Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1431/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müd afiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan, yəni 57 yaşı tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-109/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 371582 nömrəli diplomun təsdiq olunmuş surətinə əsasən, iddiaçı xx.xx.1976cı ildən xx.xx.1979-cu ilədək təhsil almışdır. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdi r. Həmçinin, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.1981-ci ildə X1 müəssisəsinə fəhlə işinə qəbul edilmişdir. xx.xx.1982-ci ildə 173 nömrəli əmrlə qaynaqçı işinə keçirilmiş, xx.xx.2005-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir.
2. İddiaçı 15 mart 2022-ci il tarixdə cavabdehə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh 3 iyun 2022-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə xx.xx.1981-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “X1” müəsisəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən qeyd olunan əmək stajını və həmin dövr üçün müəssisə tərəfindən məcburi dövlət sosial sığorta h aqlarının ödənilibödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Müvafiq sorğuya cavab olaraq adıçəkilən müəssisənin Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər filialında 1997- ci ilədək qeydiyyatda olduğu və həmin müddətdə fəaliyyət göstərməsi barədə sözügedən filiala hesabat təqdim etmədiyi və hüquqi ünvanı məlum olmadığı bildirilmişdir. Bu səbəbdən də xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından iddiaçının ümumi iş stajı 25 ildən az (11 il 22 gün xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 44640,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16187,84 manat təşkil edir. Qeyd edilənlərə əsasən əmək kitabçasına, iddiaçıya dair təqdim edilən sənədlərə və onlardakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
4. X1 müəssisəsinin 60 nömrəli xx.xx.2021-ci il tarixli güzəştli arayışında qeyd olunur ki, iddiaçı işlədiyi illər ərzində ən azı xx.xx.1982-ci il tarixdən xx.xx. 2005-ci il tarixədək tutduğu qaynaqçı vəzifəsi üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının ümumi peşələr bölməsinə (35-ci bölmə) əsasən rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınları ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçısı vəzifəsinə uyğundur, həmçinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarla təsdiq edilmiş siyahıda göstərilən kod 12100000-19905 vəzifəsinə uyğundur) 23 il 6 gün güzəştli iş stajına malik olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, hüququnun yarandığı vaxtdan, yəni 57 yaşı tamam olduğu vaxtdan ona güzəştli şərtlər lə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, iddiaçı 23 il Yevlax NEM-in Mingəçevir filialında qaynaqçı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısının ümumi peşələr bölməsində, 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının ümumi bölməsində, xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının "35" ümumi peşələr bölməsinin 19-cu sətr yarı bölməsində bilavasitə nəzərdə tutulur və işlədiyi bu peşə sahəsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişd i.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 30 noyabr 2022-ci il tarixli, 2- 1(116)-1604/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı vaxtdan, yəni 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq müraciət edilən xx.xx.2022-ci ildən əvvəlki 3 (üç) il üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməs i qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin hesablamadığı dövrlər nəzərə alınmasa belə, xx.xx.2006-cı il tarixədək iddiaçının 25 ildən artıq ümumi və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcud olmuşdur. Odur ki, iddiaçı tələbində haqlıdır.
10. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-109/2023 saylı, 2 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.İ. Məlikov -sədrlik edən, R.R. Rəfiyev və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2022- ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. İddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul etmiş və həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac olmadığını bildirmişidr.
13. Cavabdeh həmin qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul o lunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri ilə iddiaçının müraciətinə verilmiş imtinanın məzmunu eynilik təşkil edir. Cavabdeh hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə istinad etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüq uquna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-c i il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) ye ni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə is tinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, apellyasiya ins tansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
27. Hazırkı qərarın 18-19-cu bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixinədək 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı mövcud olmalıdır.
28. Cavabdeh iddiaçının əmək kitabçasında xx.xx.1981-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “X1” müəsisəsində işlədiyi dövrləri, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər filialında 1997-ci ilədək qeydiyyatda olduğu və həmin müddətdə fəaliyyət göstərməsi barədə sözügedən filiala hesabat təq dim etmədiyi üçün iddiaçının stajına hesablamamış, 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olduğuna istinad edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının mümkün hesab edilmədiyini bildirilmişdir.
29. Cavabdehin imtinasının, eləcə də kassasiya şikayətinin əsas dəlili xx.xx.2006-cı il tarixədək iddiaçının 25 il ümumi iş stajına malik olmaması ilə bağlıdır. Cavabdehin bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus hərbi biletin, diplomun, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi, onun 1 yanvar 2006-cı ilədək təhsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur.
30. İddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur
31. Cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirməsə də, iddianın təmin edilməsi üçün bu şərtin də ödənilməsinin vacibliyini nəzərə alaraq, məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir.
32. İş materiallarına əlavə edilmiş güzəştli arayışlara əsasən iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.2005-ci il tarixədək tutduğu qaynaqçı vəzifəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının ümumi peşələr bölməsinə (35-ci bölmə) əsasən rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınları ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçısı vəzifəsinə uyğundur, həmçinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarla təsdiq edilmiş siyahıda göstərilən kod 12100000-19905 vəzifəsinə uyğundur) 23 il 6 gün güzəştli iş stajına malik olmuşdur.
33. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-c i il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahı”da nəzərdə tutulduğundan onun 57 yaşdan (xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-109/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.