Məhkəmə qərarları › İş №2-1(102)-1435/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1435/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1435/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət hüququndan sui-istifadə, dövlət vəsaiti hesabına vəkillə təmin olunmadan imtina, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Re spublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-914/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021ci il tarixdə 2 dəfə cavabdehə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) bir inci instansiya məhkəməsindəki birinci icraat

2. Bakı İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(112)-4343/2022 nömrəli qərardadı ilə (hakim X6) iddia mümkün sayılmamışdır.

3. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. İddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi olmuş, iddiaçının bununla bağlı müraciəti cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə cavablandırılmış, cavab məktubunda göstərilmişdir ki, X1 X3 və səbəb əlaqəsi barədə xx.xx.2021-ci ildə keçirilən əyani komissiyanın müvafiq qərarına əsasən, hazırda iddiaçı "A zərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" səbəbi ilə xx.xx.2016-cı ildən beş il müddətinə ikinci dərəcə əlillik statusuna malikdir. Növbəti müayinə tarixi-xx.xx.2021-ci ildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bununla əlaqədar iddiaçı göndərişin (forma 88) tərtibi məqsədilə qeydiyyatda olduğu dövlət tibb müəssisəsinə müraciət etməlidir. İddiaçı cavabdehin bu məktubu ilə razılaşmamış, etdiyi müraciətə uyğun olaraq həmin tələblə məhkəməyə də müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2 021-ci il tarixli qərarı ilə iddiası təmin edilərək ona xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Göründüyü kimi, iddiaçı artıq cavabdehə müraciət edərkən mövcud olan hüquqi marağına uyğun iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin müraciəti təmin edilərək iş üzrə müvafiq məhkəmə qərarı da qəbul edilmişdir.

4. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilərək birinci instansiya məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2022-ci il tarixli, 21(103)-2566/2022 nömrəli qərardadı ilə (hakimlər X5 (məruzəçi), X10 və Hüseyn Aida Əli qızı) Bakı İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(112)-4343/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(102)-93/2023 nömrəli qərarı ilə (hakimlər X15 (məruzəçi), X7 və X2) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2022-ci il tarixli, 2-1(103)2566/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021ci il tarixdə cavabdehə müraciət etdiyini və həmin müraciətin cavablandırılmadığını bildirsə də, həmin müraciətini və müraciətin göndərilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş və hazırkı halda iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə mü raciət edib və həmin müraciət cavabdeh tərəfindən qəbul edilib, həmçinin iş materiallarında həmin sənədin son icra tarixi xx.xx.2021-ci il göstərilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən əsaslarla iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 21(103)-2088/2023 nömrəli qərardadı ilə (hakimlər X11 (məruzəçi), X16 və X12) Bakı İnzibati Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2-1(112)-4343/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə gönədirilmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi qeyd et mişdir ki, birinci instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etdiyini və həmin müraciətin cavablandırılmadığını bildirsə də, həmin müraciətini və müraciətin göndərilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş və hazırkı halda iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. İş materiallarından göründüyü kimi İddiaçı cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət etmiş və həmin müraciət cavabdeh tərəfindən qəbul edilərək, son icra tarixi xx.xx.2021-ci il göstərilmişdir. Belə olan halda hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. d) biri nci instansiya məhkəməsindəki ikinci icraat

12. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(112)-10801/2023 nömrəli qərardadı ilə (hakim X18) İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müraciətə yazılı cavab verilməsi və poçt vasitəsilə göndərilməsi” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin tələbinə baxmayaraq iddiaçı 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından iddia ərizəsi geri götürülmüş sayılmalıdır.

14. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəm əsində üçüncü icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 21(103)-914/2024 nömrəli qərardadı ilə (hakimlər X13 (məruzəçi), X4 və X17) Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(112)-10801/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı 01 fevral 2024-cü il tarixdə elektron ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-914/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o müharib ə əlili olduğundan müqavilə bağlamağa imkanı yoxdur.

18. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-914/2024 saylı, 13 fevral 2024-cü il tarixli qərardadı ilə (hakimlər X13 (məruzəçi), X4 və X17) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-914/2024 saylı 01 fevral 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə iddiaçı tərəfindən verilmiş ərizəni təmin etməmişdir.

19. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, elektron məhkəmə informasiya sistemi ilə müəyyən olunmuşdur ki, iddiaçının eyni iddia tələbi ilə bir neçə dəfə məhkəməyə müraciət etmiş və onun həmin iddiaları da mümkün sayılmamış, həmin işlər üzrə qəbul olunmuş məhkəmə aktlarından verdiyi şikayətlərinə baxılaraq dəyişdirilməd ən qüvvədə saxlanılmış və hər dəfə də o, həmin qərardadlardan şikayət verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, bütün bu əsassız iddialarına görə onun vəkillə təmin olunması dövlət vəsaitinin təyinatdan kənar əsasız yerə xərclənməsinə gətirib çıxarır. Bundan əlavə, onun başqa bir iş üzrə (21(103)-2581/2023) dövlət büdcəsinin vəsaiti hesabına pensiya təyin olunması barədə müvafiq müraciətinə baxılarkən, məhkəmə tərəfindən AR ƏƏSMN elektron informasiya sistemi “X28 Sitemi”nin məlumatlarına əsasən müəyyən edilmişdir ki, 1111,56 manat məbləğində pensiya alır.

20. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSAS İYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1 -ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının "İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

22. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiy asının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər gö stərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayəti ndə lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

23. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bə lli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, "Hüquqi yardımın göstərilməsi ilə bağlı beynəlxalq standartlar belə hüquqi yardıma ehtiyacı olan həssas qruplara aid şəxslərə münasibətdə hüquqi yardıma əlçatanlığın təmin olunması məqsədi ilə dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Həmin standartlar baxımından hüquqi yardıma ehtiyacı olan şəxslərin müəyyən olunması zamanı onların gəlirləri, maddi təminatı, ödəmə qabiliyyəti və sair xüsusatlar, eləcə də hüquqi yardımın tələb olunduğu məhkəmə işinin əhəmiyyəti və mürəkkəbliyi nəzərə alınır. Bu mənada kifayət qədər gəliri olmayan, işləyən və gəliri olan ailə üzvləri i lə birlikdə yaşamayan, yaşayış sahəsi istisna olmaqla daşınmaz əmlaka malik olmayan şəxslər, habelə işsiz və yalnız yaşayan təqaüdçülər ödəmə qabiliyyətinə malik olmayan şəxslər hesab olunur. Nəzərə almaq lazımdır ki, şəxsin ödəmə qabiliyyəti ilə bağlı qeyd olunan hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Yalnız həmin tələblərə cavab verən şəxslər dövlət vəsaiti hesabına hüquqi yardımla təmin oluna bilər.” (Bununla bağlı bax: İddiaçı işləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (102)1662/2024, xx.xx.2024-cü il tarixli 2-1(102)-1753/2024, xx.xx.2024-cü il tarixli 2-1(102)1727/2024, xx.xx.2024-cü il tarixli 2-1(102)-1848/2024, xx.xx.2024-cü il tarixli 2-1 (102)1424/2024 nömrəli qərarları).

25. Məhkəmə kollegiyası nəzərə alır ki, işdə iştirak edən şəxslər maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Qanunla vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər (İPM-nin 1.2, 31.1 -ci, MPM-in 14.4, 14.5-ci maddələri). Bununla yanaşı, prosessual qanunvericiliyin tələblərinə görə, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (MPM-in 47.1 -ci maddəsi).

26. Kollegiya son da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-914/2024 nömrəli 13 fevral 2024-cü il qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkü n sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar