Məhkəmə qərarları › İş №2-1(102)-1435/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1435/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1435/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: artıq ödənilmiş pensiyanın geri qaytarılmasının qanunsuz hesab edilməsi, pensiya hesablanarkən nəzərə alınmayan dövrün sığorta stajına daxil edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.xxxx il təvəllüd lü, FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin əmək pensiyasının geri qaytarılması barədə məktubunun və 12 may 2021-ci il tarixli qərarının qanunsuz hesab edilməsi, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli, 2-1(103)-514/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 19 mart 2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında Qərarına” əsasən iddiaçıya 19 yanvar 2019-cu ildə yaşa görə 278,89 manat əmək pensiyası təyin edilmiş, 1 yanvar 2020-ci ildə pensiyası artırılaraq 325,18 manat müəyyən edilmiş, 1 yanvar 2021-ci ildə isə onun pensiyası artırılaraq 362,25 manat olmuşdur. Lakin 19 mart 2021-ci il tarixdən onun pensiyasının məbləği azaldılaraq 356,88 manat təyin edilmişdir.

2. Cavabdehin iddiaçıya ünvanlanmış 6 may 2021-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, ”Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə əsasən, iddiaçıya 9 yanvar 2019-cu ildə ilkin əmək pensiyasının təyinatı aparılarkən 1 yanvar 2006-cı il tarixinə kimi 31 il 4 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 20413,13 manat pensiya kapitalı nəzərə alınaraq 325,18 manat məbləğində pensiya hesablanmışdır. İddiaçın ın 12 iyun 2020-ci il tarixli müraciəti əsasında yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı onun əmək kitabçasında qeyd olunmuş 2 avqust 1993-cü ildən 23 noyabr 1993-cü ilə qədər, 1 aprel 1994-cü ildən 17 avqust 1998-ci ilə qədər, 28 sentyabr 1998-ci ildən 27 sentyabr 2000-ci ilə qədər, 2 aprel 2002-ci ildən 2 iyul 2005-ci ilə qədər işlədiyi "xxxx" KM-nin, “UNTRA”, “Zərif Mahud”, “Tural-Ə” müəssisələrinin faktiki ünvanı və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə olunması mümkün hesab edilməmişdir. Mərkəzi filial tərəfindən “Veysəloğlu” Şirkətlər qrupuna iddiaçının 28 sentyabr 1998-ci ildən 8 dekabr 1998-ci ilə qədər və 6 aprel 1999-cu ildən 27 sentyabr 2000-ci ilə qədər işlədiyi "xxxx" SC-də olan iş stajı və almış olduğu əm ək haqqı məbləğləri barədə sorğu verilmişdir. Müvafiq cədvəllərin təqdim olunması əsasında həmin illər sığorta stajına əlavə edilmişdir və 23 il 7 ay 28 gün sığorta stajı əsasında iddiaçıya 345,99 manat əmək pensiyası təyin edilmişdir. 2 avqust 1993-cü ildən 23 noyabr 1993-cü ilə qədər, 1 aprel 1994-cü ildən 17 avqust 1998-ci ilə qədər müəssisələrin sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Əmək pensiyası yenidən hesablanan zaman iddiaçının təqdim etdiyi əyani ali təhsil haqqında diplomun surətinə əsasən iddiaçının təhsil aldığı 1 sentyabr 1971 - 30 iyun 1976-cı illər nəzərə alınmışdır. Yenidən hesablama zamanı məlum olmuşdur ki, ilkin pensiya təyinatı zamanı sığorta stajının düzgün müəyyən edilməməsi (yuxa rıda qeyd olunan təsdiqlənməyən staj illərinin daxil edilərək hesablanması nəticəsində) səbəbindən 19 yanvar 2019-cu ildən 31 mart 2021-ci ilə qədər 171,11 manat artıq ödəmə aşkar edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçıya bildirilmişdir ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19 mart 2021-ci il tarixli, 119 nömrəli qərarına əsasən, 19 yanvar 2019-cu il tarixdən 31 mart 2021-ci ilə qədər iddiaçıya ödənilmiş 171,11 manat hər ayonun əmək pensiyasından tutularaq DSMF-nin hesabına ödəniləcəkdir.

3. Cavabdehin 19 may 2021-ci il tarixli, 119 nömrəli “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarına əsasən, 19 yanvar 2019-cu ildən 31 mart 2021-ci il tarixinə qədər iddiaçıya hər ay artıq ödənilmiş 171,11 manat məbləğin hər ay onun əmək pensiyasından tutularaq DSMF-nin hesabına ödənilməsi qərara alınmışdır. Qərarda bunun əsası kimi aşağıda qeyd edilənlər göstərilmişdir: iddiaçının 1 yanvar 2006cı il tarixinə kimi 31 il 4 ay sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 20413,13 manat pensiya kapitalı nəzərə alınaraq ona 325,18 manat məbləğində pensiya hesablanmışdır. 2 avqust 1993-cü ildən 23 noyabr 1993-cü ilə qədər, 1 aprel 1994-cü ildən 17 avqust 1998-ci ilə qədər, 28 sentyabr 1998-ci ildən 27 sentyabr 2000-ci ilə qədər, 2 aprel 2002-ci ildən 2 iyul 2005-ci ilə qədər iddiaçının işlədiyi "xxxx" Kiçik Müəssisəsinin, “UNTRA”, "xxxx", “Tural-Ə” müəssisələrinin faktiki ünvanı və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə olunması mümkün hesab edilməmişdir. Mərkəzi fili al tərəfindən “Veysəloğlu” Şirkətlər qrupuna iddiaçının 28 sentyabr 1998-ci ildən 8 dekabr 1998-ci ilə qədər və 6 aprel 1999-cu ildən 27 sentyabr 2000-ci ilə qədər işlədiyi "xxxx" SC-də olan iş stajı və almış olduğu əmək haqqı məbləğləri barədə sorğu verilmişdir. Müvafiq cədvəllərin təqdim olunması əsasında həmin illər sığorta stajına əlavə edilmişdir. 2 avqust 1993-cü ildən 23 noyabr 1993-cü ilə qədər, 1 aprel 1994cü ildən 17 avqust 1998-ci ilə qədər iddiaçının işlədiyi müəssisələrin sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə edilməsi mümkün hesab edilməmişdir. Yekun olaraq əmək pensiyası təyin olunan zaman təsdiqlənməyən illərin sığorta stajına daxil edilməsi nəticəsində 19 yanvar 2019-cu ildən 31 mart 2021-ci ilə qədər 171,11 manat artıq öd əmə aşkar edilmişdir. Qərarın nəticə hissəsinə əsasən iddiaçıya 19 yanvar 2019-cu ildən 31 mart 2021-ci ilə qədər 171,11 manat artıq ödənilmiş məbləğin hər ay əmək pensiyasından tutularaq DSMF-nin hesabına ödənilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 6 may 2021-ci il tarixli, **********0 nömrəli, artıq ödənilmiş pensiyanın geri qaytarılması haqqında cavab məktubunun və 19 may 2021-ci il tarixli, 119 saylı qərarının qanunsuz hesab edilməsi, onun Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsində təhsil aldığı 1971-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayına qədər olan 4 il 9 ay təhsil müddəti 4 il 9 ay sosial sığorta stajı kimi nəzərə alın maqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin 6 iyun tarixindən 2019cu ilin iyul-dekabr və 3-9 yanvar 2020-ci il tarixinə qədər əmək haqları və istifadə olunmamış məzuniyyətlərinə görə hesablanmış kompensasiyadan tutulan 3% və işəgötürənin ayırdığı 22% məbləğləri nəzərə alınmaqla pensiya məbləğinin hesablanması haqqında DOST Mərkəzindən cavabdehə müraciət etmiş və diplomunun surətini də müraciətinə əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi üçün əlavə etmişdir. Cavab məktubunda ona bildirilmişdir ki, əmək kitabçasında olan 2 fevral 1993-cü ildən 2 iyul 2005-ci ilə qədər işlədiyi müəssisələrin faktiki ünvanı və arxiv sənədlərin in saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına əlavə olunması mümkün deyildir. 31 mart 2021-ci ildə isə cavabdeh tərəfindən göndərilən sms məktubda bildirilmişdir ki, ona pensiya təyin edilən zaman sosial sığorta stajı artıq hesablanmış və nəticədə o, artıq pensiya almışdır. 2021-ci ilin aprel ayı üçün pensiya alan zaman ona məlum olmuşdur ki, pensiyasından təqribən 40 manat tutulmuşdur. Belə ki, o, 362 manat pensiya alırdı və növbəti dəfə isə 322 manat pensiya məbləği köçürülmüşdür. Cavabdehə müraciət etdikdə, ona 6 may 2021-ci il tarixli cavab verilmişdir və 13 may 2021-ci il tarixli qərarı isə o, 20 may 2021-ci ildə almışdır. Cavabdan məlum olmuşdur ki, 1 yanvar 2006-cı ilə qədər onun sosial sığorta stajı əyani təhsil aldığı dövr 4 il 9 ay nəzərə alınaraq 23 il 7 ay 28 gün olmuşdur və 1 yanvar 2006-cı il tarixindən fərdi hesabın sığorta hissəsində 20413,13 manat pensiya kapitalı nəzərə alınaraq onun yekun pensiyası 345,99 manat hesablanmışdır. Sığorta stajı hesablanarkən "xxxx" ASC-də işlədiyi sosial sığorta stajı haqqında məlumat aşkar edilmiş və nəzərə alınmışdır. Lakin 2 avqust 1993-cü ildən 2 iyul 2005-ci illər arasında işlədiyi müəssisə və təşkilatlar sırasından "xxxx" ASC istisna olunmaqla, iş yerləri aşkar əmək kitabçasında göstərilsə də, onların faktiki ünvanları və arxivlərinin saxlandığı ünvanların aşkar edilə bilməməsi əsası ilə həmin müddətlər onun sosial sığorta stajından əsassız olaraq çıxarılmışlar.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Milli Arxiv İdarəsinin Bakı filialı "xxxx" kiçik müəssis əsinin, X1 "xxxx" İcarə Müəssisəsinin və X1 Tikinti İdarəsinin sənədlərinin mühafizə üçün Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. "xxxx" kiçik müəssisəsinin, X1 "xxxx" İcarə Müəssisəsinin və X1 Tikinti İdarəsinin arxiv sənədlərinin yeri məlum olmadığı üçün inzibati orqan tərəfindən iddiaçının həqiqətən də işləyib-işləmədiyini, əmək haqqı alıb-almadığını və əmək haqqından sosial sığorta haqlarının tutulub-tutulmamadığını yoxlamaq mümkün olmadığı üçün həmin illər onun sosial sığorta stajına daxil edilməmişdir.

7. Bakı İn zibati Məhkəməsinin 2-1(112)-3891/2021 saylı, 2 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilmiş, cavabdehin 6 may 2021-ci il tarixli, **********0 nömrəli, artıq ödənilmiş pensiyanın geri qaytarılması haqqında cavab məktubu və 19 may 2021-ci il tarixli, 119 nömrəli “Artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması haqqında” qərarı qanunsuz hesab edilmiş, iddiaçının Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakultəsində təhsil aldığı 1971-ci ilin sentyabr ayından 1976-cı ilin iyul ayına qədər olan 4 il 9 ay təhsil müddətinin 4 il 9 ay sosial sığorta stajı kimi nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıya pensiya təyin edilməsi haqqında ilkin qərarın ı ləğv edərək yeni, pensiyanın yenidən hesablanması haqqında adlandırılan, əslində isə mahiyyəti etibarı ilə yenidən pensiya təyin edilməsi barədə qərar qəbul etməklə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozmuşdur

9. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli 2-1(103)-514/2022 nömrəli qərarı ilə (hakimlər: H.Ü.Həmidov - sədrlik edən və məruzəçi, E.E.Nağıyeva və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3891/2021 saylı, 2 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Məhkəmə birinci instansiya mə hkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli 2-1(103)-514/2022 nömrəli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və 21.1-ci maddələrinin məzmununa əsasən, şəxsin işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt – işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. "xxxx" kiçik müəssisəsinin, X1 "xxxx" İcarə Müəssisəsinin və X1 Tikinti İdarəsinin arxiv sənədlərinin yeri məlum olmadığı və müəssisələrin fəaliyyəti ilə bağlı məlumat mövcud olmadığı üçün inzibati orqan tərəfindən iddiaçının həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmamadığı yoxlanıla bilmədiyi üçün həmin illər sosial sığorta stajına daxil edilməmişdir.

14. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının pensiyası hesablanarkən təhsil illəri nəzərə alınmışdır. Məhkəmə qərarında qeyd edildiyi kimi, pensiya məbləğinin azalma səbəbi təhsil illərinin nəzərə alınmaması deyil, yenidən inzibati araşdırma nəticəsində staja daxil edilməyən iş illəri dövrləridir. Məhkəmə mübahisəsi də həmin illərin deyil, məhz təhsil illərinin sosial sığorta stajına daxil edilm əsi olmuşdur. Halbuki, həmin hissədə heç bir hüquq mübahisəsi olmamışdır. Məhkəmə isə İPM-in 12-ci maddəsinin əksinə olaraq qərar qəbul edərkən həm ona təqdim edilmiş sübutları və faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, əlavə sübutlar toplamamış və prosessual müddəaların tələblərini pozmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqəd ar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın;n müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəb ul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir

18. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmi ş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüq uq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazır kı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha vurğulayır ki, hazırkı qərarın 16-cı bəndində qeyd olunan normaların məzmununa uyğun olaraq əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişləri yalnız qanunda nəzərdə tutulmuş hallarda dayandırıla bilər. Cavabdeh isə sadalanan hallardan hər hansı birinə istinad etməmiş və qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçının nəzərə alınmayan iş illəri ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçının müvafiq dövrlər üzrə iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və əmək kitabçasındakı qeydlərin həqiqətə u yğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmununa uyğun olaraq əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut etmək vəzifəsi iddiaçının üzərinə qoyula bilməz. Cavabdeh inzibati orqan isə öz hərəkətləri ilə həmin normanın tələblərini pozmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli 2-1(103)-514/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli 21(103)-514/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar