Məhkəmə qərarları › İş №2-1(102)-143/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-143/2019

23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-143/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-143/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı bağ sahəsinin icarəçisi hesab edilməsi və bağ sahəsinə dair plansxemin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2534/2018 saylı qərardadından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə q arşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Бакы Шящяр Ижраиййя Комитясинин Баьлар Тясяррцфатынын Инкишафы вя Истисмары Бирлийи тяряфиндян 17703 нюмряли, xxxx 1990-жы ил тарихли ижаря мцгавилясиня ясасян Бакы шящяри, Сураханы району, Щювсан баь массивиндя йерляшян сащяси 0,25 ща. олан 17б нюмряли баь сащясинин ижарячиси щесаб едилмяси вя баь сащясиня даир план-схемин верилмяси вязифясинин жавабдещя щяваля едилмясини barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli, 2in(82)1535/2012 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Бакы şящяр Ижраиййя Комитясинин Баьлар Тясяррцфатынын Инкишафы вя Истисмары Бирлийиniн 17703 нюмряли, xxxx 1990-жы ил тарихли ижаря мцгавилясиня ясасян İddiaçı Бак ы шящяри, Сураханы району, Щювсан баь массивиндя йерляшян сащяси 0,25 ща. олан 17б нюмряли баь сащясинин ижарячиси щесаб едилмяси вя баь сащясиня даир план-схемин верилмяси вязифяси cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir (hakim İ.Bayramova). Bakı Apellyasiya Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2-1(103)-28/2018 saylı qərardadı ilə (E.Nağıyeva sədrlik edən-məruzəçi, hakimlər E.Vəliyeva və H.Həmidov) Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2012-ci il tarixli qərarı ləğv edilmiş, iş üçüncü şəxslərin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)1002/2018 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim H.Ç.Babayeva). Bakı Apellyasiya Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(103)-2534/2018 saylı qərardadı ilə (V.Məmmədov sədrlik edən-məruzəçi, hakimlər S.Seyidova və A.Hüseynov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadından iddiaçı İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi və iddianın plan-ölçü sənədinin verilməsi hisəsində mümkün hesab edilməsi və baxılması üçün işin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin baxışına qaytarılması barədə qəra r qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, məhkəmə qərardadına əsasən, iddia qaldırılarkən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ləğv edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və İstismarı Birliyinin hüquqi varisi olmadığını, sadəcə arxiv daşıyıcı olması faktını nəzərə almamış, hal-hazırda cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi X1 və İstismarı Birliyinin hüquqi varisi kimi çıxış etmir, yalnız onun arxiv daşıyıcısıdır. Məhkəmələr nəzərə almamışlar ki, artıq al tı ildən çoxdur ki, məhkəmə çəkişmələri davam edir və eyni zamanda tərəflər arasında uzun müddət yazışmalar və mübahisələr olmuş və sonda məhkəməyə müraciət olunmuş, həmçinin cavabdeh orqan tərəfindən sözügedən bağ sahəsinə dair çıxarış da verilmiş, bu hallar düzgün qiymətləndirilməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Üçüncü şəxs Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmad an məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin, üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin məhkəmə iclasın ın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məh kəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadı plan-ölçü verilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qərardad digər hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv ed ilməsi barədə» xxxx 2007-ci il tarixli, ***nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməsi, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmış, Azərbaycan Re spublikası Prezidentinin xxxx 2015-ci il tarixli Fərmanında və xxxx 2007-ci il tarixli Sərəncamında və digər qanunvericilik aktlarında cavabdehin Bakı ŞİH-in nəzdində olan bağ təsərrüfatı idarələrinin, o cümlədən X1 və İstismarı Birliyinin hüquqi varisi olması nəzərdə tutulmamış, cavabdeh iddiaçını bağ sahəsinin icarəçisi kimi tanımaq səlahiyyətinə malik deyil, qanunvericilikdə onun belə bir vəzifəsi müəyyən edilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Bakı şəhəri Suraxanı rayonu Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha. olan 17b nömrəli bağ sahəsinin icarəçisi hesab edilməsi hissəsində iddianın mümkün sayılmaması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi c əhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM 2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Prezidentinin xxxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»də Xidmətin fiziki şəxsləri bağ sahəsinin icarəçisi hesab etməsi (onları icarəçi kimi tanıması) vəzifəsi (səlahiyyəti) nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə sahəsi 0,25 ha olan 17b nömrəli bağ sahəsinin icarəçisi hesab edilməsi hissəsində iddianın mümkün sayılmaması barədəqanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin iddiaçını bağ sahəsinin icarəçisi kimi tanımaq səlahiyyətinə malik olmadığını, qanunvericilikdə onun belə bir vəzifəsinin müəyyən edilmədiyini, beləliklə, iddianın bağ sahəsinin icarəçisi hesab edilməsi hissəsinin mümkünlük tələblərinə cavab vermədiyini nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Buna baxmayaraq apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən iddia tələbinin digər hissəsi üzrə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliy ini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xxxx 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin. fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və x itam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılrkən iddiaçıya yanlış iddia növlərinin münasibləri ilə əvəz edilməsində hər hansı yardım edilməmiş, apellyasiya məhkəməsi tərəfindən isə qərardad qanunsuz olaraq həmin hissədə də dəyişdirilmədən saxlanılmışdır. Azərba ycan Respublikası Prezidentinin xxxx 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. İddia tələbinin birinci hissəsi ilə razılaşan kassasiya məhkəməsi qeyd edir ki, İddiaçı torpaq sahəsinə plan-ölçü verilməsini xahiş etsə də, onun hüquqi marağı əslində müvafiq torpaq sahəsinə plan-ölçü sənədinin verilməsindən ibarətdir ki, bu hissədə də kollegiyanın qənaətinə görə iddia tələbi əsaslandırılaraq zəruri sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli, 5 nömrəli Qərarına əsasən (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadı ğı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, torpaq sahəsinə plan-ölçü sənədinin tərtib edilməsi cavabdehin bilavasitə xidməti vəzifəsinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xxxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əml akın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xxxx 2015-ci il tarixli, 02 saylı qərarı ilə təsdiq edilmiş Daşınmaz Əml akın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Əsasnaməsinin 2.1.3-cü bəndinə əsasən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsini və verilməsini təmin edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, mübahisənin qanuni və obyektiv həlli təmin edilməlidir. İşə kassasiya qaydasında ba xan məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadı planölçü verilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qərardad digər hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadı plan-ölçü verilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad digər hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar