Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1436/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kad astrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,38 ha torpaq sahəsinə “torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 9 mart tarixli, 21(107)-181/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İş materiallarında olan JN-127 seriyalı,40108018 nömrəli Dövlət aktından görünür ki, Balakən rayon AİK-nın 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.
2. Şəki İnzibati Məhkəməsinin 2 020-ci il 27 fevral tarixli, 2-1(116)-71/2020 nömrəli qərarından görünür ki, həmin iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvləri X1, X3, X2 ümumi mükiyyətinə verilmiş 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. 3. 2020-ci il 23 noyabr tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 2022-ci il 1 sentyabr tarixində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,38 ha torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarına əsasən, iddiaçının, onun ailə üzvləri X1, X3, X2 mülkiyyətinə 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ver ilmiş və onların adına bu barədə JN-127 seriyalı 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, JN-127 seriyalı 40108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən 0,38 ha torpaq sahəsinə özünün və ailə üzvlərinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsini xahiş etmiş, lakin cavabdeh 2019-cu il 1 may tarixli, **********03 nömrəli məktubla imtina edərək bildirmişdir ki, “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd olunan 0,38 ha torpaq sahəsinin sənəd üzrə və faktiki sahələri arasında uyğunsuzluq vardır. Sənəd üzrə 0,38 ha torpaq sahəsinin 0,2909 ha hissəsi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin üzərinə, qalan 0,0891 ha hissəsi isə başqa mülkiyyətçilərin istifadəsində olan torpaq sahələrinin üzərinə düşür. Fiziki sərhədlər daxilində iddiaçının istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,2909 ha təşkil edir.
6. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 27 fevral tarixli, 2-1(116)71/2020 saylı qərarı ilə Balakən Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə iddiaçının və onun ailə üzvləri B.Mahatova, İddiaçı, X.Həsənovanın ümumi mükiyyətinə verilmiş 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDRX-in 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı həmin qərar əsasında 2020-ci il 23 noyabr tarixində 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, lakin həmin torpaq sahəsinə plan-ölçü sənədi verilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
7. Tələbin maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 2.0.8, 13.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.4, 4.1, 8.0.5, 16.2-ci, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qnununun 9, 10-cu, Azərbaycan Respublikası İnzibati prosessual məcəlləsinin 34.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əs asnamənin 1, 9-cu bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Ximəti haqqında Əsasnamənin 3.0.11, 3.0.23, 3.0.24-cü bəndlərinə istinad edilmişdir.
8. Cavabdeh 2022-ci il 9 avqust tarixli, **********92 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, 0,38 ha torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında fərq vardır. Belə ki, sərhəd daxilində torpaq sahəsi sənəd üzrə torpaq sahəsindən 0,0891 ha azdır. Bundan əlavə, torpaq sahəsinin kadastr ekspertizası zamanı məlum olmuşdur ki, 0,38 ha kənd təsərrütatı təyinatlı torpaq sahəsinin 175 kv.m hissəsi daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçilərin adına qeydiyyata alınmış torpaq sahələrinin cizgiləri ilə üst-üstə düşür. Qeyd olunan uyğunsuzluqlar nəzərə alınaraq ünvan 1ndə yerləşən 0,38 ha torpaq sahəsinə plan və ölçü sənədinin tərtib olunması mümkün olmamışdır.
9. Şəki İnzibati Məhkəməsinin 2022-ci il 31 oktyabr tarixli, 2-1(116)-1955/2022 nömrəli qərardadı ilə X.Həsənova, İddiaçı və B.Mahadova iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb olunmuşdur.
10. Şəki İnzibati Məhkəməsinin 2022-ci il 17 noyabr tarixli, 2-1(116)-1955/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,38 ha torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakimF.İsmayılzadə).
11. Məhkəm ə işin hallarına istinad edərək qeyd edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə tərəfindən aparılan araşdırmadan və eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, cavabdeh imtinasını mübahisəli torpaq sahəsinin faktiki ölçüsü ilə sənəd üzrə ölçüsü arasında fərq olması, həmçinin digər mülkiyyətçilərin adına qeydə alınmış torpaq sahələrinin cizgiləri ilə üst-üstə düşməsi ilə əsaslandırmışdır. Lakin torpaq sahəsi iddiaçının və ailə üzvlərinin adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
13. İddiaçının mülkiyyəti ndə olan torpaq sahəsi cavabdeh inzibati orqan tərəfindən onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin plan və ölçü sənədi olmadıqda, belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir.
14. Qeyd olunanlara əsasən iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cava bdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
15. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçının mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,38 ha torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır.
16. Məhkəmə öz qərarını Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22.3-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 7.1, 8.0.1, 8.0.3, 8.0.5, 16.2, 16.6, 23.1, 23.2-ci, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci, İnzibati Prosessual Məcəllənin 34.1, 52, 69.5, 110.1-ci, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 5 fevral tarixli, 453 nömrəli Fərmanının 2.1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 19 noyabr tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Gashi Xorvatiyaya qarşı” iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlarına istinad etməklə əsaslandırmışdır.
17. Cavabdeh apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 2022-ci il 17 noyabr tarixli, 2-1(116)-1955/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində i craat
18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 9 mart tarixli, 2-1(107)181/2023 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (hakimlər: V.Məlikov/sədrlik edən, G.Cavadova və R.Rəfiyev).
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, onun istinad etdiyi qanunvericilik normalarına istinad etmiş və bildirmişdir ki, cavabdeh apellyasiya şikayətində irəli sürdüyü dəlilləri təsdiq edə biləcək hər hansı bir sübut təqdim edə bilməmişdir.
20. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etir azın dəlilləri Kassasiya şikayətinin dəlilləri
21. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apelyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. M əhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik tö rədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Torpaq Məcəlləsi Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəl ləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
28. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir.
29. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi: Daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad o lunan normaları baxımından iddiaçının mülkiyyətində olan torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qe yd etməyi zəruri sayır.
36. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından, eləcə də mübahisələndirilməyən hallarından müəyyən olunur ki, ünvan 1ndə yerləşən 0,38 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.İddiaçının və ailə üzvlərinin həmin sahə üzərində mülkiyyət hüququ iş üzrə materiallara əlavə olunmuş 2020-ci il 23 noyabr tarixli, ********** qeydiyyat nömrəli çıxarışla da təsdiq olunur.
37. İddiaçının hüquqi marağı da məhz qanuni mülkiyyətlərində olan həmin torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh tərəfindən torpaq sahəsinin faktiki olaraq daha az olmasına və digər səbəblərə istinadən həmin sahəyə dair planölcü sənədinin tərtib olunmasından imtina olunmuşdur.
38. Məhkəmə kolle giyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.
39. Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur.
40. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur.
41. Məhkəmə kollegiyası hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin e dilməlidir.
42. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir.
43. Belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir (ətraflı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-420/2023 saylı, xx.xx.2023-cü il tarixli, 21(102)-686/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarları).
44. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının mülkiyyət ində olan torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi cavabdehin vəzifəsidir və onun məsuliyyət sferasına aid edilməlidir.Odur ki, iddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib olunmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.
45. Nəticə etibarı ilə, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2023-cü il tarixli, 2-1(107)181/2023 nömrəli qərarı dəyişdirilməd