Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-143/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə qarşı “icranın müvəqqəti olaraq dayandırılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.03. 2021-ci il tarixli 2-1(103)-580/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun məlum hadisələrlə əlaqədar Laçın rayonundan məcburi köçkün düşərək 1992-ci il tarixdən ünvan 1 ünvanında məskunlaşmağını nəzərə alaraq Bakı şəhəri Xətai rayonu İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən onun ailəsi ilə birlikdə həmin mənzildən çıxarılmaqları barədə qərarın ona mənzil verilənədək müvəqqəti olaraq icra olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 04.11.2020-ci il tarixli, 2-1(112)-70 29/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.03.2021-ci il tarixli 21(103)-580/2021 nömrəli qərardadına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 04.11.2020-ci il tarixli, 2-1(112)-7029/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. Məhkəmə qərardadı iddiaçıya 12.04.2021-ci il tarixində təqdim edilmişdir.
5. İddiaçı 20.04.2021-ci il tarixində ərizə təqdim edərək dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.05.2021-ci il tarixli, 2-1(103)-580/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, 21.06.2021-ci il tarixində iddiaçı dövlət büdcəsi hesabına və killə təmin edilmişdir.
6. İddiaçı 21.10.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.03.2021-ci il tarixli 2-1(103)-580/2021 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
7. İddiaçının vəkili müddətin bərpası barədə vəsatət təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.03.2021-ci il tarixli 2-1(103)-580/2021 nömrəli qərarından kassasiya şikayəti vermək üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və kassasiya şikayəti vermə müddətinin bərpasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Vəsatəti belə əsaslandırmışdır ki, o, qərardadın surətini 18.10.2021-ci il tarixində almışdır. Lakin iddiaçının imza etməməsi ilə əlaqədar olaraq kassasiya şikayəti vermə müddətini ötürmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-) Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş h allarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. İddiaçı müddətin bərpası barədə vəsatət təqdim etsə də, məhkəmə kollegiyası vəsatətin dəlillərini əsassız hesab edir. Belə ki, İPM-in 20-ci maddəsinə əsasən müdd ətin axımının başlanmasına səbəb olan məhkəmə qərardadları proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir.
11. İşin hallarından da məlumdur ki, mübahisələndirilən məhkəmə qərardadı iddiaçıya 12.04.2021-ci il tarixində şəxsən təqdim edilmişdir (iş v.48). Odur ki, qərardaddan kassasiya şikayətinin verilməsi üçün müddət axımı həmin tarixdən başlamış, iddiaçıya dövlət büdcəsi hesabına vəkil təyin edilməsi barədə ərizə verdiyi tarixdə isə (20.04.2021-ci il) dayanmışdır.
12. İddiaçıya 21.06.2021-ci il tarixində dövlət büdcəsi hesabına vəkil təyin olunmuş, həmin tarixdən müddət axımı davam etmişdir. Lakin kassasiya şikayəti həmin tarixdən 4 ay sonra, 21.10.2021-ci il tarixində təqdim edilmiş, bununla da məhkəmə qərardadından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulm uş müddət (10 gün) ötürülmüşdür.
13. Müddətin bərpası barədə vəsatətə gəldikdə isə məhkəmə kollegiyası qeyd edilən dəlili, yəni iddiaçının şikayəti gec imzalamasını üzrlü səbəb hesab etmir. Belə ki, bu hal birbaşa iddiaçının iradəsindən asılı olmuşdur. Vəsatətdə şikayətin gec imzalanmasının iddiaçıdan asılı olmayan səbəblərdən baş verdiyi də əsaslandırılmamışdır.
14. Beləliklə, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Odur ki, iddiaçının kassasiya şikayəti mümkün sayılmamalıdır.
15. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.03.2021-ci il tarixli 21(103)-580/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın.