Məhkəmə qərarları › İş №2-1(102)-1434/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1434/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1434/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayətin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdeh orqanın xx.xx.2021-ci il tarixli imtinasının əsassız hesab edilməsi və ailəsinə ünvanlı sosial yardımın təyin ed ilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)145/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Şəki İnzibati Məhkəməsinin (hakim F.S.İsmayılzadə) 2-1(116)-802/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdehin xx.xx.2021-ci il tarixli imtinasının əsassız hesab edilməsi, iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

2. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təm in edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev sədrlik edən və məruzəçi, V.İ.Məlikov və G.İ.Cavadova) 2-1(107)-145/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-802/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

5. Cavabdeh daha sonra Ali Məhkəməyə ərizə təqdim edərək, kassasiya şikayətinin baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. İnzibati Prosessual Məcəllə: Maddə

97. Kassasiya şikayətinin ger i götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.... 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Cavabdeh məhkəmə kollegiyasına təqdim etdiyi ərizədə kassasiya şikayətindən imtina etdiyini və şikayətin baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etmişdir.

8. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 6-cı bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından cavabdehin kassasiya şikayətindən imtina etməsi barədə ərizə təmin edilməli, onun şikayəti üzrə kassasiya icraatına xitam verilməlidir.

9. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA AL Dİ: Cavabdehin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şikayəti üzrə başlanılmış kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar