Məhkəmə qərarları › İş №2-1(102)-1428/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1428/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1428/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2-1(103)206/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli Qərarı ilə Bakı şəhər XDS-nin xx.xx.1987-ci il tarixli 326 nömrəli qərarı əsasında Zirə tərəvəzsüdçülük sovxozuna ayrılmış Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində yerləşən ərazinin 3.66 ha hissəsi kollektiv bağçılığın təşkili məqsədilə Nərimanov rayonundakı RONO-nun 60 nəfər üzvünə ayrılmışdır.

2. Nərimanov rayon RTŞ “Bilik” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli 11 nömrəli protokolundan çıxarışa əsasən iddiaçının “Bilik” bağçılıq yoldaşlığına üzv qəbul edilməsi və 2-ci Cənub küçəsində yerləşən 500 kv.m “305” saylı bağ sahəsinin daimi istifadədən ötrü ona verilməsi qərara alınmış, iddiaçıya Bağçının üzvlük kitabçası verilmişdir.

3. Bakı şəhəri Pirallahı rayonu Gürgən Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 20 saylı arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 500 kv.m torpaq sahəsi idddiaçıya məxsusdur və xx.xx.2022-ci ilə kimi borcu yoxdur. 4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 6-02/06-08/B167/2/4114 nö mrəli məktubunda göstərilmişdir ki, Pirallahı rayonu, Dübəndi bağçılıq yoldaşlıq ərazisi, 2-ci Cənub küçəsi 305 saylı bağ sahəsinin kənarından keçən 6 kv-luq elektrik hava xətti abonentə məxsus 1418 saylı komplekt transformator məntəqəsini qidalandıran xətdir və 2007-ci ildə abonent tərəfindən quraşdırılmışdır.

5. İddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 2-ci Cənub küçəsində yerləşən “305” saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********77 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, idarəyə təqdim edilmiş "Bilik” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bu ndan əlavə, elektron kadastr məlumatına əsasən ərazinin bir hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər fiziki şəxsin bağ sahəsinin koordinatları ilə üstüstə düşdüyü, bir hissəsinin isə yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. İŞ ÜZRƏ QƏB UL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, İİ-Cənub küçəsində yerləşən, bağçılıq kitabçası və protokoldan çıxarış sənədləri əsasında iddiaçıya məxsus, iddiaçının nəzarətində və istifadəsində olan 305 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, məcburi köçkün düşdükdən sonra xx.xx.1994-cü ildən indiyə kimi Bakı şəhəri Nərimanov rayonu 178 saylı orta məktəbdə müəllimə işləmişdir. Bakı şəhəri X7 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 20/396 saylı qərarına əsasən Bakı şəhəri, Dübən di bağçılıq yoldaşlığı ərazisində, Bakı şəhəri Nərimanov rayonu RTŞ-nin “Bilik” bağçılıq yoldaşlığının İİ-Cənub küçəsi, 305 saylı bağ sahəsi bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il tarixli 1 nömrəli protokoluna əsasən iddiaçıya verilərək bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bundan əvvəl, püşkatma yolu ilə iddiaçıya düşən bağ sahəsi qayalıq olduğuna görə iddiaçı ondan imtina etmişdir. Üzvlüyə qəbul haqqını vaxtlı-vaxtında ödəmiş, təşkilati abadlıq işlərinin aparılmasında, ərazinin daş-kəsəkdən təmizlənməsində, sahələrarası daş hasarların tikintisində yaxından iştirak etmişdir. Digər bağ sahələri kimi iddiaçı da ona məxsus olan İl-Cənub küçəsi 305 saylı bağ sahəsinin sərhədlərini kubik daşla hasarlamışdır və hazıradək iddiaçının nəzarətində və istifadəsindədir. 2019-cu ilin apre l ayında iddiaçının bağ sahəsi ilə divar qonşusu olan 303 saylı bağ sahəsi arasındakı köhnəlmiş hasarı yeniləmək üçün 6 kubik daş hündürlüyündə olan hasarı sökmüşlər. Yeni tikinti işlərinin aparılması üçün icra nümayəndəsi bağın sənədini istəmişdir. Bununla əlaqədar olaraq iddiaçı cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə **********77 nömrəli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə “Bildiriş” təqdim etmişdir. İddiaçı bağçılıq təsərrüfatı idarəsi ləğv edildiyinə görə siyahını tapmağın və yol verilən texniki səhvliyi araşdırmağın imkanları və səlahiyyətləri xaricində olduğunu qeyd etmişdir. İİ-Cənub küçəsində bütün bağ sahələri 500 kv.m (20x25) sahəyə malikdir. Həmin küçədə 2 qonşudan başqa bütün bağ sahələrinin hamısınd a ev tikintisi aparılıb. Bütün bağ sahələri 2-3 metr sürüşmüş vəziyyətdədir. Bu hal bağ sahiblərindən heç kimi narahat etmir. Əsas odur ki, hər kəsin bağ sahəsinin ölçüsü düzgündür. Elektrik şəbəkəsi bağ sahəsinin daş hasarının bayır tərəfində İİ-Cənub küçəsinin kənarı ilə keçir, iddiaçının bağ sahəsinə heç bir aidiyyəti yoxdur. İddiaçıya bağ sahəsi bölünəndə həmin şəbəkə olmamışdır. Sakinlərin söylədiyinə görə sonradan kiminsə şəxsi təsərrüfatı üçün 3 fazlı 220V elektrik şəbəkəsi İİ-Cənub küçəsi ilə çəkilmişdir. Çəkilən zaman sakinlərin narazılığına cavab olaraq bildirilmişdir ki, şəbəkənin əraziyə maneçiliyi yoxdur.

9. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda göstərilmişdir ki, idarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının ad ı aşkar olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən ərazinin bir hissəsinin (156 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər fiziki şəxs X2 adına dövlət reyestrində qeydiyyatdan keçmiş bağ sahəsinin koordinatları ilə üstüstə düşdüyü, bir hissəsinin (200 kv.m) isə yüksək gərginlikli elektrik şəbəkəsinin (6000 vt) mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır.

10. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2021-ci il tarixli, **********14 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı tərəfindən göstərilən sahənin bir hissəsi **********08 reyestr nömrəsi ilə Gürgan qəsəbəsi, G-176 saylı sahə kimi xx.xx.2013-cü il tarixdə X1 adına dövlət reyestrində qeydə alınmışdır.

11. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, xx-xx-1040 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, İİ-Cənub küçəsində yerləşən 305 saylı bağ sahəsinə baxış keçirilmişdir. Qeyd edilən bağ sahəsindən "xxxx" ASC-yə məxsus heç bir kommunikasiya xətləri keçmir.

12. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, bağ sahəsinin sərhədlərinin bir tərəfi hasar, qalan tərəfləri şərtidir, döngə nöqtələrinə 3-5 ədəd mişar daşı qoyulmuşdur. Tikili yoxdur. Bağ sahəsinin əvvəlki sərhədləri dəyişdirilərək döngə nöqtələrinə mişar daşı qoyulmuşdur. İddiaçının döngə nöqtələrinə qoyduğu daşlardan şərq tərəfdəki q onşunun hasarına qədər 0-1.40 m aralı, qərb tərəfdəki qonşunun hasarına qədər 4.23-5.70 m boş sahə qalır. İddiaçı bildirmişdir ki, həmin boş sahələr qonşu bağlarıdır, hasarlarını düz çəkməyiblər. Sonuncu verilmiş koordinatlara əsasən qonşu sahə ilə üst-üstə düşmə halı yoxdur. Qonşu bağ nömrələrinin ardıcıllığına əsasən bir hissəsi 303 saylı bağın ərazisinə uyğun gəlir, 200 kv.m hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir.

13. Cavabdeh tərəfindən təqdim edilən “Bilik” bağçılıq yoldaşlığın arxiv sənədlərində olan “Bilik” bağçılıq yoldaşlığın sədri M.Hümbətovun cavabdehə ünvanlanan xx.xx.2007-ci il tarixli ərizəsində göstərilmişdir ki, 1986-cı ildə Bakı şəhəri Nərimanov rayon RTŞ məktubla müraciət edərək, 60 nəfərlik bağ-bostan sahəsi almaq istədiyini bildirmişdir. Bakı şəhəri XDS İ crakomunun 20/396 saylı, xx.xx.1987-ci il qərarına əsasən Nərimanov rayon təhsil şöbəsinə Dübəndi qəsəbəsi ərazisində 60 nəfərlik, cəmi 3.66 ha torpaq sahəsi ayrılmışdır. Nərimanov RTŞ nəzdində 60 nəfərlik “Bilik” bağçılıq yoldaşlığı təşkil olunmuşdur. “Bilik” bağçılıq yoldaşlığın nizamnaməsi təsdiq olunmuş, ayrılmış torpaq sahəsi fərdi bağ sahələrinə bölünmüşdür. 1989-cu ildə fərdi bağ sahələrinin püşkatma yolu ilə bölgüsü aparılmışdır. Bölgü zamanı məlum olmuşdur ki, 1986-cı ildə fərdi bağ sahəsi almaq istəyən 60 nəfər Nərimanov rayon müəllimlərindən yalnız 30 nəfəri ayrılmış bağ sahələrini yenidən almaq istəyir. Bunun səbəbi odur ki, 1986-cı il siyahısında olan müəllimlərin bir hissəsi rus və erməni millətlərinin nümayəndələri idilər və 1988-ci il Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq onların hamısı yaşayış yerlərini dəyişərək başqa respublikalara köçüb gedirlər. Ona görə də “Bilik” bağçılıq yoldaşlığının nizamnaməsinə əsasən yoldaşlığa üzv olmaq istəməyən müəllimələrin yerinə Nərimanov rayonu ərazisində işləyən digər müəllimlər üzv qəbul edilmişdir, bu dəyişikliklər yoldaşlığın protokol kitabında qeyd olunmuşdur. 1989-cu ildən başlayaraq müxtəlif səbəblər üzündən (bağ yerinin uzaqda olması, maliyyə vəsaitinin olmaması, üzvlük və təşkilati xərclərin ödənməməsi, digər səbəblər) yoldaşlığın üzvləri siyahısında dəyişikliklər olmuşdur, bəzi üzvlər yoldaşlıq üzvlüyündən çıxmışlar, digər Nərimanov rayon müəllimləri nizamnaməyə əsasən “Bilik” bağçılıq yoldaşlığına üzv qəbul edilmişlər, bu dəyişikliklər protokol kitabında qeydə alınmışdır. Bu səbəblərdən Nərimanov rayonu RTŞ-nin 1986-cı ildəki siyahısı ilə “Bilik” bağçılıq yoldaşlığının son siyahısı arasında fərq vardır. Yekunda “Bilik” bağçılıq yoldaşlığının son siyahısı təqdim edilərək yoldaşlığın üzvlərinin bağ sahələrinin özəlləşdirilməsi zamanı bunların nəzərə alınması xahiş olunmuşdur.

14. Cavabdeh tərəfindən təqdim edilən “Bilik” bağçılıq yoldaşlığı üzvlərinin iclaslarının protokol kitabında xx.xx.1999-cu il tarixli, 11 nömrəli protokol mövcud olmuş və həmin protokola əsasən iddiaçının “Bilik” bağçılıq yoldaşlığına üzv qəbul edilməsi və 2-ci Cənub küçəsində yerləşən 500 kv.m “305” saylı bağ sahəsinin daimi istifadədən ötrü ona verilməsi qərara alınmışdır.

15. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-815/2022 nömrəli qərarı (hakim S.İ.Salahova) ilə iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtinasının dəlilləri aşağıdakı kimidir: 1) təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması; 2) elektron kadastr məlumatına əsasən ərazinin bir hissəsinin (156 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər fiziki şəxsin – X2 adına dövlət reyestrində qeydiyyatdan keçmiş bağ sahəsinin koordinatları ilə üst-üstə düşməsi; 3) bağ sahəsinin bir hissəsinin (200 kv.m) yüksək gərginlikli elektrik şəbəkəsinin (6000 vt) mühafizə zolağında yerləşməsi.

17. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən torpaq sahəsinin mərz nişanlarının yeri dəyişdirilmiş, bununla da cavabdehin imtinası üçün əsas olan X3 ayrılmış torpaq sahəsi ilə üst-üstə d üşmə halı aradan qalxmışdır. Bundan başqa, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin imtinasının ikinci və üçüncü dəlili ilə razılaşmamışdır.

18. Lakin imtinanın ilkin dəlilinə münasibətdə məhkəmə hesab etmişdir ki, bu dəlil əsaslıdır. Belə ki, iddiaçı üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarışı təqdim etsə də, bu sənədlər Qanunun tələblərinə müvafiq olmamışdır. Qanunverici həmin sənədlərin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siya hısına müvafiq olmasını tələb edir. Lakin işdən görünür ki, iddiaçının adı “Bilik” bağçılıq yoldaşlığın üzvlərinin siyahısında mövcud deyil. Cavabdehə təhvil verilən “Bilik” bağçılıq yoldaşlığa dair arxiv sənədlərindən göründüyü kimi bağçılığın üzvlərinin ilkin siyahısında 56 nəfər üzv olmuş, həmin siyahıda iddiaçının adı qeyd olunmamışdır. Bağçılıq yoldaşlığın üzvlərinin yeni siyahısı xx.xx.2007-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş, siyahıda 58 nəfər şəxsin adı göstərilmiş, lakin iddiaçının adı yenə də həmin siyahıya daxil edilməmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, bağçılıq yoldaşlığın ilkin Siyahısı 1986-cı ildə tərtib edilmiş, iddiaçıya isə sənədlərə əsasən xx.xx.1999-cu il tarixdə bağ sahəsi ayrılmışdır. Buna görə də onun adının ilkin siyahıda olmaması təbiidir. Lakin sonra dan baş vermiş dəyişikliklərə uyğun olaraq 2007-ci ildə bağçılığın üzvlərinin Siyahısı yenidən tərtib edilən zaman iddiaçının adının həmin siyahıya daxil edilməməsi mübahisəli bağ sahəsinin məhz 1999-cu ildə iddiaçıya ayrılmasına əsaslı şübhələr yaradır. Məhkəmə onu da nəzərə almışdır ki, məhkəmə iclasında tədqiq edilən “Bilik” bağçılıq yoldaşlığının üzvlərinin iclas protokollarından göründüyü kimi bağçılıq yoldaşlıq tərəfindən sonuncu dəfə xx.xx.1999-cu il tarixdə bağ sahəsi iddiaçıya ayrılmış, ondan əvvəl isə xx.xx.1999-cu il tarixdə 293 saylı bağ sahəsi X4 verilmişdir. Eyni ildə, arasında 2 aydan az fərq olmaqla qəbul edilmiş bu qərarlar üzrə V.Həsənovanın adının 2007-ci il tarixdə cavabdehə təqdim edilmiş siyahıya daxil edilməsi, iddiaçının adının isə qeyd edilməməsi həmin sənədlərin m ötəbərliyinə olan şübhəni daha da qüvvətləndirir.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçının hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyi sənədlər həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş sənədlərə uyğun olmamışdır. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur.

21. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2-1(103)-206/2023 nömrəli qərarı (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(112)-815/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

24. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

25. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri və işin halları ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq göstərir ki, bağ sahəsi ilə bağlı iddiaçı barəsində qəbul olunmuş qərar və üzvlük kitabçasına əsasən 305 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasını cavabdeh guya “Bilik” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddia çının adının aşkar olunmaması ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi də bununla bağlı birinci instansiya məhkəməsinin mövqeyini müdafiə etmişdir. Halbuki, cavabdehə təqdim edilmiş Siyahıda iddiaçının adının olmaması onun təqsiri deyil, həmin siyahını təqdim edənin diqqətsizliyindən və yaxud texniki səbəbdən baş vermişdir. Belə olan halda bu iddiaçının günahı deyil, nəticədə mülkiyyətçi hüquqları kobud şəkildə pozulur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət q eydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsə rrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada e tibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı:...

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir....

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların arad an qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətini n verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında ba xılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün he sab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

34. Nəzərə alınmalıdır ki, cavabdehin imtinasının əsasını üç dəlil tə şkil edir: 1) təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması; 2) bağ sahəsinin bir hissəsinin (200 kv.m) yüksək gərginlikli elektrik şəbəkəsinin (6000 vt) mühafizə zolağında yerləşməsi; 3) elektron kadastr məlumatına əsasən ərazinin bir hissəsinin (156 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər fiziki şəxsin – X2 adına dövlət reyestrində qeydiyyatdan keçmiş bağ sahəsinin koordinatları ilə üst-üstə düşməsi. Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması

35. Məhkəmə kollegiyası cavabdehin imtinasının ilk dəlili ilə bağlı qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının n əzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

36. İşin hallarından göründüyü kimi Nərimanov rayon RTŞ “Bilik” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli 11 nömrəli protokolundan çıxarışa əsasən iddiaçı “Bilik” bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və 2-ci Cənub küçəsində yerləşən 500 kv.m “305” saylı bağ sahəsinin daimi istifadədən öt rü ona verilmiş, habelə iddiaçıya Bağçının üzvlük kitabçası təqdim edilmişdir.

37. Lakin “Bilik” bağçılıq yoldaşlığı tərəfindən cavabdehə təqdim edilən arxiv sənədlərində bağçılıq yoldaşlığın üzvlərinə dair iki siyahının tərtib edildiyi müəyyən olunur. Bunlardan birincisi 1986-cı ildə tərtib edilmiş və həmin siyahıda 56 nəfərin adı qeyd edilmişdir. Digər siyahı isə sonradan baş vermiş dəyişikliklərə uyğun olaraq 2007-ci ildə tərtib edilmiş və həmin siyahıda 58 nəfərin adı qeyd edilmişdir. Sonuncu siyahı cavabdeh tərəfindən xx.xx.2007-ci il tarixdə qəbul edilmişdir. Qeyd edilən siyahıların heç birində iddiaçının adı göstərilməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən qeyd etmişdir ki, sənədlərə əsasən iddiaçıya bağ sahəsi x x.xx.1999cu il tarixdə ayrılmışdır. Buna görə də onun adının ilkin siyahıda olmaması təbiidir. Lakin sonradan baş vermiş dəyişikliklərə uyğun olaraq 2007-ci ildə bağçılığın üzvlərinin Siyahısı yenidən tərtib edilən zaman iddiaçının adının həmin siyahıya daxil edilməməsi mübahisəli bağ sahəsinin məhz 1999-cu ildə iddiaçıya ayrılmasına əsaslı şübhələr yaradır.

39. Məhkəmələr mövqelərini “Bilik” bağçılıq yoldaşlığın sədri M.Hümbətovun cavabdehə ünvanlanan ərizəsi və cavabdeh tərəfindən xx.xx.2007-ci il tarixdə qəbul edilən siyahı ilə əsaslandırsalar da, nəzərə almaq lazımdır ki, bağçılıq yoldaşılığının üzvlərinin siyahısında dəyişikliyin baş verməsi ilə bağlı “Bilik” bağçılıq yoldaşlığın sədri M.Hümbətovun cavabdehə ünvanlanan ərizəsi xx.xx.2007-ci il tarixdə tərtib edilmişdir.

40. Eləcə də, Bakı Şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli Qərarından göründüyü kimi Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində yerləşən ərazinin 3.66 ha hissəsi kollektiv bağçılığın təşkili məqsədilə 60 nəfər üzvə ayrılmışdır. İş üzrə mübahisələndirilən xx.xx.2007-ci il tarixli siyahıda isə 58 nəfərin adı qeyd edilmiş, lakin iddiaçının adı göstərilməmişdir.

41. Bundan başqa, nəzərə almaq lazımdır ki, iddiaçıya verilən Bağçının üzvlük kitabçası mövcuddur və həmin üzvlük kitabçası hüquqi qüvvəsini itirməmişdir.

42. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasından əlavə həm də üzvlərin iclasının protokolundan çıxarış nəzərdə tutulmuşd ur. Qeyd edilən çıxarış iddiaçı tərəfindən həm cavabdehə, həm də məhkəməyə təqdim edilmiş, lakin həmin çıxarışa düzgün hüquqi qiymət verilməmişdir. İddiaçının təqdim etdiyi üzvlərin iclasının protokolundan çıxarış cavabdeh tərəfindən təqdim edilən sənədlərlə - xx.xx.1999-cu il tarixli 11 nömrəli protokolun tam mətni ilə də uzlaşır.

43. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbləri baxımından hüquqmüəyyənedici sənədlərdir və daşınmaz əmlak – bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Bağ sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşməsi

44. Cavabdeh inzibati orqanın həmin dəlilinə m ünasibətdə qeyd olunmalıdır ki, iddiaçıya bağ sahəsi Nərimanov rayon RTŞ “Bilik” bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının xx.xx.1999-cu il tarixli 11 nömrəli protokol qərarına əsasən ayrılmış, lakin cavabdehin istinad etdiyi yüksək gərginlikli elektrik xətti 2007-ci ildə çəkilmişdir. Eyni zamanda, həmin elektrik xətti abonent tərəfindən quraşdırılmış 1418 saylı komplekt transformator məntəqəsini qidalandıran xətdir.

45. Bundan başqa, "xxxx" Açıq Səhmdar Cəmiyyəti birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verdiyi xx.xx.2021-ci il tarixli, xx-xx-1040 nömrəli məktubunda göstərmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, İİCənub küçəsində yerləşən 305 saylı bağ sahəsindən "xxxx" ASC-yə məxsus heç bir kommunikasiya xətləri keçmir.

46. H azırkı qərarın 28-ci bəndində qeyd edilən normaya əsasən müvafiq hüquqmüəyyənedici sənədlər həmin əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

47. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin 1999-cu ildə ayrılması, müvafiq elektrik xəttinin isə 2007-ci ildə abonent tərəfindən çəkilməsi işin mübahisəsiz halıdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağı ilə bağlı gətirdiyi dəlil əsassız dır. Ərazinin bir hissəsinin digər şəxsin adına qeydiyyatdan keçmiş bağ sahəsinin koordinatları ilə üst-üstə düşməsi

48. Cavabdehin göstərilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu xüsusatla bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

49. Belə ki, cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubunda və xx.xx.2021-ci il tarixli iddia tələbinə yazılı etirazında mübahisələndirilən bağ sahəsinin bir hissəsinin (156 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər fiziki şəxs X2 adına dövlət reyestrində qeydiyyatdan keçmiş bağ sahəsinin koordinatları ilə üst-üstə düşdüyünü bildirmi şdir.

50. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, sonuncu verilmiş koordinatlara əsasən qonşu sahə ilə üst-üstə düşmə halı yoxdur.

51. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

52. Hazırkı qərarın 49 və 50-ci bəndlərində qeyd edilən ziddiyyətlərin mövcud olmasına, habelə, iddiaçıya məxsus bağ sahəsinin 305 nömrəli, cavabdehin üst-üstə düşdüyünü iddia etdiyi bağ sahəsinin isə G-176 nömrəli olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən bu ziddiyyətlərin araşdırılması həyata keçirilməmiş, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər hansı digər şəxsin hüquqlarına toxunub-toxunmaması araşdırılmamışdır.

53. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işin təkrar baxışı zamanı yuxarıda qeyd edilən halları – iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin hər hansı şəxsə məxsus bağ sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etməli, mübahisələndirilən bağ sahəsinin digər torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilərsə, müvafiq hüquq sahibləri üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməli, habelə üst-üstə düşmənin müəyyən ediləcəyi halda İPMnin 13-cü maddəsinə uyğun olaraq məhkəmə idd iaçıya yardım etməklə hüquqmüəyyənedici sənədlə ona ayrılmış (500 kv.m) torpaq sahəsindən daha az torpaq sahəsi (üst-üstə düşmə halının mövcud olmadığı hissə) üzərində mülkiyyət hüququnun qeydə alınması barədə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı təklif verməli, yalnız bundan sonra aparılmış araşdırmanın nəticəsinə uyğun olaraq yekun qərara gəlməlidir.

54. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2-1(103)-206/2023 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

55. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.

56. Apellyasiya instansiy ası məhkəməsinin qərarı maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş müvafiq normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan hazırkı halda şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 21(103)-206/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar