Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1433/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: həyətyanı torpaq sahəsi üzərində ümumi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı (üçüncü şəxs X3) “ həyətyanı torpaq sahəsi üzrə birgə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 21(107)-46/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək həyətyanı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ərazi idarəsinin xidməti istifadəsinə təhvil veril miş Zaqatala rayonu, Car kəndi üzrə Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə dair elektron siyahılarda (DBF) 130 saylı sırada yalnız X1 adı qeyd olunmuşdur. Qeyd olunan elektron DBF siyahılarında iddiaçının adı olmadığına görə həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək A seriyalı 037017 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan, Zaqatala rayonu Car kəndində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı ümumi birgə mülkiyyət hüququnun daşınm az əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iş üzrə İddiaçı və X1 ümumi birgə mülkiyyətinə Zaqatala rayonu Car kəndində 0,07 həyətyanı və 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
6. Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1475/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hüquqi marağı torpaq sahəsinə dair ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Lakin iş materialları ilə iddia edilən torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədlərə malik olmadığı, Zaqatala rayonu Car kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında adının əks edilmədiyi müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınmasından ibarət tələbi əsassızdır. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi d əlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(107)-46/2023 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022-d il tarixli **********21 nömrəli məktubuna əlavə olunmuş Zaqatala rayonu "Özbəkistan" kolxozunun 2 nömrəli briqada üzrə torpaq payı alacaq subyektlərin əlavə siyahısının təsdiq olunmuş surətindən görünür ki, siyahıda X1 adı ilə yanaşı İddiaçı da adı qeyd edilmişdir. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2-1(116)-388/2022 iş nömrəli qərarından göründüyü kimi, Zaqatala rayonu Car kəndində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, 129 nömrəli reyestr kitabının 84-cü və rəqində X1 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatda və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışda düzəliş edilərək İddiaçı həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulmuşdur. Həmin məhkəmə qərarı ilə işin müəyyən edilmiş hallarından biri də o olmuşdur ki, Zaqatala rayonu "Özbəkistan" kolxozunun 2 nömrəli briqada üzrə torpaq payı alacaq subyektlərin əlavə siyahısının təsdiq olunmuş surətində X1 adı ilə yanaşı İddiaçı da adı qeyd edilmişdir. Zaqatala rayonu "Özbəkistan" kolxozu Car, Zilban, Kabeloba və Axaxdərə kəndlərinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşdirilməsinə aid tərtib edilmiş yekun cədvəldə T.Herayevə aid subyektlərin sayı 2 nəfər qeyd olunmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dai r tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və y a qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
19. Apellyasiya instansiyası məhkəməsi həyətyanı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma sı barədə iddia tələbinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
21. Məhkəmə kollegiyası şikayətin dəlili ilə bağlı olaraq nəzərə alır ki, Şəki İnzibati Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2-l(116)-388/2022 iş nömrəli qərarından göründüyü kimi, Zaqatala rayonu Car kəndində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində xx.xx.2018- ci il tarixli ********** qeydiyyat nömrəli, 129 nömrəli reyestr kitabının 84-cü vərəqində X1 adına aparılmış mülkiyyət hüququ ilə bağlı qeydiyyatda və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli çıxarışda düzəliş edilərək İddiaçı həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulmuşdur.
22. Bununla yanaşı, həmin qərarın məzmunundan göründüyü kimi, orada söhbət Zaqatala rayonu Car kəndində yerləşən 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ged ir.
23. Hazırkı halda, işin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 nömrəli qərarı ilə 700,01 kv.m həyətyanı torpaq sahəsi üçüncü şəxs X2 verilmişdir. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, **********27 nömrəli məktubuna əlavə olunmuş subyektlər siyahısında 130-cu sırada yalnız iş üzrə üçüncü şəxs X1 adı yazılmış və qanuni istifadəsində 0,07 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmişdir. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli **********37 nömrəli məktubunda qeyd olunmuşdur ki, Zaqatala rayonu Car kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia edilən torpaq sahəsinə dair iddiaçı hüquqmüəyyənedici sənədlərə malik olmadığından cavabdehin imtinası əsassız olmamışdır.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(107)-46/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.