Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1433/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın müqaviləyə xitam verilməsi hissəsində qanunsuz hesab edilməsi; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 10.05.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X4 Təbriz oğlu) qarşı “sərəncamın müqaviləyə xitam verilməsi hissəsində qanunsuz hes ab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-183/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən, sahəsi 14,4 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının mərhum atası X1 müddətli icarəsinə verilmişdir.
2. İddiaçının atası icarəçi Rüstəm Gözəlovun vəfatından sonra tərəflər arasında bağlanmış icarə müqaviləsinə Əmlak Məsələləri Dövlət Komitəsinin 20 noyabr 2014-cü il tarixli, 351 nömrəli sərəncamı ilə xitam verilmişdir.
3. Daha sonra qeyd edilən qeyri-yaşayış obye ktinin özəlləşdirilməsi həyata keçirilmiş və həmin əmlak xx.xx.2019-cu il tarixində keçirilmiş hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə Sultan-Əhmədi Fariz Təbriz oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4291 saylı alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən özəlləşdirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı müəyyən etmə və tanınma haqqında (İPM.m.36) iddia ərizəsi ilə müraciət edərək, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014cü il tarixli 351 nömrəli Sərəncamının - Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən sahəsi 14,4 kv.m. qeyri- yaşayış sahəsinə dair X2 ilə bağlanmış xx.xx.2007-ci il tarixli 4975 nömrəli icarə müqaviləsinə icarəçinin xx.xx.2014-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq xitam verilməsi hissəsində, qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “...ünvan ünvanda yerləşən 14,4 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi 26 il müddətində valideynlərinin icarəsində olaraq “Günel” xüsusi firması kimi-dükan təyinatı ilə fəaliyyət göstərərək daima onların istifadəsində olmuşdur. İcarə haqlarını da valideynləri vaxtı-vaxtında aidiyyəti üzrə dövlət orqanlarına ödəmişlər.
6. Valideynləri dünyasını dəyişdikdən sonra da və hal-hazırda da qeyri-yaşayış sahəsi onun faktiki sahibliyində və idarəçiliyindədir. 26 il həmin qeyri-yaş ayış sahəsinə görə dövlətə həm kommunal xərclər həm də vergi ödənişləri həyata keçirmişdir. Onların oranı özəlləşdirməkdə üstünlük hüququ olub. İcarə müqaviləsi qüvvədə olmuş, cavabdeh orqan atasının vəfatından sonra 2014- cü ildə Rüstəm Gözəlovla icarə müqaviləsinə onun vəfat etməsi ilə əlaqədar xitam verdikdən sonra qanunvericiliyin tələblərinə əsasən onlarla icarə müqaviləsinin bağlanmasına heç bir təşəbbüs göstərməmiş və onlara hər hansı bir məktub göndərməklə məlumatlandırmamışdır. Obyekt isə bu günədək onların sahibliyində və istifadəsindədir. Cavabdeh onlara qarşı bu ötən müddətdə hər hansı tələb irəli sürməmiş, icarə obyektinin boşaldılması, təhvil verilməsi və sair tədbirlərin həyata keçirilməsi ilə bağlı hər hansı bir addım atmamışdır.
7. Bununla yanaşı birinci cavabdeh icarə müq aviləsinə qanunun tələblərinə uyğun xitam verməmiş, icarə münasibətlərinin icarəçinin ailə üzvləri ilə (vərəsələri) ilə davam etdirmək barədə hər hansı tədbir görməmiş və onların belə bir niyyətinin olmaması ilə bağlı da hər hansı sübutu indiyədək keçirilən məhkəmə proseslərinə təqdim etməmişdir. Heç bir hərrac təşkilatına da rəsmi dəvət olunmamışdır. Başqa şəxsin adına özəlləşdirilərkən də onların imtinası alınmamışdır. Həmin qeyri-yaşayış sahəsinin alınmasında və özəlləşdirilməsində də üstünlük hüququ olduğu kimi eyni zamanda da qeyri-yaşayış sahəsinə istifadə hüququ var. Vəkil sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin **********36 saylı 24 may 2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələlər i Dövlət Komitəsi ilə Əhmədi Fariz Təbriz oğlu arasında bağlanmış 4291 nömrəli xx.xx.2019-cu il tarixli müəssisənin alqı-satqı müqaviləsinə əsasən ünvan ünvanda yerləşən sahəsi 14.4 kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə X4 Təbriz oğlunun adına ilkin qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. Sonradan isə məlum olmuşdur ki, 19 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib edilmiş hərrac protokoluna əsasən istifadəsində olan ünvan ünvanda yerləşən sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsi hərracdan 7500 manata üçüncü şəxs SultanƏhmədi Fariz oğluna satılmışdır və bunun əsasında xx.xx.2019-cu il tarixdə onunla 4291 nömrəli müəssisənin (obyektin) alqı-satqısı müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixdə Sultan-Əhmədi Fariz Təbriz oğlunun adına ilkin qeydiyyatdan keçmişdir və hazırda da onun mülkiyyətindədir...”
8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3234/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli 351 nömrəli Sərəncamı Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən sahəsi 14,4 kv.m. qeyriyaşayış sahəsinə dair X2 ilə bağlanmış xx.xx.2007-ci il tarixli 4975 nömrəli icarə müqaviləsinə icarəçinin xx.xx.2014-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq xitam verilməsi hissəsində qanunsuz sayılmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, icarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hü quqlarının onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçməsi qanunda (“İcarə haqqında” Qanun) qəti olaraq müəyyən edildiyindən və mərhumun ailəsi həmin əmlaka sahibliyi şəksiz nümayiş etdirdiyindən həmin icarə obyekti qanunun mənasına görə iddiaçının hüquqları ilə həm faktiki, həm də hüquqi olaraq yüklü olmuşdur. Odur ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən sahəsi 14,4 kv.m. qeyri-yaşayış sahəsinə dair X2 ilə bağlanmış xx.xx.2007-ci il tarixli 4975 nömrəli icarə müqaviləsinə icarəçinin xx.xx.2014-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq xitam verilməsinə dair Komitənin xx.xx.2014-cü il tarixli 351 nömrəli Sərəncamı qanunsuz əlverişsiz inzibati aktdır. Belə ki, həmin sərəncamla siyahısı həmin sərəncama əlavədə göstərilən daşınmaz dö vlət əmlak obyektlərinə dair icarə müqavilələri ləğv edilmiş, həmin əlavədə digərləri ilə yanaşı, qeyd edilən daşınmaz əmlak obyekti barədə də məlumat vardır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-183/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya mə hkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Üçüncü şəxs X4 Təbriz oğlu həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən, sahəsi 14,4 kv. m olan qeyri-yaşayış sahəsi xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının mərhum atası X1 müddətli icarəsinə verilmişdir. İddiaçının atası icarəçi Rüstəm Gözəlovun vəfatından sonra tərəflər arasında bağlanmış icarə müqaviləsinə Əmlak Məsələləri Dövlət Komitəsinin 20 noyabr 2014-cü il tarixli, 351 nömrəli sərəncamı ilə xitam verilmişdir. Rüstəm Gözəlovun vəfatından sonra nə iddiaçı, nə də onun vərəsələrindən hər hansı biri tərəfindən icarə hüquq münasibətlərinin davam etdirilməsi ilə bağlı Komitəyə hər hansı müraciət olunmamış, mərhumun vərəsələrindən hər hansı biri ilə icarə müqaviləsi bağlanılmamışdır. Daha sonra qeyd edilən qeyri-yaşayış obyektinin özəlləşdirilməsi həyata keçirilmiş və həmin əmlak xx.xx.2019-cu il tarixində keçirilmiş hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə Sultan-Əhmədi Fariz Təbriz oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4291 saylı alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən özəlləşdirilmişdir.
17. Eyni zamanda, apellyasiya məhkəməsi Xidmət tərəfindən apellyasiya şikayətində irəli sürülmüş dəlillərə hər hansı əhəmiyyət vermədən iddiaçının hazırkı iddia üzrə subyektiv hüquqa malik olduğunu qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsi iddiaçının hazırkı iddianı irəli sürülməsi ilə bağlı subyektiv hüququnu əsaslandırmaq üçün 2 saylı BakıAsan Xidmət Mərkəzində notariat kontorunda xx.xx.2019-cu il tarixdə açılmış vərəsəlik işinə əsaslanmışdır. Bununla bağlı bildiririk ki, qeyd olunan vərəsəlik işi İddiaçı mərhum atası Rüstəm Gözəlovdan deyil, anası Taisiya Gözəlovadan miras qalmış əmlaka dair açılmışdır.
18. Belə ki, məhkəmə nəzər ə almamışdır ki, qeyd olunan vərəsəlik işi açılan zaman mübahisə predmeti olan əmlakın özəlləşdirilməsi barədə Komitə tərəfindən 09 sentyabr 2016-cı il tarixdə, 115 nömrəli sərəncam verilmiş və həmin əmlak X4 Təbriz oğlu tərəfindən özəlləşdirilərək xüsusi mülkiyyətinə keçmişdir. Həmçinin həmin əmlaka dair iddiaçının anası Taisiya Gözəlova ilə Komitə arasında hər hansı icarə müqaviləsi bağlanmadığından, həmin əmlak üzərində icarə hüququ Taisiya Gözəlovadan qalmış miras aktivinə daxil edilə bilməzdi.
19. Qeyd edir ki, mübahisəli əmlaka dair Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı və ya onun vərəsəsi olduğu şəxs arasında hər hansı icarə müqaviləsi bağlanmamış, əmlakın özəlləşdirilməsi ilə bağlı Xidmət tərəfindən sərəncam qəbul olunan zaman həmin sahə üzərində iddiaçının və onun vərəsəsi o lduğu Taisiya Gözəlovanın hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır.
20. Həmçinin qeyd edir ki, hazırkı iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı iddiasında sərəncamın qanunsuz hesab edilməsini tələb etsə də, əslində tələbin mahiyyəti inzibati aktın ləğv edilməsi ilə bağlıdır. Belə ki, iddiaçı icarə müqaviləsinin bərpa edilməsi məqsədilə Komitəsinin 20 noyabr 2014-cü il tarixli, 351 nömrəli sərəncamının ləğv edilməsini xahiş edir.
21. Belə ki, hazırkı halda iddiaçı “tanınma haqqında iddia” irəli sürməklə məhz mübahisələndirmə haqqında iddia növü üçün nəzərdə tutulmuş mümkünlük şərtlərindən (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin iddia müddətinə aid tələbi) yayınmaq məqsədi güdmüşdür. Belə olan halda hesab edirik ki, iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin 20 noyabr 2014-cü il tarixli, 351 nömrəli sərəncamının mübahisələndirilməsi ilə əlaqədar müddəti ötürdüyündən, həmçinin Rüstəm Gözəlovun vəfatından sonra nə iddiaçı, nə də onun vərəsələrindən hər hansı biri tərəfindən icarə hüquq münasibətlərinin davam etdirilməsi ilə bağlı Komitəyə hər hansı müraciət olunmadığından iddiaçının hazırkı tələbi əsassız hesab edilməlidir.
22. Üçüncü şəxs X4 Təbriz oğlunun kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı iddiasında sərəncamın qanunsuz hesab məqsədilə Komitəsinin 20 noyabr 2014-cü il tarixli, 351 nömrəli sərəncamının ləğv edilməsini xahiş edir. Məhz bu səbəbdən hesab edirəm ki, iddiaçı hər hansı əsas olmadan “dövlət əmlakının icarəyə verilməsi haqqında” icarə müqaviləsinə xitam verilməsinə dair Komitənin xx.xx.2014-cü il tarixli, 351 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini tələb etməsi və bu barədə iddianın təmin edilməsinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-3234/2023 nömrəli qərarı qanunun və prosessual normaların tələblərinə tam ziddir.
23. Eyni zamanda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin maddənin 2- ci hissəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Hazırkı halda iddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 65-ci və 67-ci maddələrinin tələblərini nəzərə alaraq Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 351 nömrəli sərəncamının qanunsuz hesab edilməsini deyil, ləğv edilməsini formal olaraq məhkəmədən xahiş etmək hüququna malikdir. Lakin tələb bu formada irəli sürüləcəyi təqdirdə də, həm yuxarıda qeyd edilən hallara görə, həm də iddia müddəti ötürüldüyünə görə təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə icarə müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən sərəncamdan xə bərsiz olması qeyd edilsə də, bu əsassızdır.
24. Bu baxımdan hesab edir ki, cavabdeh ƏMDX haqlı olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 67-ci maddəsinə istinad edərək əsaslandırdığı kimi iddiaçı mövcud halda öz tələbinə mübahisələndirmə haqqında iddia ilə nail olmaq imkanı olduğu halda, həmin məqsədə müəyyən etmə haqqında iddia ilə nail olmaq istəməsi subsidiarlıq tələbinə əsasən yolverilməzdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Belə ki, hazırkı halda iddiaçı “tanınma haqqında iddia” irəli sürməklə məhz mübahisələndirmə haqqında iddia növü üçün nəzərdə tutulmu ş mümkünlük şərtlərindən (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin iddia müddətinə aid tələbi) yayınmaq məqsədi güdmüşdür. Belə olan halda hesab edirik ki, iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin 20 noyabr 2014- cü il tarixli, 351 nömrəli sərəncamının mübahisələndirilməsi ilə əlaqədar müddəti ötürdüyündən, həmçinin Rüstəm Gözəlovun vəfatından sonra nə iddiaçı, nə də onun vərəsələrindən hər hansı biri tərəfindən icarə hüquq münasibətlərinin davam etdirilməsi ilə bağlı Komitəyə hər hansı müraciət olunmadığından iddiaçının hazırkı tələbi əsassız hesab edilməlidir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin iddianın mahiyyətinə deyil, növünə əsaslanmaqla hazırkı iddia növü üçün müddət müəyyən edilməməsi barədə mövqeyi tamamilə əsassızdır. b) Kassasiya şikayətlərinə qarşı etir azın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, 3-cü şəxs tərəfindən verilən kassasiya şikayəti əsassızdır. Belə ki, iş materiallarından görünür ki, sözügedən qeyri-yaşayış sahəsi onun yaşadığı mənzilin altında yerləşir və uzun müddət onun istifadəsində olub və orada onun öz vəsaiti hesabına təmir işləri aparılıb və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi iddianı təmin ediblər və iş materiallarında kifayət qədər sübutlar var.
26. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Akif İsgəndərovun icraatında olan 2(102)-8241 /2019 №-li işdə eyni xarakterli tələb təmin olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQU
27. İnzibati Pros essual Məcəllə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hədd ində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır.
31. Belə ki, İnzibati Prosessual Məcəllənin 12-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri i lə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
32. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunver icilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
33. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərd ə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.
34. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
35. Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
36. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə, hazırkı mübahisə üzrə qeyd edilməlidir ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçi lər döngəsi 3 ünvanında yerləşən, sahəsi 14,4 kv. m olan qeyri-yaşayış sahəsi xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının mərhum atası X1 müddətli icarəsinə verilmişdir. İddiaçının atası icarəçi Rüstəm Gözəlovun vəfatından sonra tərəflər arasında bağlanmış icarə müqaviləsinə Əmlak Məsələləri Dövlət Komitəsinin 20 noyabr 2014-cü il tarixli, 351 nömrəli sərəncamı ilə xitam verilmişdir.
37. Belə ki, Rüstəm Gözəlovun vəfatından sonra nə iddiaçı, nə də onun vərəsələrindən hər hansı biri tərəfindən icarə hüquq münasibətlərinin davam etdirilməsi ilə bağlı Komitəyə hər hansı müraciət olunmamış, mərhumun vərəsələrindən hər hansı biri ilə icarə müqaviləsi bağlanılmamışdır.
38. Qeyd edilməlidir ki, mübahisə predmeti olan əmlakın özəlləşdirilməsi barədə Komitə tərəfindən 09 sentyabr 2016-cı il tarixdə, 115 nömrəli sərəncam verilmiş və həmin əmlak X4 Təbriz oğlu tərəfindən özəlləşdirilərək xüsusi mülkiyyətinə keçmişdir. Həmin əmlak xx.xx.2019-cu il tarixində keçirilmiş hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə Sultan-Əhmədi Fariz Təbriz oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4291 saylı alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən özəlləşdirilmişdir.
39. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2019-cu ildə alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsinə dair Xətai Rayon Məhkəməsində iddia tələbi qaldırmış və müvafiq məhkəmə aktları qəbul edilmişdir. Ali Məhkəmənin müvafiq qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixdə qətnamə qəbul edilərək cavabdeh Sultan-Ə hmədi Fariz Təbriz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(011)-6087/2019 nömrəli qətnaməsi ləğv edilərək İddiaçı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsinə” dair iddia tələbləri rədd edilmişdir.
40. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi də rəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
41. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçının hüquqi marağı icarə müqaviləsinin bərpa edilməsi məqsədilə Komitənin 20 noyabr 2014-cü il tarixli, 351 nömrəli sərəncamını mübahisələndirir.
42. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.
43. Göründüyü kimi, iddiaçının mübahisələndirilən sərəncamdan ən azı xx.xx.2019cu il tarixdə (qətnamə tarixi) məlumatlı olması iş materialları ilə öz təsdiqini tapmışdır. Odur ki, iddiaçı qəbul edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 20 noyabr 2014-cü il tarixli, 351 nömrəli sərəncamının mübahisələndirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilən müddəti ötürmüşdür.
44. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
45. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş z aman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı neqativ nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
46. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və üçüncü şəxsin kassasiya şikay ətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 21(103)-183/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.