Məhkəmə qərarları › İş №2-1(102)-1431/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1431/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1431/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi ş əxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2007-ci il ildən 52 yaş tamam olan gündən güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin (son 3 ilin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-988/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasının surətinə görə, iddiaçı 01 oktyabr 2002-ci ildən “Buxar, su təchizatı, su hazırlığı və kanalizasiyası sexinə zavod kanalizasiyaları şəbəkələri üzrə 6-cı dərəcəli təmirçi-çilingər (xətlərin təmiri, təmizlənməsi, d eqazasiyası dərinliyi 3 metrdən çox olan)” vəzifəsinə keçirilmişdir. 2. “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3104/QH-04-1755 nömrəli arayışından görünür ki, xx.xx.1975xx.xx.2014-cü il tarixlərdə işlədiyi müddət ərzində sadəcə xx.xx.2002-xx.xx.2010-cu il tarixlərdə işlədiyi dövr əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aiddir. Həmçinin müvafiq arayışda bildirilmişdir ki, digər dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 №-li siyahılarda nəzərdə tutulmamışdır. 3. “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3104/QH-04-1755 nömrəli arayışından görünür ki, iddiaçı 01 oktyabr 2002-c i ildən 28 oktyabr 2010-cu ilə kimi "Azərikimya” İstehsalat birliyi "Etilen-Polietilen" zavodunun “Buxar, su təchizatı, hava və kanalizasiyası sexində zavod kanalizasiyaları şəbəkələri üzrə təmirçi-çilingər (xəttin təmiri, təmizlənməsi, deqazasiyası dərinliyi 3 metrdən çox olan)” vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin İ bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan “deqazlaşdırma, istehsalat kanalizasiyasının təmiri istehsalatında” güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona xx.xx.2007-ci il ildən 52 ya ş tamam olan gündən güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin (son 3 ilin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1975-ci il oktyabr ayının 15-dən 2020-ci il yanvar ayının 30-na qədər X1 işləmiş, 1979-cu ildən 2014-cü ilə qədər ağır və zərərli sahə olan 3 metrdən çox dərinlikdə işləyən şəbəkə və kanalizasiya çilingəri vəzifəsində çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə 25 ildən artıq işlədiyini və 2006-cı ilədək 25 ildən artıq əmək stajının olduğunu nəzərə alaraq cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ona pensiyanın təyin olunmasından imtina etmişd ir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4481/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərardadı ilə “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(118)1046/2024 nömrəli qərarı ilə (hakim C.Məmmədov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2007-ci il ildən 52 yaş tamam olan gündən güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensi ya məbləğinin (son 3 ilin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi vəzifələr xx.xx.2006-cı ilədək və eyni zamanda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən 12 il 6 aydan az (08 il 27 gün) xüsusi iş stajı vardır. İş materiallarından göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək həm qüvvədə olan qanunvericilik normalarının tələblərini ödəmir. Belə olan halda iddiaçıya nə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərini, nə xx.xx.2006-cı il tarixədək qüvvədən düşmüş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun, nə də qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərba ycan Respublikası Qanunun müddəalarını tətbiq etmək olmur. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)988/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: İ.Quliyev - sədrlik edən və məruzəçi, G.Cabbarova və V.Əzizova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində qeyd edilənlərlə oxşarlıq təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəra iti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №-li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri.... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:..... ğ) ali, ort a ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisas keçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi il ə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərar ı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı tələblə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kolleg iyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçıya xx.xx.2007-ci il ildən, 52 yaş tamam olan gündən güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin (son 3 ilin) ödənilməsi ilə bağlıdır.

24. Məhkəmə kollegiyası işin hallarına əsasən bildirir ki, ARDNŞ "Azərikimya" İstehsalat birliyi "Etilen-Polietilen" zavodunun xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, xx.xx.1975-xx.xx.2014-cü il tarixlərdə işlədiyi müddət ərzində sadəcə xx.xx.2002-xx.xx.2010-cu il tarixlərdə işlədiyi dövr əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aiddir. Həmçinin müvafiq arayışda bildirilmişdir ki, digər dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 №-li siyahılarda nəzərdə tutulmamışdır.

25. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ ve rən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

26. Həmçinin iş materiallarına görə, "Azərikimya” İstehsalat birliyi "EtilenPolietilen" zavodu tərəfindən verilmiş 216 nömrəli, 2020-ci il tarixli arayışa əsasən, iddiaçı 01 oktyabr 2002-ci ildən 28 oktyabr 2010-cu ilə kimi "Azərikimya” İstehsalat birliyi "Etilen-Polietilen" zavodunun “Buxar, su təchizatı, hava və kanalizasiyası sexində zavod kanalizasiyaları şəbəkələri üzrə təmirçi-çilingər (xəttin təmiri, təmizlənməsi, deqazasiyası dərinliyi 3 metrdən çox olan)” vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin İ bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan “deqazlaşdırma, istehsalat kanalizasiyasının təmiri istehsalatında” güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.

27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırmaları nəticəsində qeyd edir ki, iddiaçı digər dövrlərdə də 3 metr dərinlikdə işlədiyini iddia etsə də, bu məlumat nə onun əmək kitabçasında, nə də işlədiyi müəssisənin arxiv sənədlərində təsdiqlənir.

28. Yuxarıda göstərilənlərə əsaslanaraq, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini haqlı hesab edir və bildirir ki, iddiaçının xx.xx.2006-cı ilədək işlədiyi vəzifələrdə xüsusi iş stajı 10 ildən az, yəni 08 il 27 gün olduğundan, həmin tarixədək qüvvədə olan qanunvericilik tələblərinə cavab vermir. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyini üçün nə xx.xx.2006-cı il tarixədək qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblər ini, nə də qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarını tətbiq etmək olmur.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-988/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar