Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1432/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətdə olan torpaq sahəsinə plan-ölçü sənədinin işlənməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.07.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadast rı və Reyestri X8 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin planölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ Şəhər Bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada plan-ölçü sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-44/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Qəbələ şəhərində yerləşən 0.06 ha yaşayış məntəqəsi torpaqları təyinatlı həyətyanı torpaq sahəsi üzərind ə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. 17 sentyabr 2008-ci ildə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, döngə nöqtələri: X - 234703,17, 234718.01, 234697.72, 234682.89, Y4539370.37, 4539356.95, 4539334.85, 4539348.27 qeyd edilməklə 0.06 ha torpaq sahəsinin 1:500 miqyasında cizgisi tərtib edilmişdir.
3. Qəbələ rayon Qəbələ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 nömrəli qərarından görünür ki, X4 fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsi satılmışdır. A000556 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qəbələ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 nömrəli qərarı ilə satılmış 0.06 ha torpaq sahəsinə dair döngə nöqtələri: X – 234450.32, 234485.16, 234444.87, 234430.04, Y - 4539190.08, 4539176.66, 4539154.56, 4539167.98 qeyd edilməklə 0.06 ha torpaq sahəsinin 1:1000 miqyasında planı tərtib edilmişdir.
4. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (reyestr nömrəsi **********13) görünür ki, Qəbələ şəhərində yerləşən 0.06 ha yaşayış məntəqəsi torpaqları təyinatlı həyətyanı torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2007-ci ildə tərtib edilmiş Daşınmaz Əmlakın Pasportundan (reyestr nömrəsi **********13) görünür ki, döngə nöqtələri: X - 234703,17, 234718.01, 234697.72, 234682.89, Y- 4539370.37, 4539356.95, 4539334.85, 4539348.27 qeyd edilməklə 0.06 ha torpaq sahəsinin 1:500 miqyasında cizgisi tərtib edilmişdir.
5. Qəbələ Bələdiyyəsi və DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edilm iş torpaq sahəsinin yerquruluşu sənədindən görünür ki, ayrılmış torpaq sahəsinin 311 nömrəli konturda yerləşməsi qeyd edilməklə 1:2000 miqyasda planı tərtib edilmişdir. 6. 25.07.2008-ci il tarixli müqavilədən görünür ki, X5 MH ******* saylı çıxarışa əsasən Qəbələ şəhər ərazisində yerləşən 0.06 ha torpaq sahəsini İddiaçı satmışdır.
7. İddiaçı hazırkı iddia tələbi ilə bağlı cavabdeh orqana müraciət etmiş və cavabdeh tərəfindən 30 noyabr 2020-ci il tarixdə cavab məktubu ilə bildirilmişdir ki, ərazi idarəsində aparılan araşdırmalar nəticəsində torpaq sahəsinin faktiki (naturadakı) yerləşmə vəziyyəti ilə Ərazi idarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə **********13 reyestr nömrəli Çıxarışla adına qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə tərtib edilmiş plan-ölçü sənədində əks olunmuş məlumatl arla və məkan göstəriciləri ilə müqayisədə uyğunsuzluqların olduğu müəyyən olunmuşdur. Qeyd olunan uyğunsuzluqlar səbəbindən müraciətdə qeyd olunan torpaq sahəsinin planı və ölçüsü sənədində müvafiq düzəlişlər olunaraq torpaq sahəsinin faktiki (naturadakı) yerləşmə vəziyyətinə uyğun yeni plan ölçü sənədinin tərtib olunması mümkün olmamış və Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ Şəhər Bələdiyyəsi və Qəbələ rayon Torpaq Komitəsi tərəfindən verilmiş ilkin sənədlər əsasında onun həyətyanı torpaq sahəsinin yerinin dəqiq müəyyən edilərək, həmin torpaq sahəsinin texniki pasportunun sxeminin, xəritəsinin hazırlanmasını və yerin koordinatlarının düzgün təyin edib buna müvafiq olaraq yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ Şəhər Bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada, faktiki yerləşmə vəziyyətinə uyğun koordinatlarla yeni planölçü sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin 2-1(116)-783/2021 nömrəli, 4 may 2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Qəbələ şəhərində yerləşən 0.06 ha yaşayış məntəqəsi torpaqları təyinatlı həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2008-ci ildə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Bundan sonra iddiaçı həmin planölçü sənədinin faktiki koordinatlara uyğunlaşdırılması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
12. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçının müraciəti əsasında ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddia olunan torpaq sahəsi ərazi idarəsində mövcud olan elektron baza məlumatlarına görə kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsinə AİKnın qərarı əsasında başqa vətəndaşların adına Dövlət Aktı hazırlanmışdır. İddiaçının adına dövlət reyestrindən verilmiş çıxarış və plan-ölçü sənədində göstərilən torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsindən tamamilə kənarda başqa ərazidə yerləşir. Qeyd edilən torpaq sahəsi dövlət qeydiyyatına alınan zaman həmin torpaq sahəsi boş ərazi olmuş, sonrad an həmin torpaq sahəsində yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllə inşa edilmişdir. Ona görə də iddiaçı sənəd üzrə yerdən imtina edir.
13. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-61/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim V.Ə.Musayev) iddianın təmin edilməsi, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İddiaçı mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin (Seriya MH 0009064, **********13 reyestr nömrəli) plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ şəhər bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada plan-ölçü sənədinin işlənməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-44/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə kollegiyası göstərilən maddi hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, İddiaçı m n iddia etdiyi torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektr on baza məlumatlarına görə kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsinə isə Aqrar İslahat Komissiyasının qərarı əsasında başqa vətəndaşların adına Dövlət Aktı hazırlanmışdır. Bununla yanaşı İddiaçının adına dövlət reyestrindən verilmiş çıxarış və plan-ölçü sənədində göstərilən torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsindən kənarda başqa ərazidə yerləşir, qeyd edilən torpaq sahəsi dövlət qeydiyyatına alınan zaman həmin torpaq sahəsi boş ərazi olmuş, sonradan həmin torpaq sahəsində yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllə inşa edilmişdir. Belə olan halda isə sadalanan uyğunsuzluq və ziddiyyətlər olduğundan göstərilən qanunun tələblərinə əsasən 9 saylı Qəbələ Ərazi idarəsi tərəfindən haqlı olaraq imtina vermişdir.
20. Belə ki, İddiaçı adına olan torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına görə kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsinə isə Aqrar İslahat Komissiyasının qərarı əsasında başqa vətəndaşların adına Dövlət Aktı hazırlanmışdır. Bununla yanaşı iddiaçının adına dövlət reyestrindən verilmiş çıxarış və plan-ölçü sənədində göstərilən torpaq sahəsi iddiaçının iddia olunan torpaq sahəsindən kənarda başqa ərazidə yerləşir, qeyd edilən torpaq sahəsi dövlət qeydiyyatına alınan zaman həmin torpaq sahəsi boş ərazi olmuş, sonradan həmin torpaq sahəsində yüksək gərginlikli elektrik xətləri üçün ötürücü qüllə inşa edilmişdir.
21. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, əşya hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hər əkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respub likasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiy yə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam veril məsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Maddə
16. Dövlət reyestrində düzəlişlər 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəq iq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
24. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə:
3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: (-); 3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək;
25. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:
3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: (-); 3.0.23. Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; (-); 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək;
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən ş əxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayət i formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. X9 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etm əyi zəruri hesab edir.
33. İddiaçının iddia tələbi mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin plan-ölçü sənədində düzəliş edilərək, ilkin torpaqayırma sənədlərində (Qəbələ Şəhər Bələdiyyəsi və Qəbələ rayon DT və XK-si Qəbələ rayon şöbəsi tərəfindən verilmiş) göstərilən qaydada, faktiki yerləşmə vəziyyətinə uyğun koordinatlarla yeni plan-ölçü sənədinin işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır.
34. Cavabdehin imtinasına əsasən, torpaq sahəsinin faktiki (naturadakı) yerləşmə vəziyyəti ilə Ərazi idarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə **********13 reyestr nömrəli Çıxarışla adına qeydiyyata alınmış 0,06 ha torpaq sahəsinə tərtib edilmiş plan-ölçü sənədində əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisədə uyğunsuzluqların olduğu müəyyən olunmuş dur. Qeyd olunan uyğunsuzluqlar səbəbindən müraciətdə qeyd olunan torpaq sahəsinin planı və ölçüsü sənədində müvafiq düzəlişlər olunaraq torpaq sahəsinin faktiki (naturadakı) yerləşmə vəziyyətinə uyğun yeni plan ölçü sənədinin tərtib olunmasının mümkün olmadığı bildirilmişdir.
35. İşin hallarına əsasən Qəbələ Rayon Qəbələ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 11 nömrəli qərarı ilə X4 fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsi satılmış və satılmış torpaq sahəsinin ilkin yerquruluşu sənədi və A000556 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla həmin torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2007-ci ildə Daşınmaz Əmla kın Pasportu tərtib edilmişdir.
36. Bundan sonra 25 iyul 2008-ci il tarixli müqavilə ilə X2 MH ******* saylı çıxarışa əsasən Qəbələ şəhər ərazisində yerləşən 0.06 ha torpaq sahəsini İddiaçı satmış və seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 0.06 ha yaşayış məntəqəsi torpaqları təyinatlı həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Dilarəm Faykovaya faktiki olaraq ayrılmış, A 000556 nömrəli plan-ölçü sənədində göstərilən 0.06 ha torpaq sahəsinin koordinatlarının xx.xx.2007-ci ildə Daşınmaz Əmlakın Pasportunda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşməməsi, həmçinin, iddiaçının adına xx.xx.2008-ci ildə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin, xx.xx.2007-ci ildə tərt ib edilmiş Daşınmaz Əmlakın Pasportunda qeyd edilmiş torpaq sahəsinin koordinatlarına uyğun tərtib edilməsi müəyyən edilmişdir.
37. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
38. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çə rçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. 39. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
40. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə mütəxəssis tərəfindən məhkəməyə təqdim edilmiş yerquruluşu planına, ilkin yerquruluşu sənədinə və mütəxəssis rəyinə baxış keçirilmiş və sorğuda qeyd edilmiş suallar cavablandırılaraq bildirilmişdir ki, Qəbələ Bələdiyyəsinin xx.xx.2006-c ı il tarixli, 11 saylı qərarı ilə X1 0.06 ha torpaq sahəsinin naturada yeri – DT və XK Qəbələ rayon şöbəsi tərəfindən tərəfindən tərtib edilmiş A 000556 nömrəli plan-ölçü sənədi əsasında müəyyən edilmişdir. Belə ki, həmin sənəddə torpaq sahəsinin koordinatları və döngə nöqtələri qeyd olunmuşdur. İddiaçının istinad etdiyi ilkin yerquruluşu sənədində isə koordinatlar qeyd olunmamışdır və torpaq sahəsinin ayrılmasından ötən 16 il ərzində sözügedən ərazidə xeyli dəyişikliklər baş vermiş, tikililər inşa edilmiş, yol genişlənmişdir. Odur ki, hazırda faktiki olaraq sözügedən ərazi, təqdim edilən ilkin yerquruluşu sənədi ilə müqayisədə xeyli dəyişikliklərə məruz qalmışdır. Həmin torpaq sahəsinə dair tərtib edilmiş A 000556 nömrəli plan-ölçü sənədində koordinatlar olduğundan torpaq sahəsinin yerləş diyi yeri müəyyən etmək mümkündür. Qəbələ Bələdiyyəsi və DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin ilkin yerquruluşu sənədində koordinatlar olmadığından, qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerini naturada tam dəqiqliklə müəyyən etmək mümkün olmasa da, həmin torpaq sahəsi A 000556 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerinə, yəni mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planındakı X 739407.97, 739389.34, 739373.53, 739392.24, Y – 4538279.05,4538255.62, 4538267.99, 4538291.42 koordinatlarında yerləşən torpaq sahəsinə uyğun gəlir.
41. Bununla bağlı apellyasiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçının mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə dair xx.xx.2008-ci ildə tərtib edilmiş plan- ölçü sənədində koordinatlar düzgün göstərilmədiyindən, yəni, qeyd edilmiş koordinatlar, A 000556 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin yerləşmə yerinə uyğun olmadığından, iddiaçı ilkin yerquruluşu sənədlərinə istinad edərək torpaq sahəsinin plan-ölçü sənədinə düzəliş edilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
42. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vur madığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).”
44. Eyni zamanda məhkəmə tərəfindən qeyd edilmişdir ki, iddiaçının torpaq sahəsinə hüquqları qeydə alınmışdır, bu barədə mübahisə və iddiaçının müraciəti olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, yuxarıda sadalanan Əsasnamələrin tələbinə görə belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək xidmətin vəzifələrinə aid edilmişdir.
45. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.
46. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsi n. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-44/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.