Məhkəmə qərarları › İş №2-1(102)-1436/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1436/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1436/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN:0YP39WT) cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Azərbaycan Respublikası Ədliyy ə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına qarşı “görüşlərə və telefon danışıqlarına icazə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2022-ci il tarixli, 2-1(103)1443/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

1. İddiaçı 2 noyabr 2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, qardaşı X4 ilə görüşməsinə icazə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qism ində yalnız Bakı İstintaq Təcridxanasının saxlanılmasını xahiş etmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2-1(81)4693/2018 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 yanvar 2019-cu il tarixli, 2-1(81)426/2019 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2-1(82)1246/2019 nömrəli qərardadı (hakim X1) ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi müvafiq cinayət-prosessual fəaliyyətlə bağlı olduğundan, eləcə də bununla bağlı qanunvericiliklə ayrıca aidiyyət q aydaları müəyyən edildiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə müvafiq olaraq hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

7. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 3 aprel 2019-cu il tarixli, 2-1(103)-981/2019 nömrəli qərardadı (hakimlər X8 (sədrlik edən və məruzəçi), X16 və X12) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi il ə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 iyun 2019-cu il tarixli, 2-1(102)-2094/2019 nömrəli qərarı (hakimlər X2 (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X9 ) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 3 aprel 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

12. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həbs edilmiş şəxslərin digər şəxslərlə görüşlərini təmin etmək istintaq təcridxanasının müdiriyyətinin vəzifəsidir və həmin görüşlərin təqdim edilməsinə icazə istintaq təcridxanasının rəisi tərəfi ndən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 2.1.8-ci bəndinə əsasən cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları inzibati orqanlardır. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə iddianın mümkünlük şərtlərinə qiymət verərkən və iş üzrə qərar qəbul edərkən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 161.1.5-ci maddəsinin, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli, 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın normalarını nəzərə almamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2019-cu il tarixli, 2-1(103)-1931/2019 nömrəli qərardadı (hakimlər X10 (sədrlik edən və məruzəçi), X13 və X5) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 fevral 2019cu il tarixli qərardadı ləğv edilmiş, iddia mümkün sayılmış və iş baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həbs edilmiş şəxslərin digər şəxslərlə görüşlərini təmin etmək istintaq təcridxanasının müdiriyyətinin vəzifəsidir və həmin görüşlərin təqdim edilməsinə icazə istintaq təcridxanasının rəisi tərəfindən verilir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqan ların Təsnifatı”nın 2.1.8-ci bəndinə əsasən, cəzaçəkmə müəssisələri və istintaq təcridxanası inzibati orqanlardır. birinci instansiyası məhkəməsində ikinci icraat

15. İddiaçı 20 dekabr 2019-cu il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı qardaşı məhkum X4 ilə qanunla müəyyən edilmiş qaydada telefon danışıqları hüququnun təmin edilməsi vəzifəsinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının üzərinə qoyulması barədə, eləcə də uzun müddətli qanun pozuntusu ilə əlaqədar Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusu kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən iddiaçının qardaşı m əhbus X4 ilə qanunla müəyyən edilmiş qaydada görüşlərinə və telefon danışıqlarına icazə verilməməsinin Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusu kimi tanınmasını xahiş etmişdir.

17. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-108/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası ikinci cavabdeh qismində işə cəlb edilmişdir.

18. Bakı İnzibati Məhkəməsinin 1 dekabr 2021-ci il tarixli, 2-1(112)-108/2021 nömrəli qərardadı (hakimlər X6) ilə iddia mümkün sayılmamışdır.

19. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl telefon danışıqlarına icazə verilməsi ilə ba ğlı cavabdehlərə müraciət etməmişdir. Məhkəməyə yalnız görüşə icazə verilməsi ilə bağlı cavabdehlərə müraciətlərin surəti təqdim edilmişdir. Həmin müraciətlər xx.xx.2018-ci ildə imzalanmış, xx.xx.2018-ci ildə poçt xidmətinə təqdim edilmişdir, iddia ərizəsi ilə məhkəməyə isə xx.xx.2018-ci ildə müraciət olunmuşdur. İddiaçı iddia ərizəsində onun müraciətlərinə cavabdehlər tərəfindən cavab verilmədiyini, bundan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini qeyd edir. Lakin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallar da, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Göründüyü kimi, inzibati orqanın hərəkətsizliyindən müdafiə ilə əlaqədar iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən müddətə əməl edilməmişdir. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı qardaşı ilə qanunla müəyyən edilmiş qaydada görüşlərinə və telefon danışıqlarına icazə verilməməsinin Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusu kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri arasında belə bir iddia növü nəzərdə tutulm amışdır.

20. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2022-ci il tarixli, 2-1(103)-1443/2022 nömrəli qərardadı (hakimlər X7 (sədrlik edən və məruzəçi), X11 və X5) ilə Bakı İnzibati Məhkəməsinin 1 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

24. Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə nəzərə almamışdır ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qardaşı məhkum X4 ilə iki il müddətində qanunla müəyyən olunmuş qaydada görüşə bilməmiş və telefon danışıqları vasitəsi ilə ünsiyyət hüququndan məhrum olmuşdur. Bu qanunsuzluqlar artıq Avropa Konvensiyanın 8-ci maddəsinin pozuntusudur. Məhkəmə tərəfindən həmin pozuntunun tanınmaması iddiaçını Avropa Konvensiyasının müdafiə hüququndan məhrum etməyə yönəlmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı qardaşı C.Hacıyevlə iki il müddətində görüşə bilməmiş, telefon danışıqlardan məhrum olmuşdur. Məhkəmə qeyd olunan qanunsuzluğa hüquqi qiymət verməmişdir. kassasiya şikayətinə etirazın dəlilləri

25. Cavabdehlər kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

26. İnzibati Prosessual Məcəllə Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiy a şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bi lər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

28. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından görüşlərə və telefon danışıqlarına icazə verilməsi barədə iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiy mətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Həmçinin İPM-in 35.1-ci maddəsinin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

34. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən iddiaçının hüquqi müdafiə marağının mövcud olması, iddianın qanunla müəyyən olunmuş müddətə əməl olunmaqla verilməsi, mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır.

35. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

36. Ali Məhkəmə Plenumunun iddianın mümkünlüyü ilə bağlı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, idd ianın mümkünlük şərtlərinin mövcudluğu məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Həmin qərara əsasən iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

37. Hazırkı mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının müraciəti yalnız görüşə icazə verilməsi ilə bağlı olmuş, telefon danışıqlarına icazə verilməsi ilə bağlı isə iddiaçı tərəfindən ümumiyyətlə müraciət edilməmişdir. Nəzərə almaq lazımdı ki, hazırkı iddia üzrə mümkünlük şərtləri baxımından məhkəməyə iddia ərizəsi təqdim etməzdən əvvəl iddiaçının inzibati orqana müraciət etməsi mütləqdir. Bu tələb ümumi xarakterli hüquqi müdafiə marağından irəli gəlir. Belə ki, iddiaçı daha asan və effektiv üsulla məqsədinə çatmaq imkanına malik olduğu, lakin həmin imkandan istifadə etmədən və yararlanmadan, birbaşa məhkəməyə müraciət etdiyi hallarda da ümumi xarakterli hüquqi müdafiə marağı mövcud olmur və məhz bu baxımından iddia mümkün sayılmır.

38. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı yalnız onun müraciətinin təmin edilmədiyi və ya həmin müraciətə qanunla müəyyən olunmuş müddətdə cavab verilmədiyi (həmin müraciətlə bağlı hərəkətsizlik göstərildiyi) hallarda məhkəməyə iddia ilə müraciət etməyə haqlıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, iddiaçı inzibati orqana müraciət etdiyi hallarda, ən azından həmin müraciət tarixindən qanunla müəyyən ol unmuş müddət keçdikdən sonra məhkəməyə müraciət edə bilər.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Həmin müddətin pozulması ilə, yəni müəyyən olunmuş 35 gündən az müddətdə iddianın təqdim olunduğu təqdirdə, ümumi xarakterli hüquqi müdafiə marağının mövcud olmaması səbəbindən həmin iddia mümkün s ayılmamalıdır.

40. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan iddiaçının cavabdehə müraciətlərinin xx.xx.2018-ci il tarixdə imzalandığı, xx.xx.2018-ci ildə poçt xidmətinə təqdim edildiyi, iddia ərizəsinin isə məhkəməyə xx.xx.2018-ci il tarixdə verildiyi görünür. İşin bu xüsusatı müraciətlərin məhkəməyə təqdim edilmiş surətləri ilə də təsdiq olunur. İş üzrə materiallarda iddiaçının əlavə görüş tələblərini təsdiq edən hər hansı sübut müəyyən olunmamışdır. İddiaçı tərəfindən də məhkəməyə bu barədə hər hansı sənəd təqdim olunmamışdır. Halbuki iddiaçı iddia ərizəsində onun müraciətlərinə cavab verilmədiyini, yalnız bundan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini qeyd edir.

41. Göründüyü kimi, inzibati orqanın hərəkətsizliyindən müdafiə ilə əlaqədar iddianın qaldırılması üçün pr osessual qanunvericilikdə təsbit edilmiş müddət tələbinə iddiaçı tərəfindən riayət edilməmişdir. Belə hallarda iddiaçı ümumi xarakterli hüquqi müdafiə marağı baxımından ən azından iddianın qaldırılması üçün İPM-in 39.1-ci maddəsində nəzərdə tutulmuş müddətin bitmədiyini və bunun üzərindən daha asan və effektiv üsulla məqsədinə çatmaq imkanının tükənmədiyini nəzərə almalı idi.

42. Bundan başqa, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının məhkum qardaşı ilə qanunla müəyyən edilmiş qaydada görüşlərinə və telefon danışıqlarına icazə verilmişdir. Başqa sözlə iddiaçı daha asan və effektiv yolla hüquqi marağı ilə əhatə olunan məqsədinə nail olmuşdur.

43. İddia tələbinin digər hissəsinə, yəni mübahisələndirilən hərəkətlərin Avropa Konvensiyanın 8-ci madd əsinin pozuntusu kimi tanınması ilə bağlı hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia mümkün sayılmadığı üçün ona mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2022-ci il tarixli, 21(103)-1443/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar