Məhkəmə qərarları › İş №2-1(102)-1436/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1436/2024

08.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1436/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi (vergi ödəyicisi kimi qeydiyyata alınmama; nağd hesablaşma qaydalarının pozulması və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsi və sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsinə dair qəbz əldə edilmədən işlərin yerinə yetirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Ra hib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********3387 nömrəli, xx.xx.2022-ci il tarixli **********3636 nömrəli və xx.xx.2022-ci il tarixli **********3391 nömrəli vergi ödəyicinin vergi qanunvericiliyinin pozulması barədə qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-192/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh vergi orqanının operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********1253 nömrəli, xx.xx.2022-ci il ta rixli **********1605 nömrəli, xx.xx.2022-ci il tarixli **********2826 nömrəli, xx.xx.2022-ci il tarixli **********1974 nömrəli qərarlarına əsasən Bakı şəhərinin Nərimanov rayonu ərazisində operativ vergi nəzarəti həyata keçirilmişdir. 2. xx.xx.2022-ci il tarixdə, saat 12:30-da vergi orqanının əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçının vergi orqanında uçota durmadan “EF” gözəllik salonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, müştəri tərəfindən lazer xidmətinə görə 8 manat ödəniş olunmasına baxmayaraq, ödəniş müqabilində NKA çeki və ya mədaxil qəbzi təqdim olunmadığı, həmçinin əmək və ya xidmət müqaviləsi bağlanmadan 3 nəfər fiziki şəxsin həmin salonda işlədiyi müəyyən olunmuşdur.

3. İddiaçı xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, o, Ağa Ne ymətulla 51 b ünvanında yerləşən “EF” gözəllik salonunu 2 gündür icarəyə götürərək sahibkarlıq fəaliyyətinə başlamış, yeni fəaliyyətə başladığı üçün vergi orqanında qeydiyyatdan keçməmişdir. Səbəbi odur ki, ayın axırına qədər təhvil təslim işləri aparılır. Gələn ayın 1dən vergi orqanında qeydiyyata durduqdan sonra rəsmi şəkildə fəaliyyətə başlayacaqdır. Vergi orqanında qeydiyyata durmamış, VÖEN əldə etməmişdir. Obyekti vergi orqanında qeydiyyatdan keçirməmiş və bu səbəbdən, kassa nəzarət aparatı quraşdırmamışdır. Fəaliyyət göstərdiyi dövr ərzində gəlir əldə etməmiş, eyni zamanda salonda xidmətlərin göstərilməsinə X9, X6, X2 cəlb etmişdir. Bu işçilərdən müvafiq olaraq ilk iki nəfər salon işçisi, digər xanım isə lazer ustası qismində fəaliyyət göstərir. Onların hər birinin əmək haqqı göstərd ikləri xidmətlərin həcmindən asılı olaraq müəyyənləşir. Ən qısa vaxtda vergi orqanında qeydiyyata duracaqdır.

4. Cavabdeh vergi orqanının vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********3387 nömrəli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və xx.xx.2022-ci il tarixədək həmin məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

5. Cavabdeh vergi orqanının vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********3391 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçıya 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2022-ci il tarixədək həmin məbləğin büdcəyə ödənilməsinin təmin olunması qərara alınmışdır.

6. Cavabdeh vergi orqanının vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********3636 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən və 33.4-cü maddəsində göstər ilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə iddiaçıya 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, xx.xx.2022-ci il tarixədək həmin məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********3387 nömrəli, xx.xx.2022-ci il tarixli **********3636 nömrəli və xx.xx.2022-ci il tarixli **********3391 nömrəli vergi ödəyicinin vergi qanunvericiliyinin pozulması barədə qərarların ləğv olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sahibkar olaraq bu obyektdə fəaliyyətə başlamamış, xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi ki mi qeydiyyata alınmış, obyekti xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında **********3 arayışla uçota alınmış və **********-15001 kod verilmişdir. **********4 saylı kassa qeydiyyat vərəqəsi xx.xx.2022 tarixdə verilmiş və zavod nömrəsi vs43217s50262 Sunmi Vis NKA qeydiyyata alınmışdır. Onun heç bu obyektdə fəaliyyəti olmayan tarixə ona bir çox cərimə aktları yazılmışdır. 06 iyun 2022-ci il tarixdə Bakı şəhərinin Nərimanov rayonu üzrə operativ vergi nəzarəti keçirilməsi haqqında ümumi qərar olmuşdur. Halbuki, həmin dövrdə o, ümumiyyətlə həmin ərazilərdə fəaliyyət göstərməmişdir. Keçirilmiş yoxlama tamamilə qanunsuzdur və ona aidiyyəti olmayan şəxslərə görə əmək müqaviləsiz işçiyə görə cərimə yazılmışdır. Digər məqam isə bundan ibarətdir ki, vergi orqanı tərəfindən obyektlərdə yoxlama keçirilə n zaman Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmalıdır. Lakin vergi orqanının əməkdaşları tərəfindən vahid məlumat reyestrindən çıxarış alınmamışdır. Həmçinin, reyestrdən çıxarış olmadığı üçün sahibkarlıq sahəsində operativ vergi yoxlamasının keçirilməsi barədə qərar mövcud olmamış və onlara təqdim edilməmişdir. Bu isə vergi orqanı əməkdaşları tərəfindən prosessual pozuntulara yol verilməsinə dəlalət edir.

9. Cavabdeh iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində əsassız olaraq bildirmişdir ki, yoxlama tamamilə qanunsuzdur və ona aidiyyəti olmayan şəxslərə görə əmək müqaviləsiz işçi kimi cərimə yazılmışdır. Qeyd olunanın əksinə, operativ vergi nəzarəti tədbiri zamanı işçi Həsənova Zenfira xx.xx.2022-ci il tarixli etirafedici izahat təqdim edərək, 2 gündür ki, iddiaçı tərəfindən manikür ustası vəzifəsinə işə qəbul olunduğunu, əlavə olaraq üz, qaş, saça dair də xidmətlər göstərdiyini, obyektdə özündən başqa işləyən işçilərdən Gülnarə və Bəstini tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X5 xx.xx.2022-ci il tarixli etirafedici izahatında iddiaçı tərəfindən "EF" gözəllik salonunda dırnaq ustası vəzifəsinə işə götürüldüyünü, əmək haqqının göstərdiyi xidmətin həcminə uyğun olaraq iddiaçı tərəfindən ödənildiyini, obyektdə özündən başqa işləyən işçilərdən Zenfiranı və Gülnarəni tanıdığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Digər işçi X3 heç bir səbəb göstərmədən obyekti tərk etdiyi üçün ondan izah at almaq mümkün olmamışdır. İddiaçı operativ vergi nəzarəti tədbiri zamanı təqdim etdiyi izahatında bildirmişdir ki, o, iki gündür ki, ünvan 2 ünvanında yerləşən “EF" gözəllik salonunda sahibkarlıq fəaliyyətinə başlamışdır. Yeni fəaliyyətə başladığı üçün vergi orqanında qeydiyyatdan keçməmiş, obyekti vergi orqanında qeydiyyata qoymadığı üçün nəzarət-kassa aparatı quraşdırmamışdır. X7, X4, X2 işə cəlb etmişdir. İşçilərin hər birinin əmək haqqı göstərdiyi xidmətin həcminə görə müəyyənləşir. Ən qısa zamanda vergi orqanında uçota alınacaq və NKA quraşdıracaq. Xüsusilə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişləri" bazasının məlumatlarına əsasən operativ vergi nəzarəti tədbirindən sonra iddiaçı X9 ilə xx.xx.2022-ci il tarixində əmək m üqaviləsi bağlamış və həmin müqaviləyə xx.xx.2022-ci İl tarixində xitam vermiş, Həsənova Zenfira ilə İsə xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanmış və bu günədək qüvvədədir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 03 may 2023-cü il tarixli, 2-1(112)-4199/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3387 nömrəli, xx.xx.2022-ci il tarixli **********3636 nömrəli və xx.xx.2022-ci il tarixli **********3391 nömrəli qərarları ləğv edilmişdir.

11. Birinci instansiya məhkəm əsi mövqeyini onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilməsinə baxmayaraq, həmin yoxlama sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan yoxlama kimi Azərbaycan Respublikası Prezidentinin 2011ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə zidd olaraq vergi orqanı tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda, həmin yoxlamanın Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlama kimi hüquqi nəticəsi mövcud ola bilməz. Bu yoxlamanın hüquqi nəticəsi kimi isə cavabdehin qəbul etdiyi qərarlar əsaslı hesab edilə bilməz.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında olan vergi orqanı tərəfindən əmək müqaviləsi bağlanmadan xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi bildirilən fiziki şəxslərin izahatlarından görünür ki, onlar da, bir daha iddiaçının izahatında göstərilənləri təsdiq edərək bildirmişlər ki, əmək haqqı almamışlar, aralarında işə götürülmə ilə bağlı razılıq yeni əldə olunduğundan müqavilə bağlanılmamışdır. Bunu həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 da, öz ifadəsində bir daha təsdiq etmişdir. Digər fiziki şəxsdən isə ümumiyyətlə izahat alınmamışdır. Həmçinin, vergi orqanı tərəfindən sözügedən salonda operativ vergi nəzarəti keçirilən vaxt lazer fəaliyyəti və digər xidmətlərin göstərilməsi iş m ateriallarında olan kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmır. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-797/2023 nömrəli qərarından da görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X10” X15 tərəfindən MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilərkən işin halları hərtərəfli araşdırılmamış, sübut kimi təqdim edilmiş foto-şəkillərin həmin salona aid olub-olmaması məsələsi, həmçinin salonda yoxlama aparıldığı vaxtda lazer fəaliyyəti ilə bağlı xidmətlərin göstərilib-göstərilməməsi məsələsi araşdırılmamışdır. Göründüyü kimi, cavabdehin yoxlama aparılan vaxtda iddiaçının lisenziya tələb olunan fəaliyyəti növü ilə (hazırkı mübahisədə özəl tibb f əaliyyəti (lazer) fəaliyyəti) belə lisenziya olmadan məşğul olması ilə bağlı dəlilləri də, iş materiallarında olan sübutlarla tam həcmdə öz təsdiqini tapmır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-192/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. Cavabdeh kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, operativ vergi nəzarəti vergi qanunvericiliyinin tələblərinə riayət edilməklə həyata keçirilmişdir və iddiaçı barəsində tətbiq edilən maliyyə sanksiyası əsaslıdır. İddiaçı vergi uçotuna alınmadığından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. VÖEN olmadığı halda yoxlamanın reyestrdə qeydiyyata alınması mümkünsüzdür. Bundan başqa, operativ vergi nəzarəti zamanı əsassız olaraq izahat verməkdən imtina etmiş X1 həmin gün hansı əsaslarla iddiaçıya məxsus obyektdə olma səbəbi məhkəmələr tərəfindən aydınlaşdır ılmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. Sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur.... Maddə

2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan büt ün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.... Maddə

3. Yoxlamaların qanuniliyi... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.... Maddə

13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxla maların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparıl ması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. 13.5. Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. 13.6. Yoxlayıcı orqan bu Qanunun 12.1.5-ci maddəsinə əsasən görülmüş işlər barədə yarımillik məlumatı ildə iki dəfə (yanvarın və iyulun 15-dək) yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir. 13.7. Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə və bu Qanunun 13.6-cı maddəsində nəzərdə tutulmuş yarımil lik məlumatları ümumiləşdirərək, ildə iki dəfə (fevralın və avqustun 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.

19. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: Bənd 1.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən ar aşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

20. Vergi Məcəlləsi: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarınd a (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi;... 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması;... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgöt ürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;... Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda....

21. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya mə hkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətd ə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də ra zılaşır.

27. Bununla belə, məhkəmə kollegiyası işin mübahisələndirilən hallarına və kassasiya şikayətinin dəlillərinə münasibətdə əvvəla onu qeyd edir ki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmasa da, onun hərəkətləri sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən gəlir əldə etməkdən ibarətdir. Hazırkı qərarın 18-19-cu bəndlərində sadalanan yoxlamaların tənzimlənməsi haqqında qanunvericiliyin əsas məqsədi də qanunsuz yoxlamaların qarşısının alınması və sahibkarların hüquq və azadlıqlarının qorunmasını təmin etməkdən ibarət olduğundan, cavabdeh vergi orqanının operativ vergi nəzarətinin vahid məlumat reyestrində qeydə alınmalı olmaması ilə bağlı dəlilləri əsassızdır. Belə ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirləri, o cümləd ən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlər reyestrdə qeydə alınmalıdır.

28. Vergi Məcəlləsinin 50.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan sahibkarlara münasibətdə də belə nəzarət tədbiri vergi qanunvericiliyinə uyğun aparılır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanının operativ vergi nəzarəti vahid məlumat reyestrində qeydə alınmadığından yoxlama özlüyündə qanunsuz olduğundan, həmin yoxlama nəticəsində qəbul edilmiş məsuliyyət qərarları da heç bir hüquqi nəticə doğura bilməz. Odur ki, kassasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verilməsinə də lüzum qalmır.

30. Məhkəmə kollegiyası belə nəticəyə g əlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli 21(103)-192/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar