Məhkəmə qərarları › İş №2-1(102)-1434/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1434/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1434/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsinə hüququn ölmüş şəxsə məxsus olması, işin hallarının araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı oğlunun cavabdeh Azərbayca n Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3210/2023 saylı iş üzrə 21 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamentinin X7 və İstismarı Birliyi ilə X8 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 33766 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Xaşa-Xuna ərazisində 0.12 hektar torpaq sahəsi olan 255B saylı bağ 10 il müddətinə T.Şahbazova istifadəyə verilmişdir. Müqavilənin ikinci bəndində qeyd edilmişdir ki, bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır və istifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqavilə yeni müddətə artırılır.

2. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli Sərəncamı ilə X4 Xaşa-Xuna yaşayış massivi, 255B saylı bağ sahəsində istifadəsində olan 60 kv.m.-lik mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilmişdir.

3. X2 yeni iki mərtəbəli yaşayış evinin tikintisinə icazə verilməsi ilə bağlı müraciəti əsasında Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli məktubu ilə 255B saylı bağ sahəsində tikinti işlərinin apar ılması razılaşdırılmışdır.

4. X8 xx.xx.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 255B saylı bağ sahəsi üzərində hüququnun qeydiyyata alınmasını xahiş etmişdir.

5. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, göstərilən sahə və sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar edilməmişdir, həmin sahə Abşeron ərazisindən verilmiş digər şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşür, göstərilən sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına aiddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat

6. X8 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın veri lməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi onun və ailə üzvlərinin faktiki istifadəsindədir. Həmçinin, torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlər də mövcuddur. Odur ki, cavabdehin imtinası qanunsuz sayılmaqla, iddia təmin edilməlidir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin imtina məktubunda göstərilənlər təşkil edir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X21) 19 noyabr 2019-cu il tarixli, 2-1(82)-171/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, X2 Bakı şəhəri, Xaşa-Xuna bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 255 b saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyul muşdur.

10. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisindəki, 255 B saylı bağ sahəsinə dair iddiaçının təqdim etdiyi 14 dekabr 2004-cü il tarixli 33766 nömrəli bağın istifadəyə verilməsi barədə müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas kimi müəyyən edilmiş və həmin müqavilə ondakı qeydlər (məlumatlar) həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Belə olan halda “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən iddiaçı X8 Bakı şəhəri, Xəzər rayonu, xaşa-Xuna bağ massivi, 255B saylı bağın yerləşdiyi 1.200 kv.m torpaq sahəsinə mülkiyyət hüququ əldə etmiş, cavabdeh inzibati orqan isə formal mülahizələrə əsaslanaraq iddiaç ının qaldırdığı məsələnin həllindən imtina etmişdir. Belə ki, cavabdehin imtinası üzrə gətirdiyi dəlillər hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz.

11. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X18 (məruzəçi), X22 və X16) 4 avqust 2020-ci il tarixli, 2-1(103)-769/2020 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçının iddia tələbinin əsasını təşkil edən sənədlərdə mövcud olan ziddiyyətlərin araşdırılması məqsədi ilə iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. c. birinci instansiya məhkəməsində ikinci icraat

14. X11 ərizə ilə məhkəməyə müraciət edərək atası X8 xx.xx.2022-ci ildə vəfat etdiyindən onu yeni iddiaçı kimi prosesə cəlb edilməsini xahiş etmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli protokol qərardadı ilə iddiaçı X8 yeni iddiaçı X11 ilə əvəz edilmişdir.

16. Daha sonra iddiaçı X12 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək atasına ayrılmış həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı yaranmış zəruriyyətlə əlaqədar torpaq sahəsinin mərhum atasına məxsus olmasına dair arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

17. Bakı İnzibat i Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(112)-433/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

18. Bakı İnzibati Məhkəməsinin (hakim X9) 07 aprel 2022-ci il tarixli, 2-1(112)-433/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisində 0.12 ha torpaq sahəsinin göstərildiyi 33766 saylı müqavilə əsasında 255B saylı bağ sahəsinə dair hüquqların iddiaçının mərhum atası X4 məxsus olması barədə iddiaçı X5 adına arayış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən, bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahə sinin başqa şəxsin sahəsi ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 6-cı bəndi və "xxxx" ASC-nin çıxarış verilməsinə etiraz etməməsi nəzərə alındıqda, iddianın təmin edilməsi mümkündür.

20. Cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. d. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 21(103)-2661/2022 nömrəli qərarı ilə (hakimlər X19 (məruzəçi), X10 və X28) birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir və cavabdehin istinad etdiyi uyğunsuzluq (torpaq sahəsinin faktiki 1091 kv.m. təşkil etməsi) iddiaçının iradəsindən asılı olan hal deyildir. Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması və reyestrin dəqiqliyinin təmin edilməsi cavabdehin öhdəliyidir.

23. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. e. kassasiya instansiyası məhkəməsində birinci icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 2-1(102)-1005/2023 saylı qərarı ilə (hakimlər X3 (məruzəçi), X13 və X23) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2022-ci il tarixli, 2-1(103)-2661/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin obyektiv araşdırılması prinsipinin tələbləri pozulmuş, sübutlar tam və hərtərəfli araşdırılmamışdır. f. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-1(103)-3210/2023 nömrəli qərarı ilə (hakimlər X24 (məruzəçi), X20 və X6) birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçının iddia tələbi təmin edilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi q eyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda bunları etməmiş, iddiaçının təqdim etdiyi sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə uyğun olması əsası ilə iddianı təmin edərək icra edilmək keyfiyyətinə malik olmayan əsassız qərar qəbul etmişdir.

28. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

29. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə, Mülki Məcəllənin 139-cu maddəsinə istina d edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.

30. Kassator bildirmişdir ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Abadlaşdırma və X1 Departamentinin X7 və İstismarı Birliyi xx.xx.2004-cü il tarixli 33766 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna ərazisində sahəsi 0,12 ha olan 255B saylı bağ iddiaçının atası X4 10 il müddətinə istifadəyə verib. Cavabdeh bağ sahəsinin sxematik xəritədə aşkar edilmədiyini, Abşeron rayonunun ərazisindən verilmiş digər şəxsin mülkiyyətində olan sahə ilə üst-üstə düşdüyü, göstərilən sahənin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına aid olduğunu əsas kimi göstərərək həmin bağ sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qey də almaqdan imtina edib. Apellyasiya instansiyası məhkəməsi də hesab edib ki, iddiaçı sxematik xəritədə öz əksini tapmayan, bağlara aid torpaq sahəsindən kənarda yerləşən torpağa iddia etdiyinə görə onun iddiası təmin oluna bilməz. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İş materiallarından görünür ki, bağ sahəsi Təvəkkül Şahbazovun qanuni istifadəsində olub. İstifadənin qanuniliyi onunla X7 və İstismarı Birliyi arasında bağlanmış xx.xx. 2004-cü il tarixli 33766 №-li müqavilə ilə təsdiq edilir. Həmin müqavilənin həqiqiliyi şübhə doğurmur və arxivdə də mövcuddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə

8. Daşınmaz əmla k üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq ol araq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı bar ədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüqu qlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: M addə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənə dləri tələb edə bilər. 58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hall arda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KA SSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci madd ələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

38. İddiaçının hüquqi marağı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 276 saylı Sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamentinin X7 və İstismarı Birliyi ilə X8 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 33766 nömrəli müqaviləyə uyğun olaraq icarəyə verilmiş torpaq sahəsi üzərində hüququn mərhum atasına məxsus olması barədə arayışın verilməsi ilə bağlıdır. 39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən...bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar... mülkiyyət hüquqlarının daşınmaz əmlakı dövlət reyestrində qeydiyyatı üçün əsasdır.

40. Hazırkı işdə mötəbərliyi şübhə doğurmayan cavabdehin özü tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X1 Departamentinin X7 və İstismarı Birliyi ilə iddiaçının atası X8 arasında xx.xx.2004-cü il tarixli, 33766 nömrəli icarə müqaviləsı bağlanmışdır.

41. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən apelyasiya məhkəməsinə göndərilmiş 7 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 26 noyabr 2004-cü il tarixli 91 nömrəli sərəncamı ilə bağ sahələri ayrılan vətəndaşların siyahısında 189-cu sırada Xaşa-Xunadakı 255b nömrəli bağ X4 verilmişdir (2-ci cild, səh 76).

42. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən Xaşa-X una ərazisində yerləşən 255B saylı bağ sahəsinin sxematik xəritədə aşkar edilməməsini, mübahisəli torpaq sahəsinin yolun sol tərəfində Xaşa-Xuna ərazisində yerləşən bağlara aid torpaq sahəsində deyil, yolun əks tərəfində olmasını əsas götürmüşdür.

43. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılamayaraq öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında apelyasiya məhkəməsinin istinad etdiyi belə bir sxematik xəritə olsa da, onun kim tərəfindən tərtib edilməsi və məhkəməyə təqdim edilməsi, üzərində olan möhürün hansı quruma məxsus olması, həmçinin mötəbərliliyi məhkəmə tərəfindən araşdırılmamışdır.

45. Eyni zamanda apelyasiya instansiyası məhkəməsinin iddianın rədd olunma sı əsaslarından biri kimi mübahisəli torpaq sahəsinin yolun sol tərəfində yerləşən bağlara aid torpaq sahəsində deyil, yolun əks tərəfində yerləşməsi qeyd edilmişdir.

46. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, həqiqətən istinad edilən sxematik xəritədə (yuxarıda da qeyd edildiyi kimi məhkəmə kollegiyası hazırkı vəziyyətdə hələ ki, həmin sənədi mötəbər sənəd kimi qəbul etmir) mübahisəli torpaq sahəsinin yolun Xaşa-Xuna bağlar massivi olan hissəsində deyil, əks tərəfində yerləşdiyini görmək mümkündür (2-ci cild, səh 86-87).

47. Lakin bu halın mövcudluğu hələ iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, torpaq sahəsinin digər bağ sahələrindən kənarda yerləşməsi mülkiyyət hüququnun təsdiq edilməsindən imtina üçün əsas sayıla bilməz.

48. Bundan əlavə apelyasiya instansiyası m əhkəməsi yolun əks tərəfində, yəni iddiaçının iddia etdiyi torpaq sahəsinin Xaşa-Xuna bağlar massivi olan ərazidə deyil, digər ərazidə olması nəticəsinə gəlsə də, istifadə olunan faktiki torpaq sahəsinin, ətrafda olan torpaq sahəsinin kateqoriyası, təyinatı barədə araşdırma aparmamış, həmin ərazidə qonşu torpaq sahələrinin bağ sahələri olub olmadığını, belə bağ sahələrinin olduğu təqdirdə onlar üzərində digər fiziki və ya hüquqi şəxslərin hüquqlarının dövlət reyestrində qeydə alınıb alınmadığını müəyyən etmədən qərar qəbul etmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında müəyyən edilməyən hallardan biri də torpaq sahəsinin naturada yerləşmə yeri ilə bağlıdır. Belə ki, cavabdehin təqdim etdiyi arxiv sənədlərində Birliyin mühəndisinin tərtib etdiyi akta görə iddiaçının isti fadə etdiyi 255B saylı bağ Xaşa-Xuna bağ massivində yerləşir (2-ci cild, səh. 62), Cavabdehin arxiv sənədlərində həmçinin mühəndisin 255B saylı bağa aid tərtib və təsdiq etdiyi sxem mövcuddur. Sxemdə də bağın olduğu yer Xaşa-Xuna göstərilmişdir (2-ci cild, səh.63).

50. İşdə olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının 3 aprel 2017-ci il tarixli məktubunda Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində iddiaçıya ayrılmış 1200 kv.m torpaq sahəsindən ibarət 255B saylı bağ sahəsində Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun təqdim etdiyi memarlıq-planlaşdırma bölməsinin rayon icra hakimiyyətində razılaşdırıldığı bildirilmişdir (1-ci cild, səh.24).

51. Apellyasiya məhkəməsinin əldə etdiyi işin 2-ci cild 70-ci səhifəsində olan Başı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin 8 sen tyabr 2023-cü il tarixli məktubunda Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 255B saylı bağ sahəsinin Xəzər rayonunun inzibati ərazisinə aid olduğu qeyd edilmişdir.

52. Beləliklə, işdə və yuxarıda qeyd edilən bütün halları ümumiləşdirməklə məhkəmə kollegiyası hesab edir ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması məqsədi ilə aşağıdakı məsələlər apelyasiya məhkəməsi tərəfindən araşdırılmalıdır: iddiaçının istifadəsində olan torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsi iddiaçının istifadəsində olan torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi torpaq sahəsinin naturada yerləşmə yerinin müəyyən edilməsi (arxiv sənədlərində Birliyin mühəndislərinin tərtib etdiyi akta və sxemə görə iddiaçının istifadə etdiyi 255B saylı bağ Xaşa-Xuna bağ massivində yerləşir, sxematik xəritəyə görə isə həmin massivdə yerləşmir) mübahisəli torpaq sahəsi ilə qonşuluqda olan digər torpaq, bağ sahələrinin mövcud olması, belə torpaq, bağ sahələri varsa, onların təyinatı, kateqoriyası, reyestrdə qeydə alınıb alınmadığı və əgər hüquq qeydə alınmışsa, hansı ilkin hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyat aparıldığı müəyyən edilməli sxematik xəritənin hansı orqan tərəfindən tərtib, təqdim edilməsi və mötəbərliyi faktiki istifadədə olan torpaq sahəsinə münasibətdə iddianın mümkünlüyü

53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, əlavə araşdırmaya zərurət y arandığından iddianın təmin edilməsi hissəsində şikayət təmin edilməməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 21(103)-3210/2023 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar