin 34.9 kv.m yox, 50,4 kv.m tavan hissəsinin uçurulmasını, aparılmış qeydiyyatın dəyişdirilərək evin sahəsi kiçildirilərək 96,0 kv.m ölçüdən az 80.50 kv.m olmaqla dövlət reyestrindən elektron çıxarış hazirlanması qanunsuz olmuşdur.
24. Bakı Apellyasiya Məhkəməsi yekun qərarında Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsindəki 6 saylı ünvanda damı uçurulmuş hissəsi ilə birlikdə fərdi yaşayış evinin yerləşdiyi ərazinin (məhəllənin) tikinti əmsalı və tikinti sıxlığı əmsalının nə qədə r təşkil etdiyini müəyyən etmədən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin apellyasiya şikayətində qərəzli olaraq göstərilən və heç bir normativ aktla əsaslanmayan iddiaçının mülkiyyətində olan 0.0239 ha torpaq sahəsində 96,0 kv.m ölçüdən artıq olmayan (0.0239 ha X 0.4 əmsal) fərdi yaşayış evinin tikilə bilməsini birtərəfli olaraq faktlar və sübutlara əsaslanmadan qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
25. Cavabdeh və üçüncü şəxslər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Mülki Məcəllə Maddə
203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.... 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mən afelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 №-li qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə b ağlı müfəssəl Qaydaları” Bənd 4.13. Həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri üçün ərazinin tikinti əmsalı 0.4, tikinti sıxlığı əmsalı isə 0.6 müəyyən edilmişdir.
29. İnzibati Prosessual Məcəllə: a. Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı iş ə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə ş ikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
30. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdi r. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhk əmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi düzəliş edilmiş çıxarışın ləğv edilməsi və ç ıxarışın bərpa edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Kassatorun dəlillərinə görə konstitusion hüquqları olan mülkiyyət toxunulmazlığı, məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilməsi, mülkiyyətinə qəsd, ona qarşı zor işlədilməsinin qadağan edilməsi cavabdeh dövlət orqa nı tərəfindən qərəzli olaraq pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında tikilinin inşa edilməsi qanuna uyğun olmuş və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən qəsdən evin 50,4 kv.m tavan hissəsi uçurularaq yararsız vəziyyətə salındıqdan sonra cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən evin sahəsinin kiçildirilərək 80.50 kv.m olmaqla İddiaçı adına yeni ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli dövlət reyestrindən elektron çıxarış hazırlanmasını Bakı Apellyasiya Məhkəməsinin q anuni və əsaslı hesab etməsi iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun kobud surətdə pozulması deməkdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi ona məxsus torpaq sahəsində inşa edilmiş 130.9 kv.m. olan fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının bərpa edilməsidir. xx.xx.2020-ci ildə iddiaçıya 130.9 kv.m evə mülkiyyət hüququna dair elektron çıxarış verilərkən onun 50.4 kv.m hissəsinin faktiki olaraq mövcud olmadığı və həmin sökülmüş tikiliyə iddiaçının mülkiyyət hüququnu itirməsi işdə olan sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, hazırkı qərarın 26-cı bəndində göstərilən maddi hüquq normasının tələblərinə əsasən daşınmaz əmlak məhv olduqda daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İşin araşdırılmış hallarına görə qeyd olunmalıdır ki, iddiaçıya məxsus əmlakın sökülməsində cavabdeh iştirak etməmiş və onun mülkiyyətinə qəsd etməmişdir. Cavabdeh sadəcə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərini icra etmişdir.
39. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişin aparılaraq iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsinin 130.9 kv.m-dən 80.5 kv.m-ə dəyişdirilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.1-ci maddəsinə uyğun olmuşdur. Müvafiq daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması zamanı cavabdehin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23.1-ci maddəsini n tələblərinə görə cavabdeh daşınmaz əmlak hüquqlarının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdir.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın “25-28a” bəndlərində göstərilən tələblərə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2022-ci il tarixli, 21(103)-228/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.