Məhkəmə qərarları › İş №2-1(102)-1428/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1428/2024

07.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1428/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2023-ci il tarixli, 2-1(104)-48/2023 nömrəli qərarından cavab deh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2014-cü il tarixdə ümumi xəstəlik səbəbindən bir il müddətinə İİİ dərəcə əlillik təyin edilmişdir. X2: İX sinif- qan dövranı sistemi xəstəlikləri=> 170-179Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri =>178- Kapilyarların xəstəlikləri =>178.8 -Kapilyarların digər xəstəlikləri. Diaqnozun mətni: Vegetativ damar distoniyası hipertonik tip. Şəxsiyyətin isterik inkişafı. Hər 2 gözdə xr.konyuktiv şəxsiyyətin isterik inkişaf xr. Hiperosk gastroduodenit. 2. xx.xx.2015-ci il tarixdə iddiaçıya ümumi xəstəlik səbəbindən bir il müddətinə, xx.xx.2016-ci il tarixdə isə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. X2: İX sinif- Qan dövranı sistemi xəstəlikləri=> 160-169- Serebrovaskulyar xəstəliklər =>167 – Digər serebrovaskulyar xəstəliklər =>167.8 -Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələr... Diaqnozun mətni: Vegetativ damar distoniyası hipertonik tip. Şəxsiyyətin isterik inkişafı. Hər 2 gözdə xr.konyuktiv şəxsiyyətin isterik inkişaf xr. Hiperosk gastroduodenit. 3. xx.xx.2021-ci il tarixli qiymətləndirmə ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması - Son beş ildə aldığı stasionar müalicəsi qeyd olunmayıb. İxtisaslaşdırılmış müayinə və müalicəsi davam etdirilsin. Diaqnoz kimi isə “Dəqiqləşdirilməmiş ensefalopatiya” göstərilmişdir. 4. xx.xx.2021-ci il tarixli yenidən qiymətləndirmə ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Səbəb k imi isə göndərişin natamam doldurulması göstərilmişdir. Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya, Dissirkulyator ensefalpatiya İİ mərhələr. Veqetativ damar paroksizmaları ilə. Şəxsiyyətin isterik inkişafı isterik reaksiyalar. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1983-cü ildə anadan olmuş, 2014-cü ildən lll qrup, 2015-ci ildən isə ll dərəcəli əlil hesab edilmişdir. xx.xx.2021-ci il tarixdən onun pensiyası dayandırılmış, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ona əlillik dərəcəsinin təyin edilməs i ilə əlaqədar göndərişlərə imtina məzmunlu cavablar verilmişdir. Ona “Vegetativ damar distoniyası hipertonik tip. Şəxsiyyətin isterik inkişafı. Hər 2 gözdə xr.konyuktiv şəxsiyyətin isterik inkişaf xr hiperosk gastroduadenit” əlillik diaqnozu qoyulmuşdur. İddiaçı qeyd edir ki, onun xəstəliyi xroniki xarakter daşıyır, sağalması mümkün deyildir. Ona görə də, ona əlillik dərəcəsinin təyin edilməsindən imtina qanunsuzdur.

7. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-615/2022 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin ve rilməsi Qaydası”nın 1.5.1-ci bəndinin tələbinə görə, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması nəzərdə tutulsa da, iddiaçı həmin tələbi ödəyə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər arasında ambulator-stasionar xəstənin tibb kartasından çıxarışlarda sözügedən müddət ödənməmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2023-ci il tarixli, 2-1(104)-48/2023 nömrəli qərarı ilə (hakimlər: A.Bayramov – sədrlik edən və məruzəçi, A.İsgəndərova və R.Mamedov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh orqan eyni diaqnoz əsasında iddiaçıya əvvəlki göndərişlər əsasında əvvəlki müddətlərdə (xx.xx.2014-cü il, xx.xx.2 015-ci il və xx.xx.2016-cı il) əlillik təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, həmin diaqnoz əsasında xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə verilmiş göndərişlərdən “Əlavə müalicəyə ehtiyacın olması” və “Göndərişin natamam doldurulması” səbəbləri ilə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndində tələb olunan indekslə səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş indeks üst-üstə düşür.

13. Həmçinin qeyd edilmişdir ki, 2014-cü ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməs indən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.

14. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 13-cü, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1, 3.2, 3.3, 3.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 deka br tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2, 1.4, 1.5, 2.2-ci bəndinə istinad etmişdir.

15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, m üvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan ş əxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbayc an Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliy ində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyə n etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq eksper t təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya pir amid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri.

21. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərar dadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan laz ımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi mə sələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı m əsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. İş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlıdır.

30. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

31. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

32. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid fakt iki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

34. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

35. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə iddiaçıya ümumi xəstəlik səbəbindən bir il müddətinə İİİ dərəcə əlillik təyin edilmişdir. X2: İX sinif- qan dövranı sistemi xəstəlikləri=> 170-179- Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri =>178- Kapilyarların xəstəlikləri =>178.8 -Kapilyarların digər xəstəlikləri. Diaqnozun mətni: Vegetativ damar distoniyası hipertonik tip. Şəxsiyyətin isterik inkişafı. Hər 2 gözdə xr.konyuktiv şəxsiyyətin isterik inkişaf xr. Hiperosk gastroduodenit. (i.v. - 131). xx.xx.2015-ci il tarixdə iddiaçıya ümumi xəstəlik səbəbindən bir il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. X2: İX sinif- Qan dövranı sistemi xəstəlikləri=> 160-169- Serebrovaskulyar xəstəliklər =>167 – Digər serebrovaskulyar xəstəliklər =>167.8 -Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələr... Diaqnozun mətni: Vegetativ damar distoniyası hipertonik tip. Şəxsiyyətin isterik inkişafı. Hər 2 gözdə xr.konyuktiv şəxsiyyətin isterik inkişaf xr. Hiperosk gastroduodenit. (i.v. - 132) xx.xx.2016-ci il tarixdə iddiaçıya ümumi xəstəlik səbəbindən beş il müd dətinə İİ dərəcə əlillik təyin edilmişdir. X2: İX sinif- Qan dövranı sistemi xəstəlikləri=> 160-169- Serebrovaskulyar xəstəliklər =>167 – Digər serebrovaskulyar xəstəliklər =>167.8 -Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələr... Diaqnozun mətni: Vegetativ damar distoniyası hipertonik tip. Şəxsiyyətin isterik inkişafı. Hər 2 gözdə xr.konyuktiv şəxsiyyətin isterik inkişaf xr. Hiperosk gastroduodenit. (i.v. – 6, 133) Sonuncu müayinə - iddiaçının vəziyyəti xx.xx.2021-ci il tarixdə yenidən qiymətləndirilmiş və ona əlillik təyin edilməsindən imtina edilmişdir. İmtina səbəbi əlavə müalicəyə ehtiyacın olması, son beş ildə aldığı stasionar müalicəsinin qeyd olunmaması, ixtisaslaşdırılmış müayinə və müalicəsinin davam etdirilməli olduğu qeyd olunmuş, diaqnoz kimi isə “Dəqiqləşdirilməm iş ensefalopatiya” göstərilmişdir. (i.v. - 134) Həmçinin iddiaçının əlilliyi ilə bağlı xx.xx.2021-ci ildə “Göndərişin natamam doldurulması” səbəbi ilə cavabdeh inzibati orqan tərəfindən imtina edilmişdir. Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya, Dissirkulyator ensefalpatiya İİ mərhələr. Veqetativ damar paroksizmaları ilə. Şəxsiyyətin isterik inkişafı isterik reaksiyalar. (i.v. - 135).

36. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamla nmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan sonra iddiaçıya münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Başqa sözlə, məlumatların natamam olması səbəbindən cavabdeh əlilliyin təyinindən imtina etməkdə haqlı sayıla bilməz. Bu eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir.

37. Əvvəldə də qeyd edildiyi kimi, əlilliyin qiymətləndirilməsi üçün tibbi sosial ekspert komissiyasına göndərişlərin verilməsi, dolayısı ilə əlilliyin təyin edilməsi üçün şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması şərt i mövcuddur ki, bu şərt yalnız əlilliyin ilkin qiymətləndirilməsində tələb edilir, əlilliyin təkrar qiymətləndirilməsinin müalicə müddəti ilə şərtləndirilməsi qüvvədə olan normativ aktlara uyğun deyil.

38. Bu kateqoriyadan olan işlər üzrə məhkəmə təcrübəsi onu göstərir ki, bəzi hallarda məhkəmələr tərəfindən inzibati orqanın göstərilən mövqeyinə uyğun qərarlar qəbul edilir.

39. Buna rəğmən, təcrübədə inzibati orqan tərəfindən təkrar qiymətləndirmə zamanı da müalicə günlərinin yetərsizliyi səbəbi ilə imtinalar verilməsi halları mövcuddur və bəzi hallarda məhkəmələr inzibati orqanın göstərilən mövqeyinə uyğun qərarlar qəbul edir. Bu zaman, inzibati orqanın irəli sürdüyü əsas arqument ondan ibarət olur ki, təkrar əlillik üçün müraciət edən şəxsin əvvəlki əlilliyi dövründə müayinə və müalicə a lması təsdiq edilmir. Bu kontekstdə qeyd edilməlidir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə, tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin fərdi reabilitasiya proqramını tərtib etmək və onun icrasına nəzarət etmək həmin qurumun fəaliyyət istiqamətlərinə və vəzifələrinə aid edilmişdir və həmin vəzifənin həyata keçirilməsi “X3 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi” Qaydası ilə tənzimlənir. Dolayısıyla, əvvəlki əlillik dövründə müayinə və müalicə almanın təsdiq edilmədiyinə dair cavabdeh tərəfindən bildirilən dəlil, Fərdi reabilitasiya proqramı və onun icrası nəzərə alınmaqla qiymətləndirilməlidir. Çünki sözügedən Qaydanın tələblərinə görə, TSEK əlilliyi müəyyən edilmiş hər bir şəxs barəsində Fərdi reabilitasiya proqramını tərtib etmək, e ləcə də müəyyən edilmiş tədbirlərin effektivliyinin və ya hər hansı əlavə və dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə isə altı ayda bir dəfə aidiyyəti üzrə tədbirlərə yenidən baxmaq öhdəliyi daşıyır. Bundan başqa, fərdi proqram üzrə müəyyənləşdirilmiş tədbirlərin həyata keçirilməsi üçün Fərdi proqramdan çıxarış bu tədbirlərin icraçısı kimi müəyyənləşdirilmiş icraçılara göndərilməli, öz növbəsində, tədbirlər üzrə görülmüş işlərə dair məlumat icraçılar tərəfindən rübdə bir dəfədən az olmayaraq elektron qaydada, texniki səbəblərə görə bu mümkün olmadıqda kağız daşıyıcıda TSEK-ə təqdim edilməlidir. Adıçəkilən Qaydada həmçinin təsbit olunmuşdur ki, təkrar əlilliyin müəyyə n olunmasından sonra Fərdi proqramın hazırlanması zamanı əvvəlki Fərdi proqramda nəzərdə tutulmuş tədbirlərin icrası, effektivliyi, eləcə də aparılan tibbi, peşəəmək, psixoloji-pedaqoji reabilitasiyasının və sosial bacarıqların inkişafı üzrə görülmüş müvafiq tədbirlərin nəticələri TSEK tərəfindən qiymətləndirilməlidir. Beləliklə, təkrar qiymətləndirmə zamanı yalnız müalicə günlərinin yetərsizliyi səbəbinə istinadla əlilliyin müəyyən edilməsindən imtina qanunvericiliyin tələbləri ilə uyğunlaşmır, cavabdeh əvvəlki əlillik dövründə müayinə və müalicə almanın təsdiq edilmədiyinə dair dəlillərini Fərdi reabilitasiya proqramı, onun icrası üçün nəzərdə tutulmuş tədbirlər, eləcə də həmin tədbirlərin icrası istiqamətində icraçıların və əlilliyi müəyyən olunmuş şəxsin özünün davranışları ilə əlaqə li şəkildə təqdim etməlidir.

40. Odur ki, bu qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

41. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

42. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəm əsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın 18-21(a) bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2023-ci il tarixli, 2-1(104)-48/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar