Məhkəmə qərarları › İş №2-1(102)-1432/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1432/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1432/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Səfibəyov Rəcəb Rəfibəyoviçin cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Səfibəyov Rəcəb Rəfibəyoviç (xx.xx.1956-cı il təvəllüdlü; xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güz əştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1455/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasına əsasən: -xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi Quyuların yeraltı təmiri sexində avtotəmirçi-çilingər peşəsində, - xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixə kimi Neft Sənayesi Nazirliyinin “Xəzərdənizneft” X2 istehsalat Birliyinin 3 Saylı Avtonəqliyyat kontorunda avtotəmirçiçilingər peşəsində, - xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci İl tarixə kimi Birliyi n Texnoloji nəqliyyat idarəsində traktorların təmiri üzrə 1-ci dərəcəli çilingər peşəsində, - xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixə kimi Birliyin texnoloji nəqliyyat idarəsində qaldırıcıların maşinisti peşəsində, - xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixə kimi Birliyin Texnoloji nəqliyyat idarəsində traktorların təmiri üzrə 3-cü dərəcəli çilingər peşəsində, - xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixə kimi “Birliyin Texnoloji nəqliyyat idarəsində mexanik vəzifəsində, - xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi “Artemneftqaz’' neft və qazçıxarma idarəsinin Texnoloji nəqliyyat idarəsində traktorlar qaldırıcılar üzrə mexanik vəzifəsində, - xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixə qədər NQÇİ-nin Nəqliyyat traktor sexində mexanik vəzifəsində, - xx.xx.1993-cü i| tarixdən xx.xx.1994-cü il tarixə qədər NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri və xüsusi texnika sexində mexanik vəzifəsində, - xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixə qədər NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri və xüsusi texnika sexində böyük mexanik vəzifəsində, - xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi NQÇİ-nin Avtonəqliyyat Traktor sexində böyük mexanik vəzifəsində, - xx.xx.1998-ci il tarixdən xx.xx.2011-ci il tarixə qədər “Abşeronneft" NQÇİ-nin Xüsusi texnika sexində 13-cü dərəcəli böyük mexanik vəzifəsində, - xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixə qədər ARDNŞ “Azneft” X1 departamentində 1 saylı Xüsusi texnika sexində 13-cü dərəcəli mexanik vəzifəsində işləmişdir. - xx.xx.2013-cü il tarixdən "xxxx" ASC-də Pirallahı rayon S ukanalı Departamenti Energetik mexanika və avtomatika şöbəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə işə qəbul olunmuş və hal-hazırda da işləyir. (xx.xx.2017-ci il tarixədək 42 il 5 ay 1 gün).

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh iddiaçının müraciətinə cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin olunmalı idi. Lakin, işlədiyi idarə tərəfindən müvafiq sənədləri ona və aidiyyəti orqanlar a təqdim edilmədiyi üçün pensiyası indiyədək təyin edilməmişdir. Halbuki onun 25 ildən çox stajı olmuş, həmin stajın da 20 ildən çoxu güzəştli iş stajı olmuşdur. Halbuki Qanunla 2013-cü ildə həmin gözəştli şərtlərlə onun üçün əmək pensiyasının təyin olunması üçün, cəmi 25 il iş stajı və həmin 25 ilin 12 il 6 ayının zərərli iş şəraitində olması kifayət edirdi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarın 10.1-ci maddəsinin “b” bəndinin 12-ci abzasına əsasən, “quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri və sınaqdan keçirilməsində qüllə quraşdırılmasında, məşğu l olan mexanniklər və böyük mexanniklər” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına daxil edilmişdir.

6. Cavabdeh tərəfindn iddiaya dair etirazı ərizəsində qeyd edilmişdir ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixləri arasında avtonəqliyyat sexində çilingər və xx.xx.1980-ci il tarixdən xx.xx.1994-cü il tarixlərində mexannik, həmin tarixdən xx.xx.2011ci il tarixləri arasında böyük mexannik vəzifələrində işləməsi ilə bağlı həmin vəzifələrin güzəştli iş stajına aid olmadığını qeyd etmiş, onun 12 il 6 ay güzəştli iş stajının olmadığını bildirmişdir. Eyni zamanda güzəştli iş stajı ilə bağlı arayışın təqdim edilmədiyi də göstərilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7043/2021 saylı i ş 15 noyabr 2021-ci il tarixli (hakim O.Həsənov) qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya münasibətdə ümumi iş stajının 25 ildən çox olması ilə bağlı şərtin (belə ki, iddiaçı xx.xx.1973-cü il tarixdən qısa fasilələrlə əmək fəaliyyətindədir) tələbləri yerinə yetirilsə də, 12 il 6 aydan çoxunun Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləmə ilə bağlı şərtin tələbləri yerinə yetirilməmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə q ərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1455/2022 saylı 22 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətin in dəlillərinə görə, işə baxan məhkəmə iddia tələbində göstərdiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının aidiyyətli normalarını tətbiq edib qərar qəbul etməli idi. Lakin məhkəmə həmin dəlillərə hüquqi qiymət verilməmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 21 iyul 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahını əsas götürərək qərar qəbul etməli idi. Lakil işə baxan məhkəmə kollegiyası qərar qəbul edərkən, qeyd edilən maddi hüquq normalarının heç birinə əməl etməmiş, müəssisələr tərəfindən verilmiş arayışlara əsasən qərar qəbul etmişdir. Hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması üçün heç bir hüquqi maneə yoxdur. Bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin 4 may 2022-ci il tarixli qərarının ləğv edilməsini, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçının kassasiya şikayətinin əsassız olduğunu bildirmiş, bu səbəbdən də o, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin 22 ap rel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa g örə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə 2. “Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı”... 2.4.1-ci bənd. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pens iya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı

20. İnzibati Prosessual Məcəllə a) Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəmə sinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli h üquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla yanaşı kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamanı məhkəmə tərəfindən işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının güzəştli iş stajının 12 il 06 aydan az olması müəyyən olunmuşdur.

27. Belə ki, işə əlavə edilmiş “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin rəisi Ramin Quliyevə sorğu verilərək İddiaçı əmək fəaliyyətini həyata keçirdiyi arayışda qeyd olunan peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və ya “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda konkret olaraq hansı bölmədə, hansı kod üzrə peşədə işləmə si barədə (hər bir peşə üzrə kod ayrılıqda göstərilməklə və peşə üzrə əmək funksiyaları göstərilməklə), eləcə də iddiaçının ümumilikdə hansı dövrlər üzrə ümumi güzəştli iş stajına malik olması barədə məlumatın təqdim edilməsi xahiş olunmuşdur.

28. Həmin sorğuya cavab olaraq təqdim olunan xx.xx.2021-ci il tarixli məktubla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.2011-ci il tarixləri arasında qısa fasilələrlə müxtəlif vəzifələrdə çalışmış, həmin peşələrdən yalnız xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixədək qaldırıcı maşinist peşəsi (4 ay 7 gün) və xx.xx.1993xx.xx.1995-ci il tarixləri arasında müvafiq olaraq mexanik və böyük mexanik vəzifələrinin (2 il 4 ay 7 gün) güzəştli vəzifələrlə bağlı siyahiya uyğundur.

29. Göründüyü kimi iddiaçının güzəştli iş stajının mövcud olması barədə aparılmış araşdırma nəticəsində onun xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək işlədiyi qaldırıcı maşinist peşəsi (4 ay 7 gün) və xx.xx.1993- xx.xx.1995-ci il tarixləri arasında işlədiyi mexanik və böyük mexanik vəzifələri (2 il 4 ay 7 gün) güzəştli vəzifələrlə bağlı siyahiya uyğun olması qənaətinə gəlinərək, cəmi 2 il 8 ay 14 gün güzəştli iş stajının olması müəyyən olunmuşdur.

30. Beləliklə apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçı hazırkı halda 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, bu səbəbdən də hazırkı iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməzdi.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişik edilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

32. Bütün yuxarıda göstərilənlərə və İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 21(103)-1455/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar