Məhkəmə qərarları › İş №2-1(102)-1430/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1430/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1430/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ikinci dərəcəli əlilliyin təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1974-cü il təvəllüdlü; FİN: EV72DW1) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspe rtiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023cü il tarixli, 2-1(104)-862/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2011-ci il tarixli, 2349 nömrəli travma haqqında arayışına əsasən İddiaçı xx.xx.1994-cü il tarixdə xidmət etdiyi döyüş mövqeyində xidməti vəzifəsini yerinə yetirərkən öz silahından atəş açılması nəticəsində sol əlin dəlibkeçən güllə yarası xəsarəti almışdır.

2. İddiaçı xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək Qazax Rayon Mərkəzi Xəstəxanasın da, xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixinədək Gəncə 230 saylı Hərbi Hospitalda, 26 11.2013-cü il tarixindən xx.xx.2013-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında, xx.xx.2016-cı ildən xx.xx.2016-ci ilə kimi X3 Mərkəzində, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020-ci illərdə X4 adına Milli Oftolmologiya Mərkəzində, xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərində ET Travmatologiya və Ortopediya İnstitutunda, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixindədək isə Qazax Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə almışdır.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 27 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 06 iyul 2006-cı il tarixli 059963 nömrəli arayışına əsasən, İddiaçı müddətsiz olaraq üçüncü qrup əlillik təyin ol unmuşdur.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 27 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 21 fevral 2012-ci il tarixli, 236517 nömrəli arayışına əsasən, İddiaçı hərbi xidməti vəzifəsini yerinə yetirərkən aldığı hərbi travma səbəbilə ikinci qrup əlil kimi müəyyən olunmuş, əlillik müddəti xx.xx.2014-cü ilədək, növbəti müayinə tarixi isə 12 sentyabr 2014-cü il tarixi müəyyənləşdirilmişdir.

5. İddiaçı 21 sentyabr 2015-ci il tarixində müayinə olunaraq ona hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlillik təyin olunmuş və növbəti müayinə tarixi xx.xx.2016-cı il tarixinə salınmışdır. İddiaçı 21 sentyabr 2016-cı il tarixində təkrar müayinə olunaraq ona 5 il müddətinə ikinci dərəcəli əlillik müəyyən olunmuş, növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixinə salınmışdır. 6. "Qazax Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi tərəfindən İddiaçı əlillik müddətinin bitməsi və bu məsələyə yenidən baxılması əsası ilə Tibbi Sosial Ekspert Komissiyasına xx.xx.2021 ci il tarixli göndəriş ünvanlanmışdır. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən İddiaçı odlu silahla yaralanmadan sonra sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthində çapıq toxumalar, sol dirsək oynağının artrozu, açıq-bükücü kəskin qüsurlu vəziyyətdə kontrakturası, saidin tam pronasiya vəziyyətində qalması, sol əlin ovuc və l-il daraq sümükləri arasında və arxa səthində dartıcı çapıq toxumaları, il daraq sümüyünün bitişmiş sınığı diaqnozu qoyularaq əlillik təyin edilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-7278/2022 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 20 sentyabr 2019-cu il tarixli və “Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyi” publik hüquqi şəxs Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 20 aprel 2021- ci il tarixli arayışları il ə bir daha təsdiq olunur ki, iddiaçının hərbi xidməti vəzifəsini yerinə yetirərkən odlu silahla yaralanmadan sonra səhhətində ciddi problemlər yaranmış, belə ki, arayışda ikinci daraq sümüyünün bitişmiş sınığı, ikinci barmağında qəlpə, əl barmaqlarının tam bükülməz hərəkətsiz vəziyyəti, əlin tutma və hərəkət funksiyasının pozulması və sair kimi diaqnoz qoyularaq iddiaçının əlinin işlək vəziyyətdə olmadığı müəyyən olunmuşdur. İddiaçının hərbi xidməti vəzifələrini yerinə yetirərkən aldığı xəsarət sol yuxarı ətrafın və əlin tutma funksiyasının kəskin pozulması nəticəsində əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətinin məhdudlaşmasına səbəb olmuşdur. İddiaçı xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək Qazax Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.1994cü ildən xx.xx.1994-cü il tarixinədək Gəncə 230 saylı Hərbi Hospitalda, 26 11.2013-cü il tarixindən xx.xx.2013-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında, xx.xx.2016-cı ildən xx.xx.2016-ci ilə kimi X3 Mərkəzində, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020-ci illərdə X4 adına Milli Oftolmologiya Mərkəzində, xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixlərində ET Travmatologiya və Ortopediya İnstitutunda, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək isə Qazax. Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə almışdır. İddiaçının xəstəliyi tam təsdiq edildiyindən cavabdehin imtinası qanunsuz olmuşdur.

10. Məhkəmənin 06 iyun 2023-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh ilə əvəz edilmişdir.

11. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək qeyd edilmişdir ki, idd iaçının əlillik vəziyyəti Qazax RMX-nın 21 iyun 2006-cı il tarixli göndərişi əsasında baxılmış və səbəbi ümumi xəstəlik olmaqla 3-cü dərəcə müddətsiz əlillik verilmiş, Qazax RMX-nın xx.xx.20212-ci il tarixli göndərişim əsasında səbəbi: hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar bir il müddətə əlillik dərəcəsi verilmiş, xx.xx.2014-cü il tarixli göndəriş əsasında səbəb: hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar bir il müddətə, 11.092015-ci il tarixli göndərişlə eyni səbəbdən bir müddətə, xx.xx.2016-cı il tarixli göndəriş əsasında eyni səbəblə beş il müddətə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli göndəriş əsasında əlilliyin qiymətləndirilməsinə baxılmış və “X1: XX sinif-xəstələnmənin və ölümün xarici səbəbləri=Y35-Y36-qanunla nəzərdə tutulmuş hərəkətlər və hər bi əməliyyatlar=Y36-hərbi əməliyyatlar=Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu...; diaqnozun mətni:odlu silahla yaralanmadan sonra sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthində çapıq toxumaları, sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəziyyətdə kontrakturası (açma-135o,bükmə-125) saidin tam pronasiya vəziyyətində qalması, sol daraq sümüyünün bitişmiş sınığı;mərkəzə göndərilmənin imtina edilmə səbəbi: diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Etirazda iddianın təmin edilməməsi xahiş edilmişdir.

12. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi cavabdehə həvalə edilmişdir.

13. Cavabdeh tərəfindən iddi açı xx.xx.2023-cü il tarixdə əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilərək iddiaçıya əlilliyin təyin edilməsindən yenidən imtina edilmişdir.

14. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16808/2023 nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Kommisiyası tərəfindən verilmiş xəstəlik haqqında şəhadətnaməsində “Sol əlin ovuc səthinin dəlib keçən güllə yaralanması (xx.xx.1994) nəticəsində ikinci daraq sümüyünün qeyri-düzgün bitmiş sınığı, ikinci barmağın çapıq vətər mənşəli davamlı kontrakturası, funksiyasının cüzi dərəcədə pozulması ilə” diaqnozu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və “Sağ baldırın aşağı 1/3-nin yumuşaq toxumalarının naməlum mənşəli bərkimiş çapıq toxumaları, fuknksiyasının pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi Xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. İddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol əlin dəlib keçən güllə, sağ açıq-baldır oynağı nahiyyəsində qəlpə yaralanmalarından sonrakı çapıq izləri müşahidə olunmuşdur. Funksional sınaqların aparılmasına maneəçilik törədərək sol əlin birinci barmağını bükülü vəziyyətdə saxlmağa çalışmış, barmaqlarının açılmasına kəskin müqavimət göstərmiş, simulyasiya izlənilmişdir. Aktiv sürücülük vəsiqəsi qeyd olunmuşdur. Əlillik təyinatına əsas verən patofunksional pozuntular izlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 pubik hüquqi şəxsi tərəfindən verilmiş T435/2022 nömrəli ekspert rəyində(cavabdehin mütəxəssisinin iştirakı ilə) qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Qazax Rayon Mərkəzi X əstəxanasında tərtib edilmiş 0236003AAGQ9 saylı göndərişlə göndərilmiş № 088 saylı arayışda qeyd edilən diaqnoz "Odlu silah yaralanmalarından sonra, sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthində çapıq toxumalar, sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəziyyətdə kontrakturası (açılma-135dər, bükmə-125dər.) saidin tam pronasiya vəziyyətində qalması, sol əlin ovuc və l-İl daraq sümükləri arasında və arxa səthində dartıcı çapıq toxumaları. İl daraq sümüyünün bitişmiş sınığı." nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnamənin meyarlarını aid etmək mümkün deyil. 2.Vət. İddiaçı səhhəti ilə əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur.

16. Bakı İ nzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin ekspertlərinin iştirakı olmadan məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin 1033 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçıda "Qazax rayon Mərkəzi Xəstəxanası" PHŞ-də xx.xx.2022-ci il tarixdə müayinə zamanı "Odlu silah yaralanmasından sonra sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthində çapıq toxumalar, sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəziyyətdə kontrakturası, sol yuxarı ətrafın və əlin tutma funksiyasının kəskin pozulması. Sağ baldırın aşağı 1/3-nin iç və tış səthində çapıq toxuma. Sağ qamış sinirinin neyropatiyası, daimi ağrı sindromu" müəyyən edilmişdir.

17. Gəncə İnzibati Məhkəməsinin ( hakim: Zəfər Quliyev) 03 oktyabr 2023-cü il tarixli, 2-1(114)-106/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin iki ekspert rəylərindəki diaqnozlar da əlilliyin təyin olunmasına əsas vermir. İddiaçının hazırda təqdim etdiyi sənədlərdəki- Forma 88 göndərişindəki xəstəliklər ona əlilliyin təyini üçün əsas deyildir.

19. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı apellyasiya icraatı zamanı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ikinci dərəcə əliliyin təyin edilməsi öhdəliyinin cavab deh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

21. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Aygül İsgəndərova /sədrlik edən və məruzəçi/, Azər Bayramov və Rəşad Mamedov) xx.xx.2023cü il tarixli, 2-1(104)-862/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçıya 07 oktyabr 2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayar aq qeyd etmişdir ki, iddiaçının 2006-cı ildən 2021-ci ilədək fasiləsiz olaraq eyni diaqnoz üzrə əlilliyi qiymətləndirilmiş, sonuncu qiymətləndirilmə də imtinanın dəlilləri əsaslandırılmamışdır.

23. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-sosial ekspert komissiyasının TQS 088, 0236003AAGQ9 göndərişdə qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz: a) Əsas diaqnoz W33 - Yivli tüfəngdən, qırma tüfəngdən va iri çaplı odlu silahdan atəş. Odlu silaRTäyaradärTsönra sol saidi y1/3 və a 1/3-nin arxa səthində çapıq toxumalar, sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəz-də kontrakturası (açma- 135o.bükmə125o)., saidin tam pronasiya vəz-də qalması, sol əlin ovuc və İ - İİ daraq sümükləri arasında və arxa səthində dartıcı çapıq toxumaları, İİ daraq süm-nün bit-ş sınğı, İİ barmağın praksimal fal-da qalpa,al barmaqlarının tam bükülmüş, hərəkətsiz vəz-ti (xx.xx.2019(XTN=8251/1930) və xx.xx.2021 (XTN=8251/8167)tar-də AETTQİ-da). b) Ağırlaşma T92,0 Yuxarı ətrafın açıq yaralanmasının nəticələri. Odlu silahla yaralanmadan sonra sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthində çapıq toxumalar, sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəziyyətdə kontraktirası (açma 135o, bükmə-125o). saidin tam pronasiya vəziyyətində qalması, sol əlin ovuc və l-ll daraq sümükləri arasında və arxa səthində dartıcı çapıq toxumaları, İİ daraq sümüyünün bitişmiş sınığı, İİ barmağın proksimal falanqasında qəlpə, əl barmaqlarının tam bükülmüş, hərəkətsiz vəziyyəti yuxarı ətrafın və əlin tutma f-nın poz-si. M24.5 Oynaqların kontrakturası Sol dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəziyyətdə kontrakturası(açma 135o bikma-1250) saidin tam pronasiya vəziyyətində qalması.Sol alin ovuc və l-ll daraq sümükləri arasında və arxa səthində dartıcı çapıq toxumaları, İİ daraq sümüyünün bitişmiş sımığall barmağın proksimal falanqasında qəlpə, əl barmaqlarının tam bükülmüş, hərəkətsiz vəziyyəti. Sol al əzələlərinin atrofiyası. Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması Sol yuxarı ətrafın və alin tutma funksiyasının kəskin pozulması, c) Yanaşı xəstəliklər: T93.0 Aşağı ətrafın açıq yaralanmasının nəticələri. Sağ baldırın a l/3-nin iç və tiş səthində naməlum mənşəli bərkimiş çapıq toxumaları, sağ qamış sinirinin neyrop atiyası, daimi ağrı sindromu. H52.2 Astiqmatizm Hipermetropikastiqmatizm, VisOD=0,3kletmir, VisOS=0,4kletmir OUDemodekoz, blefarokonyuktivit, quru göz sindromu, İ dərəcə pteriqium. N11 Xronik tubulointerstisial nefrit Xroniki pielonefrit, tez-tez kəskinləşmələrlə qeyd edilmişdir.

24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsi 15 fevral 2023-cü il tarixli, ********** nömrəli arayışında qeyd olunmuşdur ki, Akif Vəliyevə təyin edilən diaqnoz odlu silahla yaralanmadan sonra sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthinin çapıq toxumaları sol dirsək oynağının 3-cü dərəcəli artrozu, açıcı-bükücü kəskin vəziyyətdə kontrakturası açma 135 dərəcə, bükmə 125 dərəcə saidin tam pronasiya vəziyyətində qalması, sol əılin ovuc və 1-2 -ci daraq sümükləri arasında və arxa səthində dartıcı çapıq toxumaları, 2-ci daraq sümüyünün bitişməz sınığı, 2-ci barmağın proksimal falanqasında qəlpə, əl barmaqlarının tam bükülməməsi vəziyyətində hərəkətsizliyi, sol yuxarı ətrafın və əlin tutma funksiyasının əhəmiyyətli pozulması qeyd edilmişdir. İddiaçının əlilliyin qiymətləndirilməsinin əsası olan tibbi göndərişlərdə onun diaqnozu eyni olaraq qeyd edilmiş, həmçinin məhkəmə icraatı zamanı təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin 1033 nömrəli ekspert rəyində göstərilmişdir ki, iddiaçıda "Qazax rayon Mərkəzi Xəstəxanası" PHŞ-də xx.xx.2022-ci il tarixdə müayinə zamanı "Odlu silah yaralanmasından sonra sol saidin yuxarı və aşağı 1/3-nin arxa səthində çapıq toxumalar, so l dirsək oynağının artrozu, açıcı-bükücü kəskin qüsurlu vəziyyətdə kontrakturası, sol yuxarı ətrafın və əlin tutma funksiyasının kəskin pozulması. Sağ baldırın aşağı 1/3-nin iç və tış səthində çapıq toxuma. Sağ qamış sinirinin neyropatiyası, daimi ağrı sindromu" müəyyən edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ekspert rəyinin təhlili zamanı cavabdeh orqanın əlilliyin təkrar təyininə dair imtina qərarı ilə rəy eynilik təşkil etməsi müəyyən olunur. Bundan başqa ekspert hüquqi məsələ ilə bağlı hər hansı nəticəyə gəlməkdə səlahiyyətli deyildir, qeyd olunan bu səlahiyyət işə baxan məhkəməyə aiddir. Şəxsə təyin edilmiş əliliyə səbəb olan xəstəlik müalicə olunaraq sağalan xəstəlik qrupuna aid deyildir və iddiaçı müxtəlif vaxtlarda Qazax RMX, TƏBİB publik hüq uqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə və müayinələrinin nəticələrində də müalicəyə daimi ehtiyacının olması qeyd edilmişdir. Qeyd edilən xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin 2.2-ci bəndində qeyd edilən xəstəliklərin siyahısında da müəyyən edilmişdir.

26. Apellysiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının xəstəliyi ona əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır və həmin xəstəlik bütün müayinə və müalicə aktlarında sağalmayan və daimi müalicəyə ehtiyacı olan xəstəlik kimi qeyd edilmişdir.

27. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı barəsində həmin diaqnozlar əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

29. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ I. Hər kəsin sosial təminat hüququ vardır. II. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 31. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.20 22-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir 32. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun m üəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli, 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). 33. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”

1. Ümumi müddəalar 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyy ətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərə cəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur....

2. Əlilliyin müəyyən olunması meyarları... 2.2.İkinci dərəcə əlillik =>Digər: İİ daraq sümüyünün açıq sınığından sonrakı vəziyyət. İİ barmağın proksimal falanqası səviyyəsində yumşaq toxumada yad cisim.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə tə sdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.... 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.... 1.6. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndəriş lərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilm əsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;... 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;... 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial eksperti za müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə b ilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİN İN MÖVQEYİ

39. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

40. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bi lər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

41. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

42. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiy yət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

43. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

44. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

45. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən hə min səlahiyyətə müdaxilə edilə bilməz.

46. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

47. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki h alların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nə ticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

48. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən ş əxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

49. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

50. Odur ki, bu qərarın 31-35-ci bəndlərində qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

51. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqan ın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

52. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2-1(104)-862/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar