Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-143/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması; sosial sığorta stajının hesablanmasına dair tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X1, Cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı “yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 sentyabr tarixli 21(103)-1107/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 2011-ci il 24 noyabr tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
3. Cavabdeh 2019-cu il 20 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya 2011-ci il 24 noyabr tarixdə qüvvədə olan pensiya qanunvericiliyinə uyğun 25 il 04 ay əmək stajı ilə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin 2000-ci il 04 yanvar tarixdən 2006-cı il 01 noyabr tarixədək stajının araşdırılması mümkün olmadığından (arxiv sənədlərinin olmamasından) həmin dövr nəzərə alınmamışdır. Qeyd edilən dövrlə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018ci il 04 iyul tarixli və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 05 dekabr tarixli qərarlarına əsasən həmin dövr üzrə stajı nəzərə alınaraq pensiyası hüququ yarandığı tarixdən yenidən hesablanmışdır. Belə ki, 1.198,74 manat yaranmış fərqin 799,16 manatı ödənilmiş, qalan 399,58 manatı cari ayda ödənilmişdir. 2019-cu il 01 yanvar tarixdən vətəndaşın pensiyası 206,87 manat sığorta hissədən və 1,76 yığım hissədən ibarət olaraq 206,63 manat təşkil edir. 2006-cı il üzrə kompüter bazasında iddiaçının adına heç bir sosial sığorta ödənişləri göstərilməmiş və 2008-2009-cu illərdə “Məktəbli və Tələbə İaşə” ATSC-də işlədiyinə görə Forma 4 əsasında pensiyanın yığım hissəsinə hüququ yarandığı tarixdən (xx.xx.2011-ci il) 1.22 manat əlavə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 12 dekabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əmək kitabçasında qeyd olunmuş 2006-cı il 01 yanvar tarixdən 2006-cı il 30 noyabr tarixə qədər olan dövrü iş stajı kimi nəzərə almaqla, yaşa görə əmək pensiyasının yenidən hesablanaraq, tam əmək stajının 32 il 11 ay 2 gün hesab olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fə aliyyətinə 1973-cü ildə başlamışdır. Müxtəlif müəssisələrdə, müxtəlif vəzifələr üzrə çalışmışdır. Ümumi iş stajı 32 il 11 ay 2 gün təşkil etmişdir. 2011-ci il 29 noyabr tarixdə təqaüdə çıxmaq üçün sənədləri cavabdehə təqdim etmiş, sonuncu tərəfindən 2000-ci ildən 2006-cı ilə 01 yanvar tarixə qədər olan əmək stajı hesablanmışdır. Bununla əlaqədar məhkəmənin 2018-ci il 04 iyul tarixli qərarından sonra 2000-xx.xx.2006-cı ilədək əmək stajı yenidən hesablanaraq ona 1.189,74 manat ödənmişdir. Əmək stajı yenidən hesablandıqda cavabdeh tərəfindən 2006-cı il 01 yanvar tarixindən 2006-cı il 30 noyabr tarixə qədər olan on bir ay hesablanmamışdır.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edi r.
7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 21 fevral tarixli, 2-1(112)-2153/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qüvvədə olan məhkəmə qərarına əsasən iddiaçının pensiyası 2000-ci il 04 yanvar tarixdən 2006-cı il 01 noyabr tarixədək olan dövr sosial sığorta stajı olaraq nəzərə alınmaqla əmək pensiyası yarandığı 2011-ci il 24 noyabr tarixdən yenidən hesablanmışdır. İddiaçıya pensiya hesablanarkən qanun pozuntusuna yol verilməmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 sentyabr tarixli 2-1(103)-1107/2020 nömrəli qəra rı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi də birinci instansiya məhkəməsinin mövqeyi ilə eyni olmuş, iş üzrə səthi yanaşma aparılmış, işdəki sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, məhkəmə iddiaçının qanuni əmək stajını qanunvericiliyin tələbləri əsasında hesablamayaraq, cavabdehin uydurma hesabatlarını və ehtimallarını əsas qəbul etmişdir. Cavabdeh iddiaçının əmək stajının 32 il 11 ay 2 gün təşkil etməsi faktının əmək kitabçasındakı qeydlərlə təsdiqləndiyi halda, son illərin sığorta staj qeydinə dair onlarda olan arxiv məlumatlarının olmaması səbəbindən iddiaçının qanuni əmək stajına uyğun hesablama aparmaqdan imtina etmişdir. Bu hal isə həm əmək qanunvericiliyi ilə həm də əlaqədar digər hüquq normaları ilə ziddiyyət təşkil edir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, nümayəndəsi çıxışlarda iştirak etmədi.
15. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instans iyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.2. sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sı ğorta stajına daxil edilən digər dövrlərin məcmusudur;... Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olun ması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2011-ci il 21 noyabr tarixli qərarı ilə təsdiq edilmişdir): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 18. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmişdir):
3. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur.
19. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəy işdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
23. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya 2011-ci il 24 noyabr tarixdə cavabdeh tərəfindən 25 il 04 ay əmək stajı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı onun 8 il 17 gün stajının ümumi staja daxil olunaraq, yenidən hesablanması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2399/2018 saylı, 2018-ci il 04 iyul tarixli qərarı ilə İddiaçı 2000ci il 04 yanvar tarixdən 2006-cı il 01 noyabr tarixədək olan iş illərinin sosial sığorta stajına daxil edilərək, əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi qər ara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2018-ci il 20 noyabr tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 04 iyul tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. İddiaçının hazırkı işdə iddia etdiyi 2006-cı il 1 yanvar tarixdən 2006-cı il 30 noyabr tarixədək müddətin iş stajı kimi nəzərə alınması tələbinə gəldikdə, bu qərarın 16-18-ci bəndlərində qeyd olunan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölüm ü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi, sosial sığorta stajı isə əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
25. Başqa sözlə, əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş, xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına o halda daxil edilir ki, həmin müddət ərzində onların xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilmiş olsun. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarand ığı tarixədək olan müddət üzrə sosial sığorta stajı isə sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
26. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, 2006-cı il üzrə DSMFnin kompüter bazasında İddiaçı adına heç bir sosial sığorta ödənişləri müəyyən edilməmişdir. Yalnız 2008-2009-cu illərdə “Məktəbli və Tələbə İaşə” ATSC-də işlədiyinə görə Forma 4 əsasında pensiyasının yığım hissəsinə hüquq yarandığı 2011ci il 24 noyabr tarixdən 1,22 manat əlavə edilmişdir.
27. Sığortaedən “xxxx” MMC tərəfindən 2006-cı il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lara (Forma B1) uyğun “Məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdim edilmədiyi üçün 2006-cı il 1 yanvar tarixdən 2006-cı il 30 noyabr tarixə dək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqqı sığortaolunan İddiaçı fərdi şəxsi hesabında əks olunmamışdır.
28. Beləliklə, iddia olunan dövr üzrə iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməsi faktı müəyyən edilmədiyindən, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz.
29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 sentyabr tarixli, 2-1(103)-1107/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.