Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1431/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxxxx 1960-cı il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-260/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək motor-vaqon elektrik seksiyasının təmiri üzrə çilingər vəzifəsində çalışmış, xx.xx.1979-cu ildən elektrovoz maşinisti köməkçisi vəzifəsinə keçirilmişdir. O, xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1983-cü ildə elektrovoz maşinisti köməkçisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-cü ildə motor-vaqon elektrik seksiyasının maşinisti köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.19 86-cı ildə Bakı Texniki Məktəbi nəzdində elektrik qatarı maşinistlərinin ixtisasartırma kursuna göndərilmiş, xx.xx.1987ci ildə elektrik qatarı maşinistləri kursunu bitirmiş, xx.xx.1987-ci ildə motor-vaqon elektrik seksiyasının maşinistinin köməkçisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1987-ci ildə motor-vaqon elektrik seksiyasının maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci ildə 3-cü dərəcəli MVHH maşinisti adı verilmiş, xx.xx.2015-ci ildə elektrovoz maşinist köməkçisi keçirilmiş və hal-hazırda həmin vəzifədə işləyir.
2. İddiaçı 2 dekabr 2020-ci il tarixdə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 19 yanvar 2021-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh bildirmişdir ki, id diaçının təqdim etdiyi 27 iyun 1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən, 9.10.1984xx.xx.1986-cı il və 22.1.1987- 22.7.2011-ci il illər arasındakı dövrlər ərzində "xxxx" QSC-nin X1 motor-vaqon seksiyalarının maşinist köməkçisi və motor-vaqon maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.6.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti vəzifəsi nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 15 fevral 2021-c il tarixdə Bakı İnzibati Məhkəmə sinə iddia ərizəsi ilə müraciət edərək 11 noyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Belə ki, Azərbaycan Dəmir Yolları qapalı səhmdar cəmiyyətinin yük daşımaları departamenti Gəncə Lokomotiv deposunun verdiyi, xx.xx.2020-ci il tarixli 11/06 nömrəli arayışında, qeyd edilən işlər güzəştli şərtlərlə pensiya təyin olunması üçün əsas olduğunu bildirmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən 9.10.1984-xx.xx.1986-cı il və 22.1.1987-22.7.2011-ci illər arasındakı dövrlər ərzində "xxxx" QSC-nin X1 motor vaqon seksiyalarının maşinist köməkçisi və motor maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsində motor vaqon seksiyalarının maşinisti vəzifəsi nəzərdə tutulmamışdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həd di qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40799,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabında 35878,13 manat təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 23 iyun 2021-ci il tarixli, 2-1(112)-4336/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və həmin qərar qəbul edilənə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı larının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahılarda iddiaçının işlədiyi motor vaqon seksiyalarının maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsi nəzərdə tutulmamışdır.
9. İddiaçı apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.E.Nağıyeva-sədrlik edən, H.Ü.Həmidov və C.A.Yusifov) 25 fevral 2022-ci il tarixli, 21(103)-260/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-4336/2021 nömrəli qərarı ləğv edilmiş, İ ddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinin tələbi nəzərə alınmaqla hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının çalışdığı müəssisə tərəfindən verilmiş iş stajının təsdiq edilməsi barədə güzəştli arayışa əsasən, iddiaçının çalışdığı motor-vaqon elektroseksiyasının maşinisti və maşinist köməkçisi peşələri üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri müvafiq olaraq elektrik qatarlarının maşinisti və maşinist köməkçiləri peşələrinə aid işlərin xüsusiyyətləri ilə oxşarlıq təşkil etmiş və qeyd edilən peşə 23.1.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq e dilmiş Siyahı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının XXVİİİ. Nəqliyyat bölməsinin 23001000 - 14409 nömrəli kodu üzrə əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinisti peşəsi üzrə müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir.
12. Cavabdeh kassasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmi şdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-isteh salatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...
17. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Mad də 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsini n qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
21. Cavabdehin dəlili iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş Siyahıda nəzərdə tutulmaması və pensiya kapitalı ilə bağlıdır.
22. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının 9 oktyabr 1984-cü il tarixdən 18 oktyabr 1986-cı il tarixədək işlədiyi “elektrik qatarlarının maşinist köməkçisi” 2 №-li Siyahının 23000000 XXVİİİ Nəqliyyat bölməsinin 23001000-16887 koduna /elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri/, 22 yanvar 1987-ci il tarixdən 22 iyul 2011-ci il tarixədək işlədiyi “motorvaqon elektrik seksiyasının maşinisti” 23001000-14409 koduna /elektrik qatarlarının (seksiyalarının) maşinistləri/ uyğundur.
23. Digər tərəfdən, SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli, 1173 №-li qərarı ilə təsdiq edilmiş və 1991-ci ilədək qüvvədə olmuş “Güzəştli şərtlərlə və güzəştli məbləğdə dövlət pensiyasına hüquq verən istehsalatların, sexlərin, peşələrin və vəzifələrin Siyahısı”nda XXX. Nəqliyyat.
1. Dəmir yol nəqliyyatı və metropoliten. “Parovozların, teplovozların, elektrovozların, dizel qatarlarının, motorvaqon (elektrik) seksiyalarının, motovozların maşinistləri və onların köməkçiləri və böyük maşinistləri” nəzərdə tutulmuşdur. Başqa sözlə, iddiaçının qeyd olunan peşədə işləməyə başladığı vaxtda qüvvədə olan normativ aktda onun icra etdiyi vəzifə həm “motorvaqon”, həm də “elektrik” seksiyalarının maşinistləri və onların köməkçiləri adlandırılmış, sonrakı normativ aktlarda həmin peşənin adının dəyişməsinə baxmayar aq, iddiaçının iş yerindən təqdim edilən arayışa əsasən, iddiaçı eyni xüsusiyyətli həmin vəzifəni icra etməkdə davam etmişdir.
24. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi barədə dəlilə gəldikdə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş stajlarla bağlı şərtləri 2006-cı il 1 yanvar tarixədək tam ödədiyindən, o, həmin şərtlərin ödənildiyi vaxtda qüvvədə olan qanunla müə yyən edilən digər şərtin – 57 yaşın tamamında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır. Qanundakı sonrakı dəyişiklik, hazırkı halda, yaşla bağlı şərtdən əlavə digər şərtin də müəyyən edilməsi iddiaçının artıq bunadək qazanmış olduğu bu hüququ aradan qaldırmır.
25. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmu r. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-260/2022 nömrəli qərarı nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.