Məhkəmə qərarları › İş №2-1(102)-1437/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1437/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1437/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafi ə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2022-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)162/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1977-xx.xx.1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Həmçinin, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.1979-xx.xx.2009cu illərdə müxtəlif işlərdə əmək fəaliyyəti ilə məşğul olur.

2. İddiaçı 29 mart 2022-ci il tarixdə cavabdehə mü raciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh 14 oktyabr 2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının ümumi iş stajının 23 il 5 ay 4 gün olmaqla tələb olunan 25 ildən azdır, iddiaçının xx.xx.1984-xx.xx.1998-ci illərdə “Akvilon” QTSC-də işlədiyini iddia etdiyi “suvaqçı rəngsaz” vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmamışdır. Eləcə də, iddiaçıya münasibətdə 39120 manat pensiya kapitalı tələb olunduğu halda, fərdi hesabının sığorta hissəsində 19333,75 manat pensiya kapitalı mövcuddur. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2022-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı ərizəsində göstərmişdir ki, ümumi və xüsusi əmək stajını nəzərə alara q güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

6. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçıya ünvanlanmış imtina cavabına uyğun olan əsasla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 noyabr 2022-ci il tarixli 2- 1(116)-1301/2022 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə iddiaçıya hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 25 ildən az olmayan (25 il, 4 ay, 4 gün) ümumi iş stajı mövcuddur. Eyni zamanda iddiaçı, əmək fəaliyyətinin 14 il 03 ay 01 gün müddətində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır və həmin müddət tələb olunan - 12 il 6 ay müddətdən çoxdur. Fərdi hesabın sığorta hissəsində qeyd edilən pensiya kapitalı ilə bağlı hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində edilmiş dəyişikliyə uyğun olaraq artıq iddiaçıya münasibətdə həmin tələb irəli sürülə bilməz.

9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R. Rəfiyev-sədrlik edən və məruzəçi, V.İ. Məlikov və G.İ.Cavadova) xx. xx.2023-cü il tarixli, 2-1(107)-162/2023 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 noyabr 2022-ci il tarixli 2- 1(116)1301/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 39120 manat olmalı olduğu halda, 19333,75 manat olması, ümumi iş stajının 23 il 5 ay 4 gün olmaqla tələb olunan 25 ildən az olması, xx.xx.1984- xx.xx.19 98-ci illərdə “Akvilon” QTSC-də işlədiyini iddia etdiyi “suvaqçı rəngsaz” vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmaması ilə əsaslandırılmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdi yinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pens iyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (29 iyun 2022-ci il tarixə qədər qüvvədə olan redaksiya).

17. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

19. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhk əmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb ed ildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundament al vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kolle giyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

26. Cavabdeh orqan imtinasını fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 39120 manat olmalı olduğu halda, 19333, 75 manat olması, ümumi iş stajının 23 il 5 ay 4 gün olmaqla tələb olunan 25 ildən az olması, xx.xx.1984- xx.xx.1998-ci illərdə “Akvilon” QTSC-də işlədiyini iddia etdiyi “suvaqçı rəngsaz” vəzifəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmaması ilə əsaslandırmışdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: o, 60 yaşına çatmalı, 25 ildən az olmayan ümumi, o cümlədən həmin müddət daxilində, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.

28. İddiaçının 60 yaşa vardır, onun təhsil və hərbi xidmət müddəti də daxil olmaqla, 25 il ümumi iş stajına malik olması iş materiallarında olan diplomun, hərbi biletin və əmək kitabçasının surətinə əsasən müəyyən edilir.

29. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Kəlbəcər rayon “ Azərbaycan” kolxozunda əmək günü norması və yerinə yetirilmiş işin həcmi əmək kitabçasında qeyd edilməsə də, onun xx.xx.1979 və xx.xx.1980-ci illərdə həmin kolxozun üzvü təyin edilərək sözügedən kolxozda işləməsi əmək kitabçasından aşkar görünür. Cavabdeh orqan iddiaçının həmin kolxozda işləməsinə dair qeydlərin düzgün olmaması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.

30. Cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirərək bildirmişdir ki, onun xx.xx.1984-xx.xx.1998-ci illərdə “Akvilon” QTSC-də işlədiyini iddia etdiyi “suvaqçı rəngsaz” vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid deyildir.

31. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, iddiaçının işləmiş olduğu “Akvilon” QTSC-nin xx.xx.2022-cı il tarixli güzəştl i arayışından görünür ki, iddiaçı 11 saylı X1 (hal-hazırki “Akvilon” QTSC adlanır) tikinti sahəsində xx.xx.1984-cü il tarixli №5K əmri ilə işə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixə qədər suvaqçı rəngsaz işləmişdir. xx.xx.1998-ci il tarixli 12K əmri ilə idarənin adı dəyişdirilib “Akvilon” X2 Cəmiyyəti olması ilə əlaqədar olaraq tikinti sahəsinə suvaqçı keçirilmişdir. xx.xx.2004-cü il tarixli 6K əmri ilə ərizəsinə əsasən işdən azad olunmuşdur.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda Ümumi peşələr adlanan 35-ci bənddə təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etmə klə işlərdə məşğul olan rəngsazlar göstərilmişdir. Siyahıdan görünür ki, sıradan rəngsaz peşəsi siyahıda qeyd edilməmişdir. O rəngsazlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir ki, onlar təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olsunlar. İstinad olunan güzəştli arayışdan da, iddiaçının təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə suvaqçı rəngsaz işləməsi və ağır və zərərli işdə çalışdığı üçün sabun, xüsusi geyim, maska və südlə təmin olunması aşkar görünür.

33. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş güzəştli arayışda onun suvaqçı peşəsində işlədiyi müddət də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmiş və XXVİİ. Bina, qurğu və digər obyekt lərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (********) hissəsinin rəngsazlar bölməsində (2290100a-13450), suvaqçılar bölməsində (2290100a—19727) nəzərdə tutulduğu qeyd edilmişdir. Lakin, nəzərə alınmalıdır ki, qeyd edilən peşə 22901000 kodu üzrə

1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) çalışan şəxslərə münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınır. İddiaçının isə tikinti sahəsində inşa olunan çoxmərtəbəli binaların daxili hissəsində işləməsi təqdim edilən güzəştli arayışdan aşkar görünür. Bununla belə iddiaçının rəngsaz peşəsində işlədiyi müddət 12 il 6 aydan çox olduğundan məhkəmə hesab edir ki, hər bir halda iddiaçının xüsusi iş stajı tamamlanır.

34. Beləliklə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla, azı 25 il ümumi iş stajı ilə yanaşı, 12 il 6 ay güzəştli iş stajını da topladığı tam sübuta yetirilir.

35. Cavabdehin kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. 36. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixdən qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlə rin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə çalışan şəxslərin yaşa görə əmək pensiyası hüququ yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınan zəruri miqdarda pensiya kapitalı tələbi götürülmüş və həmin tarixdən belə tələb nəzərdə tutulmamışdır. Odur ki, iddiaçıya da pensiya hüququnun yaranması 29 iyun 2022-ci il tarixdən hesablanmışdır.

37. Beləliklə, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 3

8. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-162/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar