Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1433/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1951-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İ qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Məmmədova Çimnaz Bəhlul qızı) “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(103)-665/2022 nömrəli qərarından üçüncü şəxs Məmmədova Çimnaz Bəhlul qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 24 nömrəli, 28 oktyabr 1953-cü il tarixli Kaqanoviç rayon icra hakimiyyətində keçirilmiş iclasın protokolundan çıxarışa əsasən, X10 fərdi yaşayış evinin tikintisi üçün Kaqanoviç qəsəbəsində yerləşən 25 nömrəli sahədə ümumi sahəsi 300 kv. metr olan torpaq sahəsinin ayrılması qərara alınmışdır. 2. 24.04.1970-ci il tarixli bağışlama müqaviləsinə əsasən, X2 qəsəbəsi, Podqornaya küçəsi, ev 4 ünvanında yerləşən, ona məxsus olan evin ¼ hissəsini X4 və ¼ hissəsini isə X7 bağışlamışdır.
3. Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən xx.xx.1970-ci il tarixli (kitab № 4, səhifə № 415) çıxarışın notariat qaydada təsdiq olunmuş surətinə əsasən, həmin çıxarış İddiaçı verilmişdir və çıxarışda göstərilmişdir ki, Serebrovski qəsəbəsi, Podqornaya küçədə yerləşən 4 nömrəli evin ¼ hissəsi İddiaçı, ¼ hissəsi X5, ½ hissəsi isə X11 məxsusdur. 4. 01.07.1988-ci il tarixli bağışlama müqaviləsinə əsasən, X1 qəsəbəsi, Podqornaya küçəsi, ev 4 ünvanında yerləşən evin ona məxsus olan ¼ hissəsini (13.3 kv.m olan 1 otaqdan və 14.4 kv.m. olan köməkçi hissədən ibarət) qızına – X13 bağışlamışdır. 5. 15.07.1998-ci il tarixli bağışlama müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən evin ona məxsus olan ¼ hissəsini bacısı – Məmmədova Çimnaz Bəhlul qızına bağışlamışdır.
6. Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli **********22-10301 reyestr nömrəli texniki pasportunda Məmmədova Çimnaz Bəhlul qızına məxsus olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin planı və ölçüsü, həmçinin torpaq sahəsində yerləşən tikililərin planı və texniki göstəriciləri qeyd edilmişdir.
7. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışda xx.xx.2017-ci il tarixdə Məmmədova Çimnaz Bəhlul qızının ünvan 2 ünvanında yerləşən 68.8 kv.m fərdi yaşayış evinə mülkiyyət hüququnun, 0.00902 ha torpaq sahəsi isə dövlət mülkiyyətində saxlanılmaqla, həmin torpaq sahəsinə istifadə hüququnun qeydiyyata alındığı göstərilmişdir.
8. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışda isə ünvan 2 ünvanında yerləşən 68.8 kv.m. fərdi yaşayış evinə və 0.0644 ha torpaq sahəsinə vahid əmlak kimi xx.xx.2017-ci il tarixdə Məmmədova Çimnaz Bəhlul qızının mülkiyyət hüququnun qeydiyyata alındığı göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evinin Məmmədova Çimnaz Bəhlul qızının mül kiyyətində olan ¼ hissəsinin naturada ayrılaraq ayrıca ünvan 3 ünvanı kimi ********** qeydiyyat nömrəsi və **********-10301 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi, bundan sonra həmin hissəyə dair ********** qeydiyyat nömrəsi və **********32-10301 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə 0.0644 ha torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi aparılmış qeydiyyatın ləğv edilməsi və tərəflərin əvvəlki hüquqi vəziyyətə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsi paylı mülkiyyət hüququ ilə ona məxsusdur. Digər paylardan ¼ hissə Məmmədova Çimnaz Bəhlul qızının mülkiyyətindədir. ½ hissə isə onun mərhum atası Məmmədov Səvdumun mülkiyyətində qalmışdır. 2019-cu ilin noyabr ayında o, Suraxanı rayon Məhkəməsinin 2(010)-5888/2019 saylı mülki iş üzrə bildirişini almışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Məmmədova Çimnaz Bəhlul qızı fərdi yaşayış evinin ona məxsus hissəsində yerləşən pəncərənin bağlanılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin baxış iclasında iştirak etdikdə, iddiaçı, ona məxsus olan pay hissəsinin ayrılaraq A.Şadlinski küçəsi 4C ünvanı verilmiş olduğunu, eyni zamanda, özünə məxsus olan hissədə torpaq sahəsinin də mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış olduğunu bildirmişdir. Belə olduqda, hazırkı iş üzrə o, vəsatətlə, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi, 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatla bağlı məlumat alınmasını məhkəmədən xahiş etmişdir. Vəsatət təmin edilmiş və müvafiq qeydiyyat orqanına sorğu göndərilməsi qərara alınmışdır. Eyni zamanda, Suraxanı rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(010)-5888/2019 nömrəli qərardadı ilə sorğuya cavab verilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı 11 mart 2020-ci il tarixdə poçt vasitəsi ilə Suraxanı rayon Məhkəməsindən 2(010)405/2020 nömrəli, 07 yanvar 2020-ci il tarixli qərardadı almışdır. Qərardadla tanış olduqda məlum olmuşdur ki, Məmmədova Çimnaz Bəhlul qızı yazılı qaydada müraciət edərək, vermiş olduğu iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Buna qədər həmin mü lki iş üzrə verdiyi vəsatətin cavabı olaraq qeydiyyat orqanı tərəfindən məhkəməyə göndərilməli olan sənədlərin surətinin alınıb-alınmaması, eləcə də Ç.Məmmədovanın nə üçün belə bir ərizə vermiş olduğunu öyrənmək üçün Suraxanı rayon Məhkəməsinə müraciət etmiş, məlum olmuşdur ki, həqiqətən də Ç.Məmmədova tərəfindən sənədlərin geri qaytarılmasına dair ərizə verilmiş, ərizədə hər hansı bir səbəb göstərilməmişdir. Məhkəmə tərəfindən qeydiyyat orqanına verilmiş sorğuya cavab olaraq göndərilmiş sənədlərin surətini alaraq tanış olduqda məlum olmuşdur ki, paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmış fərdi yaşayış evinin naturada bölgüsünün aparılması üçün Məmmədova Çimnaz Bəhlul qızı tərəfindən qeydiyyat orqanına təqdim edilmiş bölgü sxemi mövcuddur. Həmin bölgü sxemi bir tərəfdən Məmmədova Çimna z Bəhlul qızı, bir tərəfdən guya iddiaçı tərəfindən, bir tərəfdən isə, guya 22 noyabr 1992-ci ildə vəfat etmiş onun mərhum atası tərəfindən imzalanmışdır. Bu saxtalaşdırılmış bölgü sxemi əsasında qeydiyyat orqanında mübahisəli fərdi yaşayış evi naturada bölünmüş, üstəlik torpaq sahəsinin hüquqmüəyyənedici sənədi yalnız Məmmədova Çimnaz Bəhlul qızının mülkiyyətinə verilən hissəyə tətbiq edilməklə, evin iddiaçının mülkiyyətində olan hissəsinə aid olan torpaq sahəsinin mülkiyyət hüququ üzrə qeydiyyata alınması faktiki olaraq mümkünsüz edilmişdir. Belə ki, torpaq sahəsinə dair hüquqmüəyyənedən sənəddən yalnız bir dəfə istifadə edilə bilər. Bununla da onun hüquqları pozulmuşdur. Torpaq sahəsinin halhazırki istifadə qaydasına uyğun bölünməsinə o, ümumiyyətlə razı deyildir və hesab edir ki, üçünc ü şəxs Ç.Məmmədova ona düşən ¼ pay hissəsinə mütənasib olmayan daha çox həcmdə torpaq sahəsindən istifadə edir. Paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmış mübahisəli fərdi yaşayış evinin payçılar arasında ya ümumi razılıqla, bu olmadıqda isə məhkəmə qaydasında bölünməsi mümkündür. Üçüncü şəxs tərəfindən bu qaydaya əməl edilməmiş, tərtib edilmiş bölgü sxeminə saxta yolla həm onun, həm də mərhum atasının imzası çəkilərək sənədlərlə birlikdə cavabdeh təşkilata təqdim edilmiş, cavabdeh təşkilat isə notarial qaydada təsdiq edilməmiş bölgü sxemini əsas tutaraq bölgü aparmışdır. Paylı mülkiyyətdə olan əşyanın fiziki bölgüsü ilə bağlı bütün hallar qanunvericilikdə nəzərdə tutulmuşdur. Bölgünün payçıların ümumi razılığı ilə aparılmış olmasını təsdiq edəcək sənəd, həmin bölgünün notarial qayda da təsdiq edilməsi olmalıdır. Adətən yalnız notarial təsdiqli bölgü sxemi ilə kifayətlənməyərək tərəflər arasında notarial təsdiq edilmiş Saziş tələb edən iş üzrə cavabdeh təşkilatın, hal-hazırda mübahisələndirdiyi fərdi yaşayış evinin qeydiyyatının aparılması zamanı bölgünün təsdiqini belə tələb etməməsi, cavabdeh tərəfindən korrupsiya faktına yol verilmiş olmasını göstərir. Bu sənədləşmə haqda iddiaçı yalnız 11 mart 2020-ci il tarixdə Suraxanı rayon Məhkəməsinin 2(010)-405/2020 nömrəli, 07 yanvar 2020-ci il tarixli qərardadını aldıqdan sonra, Suraxanı rayon Məhkəməsinə müraciət edərək, verilmiş sorğunun cavabı olaraq göndərilmiş sənədlərlə tanış olduqda məlumat almışdır. Həmin vaxtdan sonra isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli, 19 mart 2020-ci il tarixli və 6 nö mrəli, 2 aprel 2020-ci il tarixli qərarları ilə məhkəmələrdə işlərin təxirə salınmış olması ilə əlaqədar məhkəməyə müraciət etmək imkanı olmamışdır. Bu baxımdan, o, mübahisələndirməyə dair iddia ərizəsinin verilməsində inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətin pozulmadığı qənaətindədir.
11. Bakı İnzibati Məhkəməsinın 17 sentyabr 2021-ci il tarixli, 2-1(112)-979/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsi 4 ünvanında yerləşən fərdi yaşayış evinin üçüncü şəxs Məmmədova Çimnaz Bəhlul qızının mülkiyyətində olan ¼ hissəsinin naturada ayrılaraq ayrıca ünvan 3 ünvanı kimi ********** qeydiyyat nömrəsi və **********-10301 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tari xdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi, bundan sonra həmin hissəyə dair ********** qeydiyyat nömrəsi və **********32-10301 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə 0.0644 ha torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi aparılmış qeydiyyatın ləğv edilməsi və tərəflərin əvvəlki hüquqi vəziyyətə qaytarılması öhdəliyi qoyulmuşdur.
12. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklər icra edilməmiş, təqdim edilmiş sənədlərin tam ekspertizası aparılmadan saxta sənəd (saxta bölgü sxemi) əsasında, yəni paylı mülkiyyət hüququ ilə üç şəxsə məxsus olan əmlakın bir hissəsi üzərində mülkiyyət hüququ qalan mülkiyyətçilərin razılığı olmadan bir mülkiyyətçinin adına qeydiyyata alınmışdır ki, bununla da paylı mülkiyyətçilərdən biri olan iddiaçının mülkiyyət hüququ pozulmuşdur.
13. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması və ya iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2-1(103)-665/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseynov – sədrlik edən və məruzəçi, A.Hüseyn və S.Bəktaşi) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinın 17 sentyabr 2021-ci il tarixli, 2-1(112)-979/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış dır.
16. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi və ya mümkün sayılmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Üçüncü şəxsin kassasiya şikayəti mahiyyətcə iddianın mümkün sayılmaması barədə ərizəsi, eləcə də apellyasiya şikayəti ilə eyni məzmundadır. Üçüncü şəxs kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 16.2, 16.3, 16.5-ci maddələrinə, Mülki Məcəllənin 140, 141.3cü maddələrinə, İPM-nin 35, 38.2-ci maddələrinə istinad etmişdir. Əlavə olaraq, Mülki Məcəllənin 213.2, 220.3-cü maddələrinə istinad etməklə qeyd etmişdir ki, istinad olunan bölgü sxeminin etibarsızlığı mübahisə predmeti olmamış, həmin sxemin saxta olması və ya etibarsız sayılması barədə qanuni qüvvəsini almış məhkəmə aktı mövcud olmamış, məhkəmələr iddianın mahiyyətindən kənara çıxaraq mübahisələndirilməyən və notarial qaydada təsdiq edilmiş bölgü sxeminə də hüquqi qiymət vermiş, bu zaman həmin sxemdəki imzanın iddiaçıya məxsus olub-olmamasını da ümumiyyətlə araşdırmamışlar. Halbuki, notarial qaydada təsdiqlənmiş bölgü sxeminin saxtalığı barədə mötəbər sübut yoxdur. Həmin bölgü sxemi 1970-ci ildən aparılmış real bölgünü təsdiq edir və artıq 52 ildir ki, daş hasarla ayrılmış torpaq və tikililərlə bağlı hər hansı mübahisə mövcud deyil. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Mü lki Məcəllə: Maddə
213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.... Maddə
220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı m ülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir....
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallard a 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qər arı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təs diqi ilə kifayətlənmək mümkündür.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
27. Hazırkı mübahisə paylı mülkiyyətdə olan əmlakın və həmin əmlakı yerləşdiyi torpaq sahəsinin bir hissəsinin üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydə alınmasının qanunsuz olması ilə bağlıdır.
28. Bununla bağlı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, üçüncü şəxsin mülkiyyəti kimi qeydiyyata alınmış yaşayış evi və torpaq sahəsi iddiaçının, üçüncü şəxsin və vəfat etmiş X8 paylı mülkiyyətində olmuş yaşayış evinin və paylı mülkiyyətdə olan yaşayış evinin həyətyanı torpaq sahəsinin bir hissə sidir. Odur ki, həmin yaşayış evi paylı mülkiyyətdə olduğu üçün həm yaşayış evi, həm də yaşayış evinin həyətyanı torpaq sahəsi yalnız paylı mülkiyyətçilərin razılığı ilə tərtib edilmiş bölgü sxemi, eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəllənin 220.1-ci maddəsinə uyğun olaraq razılaşma (müqavilə və ya saziş) əsasında bölünməklə mülkiyyətçilərin hər birinin ayrıca mülkiyyəti kimi qeydə alına bilərdi.
29. Eyni zamanda, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, paylı mülkiyyətdə olan yaşayış evinin və yaşayış evinin həyətyanı torpaq sahəsinin bir hissəsinin üçüncü şəxsin xüsusi mülkiyyəti kimi qeydə alınması zamanı cavabdeh tərəfindən əsas götürülmüş Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, A.Şadlinski küçəsi, ev 4-ün həyətyanı torpaq sahəsinin bölgü sxemində olan iddiaçı nın, üçüncü şəxsin və X8 imzalarının həqiqiliyinin 02 noyabr 2016-cı il tarixdə Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq olunması göstərilsə də, notarius tərəfindən imzasının həqiqiliyi təsdiq edilən şəxslərdən biri X15 artıq xx.xx.1991-ci il tarixdə vəfat etmişdir.
30. Bununla bağlı nəzərə almaq lazımdır ki, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixdə həmin şəxs tərəfindən bölgü sxemi imzalana bilməzdi və onun imzası da notarius tərəfindən xx.xx.2016-cı ildə təsdiqlənə bilməzdi. Eyni zamanda, iddiaçı da həmin bölgü sxeminə imza etmədiyini bildirmişdir. Bu isə qeyd olunan bölgü sxeminin mötəbərliyini şübhə altına almaqdadır.
31. Cavabdeh daşınmaz əmlaka dair hüquqları qeydə alarkən daşınmaz əmlak barədə məl umatların düzgünlüyünə və dəqiqliyinə görə məsuliyyət daşıdığı halda, üçüncü şəxsin mülkiyyət hüququnun (evə və torpaq sahəsinə) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zamanı əsas kimi qəbul edilmiş bölgü sxeminin mötəbərliyini yoxlamamışdır. Belə olan halda, həmin bölgü sxemi əsasında paylı mülkiyyətdə olan əmlakın bir hissəsinin ayrıca olaraq üçüncü şəxsin adına mülkiyyət hüququ ilə qeydə alınması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur.
32. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Məmmədova Çimnaz Bəhlul qızının kassasi ya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2022-ci il tarixli, 21(103)-665/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.