Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1433/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: meşə fonduna aid torpaq sahəsinin xüsusi mülkiyyətə verilə bilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2-1(105)-8/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şamaxı rayonu Məlhəm Bələdiyyəsinin 12 may 2005-ci il tarixli, 5 nömrəli və 03 iyun 2005-ci il tarixli, 7 nömrəli iclas qərarları ilə İliç adına kolxozun balansında olmuş, torpaq islahatı zamanı Məlhəm Bələdiyyəsinin mülkiyyətinə verilmiş müvafiq olaraq 2,00 ha torpaq sahəsinin tikinti, 17,5 ha torpaq sahəsinin yaşıllaşdırma məqsədi ilə (ümumilikdə 19,5 ha), 10,00 ha torpaq sahəsinin yaşıllaşdırma məqsədi ilə İddiaçı satılması qərara alınmışdır.
2. Məlhəm Bələdiyyəsinin sözügedən qərarları ilə iddiaçıya ayrılmış 29,5 ha torpaq sahəsinə dair onun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən JN-0698 seriyalı KOD 41017028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.
3. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Şamaxı rayonu, Məlhəm kəndində 29,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzər inə qoyulmasını xahiş etmişdir.
4. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi 02 fevral 2022-ci il tarixli məktubla iddiaçının müraciətinin icrasından imtina edərək bilirmişdir ki, torpaq sahəsinin koordinatları JN-698, KOD 41017028 nömrəli dövlət aktı üzrə eynidir, lakin həmin 29,5 ha torpaq sahəsinin 2,5 ha hissəsi JN-193 nömrəli dövlət aktına əsasən digər mülkiyyətçiyə məxsus pay torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsi bələdiyyə tərəfindən satılmasına baxmayaraq, elektron baza xəritəsində dövlət meşə fonduna aid edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reye stri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 22 iyun 2005-ci il tarixdə verilmiş JN-0698 seriyalı KOD 41017028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə qeydiyyata alınmış 29,5 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında Şamaxı rayonu Məlhəm bələdiyyəsinin 12 may və 03 iyun 2005-ci il tarixli qərarları ilə ona 19,5 ha və 10 ha torpaq sahələrinin alq-satqı qaydasında satılması qərara alınmışdır. Torpaq sahələrinin normativ qiyməti müəyyən edilərək DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən satılması nəzərdə tutulmuş ümumilikdə 29,5 ha torpaq sahəsinin Məlhəm Bələdiyyəsinin mülkiyyətinə aid olması və alqı-satqı predmetinin olması, habelə iddiaçıya satılmasının qanunauyğunluğu barədə rəylər verildikdən sonra Məlhəm bələdiyyəsi, DTXK-nin Şamaxı rayon şöbəsi ilə aralarında üçtərəfli “Torpaqların alqı-satqısına dair” aktlar imzalanmışdır. Bundan sonra iddiaçının adına 29,5 ha torpaq sahəsinə dair 22 iyun 2005-ci il tarixdə JN0698 seriyalı KOD 41017028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, cavabdeh ərizənin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Məlhəm bələdiyyəsinin qərarları, DTXK-nin Şamaxı rayon şöbəsinin rəyləri, həmçinin, “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi göstərilməsinə baxmayaraq cavabdeh elektron baza xəritəsində dövlət meşə fondu torpaqlarına aid olduğunu bildirir. Halbuki, torpaq sahəsinə dair sənədlərə diqqət yetirildikdə müəyyən olunur ki, həmin ərazi meyvə bağı və baxımsızlıqdan yararsız vəziyyətə düşərək kolluqdan ibarət bələdiyyə torpaqlarıdır. Habelə, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət tərəfindən tanınaraq qeydiyyata alınmış və ona JN-0698 seriyalı KOD 41017028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir.
7. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz təqdim etmiş dir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.
8. Daha sonra iddiaçı tələbinin həcmini azaldaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 22 iyun 2005-ci il tarixdə verilmiş JN-0698 seriyalı KOD 41017028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə qeydiyyata alınmış 29,5 ha torpaq sahəsinin 27,0 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş, məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1(118)-1175/2022 nömrəli qərarı ilə (hakim X7) iddia tələbi təmin edilmiş, DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş JN-0698 KOD 41017028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında iddiaçıya məxsus 29,5 ha torpaq sahəsinin 27,0 ha hissəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsinin meşə fonduna aid olmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin özünün etirazında bildirdiyi kimi iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsi başqa şəxsə pay torpağı kimi ayrılmış, həmin şəxs dövlət aktı əsasında ona məxsus torpaq sahəsinin bir hissəsini alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmiş, qalan 5.03 ha hissəsi ona yenidən dövlət aktı verilmişdir. Məhkəmə hesab edir ki, həmin torpaq sahəsi meşə fonduna aid olmuş olsa idi, pay torpağı kimi vətəndaşa ayrıla bilməzdi.
11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-8/2024 nömrəli iş üzrə 18 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X8) apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1(118)-1175/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının torpaq sahəsi ü zərində hüququnun qeydə alınması üçün istinad etdiyi bələdiyyə qərarları səlahiyyəti olmayan orqan tərəfindən qəbul edildiyindən qərarlar və qərar əsasında verilmiş JN-0698 seriyalı KOD 41017028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz. Eyni zamanda kollegiya xüsusi olaraq qeyd edir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan meşə fondu torpaqlarına aiddir və bu kateqoriyadan olan torpaqların özəlləşdirilməsinə ümumiyyətlə yol verilmir.
14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
16. Bildirilmişdir ki, iddiaçı torpaq dövlət aktı əsasında ayrılmışdır. Həmin dövlət aktı ləğv edilmədiyindən, hər hansı səbəbdən geri qaytarılmadığından, başqa sözlə qüvvədə olduğundan iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzər ində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir;... Maddə
9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır:... 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə
31. Meşə fond u torpaqları
1. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir.
2. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir.
3. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər.
4. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə oduncaq və digər meşə materialları tədarük edən və ya başqa i şlər görən (binalar və digər qurğuların tikilməsi, yolların salınması, elektrik xətlərin çəkilməsi və i.a.) müəssisələrin, idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir.
5. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir.
6. Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər.
7. Meşə fondu torpaqları ilə həmsərhəd torpaqların istifadəçiləri öz torpaq sahələrində meşələrin yanğından və digər fəlakətdən mühafizə edən tədbirlər görməlidirlər.
8. Meşəsi olmayan və meşəsi az olan rayonlarda meşə salmaq, dərə və yarğanların böyüməsinin qarşısını almaq, qoruyucu meşə zolaqları salmaq, şəhərlərin və sənaye mərkəzlərinin ətrafında yaşıllıq zonaları yaratmaq məqsədilə meşə fondu torpaqlarının tərkibinə müəyyən olunmuş qaydada, başqa təyinatlı torpaqlar, ilk növbədə kənd təsərrüfatına yararsız və ya az yararlı yerlərdən torpaqlar verilə bilər.
9. Meşə fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının Meşə Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Maddə
46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir:... meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla);
20. Azərbaycan Respublikasının Meşə Məcəlləsi: Maddə
1. Əsas anlayışlar Bu Məcəllədə işlə dilən əsas anlayışlar aşağıdakılardır: meşə — bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti; meşə fondu sahələri — meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri; Maddə
6. Meşə fondu, meşə fondunun torpaqları və sahələri Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. Meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir. Torpaqların meşə fonduna daxil edilməsi və oradan çıxarıl ması Azərbaycan Respublikasının meşə qanunvericiliyi və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə
14. Meşə fondu sahələrindən istifadə hüququ Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normalar ı tətbiq edilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayət də fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən kassasiya şikayəti verilməsində məqsəd torpaq sahəsi üzərində mülkiyyəti hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir.
27. Apellyasiya instansiya məhkəməsinin qərarından da göründüyü kimi məhkəmə iddia tələbinin rədd edilməsi nəticəsinə gələrkən iddiaçıya torpaq sahəsinin səlahiyyətli olmayan inzibati orqan tərəfindən ayrıldığını bildirmiş, eyni zamanda ayrılmış torpaq sahəsinin meşə fondu torpaqlarına aid olduğunu və bu əsasla iddiaçının mülkiyyət hüququnun təsdiq edilməsinin yol verilməzliyini qeyd etmişdir.
28. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərə-mütəxəssis və ekspertiza rəylərinə, kadastr məlumatlarına əsaslanaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi barədə nəticəyə gələrkən qanunvericiliyin müddəalarını düzgün tətbiq etmişdir.
29. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli 27 ha torpaq sahəsinin yerləşdiyi Şamaxı rayonu, Çuxuryurd təsərrüfatının ərazisindən 571 ha olmaqla, rayon ərazisindən ümumilikdə 2446 ha meşə ilə örtülü torpaq sahəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 7 iyul 1998-ci il tarixli, 118s nömrəli sərəncamına müvafiq olaraq 1997-1998-ci illərdə dövlət meşə fonduna ayrılmışdır.
30. Belə ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində Şamaxı rayonu, Məlhəm kəndinə aid DWJ məlumatlarında iddiaçıya məxsus JN-698 KOD 41017028 nömrəli Dövlət aktında göstərilən 29,50 ha torpaq sahəsinin 27,0 ha hissəsinin dövlət mülkiyyətinə aid meşə fondu torpaqları ilə üst-üstə düşdüyü, “Azərbaycan Respublikasında X2 X5nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış Şamaxı rayonu Məlhəm kəndinin elektron uçot xəritəsində isə həmin 29,50 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (biçənək) torpaqlar kimi işləndiyi göstərilsə də, məhkəmənin təkrar sorğusu nəticəsində cavabdeh 26 iyul 2023-cü il tarixli məktubu ilə elektron baza məlumatlarına (DWJ məlumatları – torpaq islahatının nəticələrini özündə əks etdirən xəritə) əsasən sözügedən 29,50 ha torpaq sahəsinin 27,0 ha hissəsinin dövlət mülkiyyətinə aid meşə fondu torpaqları ilə üstüstə düşdüyü qeyd edilmişdir.
31. Həmçinin, "xxxx" MMC-in iş materiallarında olan 17 mart 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 29,50 ha torpaq sahəsinin 27,0 hissəsinin elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətində olan meşə fondu torpaqları ilə üst-üstə düşür. Oxşar məzmunlu məktub Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən də apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir.
32. Bundan əlavə apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ekologi ya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 25 iyul 2023-cü il tarixli, 3-14-27/2-285/2023 nömrəli məktubundan və sorğuya cavaba əlavə edilən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 və X1 meşəbəyliyinin meşə ərazilərinin 2004-cü il tarixli planından görünür ki, həmin 29,50 ha torpaq sahəsi meşə fonduna aid olmaqla, Dədəgünəş meşəbəyliyinin 18-ci kvartalının ərazisidir, İN yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Meşələrin İnkişafı Xidməti arasında bağlanmış müqaviləyə əsasən təqdim edilmiş elektron baza məlumatlarında da sözügedən 29,50 ha torpaq sahəsi meşə fondu torpağı kimi göstərilmişdir.
33. Həmçinin apellyasiya instansiya məhkəməsinin “X2 X5” (TEKUİS) və DWJ məlumatlarına əsasən mübahisəli torpaq sahəsinə dair elektron xəritədən çıxarışın təqdim edilmə si ilə bağlı sorğusuna cavab olaraq cavabdeh orqanın 12 oktyabr 2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, torpaq sahəsinin koordinatları DWJ və TEKUİS məlumatlarına əsasən eynilik təşkil edir. Eləcə də, 03 noyabr 2023-cü il tarixli apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında mütəxəssis qismində iştirak edən üçüncü şəxs Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi məhkəmə iclasında izahatında mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 1998-ci il tarixli, 118s nömrəli sərəncamına əsasən meşə fonduna verilmiş Çuxuryurd təsərrüfatının 571 ha torpaq sahəsinin daxilində olduğunu, yəni bələdiyyə mülkiyyətində olmadığını bildirmişdir.
34. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, hazırkı torpaq sahəsinin iddiaçıya məxsus olması barədə D övlət Aktı mövcuddur.
35. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində mübahisələndirilən bu hal da apellyasiya instansiya məhkəməsi tərəfindən hərtərəfli şəkildə təhlil edilmişdir. Belə ki, bu məqsədlə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmişdir.
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 15 oktyabr 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, Dövlət Aktında göstərilən 29,5 ha torpaq sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 1998-ci il tarixli, 118s nömrəli sərəncamına əsasən 1997-1998-ci illərdə dövlət meşə fonduna daxil edilən torpaq sahələrinə aid olmaqla, 6 saylı (İsmayıllı) X6 Mərkəzinin Şamaxı inzibati rayonunun hüdudları daxilində dövlət meşə fondu olm aqla, Dədəgünəş meşəbəyliyinin 18-ci kvartalının ərazisidir.
37. Beləliklə, iş materiallarına olan sübutların məcmusu ilə müəyyən edildi ki, mübahisəli 27 ha torpaq sahəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 1998-ci il tarixli, 118s nömrəli sərəncamına əsasən 1997-1998-ci illərdə dövlət meşə fonduna daxil edilən Çuxuryurd təsərrüfatının 571 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdir. Göründüyü kimi həmin torpaq sahəsi 1997-1998-ci illərdən bəri bələdiyyə mülkiyyəti olmamış, torpaq sahəsinin iddiaçıya ayrılmasına dair Məlhəm bələdiyyəsinin qərarlarının qəbul edildiyi 2005-ci ildə və hal-hazırda da meşə fonduna aid dövlət mülkiyyətində olan torpaq sahəsi olmuşdur. 38. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə görə, dövlət mülkiyyətində olan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla, qalan torpaqlar ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları bələdiyyə mülkiyyətinə verilir. İddiaçının təqdim etdiyi bələdiyyə qərarlarında göstərilən torpaq sahəsi bu qərarların qəbul edildiyi dövrdə və hal-hazırda bələdiyyə mülkiyyətinə aid deyil, dövlət mülkiyyətinə aid torpaq sahəsi olmuşdur ki, bələdiyyə tərəfindən həmin torpaq sahəsi barəsində sərəncam verilə bilməzdi.
39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün istinad etdiyi bələdiyyə qərarları səlahiyyəti olmayan orqan tərəfindən qəbul edildiyindən qərarlar və qərar əsasında verilmiş JN-0698 seriyalı KOD 41017028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” D övlət Aktı mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz.
40. Eyni zamanda qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan meşə fondu torpaqlarına aiddir və bu kateqoriyadan olan torpaqların özəlləşdirilməsinə ümumiyyətlə yol verilmir. Belə ki, Torpaq Məcəlləsinin 31-ci maddəsinin 2-ci və 5-ci bəndlərinə əsasən meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir.
41. Həmçinin, Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövl ətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. 42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli Plenum qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
43. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçının tələbi yuxarıda qeyd edilən qanunvericiliyin müddəalarına uyğun gəlmir.
44. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
45. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2-1(105)-8/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.