Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1429/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işdən azad edilmə ilə bağlı əmrin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apelyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 2-1(104)66/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 386/K saylı aktda İİE/1993 sidik nümunəsində tiryək qrupuna dair olan alkoloid aşkar edildiyi qeyd edilmişdir.
2. DSX Hərbi Hospitalının rəisi 437 nömrəli, xx.xx.2022-ci il tarixli raportla İddiaçı sidik nümunəsində narkotik maddə aşkar olunduğunu bildirmişdir. 3. 18 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla İddiaçı əməlində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
4. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi rəisinin xx.xx.2022-ci il tarixli, 30 ş/h nömrəli əmri ilə İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa) əsasən ehtiyata buraxılmışdır.
5. DSX N nömrəli hərbi hissə komandirinin əmrinin xx.xx.2022-ci il tarixli, 066 nömrəli çıxarışından müəyyən olunur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6cı maddəsinə (xidməti uyğunsuzluğa) müvafiq olaraq Sahil Mühafizəsi 2-ci dərəcəli gəmilər divizionu 2-c dərəcəli “Tufan” tipli 201 nömrəli gəminin raket-artilleriya döyüş hissəsinin raket qurğular üzrə zabiti gizir İddiaçı ehtiyata buraxılmaqla xx.xx.2022-ci il tarixdən ş əxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılması və xx.xx.2020-ci il tarixli bağlaşmasına xitam verilməsi qərara alınmış, əmrin verilməsinə əsas Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi rəisinin xx.xx.2022-ci il tarixli, 30 ş/h nömrəli əmri olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onunla bağlı qəbul etdiyi xx.xx.2022ci il tarixli, 30 ş/h nömrəli əmrin ləğv edərək xidmətə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin iyul ayından 2018-ci ilin iyul ayınadək sərhə d qoşunlarında müddətli həqiqi hərbi xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək miçman vəzifəsində, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək raket qurğuları üzrə zabit vəzifəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində Sahil Mühafizəsində xidmət etmiş, DSX Sahil Mühafizəsinin rəisinin xx.xx.2022-ci il tarixli, 30 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmasına səbəb isə xx.xx.2022-ci il tarixində leytenant hərbi rütbəsi almaq üçün DSX-nın Hərbi Hospitalının laboratoriyasında alınmış sidik analizindən götürülmüş nümunədə “tiryək qrupuna aid olan alkoloid” aşkar olunması olmuşdur. Sonradan onun sidik nümunə si Hərbi Hospital tərəfindən təkrar müayinə üçün AR Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və X4 göndərilmiş və orada da tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə qəbul etmiş olduğu “Kodelak” adlı dərman preparatının tərkibinin yoxlanılması üçün AR Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza mərkəzində məhkəmə-kimyəvi ekspertiza təyin edilmiş və xx.xx.2022-ci il tarixli, 6/1258 nömrəli ekspert rəyində həqiqətən “Kodelak” dərman preparatının tərkibində sidik nümunəsində də müəyyən olunduğu kimi tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. O, xx.xx.2022-ci il tarixdən fevral ayının əvvəllərinə kimi öskürəyə görə əczaçının məsləhəti ilə “Kodelak” adlı dərman preparatını qəbul etməyə başlamış, buna görə də sidik nümunəsində tiryək qrupuna aid olan alk oloid aşkar edilmişdir. Analizin nəticəsindən narazı olduğu üçün xx.xx.2022-ci il tarixdə yenidən yoxlama üçün AR Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X15ndə məcburi ambulator tibbi yoxlamaya göndərilmiş, hər hansı narkotik maddənin tərkib əlaməti aşkar olunmamış, lakin qəbul etmiş olduğu “Kodelak” dərman preparatının tərkibində isə tiryək qrupuna aid olan alkoloid olması faktı 15 mart 2022-ci il tarixli 1328 saylı rəydə də öz təsdiqini tapmışdır. Həmçinin bu əsaslar onun barəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 mart 2022-ci il tarixli, 00014 nömrəli qərarda da göstərilmişdir. Hesab edir ki, onun ehtiyata buraxılması haqqında əmr əsassız və qanunsuz olduğuna görə ləğv edilməli və o, hərbi xidmətə bərpa olunmalıdır.
8. Cavabdeh iddia tələbi nə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, İntizam Nizamnaməsinin 43-cü maddəsinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. İddiaçı hərbi xidmətlə bir araya sığmayan əməllərinə görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.
9. Gəncə İnzibati Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2-1(114)-1618/2022 nömrəli qərarı ilə (hakim X1) iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddianın əsasını Narkoloji Mərkəzi PHŞ-nın xx.xx.2022-ci il tarixli, 1328 nömrəli rəyində onun qəbul etmiş olduğu “Kodelak” dərman preparatının tərkibində tiryək qrupuna aid olan alkoloid olması və bu halın həm də DSX Sahil Mühafizəsinin rəisinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda öz əksini tapması təşkil edir. Həmin rəy alındıqdan sonra sözügedən qərar qəbul edilmiş və təhqiqat materialları cavabdeh tərəfindən Bakı Hərbi Prokurorluğuna göndərilmişdir. Həmin orqanın qərarı ilə iddaçının analizində aşkar olunmuş kodeininin qeyd olunan dərman preparatından yaranması ilə bağlı əlavə məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi zərurəti yarandığından yeni ekspertiza təyin olunmuş və yenilənmiş rəydə İddiaçı sidik analizində aşkar edilmiş tiryək qrupuna aid olan kodeinin “kodelak” dərman pereparatının təsirindən yarana bilm ədiyi göstərilmişdir.
11. Həmçinin qeyd edilmişdir ki, iddiaçının vəkili məhkəmə iclasında vəsatət təqdim edərək iddiaçıdan götürülmüş sidik nümunəsinin tərkibinin “Kodelak” dərman preparatı ilə birgə müayinə olunaraq tərkiblərinin eyniləşdirilməsi barədə ekspertiza təyin olunmasını xahiş etsə də, İddiaçı sidik analizində aşkar edilmiş tiryək qrupuna aid olan kodein “kodelak” dərman preparatının təsirindən yarana bilmədiyi iş materiallarında olan Səhiyyə Nazirliyinin Respublika X9 Hüquqi Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli, 1328 nömrəli rəyi öz təsdiqini tapmışdır. Bütün bunlar isə iddianın əsassız olduğunu deməyə əsas verir.
12. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2-1(104)-66/2023 nömrəli qərarı (hakimlər X12 (məruzəçi), X2 və X3) ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, 21(114)-1618/2022 saylı qərarı ləğv edilmiş, yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməklə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi rəisinin xx.xx.2022-ci il tarixli, 30 ş/h nömrəli əmri ləğv edilmiş, İddiaçı xidmətə bərpa olunmaqla məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ona ödənilməsi qərara alınmışdır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən əmr qəbul edilərkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əm əl edilməmişdir. Belə ki, Əsasnamənin 161-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Lakin iş materialları ilə iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmaya iki ay qalmış xəbərdar edilməsi müəyyən edilmir. Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci bəndinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən Əsasnamənin bu maddəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılışı haqqında cavabdeh orqan tərəfindən söhbət aparılması müəyyən edilmir. Cavabdehdən yalnız onun sidik nümunəsində aşkar olunmuş narkotik maddə ilə bağlı izahatı alınmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6cı maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.
17. Belə ki, iddiaçının ehtiyata buraxılmasına səbəb xx.xx.2022-ci il tarixdə leytenant hərbi rütbəsi almaq üçün keçmiş olduğu müayinə zamanı DSX-nin Hərbi Hospitalının laboratoriyasında götürülmüş sidik analizində «tiryək qrupuna aid olan alkoloid»in aşkar edilməsi olmuşdur. İddiaçı məhkəmə proseslərində öskürəyə görə əczaçının məsləhəti ilə «Kodoiak» adlı dərmandan istifadə etdiyini bildirsə də, ekspert rəyindən həmin tərkibin onun istifadə etdiyi dərmanla yarana biləcəyi inkar olunmuş, sonradan apellyasiya məhkəməsində icraat zamanı xx.xx.2023-cü il tarixli məktubla dərman təsirindən yarana bilməz cümləsi təfsir edilərək dərman təsirindən yarana bilər kimi qeyd edilmişdir.
18. Hərbi qulluqçu xəstəliyi ilə bağlı xidmət etdiyi qurumun tərkibində olan tibb xidmətinə müraciət etməli və ona təyin olunan müalicə həmin tibb xidməti tərəfindən təyin edilməlidir. Araşdırma zamanı İddiaçı şiddətli öskürməyi ilə bağlı aidiyyəti tibb idarəsinə müraciəti aşkar edilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmiş dir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə
155. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən yerinə yetirilir.
161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər.
162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəl mənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır.... İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir.
163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səv iyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiy a instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin in zibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olun ması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək bildirir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkə məsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən əmr qəbul edilərkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əməl edilməmişdir. Belə ki, Əsasənamənin 161-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Lakin iş m aterialları ilə iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmaya iki ay qalmış xəbərdar edilməsi müəyyən edilmir.
29. Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci bəndinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfin dən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir.
30. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı ilə söhbət aparılmış, hətta iddiaçı xx.xx.2022-ci il tarixdə Səbail Mühafizəsinin rəisinə raport ünvanlayraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqda hərbi qeydiyyata götürülmədiyi üçün SHXÇUDX-in Goranboy rayon şöbəsinə göndərilməsini, Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı ilə əlaqədar Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilməyinə ehtiyac olm adığını bildirmişdir.
31. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində qeyd edilən bu arqumentin bir sübuta söykənən əsası yoxdur. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsində qeyd edilir ki, aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır.
32. Lakin cavabdeh kassasiya şikayətində öz mövqeyinin əsaslı olduğunu təsdiq edən hər hansı bir material əlavə etməmişdir. Yuxarıda da qeyd edildiyi kimi söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır, bu hərbi qulluqçu tərəfindən imzalanmaqla onun şəxs işinə tikilir. Başqa sözlə belə bir sübutun təqdim edilməməsi söhbətlərin aparılmaması prezumsiyasını irəli sürməyə əsas verir (Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür).
33. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Əsasnamənin 155-ci bəndinə əsasən, hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən yerinə yetirilir. Göründüyü kimi, iddiaçı Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi rəisinin xx.xx.2022-ci il tarixli, 30 ş/h əmri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Şərəf məhkəməsinin iclasının keçirilməsi isə iş materialları ilə müəyyən edilmir. 34. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 163-cü maddəsinə əsasən, ehtiy ata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Göründüyü kimi iddiaçı hərbi xidmətdən ehtiyata buraxılarkən cavabdeh inzibati orqan tərəfindən Əsasnamənin yuxarıda qeyd edilən maddəsinin də tələbləri pozulmuşdur. Belə ki, iş materialları ilə iddiaçının nəinki hərbi-həkim komissiyasının müayinəsinə göndərilməsi, hətta ona belə bir təklifin edilməsi belə müəyyən edilmir.
35. Eyni zamanda məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edərək bildirir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə edil miş 6 saylı əlavədə hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi qaydaları müəyyən edilmişdir.
36. Həmin qaydalara əsasən şəxs həqiqi hərbi xidmətdən buraxılarkən təqdimat tərtib edilir ki, bu təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir. Eyni zamanda təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş də göndərilir.
37. Beləliklə, yuxarıda da qeyd edildiyi kimi təqdimatın əsaslı olması üçün ona söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti də əlavə edilməlidir. Lakin göründüyü kimi iş materialları ilə nə iddiaçı ilə bağlı söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının olması müəyyən edilmir.
38. Eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, 18 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə İddiaçı əməlində toplanmış material üzrə AR CM -nin 234-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə Bakı hərbi prokurorluğu tərəfindən rəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla İddiaçı barəsində qəbul edilmiş 18 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar ilə İddiaçı barəsində AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3-1(3)-147/2022 saylı qərarı ilə İddiaçı barəsində İXM-nin 206-cı maddəsi ilə olan i nzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən (müddətin keçməsinə görə) xitam verilmişdir. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3-1(3)-147/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-1(103)-3/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı barəsində AR İXM-nin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli qərar ləğv edilmiş, inzibati xətaya dair iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixl i, 3-1(093)-137/2023 saylı qərarı ilə İddiaçı barəsində İXM-nin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (inzibati xəta tərkibi olmadığında görə) xitam verilmişdir.
39. Beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilir ki, İddiaçı sidik nümunələrində narkotik vasitənin aşkar edilməsinə səbəb onun Dövlət Sərhəd Xidmətində müayinələrdən keçməmişdən əvvəl öskürəyə görə “Kodelak” dərman preparatı qəbul etməsi olmuş və onun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir.
40. Digər tərəfdən, Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-1(093)137/2023 saylı qərarından görünür ki, məhkəmədə ekspert qismində dindirilmiş X7 və X5 göstərmişlər ki, miçman İddiaçı Elbrus oğlundan göt ürülmüş sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edilmiş, onun sidik nümunələrinin tərkibində narkotik vasitə və onların törəmələri aşkar edilməmiş, lakin 1328 nömrəli rəyin son cümləsində olan “Kodelak” dərman preparatının təsirindən yarana bilməz cümləsi texniki səhv kimi qeyd edilmiş, əslində isə ekspert rəyində “Kodelak” dərman preparatının təsirindən yarana bilər kimi qeyd edilməli idi.
41. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xx/xx-5066 saylı məktubdan görünür ki, İddiaçı sidik analizində aşkar edilmiş tiryək qrupuna aid olan kodein “Kodelak” dərman preparatının təsirindən yarana bilməsi ehtimalı da ola bilər və rəyin son cümləsində “Kodelak” dərman preparatının təsirindən yarana bilməz cümləsi texniki səhv kimi qəbul olunmalıdır.
42. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən xüsusatlara söykənərək cavabdehin mövqeyinin əsassız olması qənaətinə gəlir.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
44. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-66/2 023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.