Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1431/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə iddiaçının mərhum atasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində q eydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2-1(103)-3404/2023 nömrəli qərarından üçüncü şəxs X1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,0893 ha torpaq sahəsindən ibarət 1848 nömrəli bağ sahəsinə dair iddiaçının mərhum atası Xanı-zadə Hamlet Bəbir oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən arayışın v erilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsi tərəfindən X1 zəruri cəlbetmə qaydasında iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(112)-387/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,0893 ha sahəsi olan 1848 nömrəli bağ sahəsinə dair iddiaçının mərhum atası Xanı-zadə Hamlet Bəbir oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
4. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmama sını xahiş etmişlər.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2-1(103)-3404/2023 nömrəli qərarı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Üçüncü şəxs kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
7. İş kassasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra üçüncü şəxsin şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və şikayətin müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur. Kassasiya şikayətinin müddət ötürülməklə verildiyi üçüncü şəxsin və onun vəkilinin nəzərinə çatdırılmışdır. TƏTBİ Q EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarı nın tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
10. Bu qərardadın 8-ci bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam fo rmada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
11. İş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarı elektron imza ilə təsdiq edilməklə xx.xx.2023-cü il tarixdə AZEMİS-də üçüncü şəxs və onun nümayəndəsinə məxsus şəxsi elektron kabinetlərə yerləşdirilməklə, həmçinin xx.xx.2023-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etdirilməklə üçüncü şəxsə rəsmi qaydada təqdim olunmuşdur.
12. Üçüncü şəxs tərəfindən kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə, yəni prosessual qanunvericiliklə müəyyən edilmiş bir aylıq müddət keçdikdən sonra verilmişd ir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur.
13. Üçüncü şəxsə və onun vəkilinə məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onların diqqətinə çatdırılmış, bildirişdə qeyd edilən tarixədək kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim olunması və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizənin (vəsatətin) verilməsi təklif olunmuş, qeyd olunan çatışmazlığın aradan qaldırılmamasının hüquqi nəticələri izah edilmişdir. Lakin məhkəmə tərəfindən müəyyən olunmuş müddətdə qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar, eləcə də müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır.
14. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2-1(103)-3404/2023 nömrəli qərarından üçüncü şəxs X1 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.