Məhkəmə qərarları › İş №2-1(102)-1429/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1429/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1429/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X1 işi üzrə QƏRARDAD (Açar sözlər: vəkil tərəfindən imzalanmamış kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı “subsidiya alınması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.3.2023-cü il tarixli, 2-1(107)-231/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıda kı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı “subsidiya alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Şəki İnzibаti Məhkəməsinin 06 fevral 2023-ci il tarixli 2- 1(116)-967/2023 nömrəli qərardadı ilə İddiaçı “subsidiya alınması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan аpеllyаsiyа şikаyəti verərək qərardadının ləğv edilməsini xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.3.2023-cü il tarixli, 21(107)-231/2023 nömrəli qərardadına əsasən apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibаti Məhkəməsinin 06 fevral 2023-ci il tarixli 2- 1(116)-967/2023 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

5. İddiaçı həmin qərardaddan kassasiya şikаyəti verərək qərardadını n ləğv edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. İnzibati Prosessual Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

7. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

8. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

9. Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.

10. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

11. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, kassasiya şikayətinə vəkil orderi əlavə olunmamış və şikayət vəkil tərəfindən imzalanmamışdır.

13. Bununla bağlı iddiaçıya göndərilmiş 1 0.5.2023-cü il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, 6.6.2023-cü il tarixinədək həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq, iddiaçı həmin tarixədək vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini, o cümlədən vəkilin orderini məhkəməyə təqdim etməmişdir.

15. Hazırkı qərardadın 6-11-ci bəndlərində göstərilən normaların tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti mümkün sayıla bilməz.

16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.3.2023-cü il tarixli, 21(107)-231/2023 nömrəli qərardadından iddiaçı tərəfind ən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar