Məhkəmə qərarları › İş №2-1(102)-1429/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1429/2022

16.08.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1429/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi; müvəqqəti xarakterli müdafiə tədbiri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1843/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********199546 nömrəli 06 may 2020-ci il tarixli qərarı ilə iddiaçıya ümumi olaraq 3.139.866,32 manat (müxtəlif vergi növləri üzrə) vergi məbləği hesablanmış, 1.787.731,59 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh or qanın **********199546 nömrəli 06 may 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2021 nömrəli, 27 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim F.İ.Mədətli) iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 9/7843 nömrəli “Ekspert rəyi”ndə yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılan əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 15.816,22 manat məbləğində ÖMV-nin az, 2017-ci il üzrə 55,11 manat məbləğində mənfəət vergisinin az hesablanması, 58.885,24 manat ƏDV-nin artıq hesablanmasının müəyyən edildiyi qeyd edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-320/2022 nömrəli, 01 fevral 2022-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia tələbi qismən təmin edilərək cavabdeh orqan tərəfindən qəbul edilmiş **********199546 nömrəli 06 may 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı iddiaçıya 2017-ci il üzrə 55.11 manat məbləğində mənfəət vergisi və 15.816,22 manat ödəmə mənbəyindən tutulan verginin hesablanması və həmin məbləğlərə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməli” hissələri istisna olmaqla qalan hissədə ləğv edilmişdir.

6. Cavabdeh apellyasiya şikayəti verərək qərarın qismən təmin edilmiş hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qə bul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Apellyasiya icraatı zamanı iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermiş və ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərara əsasən, cavabdeh tərəfindən keçirilmiş növbəti səyyar vergi yoxlamasının nəticələri haqqında 19 mart 2020-ci il tarixli **********185720 saylı akt əsasında iddiaçı mənfəət, əlavə dəyər və ödəmə mənbəyində tutulan vergilərin ümumilikdə 3.139.866,32 manat məbləğində azaldılmasına görə vergi məsuliyyətinə cəlb edilmiş (2017-2018-ci illərdə mənfəət vergisi üzrə - 1.312.670,59 manat; 2017, 2018, 2019-cu illərdə əlavə dəyər vergisi üzrə -1.811.379,51 manat; 2018-ci ildə ödəmə mənbəyində tutulan vergi üzrə 15.816,22 manat) və barəsində cəmi 1.787.731,59 mana t məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Lakin cavabdehin verdiyi 29 iyun 2020-ci il tarixli **********1D saylı Sərəncamla iddiaçının “X4” ASC-nin Bakı filialında olan hesablaşma hesabında (№ AZ49AZRT********************) 5.059.728,90 manat məbləğində pul vəsaitinin dondurulması qərara alınmış, həmçinin cavabdehin 01 sentyabr 2020-ci il tarixli **********7 Qərarına əsasən iddiaçıya məxsus əmlaklar (istehsal avadanlıqları və s.) açıq hərracdan satılması üçün 08 sentyabr 2020-ci il tarixli protokollar əsasında siyahıya alınmışdır ki, bunun nəticəsində sahibkarlıq subyekti olan iddiaçının fəaliyyəti iki ilə yaxın müddətdir ki tamamilə iflic vəziyyətinə düşmüşdür. Bu səbəbdən müəssisə bağladığı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra edə bilmir, ayrı -ayrı ödənişləri həyata keçirmək mümkün olmur və bu kimi hallar iddiaçının müqavilə tərəfləri ilə olan işgüzar münasibətlərinin pozulmasına və külli miqdarda maddi ziyana məruz qalmasına səbəb olur. İşin faktiki və hüquqi hallarına əsasən iddianın uğurluluq ehtimalı böyükdür (iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi də bu fakt bir daha təsdiq edir) və hazırkı vəziyyət davam edəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunması (təmin və ya bərpa edilməsi) mümkün olmayacaq və ya xeyli dərəcədə çətinləşəcəkdir, ona görə də ilkin təcili tənzimləmə zəruridir. Odur ki, iddiaçı hazırkı iddia ilə bağlı inzibati işə mahiyyəti üzrə baxılıb qurtaranadək müvəqqəti xarakterli müdafiə tədbiri kimi cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuli yyətə cəlb edilməsi haqqında” 06 may 2020-ci il tarixli **********99546 saylı qərarının icrasının dayandırılması, həmin qərarla əlaqədar iddiaçının “X4” ASC-nin Bakı filialında olan hesablaşma hesabına (№ AZ49AZRT********************) qoyulmuş sərəncamın icrasının dayandırılaraq, bu hesab vasitəsilə aparılan əməliyyatlara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması, MMC-nin həmin və digər banklarda milli və xarici valyutalarda olan bütün hesablaşma hesablarına yeni sərəncamların qoyulmasının və həmin hesablardakı pul vəsaitlərinin dondurulmasının, ƏDV sub-uçot hesabı üzrə pul vəsaitlərinin dondurulmasına dair qəbul edilmiş qərarların ləğv olunmaqla, yeni qərarların qəbul edilməsinin, MMC-yə məxsus əmlakların siyahıya alınmaqla açıq hərracdan satılmasına dair hərəkətlərin cavabdehə q adağan olunması və cavabdehin üzərinə həmin inzibati aktın icrasına yönəlmiş istənilən sair hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehin 23 may 2022-ci il tarixli **********528900 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, mübahisələndirilən vergi məbləğinin vergi ödəyicisi tərəfindən şərtsiz qaydada büdcəyə ödənilməsinə dair qanunvericinin Vergi Məcəlləsinin 63.2-ci maddəsində olan tələbinin əsasları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin İİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 17 mart 2016-cı il tarixli Qərarın da aydın ifadə olunmuşdur. Həmin Qərarda göstərilmişdir: “Konstitusiya Məhkəməsi Plenumunun “Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, dövlət büdcəsinə köçürülməli pul məbləği vergi ödəyicisinin öz şəxsi mülkiyyətində olsa da, o, həmin pula istədiyi kimi sərəncam vermək hüququna malik deyil və bu pulu mütəmadi olaraq dövlətə köçürməlidir. Əks halda, digər şəxslərin, habelə dövlətin hüquqları və qanunla qorunan maraqları pozulmuş olardı. Vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malik dir və belə tədbirləri həyata keçirməlidir. Buna görə də vergi tutulması, vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi deyil, onun konstitusion vəzifələrindən irəli gələn əmlakının müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir.” İnzibati Prosessual Məcəllənin 41-ci maddəsinə əsasən inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydı n olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Qeyd olunan maddənin tələbindən göründüyü kimi əvvəla mahiyyəti üzrə iddia ilkin araşdırılmalı və onun uğurluluq ehtimalı müəyyən edilməlidir. Mahiyyəti üzrə iddianın ilkin hazırlıq iclası keçirilməmiş, iddia tələbi ilə bağlı tərəflər dinlənilməmişdir. Həmçinin qeyd edilir ki, iddiaçı tərəfindən təqdim edilmiş ərizədə mahiyyəti üzrə iddianın uğurluluq ehtimalı əsaslandırılmamışdır. Göstərilənlərə əsasən, cavabdeh “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 06 may 2020-ci il tarixli **********99546 saylı Qərarını n icrasının dayandırılması, həmin Qərarla əlaqədar iddiaçının “X4” ASC-nin Bakı filialında olan hesablaşma hesabına qoyulmuş sərəncamın icrasının dayandırılaraq, bu hesab vasitəsilə aparılan əməliyyatlara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması, MMC-nin həmin və digər banklarda milli və xarici valyutalarda olan bütün hesablaşma hesablarına yeni sərəncamların qoyulmasının və həmin hesablardakı pul vəsaitlərinin dondurulmasının, ƏDV sub-uçot hesabı üzrə pul vəsaitlərinin dondurulmasına dair qəbul edilmiş qərarların ləğv olunmaqla, yeni qərarların qəbul edilməsinin, MMC-yə məxsus əmlakların siyahıya alınmaqla açıq hərracdan satılmasına dair hərəkətlərin cavabdehə qadağan olunması və cavabdehin üzərinə həmin inzibati aktın icrasına yönəlmiş istənilən sair hərəkətləri etməkdən çəkinm əyə dair öhdəlik qoyulması haqqında qərardad qəbul edilməsinə dair iddiaçının ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1843/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, V.N.Sadıqov və M.N.Tağızadə) ərizə qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********99546 nömrəli 06 may 2020-ci il tarixli qərarının icrası qismən dayandırılmış, ekspert rəyində qeyd edilən 15871,33 manat az hesablanmış vergi məbləğinin 105 faiz həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla, iddiaçının “X4” ASC-nin Bakı filialında olan hesablaşma hesabına (№AZ49AZRT********************) qoyulmuş sərəncamın icrası dayandırılmış, bu hesab vasitəsilə aparılan əməliyyatlara tətbiq edilən məhdudiyyətlər aradan qaldırılmış, MMC-nin həmin və digər banklarda milli və xarici valyutalarda olan bütün hesablaşma hesablarına yeni sərəncamların qoyulması və həmin hesablardakı pul vəsaitlərinin dondurulması qadağan edilmiş, həmçinin ƏDV sub-uçot hesabı üzrə pul vəsaitlərinin dondurulmasına dair qəbul edilmiş qərarlar ləğv olunmuş, yeni qərarların qəbul edilməsi cavabdehə qadağan olunmuş, qeyd edilən sərəncamlar qoyulduğu təqdirdə icra edilməməsi və qalan hissədə ərizənin təmin edilməmi qərara alınmışdır.

10. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış halları, apellyasiya baxışında ilkin araşdırılması, həmçinin iş materiallarında olan mövcud sübutlar və məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli, 9/7843 saylı ekspert rəyinə əsasən iddianın böyük ehtimalla uğurlu olmayacağı barədə hər hansı qənaət formalaşdırmamışdır. Həmçinin mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə qurumun maddi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzimləmə zəruridir. Bundan əlavə, iddiaçının fəaliyyətdə olan və ödəmə qabiliyyətinə malik olan Cəmiyyət olduğunu, yüksək mənfəət əldə edən şirkət olmasını nəzərə aldıqda, vergi borcu təsdiq olunacağı təqdirdə, onun ödəmək imkanı olduğu təkzib olunmur. Həmçinin işin hallarından da bəlli olduğu kimi iddiaçı iri kreditorlarla (“X2 İşləri” T resti, X1 Krallığının “X3 Limited” şirkəti kimi) müqavilə münasibətindədir və müvafiq olaraq da öz üzərinə icrası məcburi öhdəliklər götürmüşdür. Eləcə də Vergi Məcəlləsinin 65.2.1.2-ci maddəsinə uyğun olaraq məhkəmə qaydasında mübahisələndirilən borcun dövlət büdcəsinə alınması haqqında vergi ödəyicisinin hesabına sərəncam qoyulması istisna olunur.

11. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, səyyar və ya kameral vergi yoxlaması, həmçinin operativ vergi nəzarətinin nəticələri üzrə qərar qəbul edilən zaman vergi ödəyicisinə əlavə vergi məbləği hesablanmaqla yanaşı, maliyyə sanksiyası da tətbiq olunur. Vergi mübahisələrinə məhkəmə icraatı qaydasında baxılan zaman, yəni səyyar və ya kameral vergi yoxlaması, həmçinin operativ vergi nəzarətinın nəticələri üzrə qəbul edilən qərarın ləğv i ilə əlaqədar iddia qaldırıldıqda həmin qərar əsasında tətbiq edilmiş maliyyə sanksiyasını ödəməmək vergi ödəyicisinin hüququdur. Vergi orqanı tərəfindən ərizəçinin bank hesabının üzərinə tam olaraq sərəncam qoyulması, onun tərəfindən iddiaçı üçün əlverişsiz olan vergi məsuliyyətinə cəlbetmə qərarının icra edilməsi, yəni həmin qərara əsasən iddiaçıya hesablanmış əlavə vergilərin məhkəmə mübahisəsi qurtarmamış ondan tutulması, məhkəmə qərarının iddiaçının xeyrinə çıxarılacağı təqdirdə, ərizəçinin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Eyni zamanda məhkəmə mübahisəsi gedişatında iddiaçının bank hesablarında sərəncamların qalması bir vergi ödəyicisi kimi onun bu müddət ərzində dövlət qarşısında öz öhdəliklərinin icrasını da mümkünsüz edə bilər.

12. Həmçinin ƏDV sub-uçot hesabından dö vlət büdcəsinə, dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına və ƏDV sub-uçot hesablarına ƏDV məbləğlərinin köçürülməsi həyata keçirildiyindən, həmin ƏDV sub-uçot hesabının istifadəsinə məhdudiyyət qoyulduğu zaman, vergi ödəyicisi tərəfindən müvafiq olaraq ödəniləcək ƏDV-lərlə bağlı ödənişlərin həyata keçirilməsi mümkün olmayacaqdır. Əsasən də, sub-uçot hesabının istifadəsinə məhdudiyyət qoyulduğu zaman, xarici şirkətlər ilə aralarında mövcud olan müqavilə münasibətləri zənnində MMC ƏDV-lərin ödənilməsi iqtidarına malik olmayacaqdır. Bu hal isə müəssisənin həm maraqlarına, həm nüfuzuna, həm də hüquqlarına toxunur.

13. Digər məsələ isə ondan ibarətdir ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri t əsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Bu o deməkdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı məhkəmədə mübahisələndirilirsə, həmin qərar əsasında hesablanmış vergilər və tətbiq olunmuş maliyyə sanksiyaları da məhkəmə qərarı ilə də təsdiqini tapmalıdır. Mübahisənin getdiyi müddət ərzində isə şəxs təqsirsiz hesab edildiyindən və məhkəmənin qərardadı ilə inzibati aktın icrası dayandırıldığından, həmin şəxs hesablanmış vergi və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə məcbur edilə bilməz.

14. Apellyasiya instansiyası məhkəməsi ərizənin MMC-yə məxsus əmlakların siyahıya alınmaqla açıq hərracdan satılmasına dair hərəkətlərin cavabdehə qadağan olunması hissəsinə münasibətdə qeyd etmişdir ki, vergi orqanının hüquqlarından biri həm də qanunla müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək, vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaqdir.

15. İş materiallarında olan əmlakın siyahıya alınmasına dair protokollardan və vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında aktlardan görünür ki, vergi ödəyicisinin əmlakları siyahıya alınmış və məsul saxlanma üçün vergi ödəyicisinin özünə təhvil verilmişdir. Həmçinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1095/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından aydın olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin kommersiya mübahisəsinə dair işin icraatı hazırki inzibati iş üzrə yekun qərar qüvvəyə minənə qədər dayandırılmışdır. Belə olan halda, ərizənin artıq bu hissədə əhəmiyyəti qalmır.

16. Həmçinin apellyasiya instansiyası məhkəməsi müvəqqəti xarakterli müdafiə barədə ərizənin “cavabdehin üzərinə həmin inzibati aktın icrasına yönəlmiş istənilən sair hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoyulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, ümumiyyətlə, istənilən məhkəmə aktının nəticə hissəsində “və sair hərəkətl ərin edilməsi” sözündən istifadə edilməsi qeyri-müəyyənlik yaratmaqla qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı çətinliklərin meydana çıxmasına və nəticə etibarı ilə icra icraatının uzadılmasına gətirib çıxardır ki, bu da, yolverilməzdir.

17. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ərizənin təmin edilməsi hissəsində ləğv edilməsi və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayəti cavabdeh tərəfindən təqdim olunmuş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə dair etirazla eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etira z təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:... 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək;.... 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmı ş dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək;... Maddə

65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2. Bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə s anksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1 vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; 65.2.1.3. məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orq anının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; 65.2.1.4. vergi ödəyicisinin yazılı razılığı olduqda.... 65.2.3. Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. 65.2.3-1. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 1 05 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. 65.2.3-2. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. 65.2.3-3. Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanını n müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə bu Məcəllənin 65.2.3-1-ci maddəsinə uyğun olaraq dondurulmuş ƏDV depozit hesabından ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcların alınması məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş qərara uyğun həyata keçirilir. Maddə

89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi o nun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir....

21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakç ılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 40.4. Maraqlı şəxs inzibati aktdan şikayət instansiyasına inzibati şikayət etdiyi hallarda müvəqqəti xarakterli müdafiə barədə vəsatətlə həmin orqana müraciət etməlidir. Şikayət instansiyası 15 gün müddətində maraqlı şəxsin vəsatətini təmin etmədikdə, o, bu barədə ərizə ilə bu Məcəllənin 40.1-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər. Maddə

41. İnzibati aktın icrasının dayandırılması 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 41.5. İnzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə

42. İkili təsirə malik inzibati aktlara qarşı müvəqqəti xarakterli müdafiə 42.1. Üçüncü şəxs başqa şəxsə ünvanlanmış və həmin şəxs üçün əlverişli olan inzibati akta qarşı iddia qaldırdığı hallarda, məhkəmə üçüncü şəxsin ərizəsi əsasında müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edə bilər. 42.2. İnzibati aktın icrasının dayandırılması haqqında qərardad bu Məcəllənin 41-cı maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilir. Maddə

43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qəra rdadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə

44. Müvəqqəti xarakterli müdafiə haqqında qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi 44.1. İddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə, bunun üçün kifayət qədər əsaslar olduğu hallarda istənilən zaman xidməti vəzifəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardadını dəyişdirə və ya ləğv edə bilər. 44.2. Məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər. 44.3. Xüsusilə təcili hallarda, işə baxan məhkəmə tərkibinə sədrlik edən hakim qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi barədə təkbaşına qərardad qəbul edə bilər. Maraqlı şəxsə bərpa olunmaz ziyanın vurulması təhlükəsinin mövcud olduğu hallarda, sədrlik edən hakim məhkəmə icraatı iştirakçılarının ilkin dinlənilməsindən imtina etməyə haqlıdır. 44.4. Müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini iti rmiş sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsin də şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsi nin qərardadı ərizənin təmin edilməsi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şika yəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə tam və hərtərəfli araşdırılma təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Müvəqqəti xarakterli müdafiə ilə bağlı İPM-in müddəalarına görə inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mö vcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır.

28. İşdən görünür ki, mübahisə predmeti cavabdehin 6 may 2020-ci il tarixli qərarıdır. Qərara əsasən ümumilikdə iddiaçı barəsində 3.139.866,32 manat vergi məbləği hesablanmış və 1.787.731,59 manat maliyyə sanksiyası tətbiq olunmuşdur.

29. Bakı İnzibati Məhkəməsinin 1 fevral 2022-ci il qərarı ilə cavabdehin 6 may 2020-ci il tarixli qərarı iddiaçıya 55.11 manat məbləğində mənfəət vergisi və 15.816,22 manat ödəmə mənbəyindən tutulan verginin hesablanması və həmin məbləğlərə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməli hissələri istisna olmaqla qalan hissədə ləğv edilmişdir.

30. Birinci instansiya məhkəməsinin qərarı ilə 55.11 manat mənfəət vergisi və 15.816,22 manat ödəmə mənbəyindən tutulan vergi məbləği istisna olmaqla qalan hissədə iddia təmin edilmişdir, yəni qalan hissədə iddianın uğurlu hesab edilməsi barədə məhkəmə qərarı mövcud olmuşdur.

31. Apellyasiya məhkəməsi vurğulamışdır ki, müvəqqəti xarakterli müdafiə tədbiri inzibatı aktın icrasının dayandırılması ilə bağlı olduğundan iddianın uğurluluq ehtimalına qiymət verilməsi zərurəti yaradır. Qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələr ə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir. Bu baxımdan, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış halları, apellyasiya baxışında ilkin araşdırılması, həmçinin iş materiallarında olan mövcud sübutlar və məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli, 9/7843 saylı ekspert rəyinə əsasən iddianın böyük ehtimalla uğurlu olmayacağı barədə hər hansı qənaət formalaşdır mır. Həmçinin mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə qurumun maddi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzimləmə zəruridir.

32. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iş üzrə mövcud vəziyyətin dəyişəcəyi, yəni iddiaçının bank hesabında olan hesablaşma hesabına qoyulmuş sərəncamın icra olunacağı təqdirdə ərizəçinin hüquqlarının qorunması mümkün olmayacaqdır.

33. Apellyasiya məhkəməsi bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgü n tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşaraq kasasiya şikayətini təmin etmir.

34. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və İnzibati Prosessual Məcəllənin 96.8, 96.9 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1843/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar