Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1430/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğvi; inzibati aktın etibarlılığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 04.10.2022 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN:**********) Cavabdehnə (üçüncü şəxslər X8, X5, X2, X12, X20, X3, X6, X9, X1, X16, X13, X24, X25, X26 və X10) qarşı “cavabdehin 22 iyun 2016-cı il tarixli 257 nömrəli Sərəncamının ləğv edilməsi və müvafiq hərəkətlərin edilməsindən çəkinmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə d air iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-202/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər X30 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli Qərarı ilə Azərbaycan SSR Tikinti Nazirliyinin müraciəti nəzərə alınaraq Bakı Şəhər XDS İK-nın 7 may 1976-cı il tarixli 25/347 nömrəli qərarına əsasən Nazirliyə Bilgəh qəsəbəsində kooperativ bağların tikintisi üçün 4 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhərinin baş memarının müavini tərəfindən 29 mart 1989-cu il tarixdə təsdiqlənmiş inşaat pasportu və ayrıc aktı verilmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-372/2012 say lı iş üzrə 1 may 2012-ci il tarixli qərarı ilə Bakı Şəhər X30 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı əsasında ayrılmış 4 ha torpaq sahəsinə dair İddiaçı BTK-ya plan və ölçünün verilməsi öhdəliyi DTXK-nın Bakı şəhər şöbəsinin üzərinə qoyulmuş və qərar qanuni qüvvəyə mindikdən sonra icra olunmuşdur (torpaq sahəsinin planı və ölçüsü verilmişdir). 3. “Bakı şəhəri X15 torpaq sahəsi ayrılması barədə olan xx.xx.1989-cu il tarixli, 1/14 saylı qərarının etibarsız hesab edilməsinə dair” Cavabdeh başçısının 22 iyun 2016-cı il tarixli, 257 saylı Sərəncamı ilə Bakı Şəhər X30 İcraiyyə Komitəsinin “torpaq sahəsi ayrılması və tikintinin layihələndirilməsi barədə” olan 15 fevral 1989-cu il tarixli 1/14 saylı Qərarı 16 fevral 1991-ci il tarixdən etibarsız sayılmış və həmin Qər ar əsasında aparılmış hər hansı sənədləşmələr və verilmiş sənədlər hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri X15 torpaq sahəsi ayrılması barədə olan xx.xx.1989-cu il tarixli, 1/14 saylı qərarının etibarsız hesab edilməsinə dair” Cavabdeh başçısının 22 iyun 2016-cı il tarixli, 257 saylı Sərəncamının ləğv edilməsi və Cavabdeh üzərinə Bakı şəhəri X30 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 1/14 saylı qərarının ləğv edilməsinə və ya etibarsız sayılmasına yönələn hər hansı hərəkətlərin edilməsindən və ya qərar (sərəncam) qəbul edilməsindən çəkinmək vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İK-nın 7 may 1976-cı il tarixli 25/247 nömrəli qərarı ilə keçmiş Azərbaycan SSR Tikinti Nazirliyinə Bakı şəhəri, Bilgəh qəsəbəsində 5 ha torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər XDS İK-nın 15 fevral 1989cu il tarixli 1/14 nömrəli qərarı ilə həmin ərazinin 4 ha hissəsi kooperativ bağların tikintisi üçün ayrılmışdır. Tikinti Nazirliyinin tabeliyindəki “Tikintiavtonəqliyyat” müəssisəsinin nəzdində İddiaçı təsis edilmiş və keçmiş Şaumyan rayon XDS İK-nın 27 oktyabr 1989-cu il tarixli 81/58 nömrəli qərarı ilə həmin Kooperativ qeydiyyatdan keçmişdir. Həmin 4 ha torpaq sahəsinə dair Bakı şəhərinin baş memarının müavini tərəfindən 29 may 1989-cu il tarixdə təsdiqlənmiş inşaat pasportu və ayrıc aktı tərtib edilmişdir.
6. İddi açı BTK Bilgəh bələdiyyəsinin “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” 22 noyabr 2005-ci il tarixli 041 nömrəli qərarının və onun hüquqi nəticələrinin etibarsız sayılması tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İnzibati iş üzrə icraat zamanı məlum olmuşdur ki, cavabdeh orqanın 22 iyun 2016-cı il tarixli 257 nömrəli Sərəncamı ilə Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı və həmin qərar əsasında aparılmış hər hansı sənədləşmə, verilmiş sənədlər etibarsız sayılmışdır. 22 iyun 2016-cı il tarixli 257 nömrəli sərəncamda əsas kimi göstərilmişdir ki, inşaat pasportunun “qeyd” hissəsində torpaq sahəsində 2 ildən artıq müddət istifadə edilmədiyi halda ondan istifadə hüquqlarına xitam verilməsi nəzərdə tutu lmuşdur.
7. Qeyd olunmalıdır ki, Bakı ŞİH 8 aprel 2014-cü il tarixdə 145 nömrəli eyni məzmunlu sərəncam qəbul etmiş və İddiaçı BTK həmin sərəncamın ləğv edilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin 4 iyun 2014cü il tarixli qərarı ilə iddia təmin edilərək Bakı ŞİH-in 8 aprel 2014-cü il tarixli 257 nömrəli sərəncamı ləğv edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2015ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Eləcə də Ali Məhkəmənin 16 fevral 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qərarı qüvvəsində saxlanılmışdır. Üç məhkəmə instansiyasının qərarlarında həmin torpaq sahəsinin İddiaçı BTK-nın istifadəsində olması öz təsdiqini tapmışdır. Bakı Apellyas iya Məhkəməsinin 15 oktyabr 2015-ci il tarixli qərarında məhkəmə kollegiyası vurğulamışdır ki, 9 may 1989-cu il tarixdə təsdiqlənmiş inşaat pasportunda əks olunan 2 illik müddət 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarda tanınan hüquqla deyil, pasportda nəzərdə tutulan işlərin həyata keçirilmə müddəti ilə bağlıdır.
8. Bundan başqa, ayrılmış torpaq sahəsinin İddiaçı BTK-nın istifadəsində olması 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 may 2012-ci il tarixli qərarı ilə də təsdiq edilmişdir və qərar icra olunaraq torpaq sahəsinə dair plan və ölçü verilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh yenidən xx.xx.1989-cu il tarixli 1/14 saylı qərarın etibarsız sayılaraq, qərar əsasında aparılmış hər hansı sənədləşmələrin və verilmiş sənədlərin etibarsız hesab edilməsinə dair 22 iyun 201 6-cı il tarixli 257 saylı sərəncam qəbul etmişdir. Sərəncamdan göründüyü kimi, qəbul edilən inzibati aktda qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar nəzərə alınmamışdır. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)31/2018 nömrəli, 21 sentyabr 2018-ci il tarixli qərardadı ilə (hakim R.L.Kərimli) X8, X5, X2, X12, X20, X4, X7, X11, X1, X16, X13, X24, X25, X26 və X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4035/2019 nömrəli, 02 dekabr 2019-cu il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmiş, cavabdehin “Bakı Şəhər XDS İK-nin 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarının etibarsız sayılması barədə” 22 iyun 2016-cı il tarixli 257 nömrəli Sərəncamı ləğv edilmiş və cavabdehin üzərinə gələcəkdə Bakı Şəhər XDS İK-nin 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarının eyni əsaslarla etibarsız sayılması ilə bağlı sərəncam qəbul edilməsindən və hərəkətlərə yol verilməsindən çəkinməsi öhdəliyi qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi mübahisələndirilən 22 iyun 2016-cı il tarixli 257 nömrəli Sərəncamı aşağıdakı xüsusatlara görə qanuna zidd saymış və onun qəbulunu iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirmişdir: qanuni qüvvəyə məhkəmə qərarı ilə ləğv edilmiş, yəni qəbul edilmə əsasları qanunsuz sayılmış inzibati aktın eyni əsaslarla təkrar qəbul edilməsi həm qanuna ziddir, həm də iddiaçı tərəfindən gələcəkdə preventiv iddianın irəli sürülməsi üçün müstəsna haldır. Nəzərə alınmalıdır ki, ikinci dəfə eyni inzibati akt qəbul edilərkən icra atdakı maraqlı şəxsə məlumat göstərilməsi “sərəncamın qəbulu üçün yetərli fərqli əsas” kimi qiymətləndirilə bilməz, bu, formal mülahizələrə söykənən dəlildir; 22 iyun 2016-cı il tarixli Sərəncam 15 fevral 1989-cu il tarixli inzibati aktın (qərarın) etibarsız sayılması barədə olsa da, inzibati orqan tərəfindən aparılmış inzibati icraat çərçivəsində qanunvericiliklə (İPM-in 65.1-ci maddəsi ilə) müəyyənləşdirilmiş etibarsızlıq əsaslarının mövcudluğu sərəncamın məzmunundan görünmür, eləcə də cavabdeh inzibati orqan bu barədə məhkəmə icraatında hər hansı sübut və ya dəlil təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, müvafiq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hazırda üçüncü şəxslərin mülkiyyəti kimi qeydiyyata alınması iddiaçının cavabdehin inzibati icraat çərçivəsin də hərəkətləri və inzibati aktının mübahisələndirilməsinə təsir etmir, o cümlədən iddia qaldırmasına maneə deyil.
12. Üçüncü şəxslər apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-108/2021 nömrəli, 05 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.M.Ağayev və A.B.Nuriyeva) apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4035/2019 nömrəli, 02 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilmişdir.
14. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1222/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-108/2021 nömrəli, 05 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı inzibati mübahisə ilə əlaqədar işdə olan (İ cild, 6,7-ci səhifələr) iki sənədə xüsusi olar aq diqqət yetirilməsi zəruridir, belə ki, İ cildin 6 səhifəsində olan sənəd - cavabdehin “Bakı şəhər X15 “Torpaq sahəsi ayrılması və tikintinin layihələşdirilməsi barədə” olan xx.xx.1989-cu il tarixli, 1/14 saylı qərarının etibarsız sayılması barədə” 22 iyun 2015-ci il tarixli, 257 saylı sərəncamdır ki, həmin sərəncamda iki maraqlı məqam mövcuddur. Həmin sərəncamda yazılmışdır ki, İddiaçı tərəfindən sözügedən torpaq sahəsindən uzun müddətdir ki, istifadə edilmir. Həmçinin sərəncamında yazılmışdır ki, İddiaçı cavabdeh təşkilatda qəbulda olarkən kollektiv şəkildə etiraz müraciəti təqdim etmişlər. Qeyd edilməlidir ki, sözügedən etiraz işdə mövcud deyildir. Digər tərəfdən, işin İ cildinin 7-ci səhifəsində cavabdehin “Bakı şəhər X15 "torpaq sahəsi ayrılması və tikintinin layihələşdirilməsi barə də olan xx.xx.1989-cu il tarixli, 1/14 saylı qərarının etibarsız sayılmasına inzibati icraat qaydasında baxılması 08 iyun 2016-cı il tarixinə saat 11:00-a təyin edilsin”, iddiaçı “bu barədə məlumatlandırılsın və Cavabdehnə dəvət edilsinlər” yazılmışdır. Qeyd edilməlidir ki, sözügedən məsələ ilə bağlı aparılmış inzibati icraata dair sənəd işdə mövcud deyildir. Halbuki məlum olduğu kimi “İnzibati icraat haqqında” Qanunun 1.1 -ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Xüsusi olaraq qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunda “İnzibati icraat” adlanan İV fəsli mövcuddur ki, həmin fəsil 25 maddədən ibarətdir. Sözügedən Qanunun həmin maddələri (Qanunun 28-52-ci maddələri) müfəssəl şəkildə inzibati orqanda inzibati icraatın aparılması qaydalarını müəyyən edir. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh həmin qanunun tələblərini pozaraq iddiaçının qaldırdığı məsələ üzrə sözügedən qanunun müddəalarına uyğun olaraq inzibati icraat aparmamış, apellyasiya instansiyası məhkəməsində isə işin bu xüsusatı, ümumiyyətlə, araşdırma predmeti ol mamış və buna hüquqi qiymət verilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi öz 05 mart 2021-ci il tarixli qərarında “torpaq sahəsi ayrılması barədə olan 15 fevral 1989-cu il tarixli 1/14 saylı Qərarının etibarsız hesab edilməsinə dair” Cavabdeh başçısının 08 aprel 2014-cü il tarixli 145 saylı sərəncamının ləğv edilməsi tələbinə dair əvvəlki inzibati məhkəmə icraatı çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2016-cı il tarixli 2-1(102)-301/2016 saylı qərarında qeyd edilir ki, cavabdeh 08 aprel 2014-cü il tarixli sərəncamında Azərbaycan SSRİ Torpaq Məcəlləsinin 32-ci maddəsinə istinad edərək torpaq sahəsindən iki il müddətinə istifadə edilmədiyinə görə torpaqayırma sənədlərinin hüquqi qüvvəsinin itirildiyini qeyd etsə də, bu halla ba ğlı sərəncamda əsaslandırma verilməmiş, həmçinin bu halı təsdiq edən sübutlar məhkəmələrə təqdim edilməmişdir.” Belə olan halda, cavabdehin iddiaçı tərəfindən sözügedən torpaq sahəsindən üzün müddətdir ki, istifadə edilməməsi barədə hüquqi mövqeyinin nə ilə sübut edilməsi anlaşılan deyildir və əslində apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin məsələ də araşdırılmamışdır. Həmçinin cavabdehin 30 ilə yaxın vaxt keçəndən sonra öz hüquqi sələfinin 15 fevral 1989-cu il tarixli, 1/14 saylı qərarının etibarsız hesab edilməsi, dövlət orqanının inzibati fəaliyyətini həyata keçirərkən vaxtı ilə qəbul etdiyi qərarlarının dayanıqlılığının bərqərar olması prinsipinə uyğun deyildir. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 -1(103)-202/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və S.İ.Bəktaşi) üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4035/2019 nömrəli, 02 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Üçüncü şəxslər kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. İşdə olan materiallardan və qanunvericiliyin tələblərindən göründüyü kimi cavabdeh orqan tərəfind ən qəbul edilmiş 22 iyun 2016-cı il tarixli 257 saylı Sərəncam inzibati icraat haqqında qanunvericiliyin və İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edildiyi üçün ləğv edilməsi üçün heç bir əsas yoxdur.
21. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilən xüsusatların eynilə apellyasiya instansiyası məhkəməsinin qərarına köçürülməsi, əlavə olaraq İddiaçı BTK tərəfindən bəzi müəssisələrlə və trestlərlə müqavilə bağlayaraq onların hesabına pul köçürülməsi, ancaq köçürülən pulun müqabilində işlərin görülməməsinə baxmayaraq bunun iddiaçı tərəfindən işlərin görülməsi və qeyd edilən torpaq sahəsində işlərin aparıldığına dair sənəd qismində apellyasiya instansiyası məhkəməsinə təqdim edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən bunun sübut qismində qəbul edilər qi ymət verilməsi prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasına əyani sübut təşkil edir.
22. Belə ki, həmin sənədlərin nə birinci instansiya məhkəməsi baxışı zamanı, nə də ki əvvəlki apellyasiya məhkəməsində baxış zamanı məhkəməyə təqdim edilmədiyi halda, indi təqdim edilməsi və məhkəmə tərəfindən də bunu qəbul edilməsi yolverilməz idi. Çünki apellyasiya instansiyası məhkəməsində baxış zamanı təqdim edilən sübutların məhkəmə tərəfindən baxışa qəbul edilməsi və sübut qismində qəbul edilməsi o vaxt mümkün ola bilərdi ki, bunun daha əvvəlcədən təqdim edilməsi mümkün olmasın. Ancaq bütün bu xüsusatı apellyasiya məhkəməsi gözardı edərək bu cür qanunsuz qərarın qəbul edilməsinə səbəbiyyət vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qar şı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “İnzibati icraat haqqında” Qanun: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada ş əxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərə findən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Maddə 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə mar aqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
25. İnzibati Prosessual Məcə llə (İPM): Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Madd ə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadı nı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəru ri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Məhkəmə kollegiyası İPM-in 70.1-ci maddəsinə əsasən hesab edir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır.
32. İşdən göründüyü kimi, cavabdehin mübahisələndirilən sərəncamı ilə etibarsız hesab edilən Bakı Şəhər X30 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərar onun qəbul edildiyi vaxtda qanuni (yararlı) olm uş, qərarın etibarlılığı onun aid olduğu şəxslər tərəfindən mübahisələndirilməmişdir.
33. Digər tərəfdən, mübahisələndirilən sərəncamda 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarın qəbul edildiyi vaxtdan deyil, 16 fevral 1991-ci il tarixdən etibarsız sayılmasına qərar verilmişdir. Bu, sərəncamın mətnində onunla əlaqələndirilir ki, həmin qərar əsasında tərtib olunmuş inşaat pasportunda ayrılmış torpaq sahəsi ilə bağlı layihələndirmə və tikinti işləri üçün 2 illik müddət müəyyən edilmiş, lakin həmin müddət ərzində Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə bu günədək hər hansı layihə sənədləri təqdim edilməmiş və razılaşdırılmamışdır. Başqa sözlə, qərar etibarlı inzibati akt kimi hüquqi nəticələr yaratmışdır, lakin (sərəncamın məzmununa görə) xeyrinə qərar verilmiş şəxs bu nəticələ rdən müəyyən edilmiş müddətdə istifadə etməmişdir.
34. Göründüyü kimi, Bakı Şəhər X30 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarının qəbul edildiyi vaxtda onun qanuniliyi və hüquqi nəticələr yaratmaq qabiliyyətinə malik olduğu (etibarlılığı) sərəncamla da təsdiq olunur.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qərarında gəldiyi nəticəni fərqli əsaslandırsa da, mübahisələndirilən sərəncamın qanunsuz olması ilə bağlı mahiyyətcə düzgün nəticəyə gəldiyindən, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 2-1(103)-202/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.