Məhkəmə qərarları › İş №2-1(102)-1437/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1437/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1437/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü; prosessual müddətin ötürülməsi; müddətin bərpasından imtina; kassasiya şikayətin imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı “quşçuluq fermasının qazla təmin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2021-ci il tarixli 2-1(103)-419/2021 nömrəli qərarınd an iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayon, Binə qəsəbəsi, Südçülük Sovxozunda iddiaçıya məxsus quşçuluq fermasının qazlaşdırılmasının Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4000/2019 nömrəli, 26 dekabr 2019-cu il tarixli qərardadına əsasən (hakim Z.M.Tağıyev) iddianın geri götürülmüş hesab edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi, iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-709/2020 nömrəli, 25 fevral 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və S.S.Seyidova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4000/2019 nömrəli, 26 dekabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

5. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, Xəzər rayon, Binə qəsəbəsi, Südçülük Sovxozunda iddiaçıya məxsus quşçuluq fermasının qaz şəbəkəsinə birləşdirilib qazla təchiz etmək vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il t arixli, 2-1(112)-4000/2020 nömrəli qərarı ilə (hakim F.İ.Mədətli) iddia rədd edilmişdir.

7. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4000/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2021-ci il tarixli 2-1(103)-419/2021 nömrəli qərarına əsasən (sədrlik edən E.E.Nağıyeva, hakimlər V.M.Məmmədov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4000/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2021-ci il tarixli 2-1(103)-419/2021 nömrəli qərar ın ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2021-ci il tarixli 2-1(103)-419/2021 nömrəli qərarı iddiaçıya 8 iyun 2022-ci il tarixində təqdim edilmiş, iddiaçı 18 iyun 2021-ci il tarixində dövlət büdcəsi hesabına vəkillə təmin olunmuş, kassasiya şikayətini isə 10 yanvar 2022-ci il tarixində vermişdir.

11. Məhkəmə tərəfindən iddiaçıya ünvanlanan bildirişdə qərardan kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulan 1 ay müddətini ötürdüyü, həmçinin kassasiya şikayətinin iddiaçı tərəfindən imzalanmadığı barədə xəbərdar olunmuş, iddiaçıya və onun vəkilinə prosessual müddətin buraxılmadığını təsdiq edən sübutları və imzalanmış kass asiya şikayətini 29 avqust 2022-ci il tarixinədək məhkəməyə təqdim etmək təklif olunmuşdur.

12. İddiaçı ərizə təqdim edərək, müharibə əlili olduğunu nəzərə alıb onun tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü sayılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş m üvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kasasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

14. Mülki Prosessual Məcəllə: Maddə 407.3. Şikayət onu verən şəxs (onun q anuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYANİN MÜMKÜNLÜYÜ

15. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

16. İPM-in 90.3-cü və MPM-in 407.3-cü maddələrinin tələblərindən göründüyü kimi, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.

17. İddiaçının kassasiya şikayəti onun tərəfindən imzalanmamışdır. İddiaçı bu barədə xəbərdar edilməsinə baxmayaraq, bildirişdə göstərilən çatışmazlığın aradan qaldı rılması üçün hər hansı tədbir görməmişdir.

18. Eyni zamanda, İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

19. İddiaçı ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsində müddətin ötürülməsinin üzrlü hesab edilməsinə əsas olaraq müharibə əlili olmasını göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, bu hal ötürülmüş prosessual müddətin bərpası üçün əsas hesab edilə bilməz. Qərardan vaxtında şikayət verilməsi imkanını mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı digər hal müəyyən olunmamışdır.

20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2021-ci il tarix li 21(103)-419/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar