Məhkəmə qərarları › İş №2-1(102)-143/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-143/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-143/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-143/2020 Bakı şəhəri xx xxxx 2020-ci il 10.03.2020 Açar sözlər: dövlət ehtiyacı üçün alınan daşınmaz əmlak üçün ödənilən kompensasiyaya əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2210/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kompensasiya olaraq 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 1500 manat məbləğində pulun və çətinliklərlə bağlı 10 faiz miqdarında vəsaitin – ümumilikdə 2250 manat məbləğində pulun ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarına əsasən, söküntü zonasında olan ünvan 1 ünvanda yerləşən 21 saylı mənzilin 1/9 hissəsi cavabdeh tərəfindən xx xxxxxx 2018-ci il tarixdə, 7500 manata iddiaçıdan alınmışdır. Qanunvericiliyin tələblərinə uyğun ol araq dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq və çətinliklərlə bağlı 10 faiz məbləğində kompensasiya ödənilməlidir. Lakin cavabdehə müraciət etməsinə baxmayaraq, həmin məbləğlər ona ödənilməmişdir. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçı özünə məxsus yaşayış sahəsinin bir hissəsini alqı-satqı müqaviləsi əsasında cavabdehin xeyrinə özgəninkiləşdirmişdir. Tərəflər arasında müqavilə münasibətləri yaranmış, iddiaçı müqaviləni imzalamaqla öz iradə ifadəsini nümayiş etdirmiş və tərəflərin öhdəliklərini yerinə yetirdiyi an müqavilə münasibətləri başa çatmışdır. Cavabdeh həmçinin qeyd etmişdir ki, qanunvericiliklə nəzərdə tutulmuş daşınma z əmlaka dair əlavələr üzrə iddiaçıya şamil oluna bilən əlavələr müqavilədə əks olunmuş məbləğin daxilində nəzərə alınmışdır. İddiaçı hazırki iddia tələbi ilə çıxış etmək üçün əvvəlcə ona ödənilmiş vəsaiti geri qaytarmalı, daha sonra isə tərəflər arasında bağlanmış müqavilənin məhkəmə tərəfindən etibarsızlığının təsdiq edilməsinə nail olmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)2401/2019 saylı qərarı ilə (hakim Şəhla Süleymanova) iddia rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, mübahisə üzrə tərəflər arasında onların könüllü iradə ifadəsi ilə alqı-satqı müqaviləsi imzalanmış, həmin müqavilə ilə iddiaçı özünə məxsus sahəni cavabdehə satmış və cavabdeh müqavilə ilə nəzərdə tutulmuş məbləği iddiaçıya ödəmişdir. Həmin qərardan iddiaçı apelly asiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2210/2019 saylı qərarı ilə (sədrlik edən İlham Əhmədov, hakimlər Səriyyə Seyidova və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9, 246.1, 567, 646.1, 527.1, 528, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 2.2.7, 34.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv olunması və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi qanunvericiliklə nəzərdə tutulmuş 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqqın və əlavələrin iddiaçıya ödənilməsinə dair düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, həmin məbləğlərin iddiaçıya ödənilməsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində öz əksini tapmamışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi onun məhkəmə iclasında iştirakını və məhkəmədə mübahisəyə çəkişmə prinsipi əsa sında baxılmasını təmin etməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1, 157.9, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı fərmanına, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 66.1, 66.4, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9, 138.1, 185.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddə sinə əsaslanmaqla işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, cavabdehlə iddiaçı arasında sonuncuya məxsus olmuş və ünvan 1, 21 saylı mənzilin 1/9 hissəsi AN- ******* saylı, xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmış və iddiaçıya 7500 manat vəsait ödənilmişdir. Bakı şəhəri, ünvan küçəsində yerləşən daşınmaz əmlakın paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus hissəsi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşmüş və həmin əmlakın alqı-satqısına dair cavabdehlə iddiaçı arasında müqavilə imzalanmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin 9-cu bəndinə əsasən, satıcı həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. İddiaçıya məxsus Bakı şəhəri, ünvan küçəsi, ev 37, 21 saylı mənzilin 1/9 hissəsi üçün “xxxx” MMC tərəfindən tərtib edilmiş Qiymətləndimə hesabatından çıxarış”da Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz məbləği və digər əlavələr nəzərə alınmaqla iddiaçıya cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən isə qeyd edilmiş halları təkzib edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respubli kası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını, əsasən düzgün müəyyən etmiş dir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş “Qiymətləndimə hesabatından çıxarış”da Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz məbləği və digər əlavələr nəzərə alınmaqla iddiaçıya cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən isə qeyd edilmiş halları təkzib edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Buna görə də cavabdehin imtinası əsaslı və qanunauyğun olmuşdur. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, həmin məbləğlərin iddiaçıya ödənilməsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində öz əksini tapmamışdır. Məhkəmə kolllegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin 2.2.7 -ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu maddənin tələbinə uyğun olaraq, iddiaçı cavabdeh inzibati orqana münasibətdə əmlak tələbini irəli sürməklə inzibati iddianı qaldırmışdır. İşin hallarına görə, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan daşınmaz əmlak dövlət ehtiyacları üçün alınmış, lakin iddiaçı ona ödənilən məbləğlə razılaşmamışdır. Tələbin hüquqi əsasını “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) aşağıdakı maddələri təşkil edir: - 1.1.2-ci maddəsinə əsasən, torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər); - 1.1.3-ci maddəinə əsasən, tikili — torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər; - 35-ci maddəsinə əsasən, torpağın satın alınması təklifinin qəbul olunması yazı lı formada tərtib edilir və satılan torpağın mülkiyyətçisi tərəfindən imzalanır. Torpağın satın alınması təklifi qəbul edilərkən onun hər bir şərtinin qəbul olunduğu aydın ifadə edilməlidir. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir; - 66.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir; - 66.4-cü maddəsinə əsasən, çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 66.4.6. 10 ildən artıq müddət üçün — 10 faiz. Habelə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-ci bəndinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətin ə əlavə haqq ödənilir. Maddələrin tələbləri belə izah olunur ki, dövlət ehtiyacları üçün alınan torpağa həmçinin həmin torpaq sahəsi ilə bağlı daşınmaz əmlak qismində yaşayış sahələri aiddir və onların əvəzinə ədalətli kompensasiya ödənilməlidir. Torpağın satın alınması və kompensasiyanın məbləği dövlətin adından alan orqanla mülkiyyətçi arasında bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilməlidir. Yaşayış sahəsinin alındığı halda ödənilən məbləğə əlavə olaraq çətinliyə görə kompensasiya verilməlidir ki, yaşayış sahəsində mülkiyyətçi 10 ildən artıq müddətdə yaşadıqda bu məbləğ ödəniləcək ümumi məbləğin 10 faizini təşkil etməlidir. Bundan başqa, ödəniləcək kompensasiya məbləğinə digər əlavə növü kimi daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında haqq verilməlidir. Daşınmaz əmlak ın ümumi məbləğinin müəyyən edilməsinə münasibətdə istinad edilmiş Qanunun: - 19.3-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır; - 23.1-ci maddəsinə əsasən, bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.4. alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yo lu ilə müstəqil qiymətləndirici cəlb edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; - 29.2-ci maddəsinə əsasən, torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zəruri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Bu maddələrin məzmunundan göründüyü kimi, kompensasiyanın mə bləğinin ödənilməsi üçün həmin əmlak qiymətləndirilməlidir. Bunun üçün qiymətləndirmə komissiyası yaradılmalı, həmin komissiyaya müstəqil qiymtləndirici cəlb edilməlidir. Hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edilməlidir. Ödənilən kompensasiyanın məbləği ilə razı olmayan şəxs məhkəməyə müraciət edə bilər. İddiaçı ümumi məbləğə əlavə kimi qeyd edilmiş 10 və 20 faiz məbləğlərinin nəzərə alınmamasına istinad etməklə onların ödənilməsi tələbini irəli sürmüşdür. Lakin maddələrin tələblərinə uyğun olaraq işin hallarından göründüyü kimi, tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilədə əks olunmuş qiymət “xxxx” MMC tərəfindən tərtib edilmiş “Qiymətləndimə hesabatından çıxarış”da əks olunmuş yekun qiym ətlə eynilik təşkil etmişdir. Həmin hesabatda müstəqil ekspert tərəfindən təyin edilən qiymətə qeyd edilmiş 20 faiz məbləğ və digər əlavələr nəzərə alınmaqla ümumi ödənilməli olan məbləğ göstərilmişdir. Bununla isə müəyyən edilir ki, qanunvericiliyin yuxarıda qeyd edilmiş tələblərinə uyğun olaraq alqı-satqı müqaviləsində ödənilməli olan tam məbləğ göstərildiyi halda, müstəqil qiymətləndiricinin hesabatında həmin məbləğin hansı hissələrdən ibarət olduğu, o cümlədən qeyd edilmiş əlavələrin nəzərə alındığı əks olunmuşdur. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstə rilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2210/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar