Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1437/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X1 X2 San. ve Tic. LTD ŞTİ” şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödəmə ilə bağlı rəyin tərtib edilməsi, ikiqat vergi tutma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı “X1 X2 San. Ve Tic. LTD ŞTİ” şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “artıq ödəmə ilə bağl ı rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2024-cü il tarixli 21(103)-624/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qeyri-rezident olan “X1 X2 San. ve Tic. LTD. Şti.” ilə “X6 Mühəndislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi və məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli “Kadastr xidməti” və xx.xx.2017-ci il tarixli “ Texnologiyaların inkişafı və Texnologiyaların transfer edilməsi” müqavilələri bağlanmışdır.
2. İcraçı qismində çıxış edən “X1 X2 San. ve Tic. LTD. Şti.” Şirkətinin yerinə yetirdiyi işlərin müqabilində sifarişçi “X6 Mühendislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 21.917.685,12 manat ödəniş (2017-ci ildə 11.532.725,0 manat və 2018-ci ildə isə 10.384.960,0 manat) edilmiş və 2017-2018-ci illərin müvafiq hesabat dövrləri üzrə 2.191.768,55 manat ÖMV hesablanaraq dövlət büdcəsinə ödənilmişdir.
3. İddiaçı xx.xx.2019-cu il tarixdə Dövlət Vergi Xidmətinə DTA-05 formalı ərizəsi ilə müraciət edərək “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” 01 yanvar 1998-ci il t arixli Sazişin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında ondan tutulmuş 2.249.995,4 manat ÖMV-nin qaytarılmasını xahiş etmişdir.
4. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçının səlahiyyətli nümayəndəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, aparılmış ilkin araşdırma nəticəsində müəyyən olunmuşdur ki, beynəlxalq ixtisaslaşmış agentliklərin məlumat bazalarında və rəsmi açıq mənbələrində “İnternational Makine” şirkətinin faktiki fəaliyyəti, illik dövriyyəsi, işçilərinin sayı, onların müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması, təsisçiləri barədə və s. məlumatlar mövcud deyil...DTA-05 müraciətinin ətraflı araşdırılması, “İnternational Makine” şirkətinin nümayəndəliklə bağladığı müqavilələr üzrə öhdəlik lərinin icra etməsi potensialına malik olması və təqdim olunan sənədlərin həqiqiliyini müəyyən etmək məqsədilə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 8.4-cü bəndinə uyğun olaraq Dövlət Vergi Xidməti tərəfindən Türkiyə Respublikasının müvafiq orqanına sorğu göndərilmişdir. Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixində daxil olan məlumatlara əsasən “İnternational Makine” şirkətinin nümayəndəlik ilə bağlanan müqavilələrə əsasən müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməsi potensialına malik olmaması aşkarlanmışdır. Belə ki, “İnternational Makine” şirkətinin nümayəndəliklə bağlanan “Kadastr müqaviləsi”nin bağlanma tarixində yaradılması (xx.xx.2017), irimiqyaslı layihənin icra etməsinə baxmayaraq cəmi 3 işçisinin olması, işçilərinin müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması ilə bağlı məlumatın olmaması və şirkətin fəaliyyət növünün bir neçə dəfə dəyişməsi bunun əyani sübutudur. Eyni zamanda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” X4 və X3 Konvensiyasına uyğun olaraq bağlandığını nəzərə alaraq həmin təşkilatın Model Konvensiyanın müddəaları ilə bağlı verdikləri şərhlərə də nəzər salınmalıdır. Model Konvensiyanın 1-ci “Konvensiyanın tətbiq edildiyi şəxslər” maddəsinin şərhlərində beynəlxalq təcrübədə heç iqtisadi mahiyyəti olmayan aralıq şirkətlərdən (“conduit companies”) istifadə etməklə ikiq at vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərdə nəzərdə tutulan güzəşt və azadolmalardan sui-istifadə halları barədə müddəalar əks olunmuşdur. Bu baxımdan, heç bir iqtisadi mahiyyəti olmayan aralıq şirkətlər yaratmaqla sazişlərdə nəzərdə tutulan güzəşt və azadolmalardan suiistifadə edilməsi beynəlxalq vergitutma prinsiplərinə zidd olaraq mənfəətin köçürülməsinə və vergitutma bazasının aşınmasına imkanlar yaradır. Odur ki, DTA-05 ərizəsinin təsdiqlənməsi mümkün hesab olunmamışdır.
5. İddiaçı “X1 X2 San. ve Tic. LTD. Şti.” Şirkətinin nümayəndəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2021-ci il tarixli S **********141001/3 nömrəli, xx.xx.2021-ci il tarixli S **********141002/4 nömrəli, xx.xx.2021-ci il tarixli S **********141003/5 nömrəli inzibati şikayətləri əsasında qəbul edilmiş cavabdeh orqanın “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********62800 nömrəli qərarı ilə inzibati şikayətlər təmin edilməmişdir.
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş **********762800 saylı, 22 fevral 2021-ci il tarixli qərarın ləğv edilərək, iddiaçının DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində əlavə məbləğin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2031/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı qismən - DTA05 ərizəsində qeyd edilmiş qaytarılmalı vergi məbləğinin 58.226.85 manat (2.249.995,4 man- 2.191.768,55 man) hissəsinə münasibətdə ləğv edilmiş, iddia qismən təmin edilmiş, “İddiaçı” şirkətinin görülmüş işlərlə bağlı ödəmə m ənbəyindən tutulmuş 2.191.768,55 manat verginin geri qaytarılması ilə əlaqədar DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmuş, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2022-ci il tarixli 2-1(102)2304/2022 nömrəli qərarı ilə təmin edilərək iddia rədd edilmişdir.
9. Qeyd olunan məhkəmə işi başa çatdıqdan sonra “X1 X2 San.ve TİC.LTD.ŞTİ” şirkəti xx.xx.2023-cü il tarixli “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” ərizə (DTA-05) ilə yenidən vergi orqanına müraciət edərək ödəmə mənbəyində tutulmuş 2.191.768,55 manat verginin geri qaytarılmasını xahiş etmişdir.
10. Vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla qeyd olunan ərizənin təmin edilməsindən imtina edilərək qeyd edilmişdir ki, iddiaçı 2017-2018-ci illərdə Azərbaycan mənbəyindən əldə etdiyi 21.917.685,12 manat məbləğində gəlirə görə rezidenti olduğu Türkiyə Respublikasında vergiləri ödəməsi faktını sübut edə bilməmiş və bu barədə hər hansı mötəbər sənəd təqdim etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
11. İddiaçı “X1 X2 San. ve Tic. LTD ŞTİ” Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən verilmiş DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsasları:
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə rezidenti olan “X1 X2 San. ve Tic. LTD ŞTİ” Şirkəti ilə “X6 Mühendislik Sanayi Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi, torpaq uçotu işinə cəlb ediləcək ərazilər üzrə mövcud olan plankartoqrafik materialların və elektron baza məlumatlarının sistemləşdirilməsi təhlili, kameral şəraitdə torpaqların kadastr uçotu üzrə zəruri olan di gər kadastr məlumatlarının istehsalı, pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki yerləşməsinə dair kadastr göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi, onların yaranma səbəblərinin öyrənilməsi, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı layihə işləri ilə əlaqədar bağlanmış müqavilə üzrə xidmətlərin dəyəri 2017-2019-cu illər ərzində 20.226.675,30 manat olmaqla, “X1 X2 San. ve Tic. LTD ŞTİ” Şirkətinin Türkiyə Respublikasındakı hesabına köçürülmüş və həmin əməliyyatlardan 10 faiz məbləğində, yəni 2.022.675,0 manat ödəmə mənbəyində vergi tutulmuşdur. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış DTA-05 ərizəsinin təsdiqlənməsi Dövlət Vergi Xidməti tərəfindən mümkün hesab edi lməmişdir. Bununla bağlı iddiaçı tərəfindən qaldırılmış iddia Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarı ilə təmin edilmişdir. Qeyd olunan qərardan cavabdeh vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-2031/2022 nömrəli qərarı ilə təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Daha sonra Dövlət Vergi Xidməti tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2304/2022 nömrəli qərarı ilə təmin edilərək, yeni qərar qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Ali Məhkəmənin həmin qər arında iddiaçının vergi borcunun olmadığı haqqında Türkiyə Respublikasının müvafiq qurumundan rəsmi olaraq təsdiq edilmiş sənədləri təqdim edərək, DTA-05 ərizəsi ilə cavabdehə yenidən müraciət etmək hüququnun olduğu göstərilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Ali Məhkəmənin mövqeyindən görünür ki, qeyri-rezident tərəfindən Azərbaycan rezidentinin sifarişi əsasında görülmüş işlərə görə həmin dövr üzrə vergi borcunun olmadığına dair Türkiyə Respublikasının müvafiq qurumundan rəsmi olaraq təsdiq edilmiş sənədləri vergi orqanına təqdim edərək, DTA-05 ərizəsi ilə cavabdehə yenidən müraciət etdiyi təqdirdə cavabdeh tərəfindən ikiqat vergitutma ilə bağlı Azərbaycan və Türkiyə Respublikaları arasında bağlanmış sazişin şərtlərinə əsasən Azərbaycan tərəfi ödəmə mənbəyindən tutulmuş vergilərin mə bləğini iddiaçıya geri qaytarmalıdır. Ali Məhkəmənin yuxarıda qeyd olunan mövqeyini əsas götürərək, iddiaçı tərəfindən Türkiyə Respublikasında vergilər ödənilmiş və vergi borcunun olmaması barədə arayış alınmış və müvafiq arayışla birlikdə DTA-05 ərizəsi ilə Dövlət Vergi Xidmətinə yenidən müraciət edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********157900 nömrəli məktubu ilə müraciət cavablandırılmış və xx.xx.2022-ci il tarixli 21(102)-2304/2022 saylı Ali Məhkəmənin qərarında vəsaitin müəssisəyə qaytarılması ilə bağlı vergi orqanının üzərinə hər hansı vəzifə qoyulmadığı bildirilmişdir. Vergi orqanı mövqeyini onunla əsaslandırmışdır ki, müvafiq əməliyyatlar çərçivəsində əldə edilən gəlirlərin Türkiyə Respublikasında vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesabl anan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim olunmamışdır. Dövlət Vergi Xidmətinin qeyd olunan mövqeyi əsassızdır. Belə ki. Ali Məhkəmənin qərarında Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmayaraq vergilərin Türkiyə Respublikasında ödənilməsi şərti nəzərdə tutulmamışdır. Ali Məhkəmənin qərarında Türkiyə Respubliksında vergi öhdəliyinin tam şəkildə yerinə yetirilməsi, yəni Türkiyə Respublikasında vergi öhdəliyinin olmaması şərti nəzərdə tutulmuşdur. İddiaçı Türkiyə Respublikasında vergi öhdəliklərini tam şəkildə yerinə yetirmiş və vergi borcunun olmadığına dair Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən xx.xx.2023-cü il tarixli rəsmi arayış verilmişdir. Əlavə olaraq, DTA-05 ərizəsinə əlavə edilməli olan sənədlər, o cüm lədən müqavilələr, təhliv-təslim aktları, görülmüş işlərə görə ödənilmiş vergi məbləğləri əvvəlki məhkəmə mübahisəsi zamanı araşdırılmışdır və işin mübahisəsiz halıdır. Cavabdehin iddia tələbinə dair etirazının əsasları:
13. Cavabdeh etirazında göstərmişdir ki, qeyri-rezident “X1 X2 San. ve Tic. LTD ŞTİ” Şirkəti Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)- 2304/2022 saylı qərarına istinad edərək vergi borcunun olmadığı haqqında Türkiyə Respublikasının müvafiq qurumundan rəsmi olaraq təsdiq edilmiş sənədləri təqdim edərək DTA-05 ərizəsi ilə Dövlət Vergi Xidmətinə yenidən müraciət etmək hüququnun göstərildiyini, şirkət tərəfindən Ali Məhkəmənin mövqeyinin əsas götürülərək Türkiyə Respublikasında vergilərin ödənildiyini və vergi borcunun olmaması barədə arayışla yenidən Dövlət Vergi Xidmətinə müraciət edildiyini qeyd etmişdir. Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli **********157900 nömrəli məktubla iddiaçının məktubu cavablandırılmış və Ali Məhkəmənin qeyd edilən qərarında vəsaitin müəssisəyə qaytarılması ilə bağlı vergi orqanının üzərinə hər hansı öhdəlik qoyulmadığı bildirilmişdir. İddiaçı ərizəsində ödənilmiş vəsaitin geri qaytarılmasının əsası kimi Türkiyə Respublikasında vergi öhdəliklərini tam yerinə yetirməsini və bu barədə Türkiyə Respublikasının müvafiq qurumundan xx.xx.2023cü il tarixli arayışın verilməsini qeyd etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində Türkiyə dövlət büdcəsinə 213.922,86 TRY (18 803,82 AZN) vergi ödənilmiş və bu barədə ona müvafiq arayış verilmişdir. Lakin, iddiaçının müvafiq əməliyyatlar çərçivəsində Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinin (21.917.685,12 manat) Türkiyə Respublikasında bəyan edilməsi və həmin gəlirlərin müvafiq qaydada vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim olunmamışdır. Əlavə olaraq, təqdim olunan arayışa apostil vurulmamışdır. Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli **********009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 27 dekabr 2021-ci il tarixli 21 nömrəli Qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat v ergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarının (bundan sonra - Qaydalar) 7.3-cü bəndinə əsasən artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, ödəniş sənədləri, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9- 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir. Həmin Qaydaların 8.10-cu bəndin ə əsasən bu Qaydaların 8.9-cu bəndindən asılı olmayaraq, razılığa gələn digər dövlət “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il tarixli Haaqa Konvensiyasına qoşulduğu və həmin Konvensiya Azərbaycan Respublikası ilə həmin digər dövlət arasında tətbiq edildiyi halda təqdim edilən təsdiqedici sənədlərin leqallaşdırılması tələb olunmur. Bu halda, sənədlərə həmin dövlətin Haaqa Konvensiyası üzrə səlahiyyətli orqanı tərəfindən apostil vurulmalıdır. İddiaçı tərəfindən Ali Məhkəmənin qərarında qeyd edilən xüsusatlar yanlış təqdim edilərək guya onun borcunun olmaması və bu barədə arayışın əldə edilməsi əsası ilə DTA-05 ərizəsinin təsdiq edilərək rəy verilməklə maliyyə orqanına göndərilməsi vəzifəsinin qoyulması barədə tələbi tamamilə əsassızdır. Belə ki, Ali Məhkəməni n xx.xx.2022-ci il tarixli qərarının 63-cü bəndində qeyd edilmişdir ki, şəxs tərəfindən DTA-05 ərizəsi ilə müraciət edildikdə gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlər təqdim edilməlidir. Başqa sözlə, DTA05 ərizəsi ilə müraciət zamanı şəxsin ikiqat vergi tutmaya məruz qaldığı sübuta yetirilməlidir. Lakin iddiaçı tərəfindən qaytarılması tələb olunan 2.191.768,55 manat verginin Türkiyə Respublikasında ödənilmədiyi və hətta xidmətlərə görə alınmış 21.917.685,12 manat məbləğin şirkət tərəfindən dövriyyəsində göstərilmədiyi müəyyən edilmiş, Ali Məhkəmə tərəfindən də bu hal Qərarın 69-cu bəndində qeyd edilmişdir. Birinci insta nsiya məhkəməsinin mövqeyi:
14. Bakı İnzibati Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli 2-1(112)-11290/2023 nömrəli, qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi təmin edilmiş, X1 X2 San. ve Tic. LTD ŞTİ” Şirkətinin görülmüş işlərlə bağlı ödəmə mənbəyindən tutulmuş 2.191.768,55 manat verginin geri qaytarılması ilə əlaqədar DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmuşdur.
15. Məhkəmə qeyd etmişdir ki, daha əvvəlki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2304/2022-ci il tarixli qərarın qeyd etdiyi mövqeyə uyğun olaraq, iddiaçı tərəfindən Türkiyə Respublikasında v ergilər ödənilmiş və vergi borcunun olmaması haqqında Türkiyə Respublikasının müvafiq qurumundan rəsmi olaraq təsdiq edilmiş sənədləri təqdim etmişdir. Cavabdehin müvafiq əməliyyatlar çərçivəsində əldə edilən gəlirlərin Türkiyə Respublikasında vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənədin təqdim olunmamasına dair dəlilləri əsassızdır. Ən əsası ona görə ki, nə Ali Məhkəmənin qeyd olunan qərarında, nə də qanunvericilikdə Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmayaraq vergilərin Türkiyə Respublikasında ödənilməsi şərti nəzərdə tutulmamışdır. Ali Məhkəmənin qərarında Türkiyə Respublikasında vergi öhdəliyinin tam şəkildə yerinə yetirilməsi, yəni Türkiyə Respublikasında vergi öhdəli yinin olmaması şərti nəzərdə tutulmuşdur. İddiaçı da Türkiyə Respublikasında vergi öhdəliklərini tam şəkildə yerinə yetirmiş və vergi borcunun olmadığına dair Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən xx.xx.2023-cü il tarixli rəsmi arayış verilmişdir.
16. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmuş hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2024-cü il tarixli 2-1(103)-624/2024 nömrəli qərarı ilə (hakimlər R.Səmədov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışd ır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” qeyrirezidentlərə ikiqat vergi tutmaya məruz qalmamaq üçün bir neçə prosedur qayda müəyyən etmişdir. Belə ki, əgər qeyri-rezident Azərbaycan Respublikasında vergiyə cəlb edilməməli olduğunu hesab edirsə, bu zaman ödənişin faktiki köçürülməsindən öncə ərizə ilə müvafiq orqana müraciət etməlidir. Əgər ərizə vaxtında verilməmişdirsə, bu halda, DTA-05 forması ilə müraciət edilməlidir. Lakin nəzərə alınmalıdır ki, DTA-03 forması və DTA-05 formasının təsdiq edilməli şərtləri birbirindən fərqlənir. Belə ki, şəxs DTA-03 forması ilə müraciət etdikdə (yəni ödənişin həyata keçirilməsindən öncə müraciət olunduqda) müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədlər (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) təqdim edilməlidir. Lakin, şəxs DTA-05 forması ilə müraciət etdikdə gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlər təqdim edilməlidir. Başqa sözlə, DTA-05 forması ilə müraciət zamanı şəxsin faktiki ikiqat vergitutmaya məruz qaldığı sübuta yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müvafiq əməliyyatlar çərçivəsində əldə edilən gəlirlərin Türkiyə Respublikasında vergiyə cəlb olunması (Azərbaycan Respublikasında hesablanan vergi məbləğindən az olmamaq şərtilə) ilə bağlı hər hansı təsdiqedici sənədin təqdim olunmamasına dair cavabdehin dəlilləri əsassızdır. Ali Məhkəmənin qərarında Türkiyə Respublikasında vergi öhdəliyinin tam şəkildə yerinə yetirilməsi, yəni Türkiyə Respublikasında vergi öhdəliyinin olmaması şərti nəzərdə tutulmuşdur. İddiaçı da Türkiyə Respublikasında vergi öhdəliklərini tam şəkildə yerinə yetirmiş və 2017, 2018, 2019 və 2020-ci illər üzrə vergi bo rcunun olmadığına dair Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən xx.xx.2024-cü il tarixli rəsmi (apostil qaydasında təsdiq edilmiş) arayış verilmişdir.
19. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin tam rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, işə baxmış məhkəmələr tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və tətbiq edilməli normanı tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Sazişin 1-ci “Sazişin tətbiq edildiyi şəxslər” maddəsinə əsasən bu Saziş razılığa gələn dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə tətbiq olunur. “Türkiyə Respublikası ilə AzərbaycanRespublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” xx.xx.1998-ci il tarixli Sazişin 7.1-ci maddəsinə istinad edən məhkəmənin gəldiyi qənaətə əsasən şirkət Azərbaycan Respublikasında iş yeri vasitəsilə fəaliyyət göstərmədiyindən, bütün işlər Ankara şəhərində həyata keçirildiyindən və xidmətlərə görə ödənişlər də şirkətə edildiyindən vergiyə cəlb edilən məbləğ də məhz şirkətə məxsus gəlir olmuşdur.
21. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, daha əvvəl başa çatmış məhkəmə işində Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında məhkəmənin mövqeyinə əsasən müqavilənin predmetini təşkil edən xidmətlər Azərbaycan Respublikasında icra edilmişdir və həmin xidmətlərə görə ödənilən məbləğlər də Azərbaycan mənbəyindən gəlir olmaqla Vergi Məcəlləsinin 125-ci maddəsinin təsir dairəsinə düşür. Digər tərəfdən, Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, tərəflərin bağladığı müqavilədə iddiaçı ödəmə mənbəyində verginin müqavilənin məbləğinə daxil edilməsi ilə bağlı iradə ifadəsini ifadə etmişdir. Belə olan halda işə baxmış həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya instansiyası məhkəməsinin təkrarən qeyd edilən hala istinad etməsi, Ali Məhkəmənin qərarında qəti şəkildə öz həllini tapmış məsələlərə istinad etməklə onları iddiaçının xeyrinə təkrarən şərh etməsi tam olaraq qanunsuz və əsassızdır.
22. Digər tərəfdən, məhkəmə gə lirin Azərbaycan mənbəyindən əldə olunmadığı qənaətinə gəlsə belə, hazırkı iddia tələbini bu əsasla təmin edə bilməzdi. Belə ki, xidmətlərin Azərbaycan ərazisində deyil, Türkiyə Respublikasında göstərilməsi halında iddiaçı ondan ödəmə mənbəyində tutulmuş vergini vergi orqanından deyil, bilavasitə verginin tutulmasını həyata keçirmiş müqavilə tərəfindən tələb etməli idi. Bundan əlavə, qeyd etmək lazımdır ki, Saziş, eləcə də digər maddi hüquq normaları hər-hansı bir ölkədə əldə edilmiş gəlirin ümumiyyətlə vergidən azad olunmasını nəzərdə tutmur.
23. Ali Məhkəmənin mövqeyinə görə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 7.3-cü bəndinə müvafiq olaraq DTA-05 ərizəsi il ə müraciət zamanı şəxsin faktiki olaraq ikiqat vergitutmaya məruz qaldığı sübuta yetirilməlidir.
24. Ali Məhkəmə birbaşa olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən Azərbaycan mənbəyində əldə olunmuş gəlirdən Türkiyə Respublikasında vergi tutulmamış, eləcə də bu gəliri ümumiyyətlə bəyan etməmişdir. Halbuki “X1 X2 San. Ve TİC.LTD.ŞTİ” şirkəti ilə bağlı Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********598100 nömrəli cavaba əsasən həmin şirkətin 2017-ci ildə ümumi dövriyyəsi 187.360,0 TL (87.466,0 manat), 2018-ci ildə isə 115.400,0 TL (40.486,0 manat) olmuşdur. LakinDTA-05 Ərizə formasına əlavə olaraq təqdim olunmuş bank çıxarışına əsasən İnternational Makine şirkətinə “X6 Mühendislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasın dakı nümayəndəliyi tərəfindən 2017-ci ildə 11.532.725,0 manat, 2018-ci ildə isə 10.384.960,0 manat vəsait köçürülmüşdür. Göründüyü kimi İnternational Makine şirkətiböyük məbləğdə gəlirinin olmasına baxmayaraq, Türkiyə Respublikasında həmingəlirləri bəyan etməmiş və həmin gəlirdən müvafiq vergiləri faktiki olaraq ödədiyini sübut edə bilməmiş, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir.
25. Bundan əlavə kassator apelyasiya məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutları tam, hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verilməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan yanlış qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək əvvəllər səsləndirdiyi eyni dəlillə rə istinadla şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi... 2.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.... Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi... 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq öd ənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə
125. Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması... 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.5. bu Məcəllənin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri – 10 faiz
28. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının 12 iyun 2017-ci il tarixli, **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”
7. Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında artıq ödənilmiş vergilərin qeyri-rezidentə geri qaytarılması 7.1. Beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyi ndən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş DTA03 forması vaxtında təqdim edilmədikdə və qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident, vergi hesabatı dövrü bitdikdən sonrakı 5 il müddətindən gec olmayaraq müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını (bundan sonra - DTA-05 forması) (Əlavə № 9) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər. 29. “Türkiyə Respublikası ilə Azərbay can Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” 01 yanvar 1998-ci il tarixli Saziş Maddə 7.1. Əgər Razılığa gələn bir Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmirsə, o zaman onun mənfəəti ancaq razılığa gələn ilk bəhs edən Dövlətdə vergiqoymaya cəlb edilir. Əgər müəssisə sahibkarlıq fəaliyyətini Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə həyata keçirirsə, onun mənfəətinin ancaq həmin iş yerinə aid olan hissəsi digər Dövlətdə vergiyə cəlb edilə bilər.
30. İnzibati Prosessual Məcəllə (İPM): a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bild irilməlidir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, b ir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
31. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları: 1) Potocka və digərləri Polşaya qarşı, § 57 2) H. Belçikaya qarşı, § 53 3) Suominen Finlandiyay a qarşı, § 36 4) X5rşı, § 29; § 30 5) Hiro Balani İspaniyaya qarşı, § 27; § 28 6) Helle Finlandiyaya qarşı, § 60 7) Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı 8) Avşar Türkiyəyə
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarı Plenumunun
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli qərarı Plenumunun KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apellyasiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində m əhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
38. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Türkiyə Cumhuriyyətinin “X6 Mühendislik Sanayi Ticaret” Anonim Şirketi arasında 2016-cı ilin may ayının 3-də Bakı şəhərində imzalanmış SM-14 nömrəli Satınalma müqaviləsi əsasında iş və xidmətlərin dəyəri 44.980.393,00 ABŞ dolları məbləğində olan Azərbaycanda Torpaqların elektron kadastr uçotu sisteminin formalaşdırılması məqsədi ilə ölkənin 3.19 mln. ha ərazisi üçün (digər layihələr çərçivəsində ərazilərində mükəmməl kadastr işləri aparılmış bir sıra rayon, şəhər və qəsəbələrin əraziləri istisna olmaqla) daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəq əmsal kadastr xəritəsinin tərtibi və 1.30 mln. ha sahədə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinə 03 may 2016-cı il tarixindən başlanılmışdır. Bu məqsədlə “X6 Mühendislik Sanayi Ticaret” Anonim Şirkəti tərəfindən şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyi təsis edilmişdir.
39. Bundan sonra “X1 X2 San. ve Tic. LTD. Şti.” ilə “X6 Mühəndislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi və məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə xx.xx.201 7-ci il tarixli və xx.xx.2018-ci il tarixli “Kadastr xidməti” və xx.xx.2017-ci il tarixli “Texnologiyaların inkişafı və Texnologiyaların transfer edilməsi” müqavilələri bağlanmış və iddiaçıya (qeyri-rezidentə) müqavilə üzrə yerinə yetirdiyi öhdəliklərə görə 21.917.685,12 manat ödəniş edilmiş (rezident tərəfindən) və 2.191.768,55 manat ödəmə mənbəyində vergi hesablanaraq (vergi agenti tərəfindən) dövlət büdcəsinə ödənilmişdir.
40. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş **********762800 saylı, 22 fevral 2021-ci il tarixli qərarın ləğv edilərək, iddiaçının DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin veril diyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində əlavə məbləğin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş **********762800 saylı, 22 fevral 2021-ci il tarixli qərar ləğv edilərək, “İddiaçı” Şirkətinin DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
42. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2031/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı qismən - DTA-05 ərizəsində qeyd edilmiş qaytarılmalı vergi məbləğinin 58.226.85 manat (2.249.995,4 man- 2.191.768,55 man) hissəsinə münasibətdə ləğv edilmiş, iddia qismən təmin edilmiş, “İddiaçı” şirkətinin görülmüş işlərlə bağlı ödəmə mənbəyindən tutulmuş 2.191.768,55 manat verginin geri qaytarılması ilə əlaqədar DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır.
43. Apellyasiya məhkəməsinin qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 dekabr 2022-ci il tarixli 2-1(102)2304/2022 nömrəli qərarı ilə təmin edilməmiş və iddia rədd edilmişdir. İşə baxmış məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, nə qədər ki, iddiaçı ikiqat vergi tutma halının mövcudluğunun yarandığını təsdiq edə bilmir (yəni Türkiyədə sözügedən vergiləri ödədiyini sübut edə bilmir) və bu halda, iddiaçının qeyd edilən ödənişlərin geri qaytarılması ilə bağlı tələbi əsassızdır.
44. Bundan sonra iddiaçı yenidən vergi orqanına müraciət edərək ödəmə mənbəyində tutulmuş 2.191.768,55 manat verginin geri qaytarılmasını xahiş edərək halhazırda xx.xx.2023-cü il tarixə Türkiyə Respublikasında vergi borcunun olmamasına və Türkiyə Respublikasında 213.922,86 türk lirəsi (18.803,82 manat) məbləğində vergilərin ödənilməsinə istinad etmişdir. İddiaçının mövqeyi ondan i barət olmuşdur ki, hazırkı tələblə əlaqəli olan digər məhkəmə mübahisəsi üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2304/2022 saylı qərarına əsasən Azərbaycan mənbəyindən əldə olunmuş 21.917.685,12 manat məbləğində gəlirə görə Türkiyə Respublikasında müvafiq vergiləri tam olaraq ödədiyi halda iddiaçı DTA-05 ərizəsi ilə vergi orqanına yenidən müraciət edərək ölkəmizdə ödənilmiş vergiləri tələb edə bilər.
45. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir.
46. Vergi Məcəlləsinin 13.2.16.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur.
47. Həmin Məcəllənin 125.1.5-ci maddəsinin əvvəlki və cari redaksiyasına əsasən işlərin görü lməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər üzrə ödəmələrdən 10% məbləğində ödəmə mənbəyində vergi tutulur.
48. Həmin Məcəllənin 168.1.5-ci maddəsinə əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi zamanı işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer sayılır.
49. Qeyd olunmalıdır ki, qeyri-rezident olan “X1 X2 San. ve Tic. LTD. Şti.” ilə “X6 Mühəndislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi və məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə ilə bağlanılmış müqavilələr üzrə xidmətlər Azərbaycan Respublikasında göstərildiyindən və həmin xidmətlərə görə ödənilən məbləğlər də Azərbaycan mənbəyindən gəlir olmaqla Vergi Məcəlləsinin 125-ci maddəsinin təsiri dairəsinə düşür.
50. Bundan əlavə, Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında Sazişin 7.1-ci bəndinə əsasən əgər Razılığa gələn bir Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmirsə, o zaman onun mənfəəti ancaq Razılığa gələn ilk bəhs edən Dövlət də vergiqoymaya cəlb edilir.
51. İddiaçı məhz Sazişin 7.1-ci bəndinə istinadən aparılmış ödənişin ödəmə mənbəyində vergiyə cəlb edilməməli olduğunu iddia edir və ödənilmiş məbləğlərin geri qaytarılmasını tələb edir.
52. Başqa sözlə, hazırkı iş üzrə qiymətləndirilməli məsələ ödəmə mənbəyində tutulmuş verginin geri qaytarılmalı olub-olmamasıdır.
53. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
54. İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin bağlanmasının əsas məqsədi xarici investisiya potensialının artırılması və rezident şəxslərin ikiqat vergitutmaya məruz qalmasının qarşısının alınması ilə yanaşı, vergidən yayınma hallarına yol verilməməsindən ibarətdir.
55. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında bu məsələyə də birmə nalı şəkildə hüquqi qiymət verilmişdir. Ali Məhkəmənin mövqeyinə görə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 7.3-cü bəndinə müvafiq olaraq DTA-05 ərizəsi ilə müraciət zamanı şəxsin faktiki olaraq ikiqat vergitutmaya məruz qaldığı sübuta yetirilməlidir (Qərarın 63-64-cü abzasları). Ali Məhkəmə birbaşa olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən Azərbaycan mənbəyində əldə olunmuş gəlirdən Türkiyə Respublikasında vergi tutulmamış, eləcə də bu gəliri ümumiyyətlə bəyan etməmişdir (Qərarın 68-ci abzası).
56. Apellyasiya məhkəməsinin mövqeyinə görə, Türkiyə Respublikasının Gəlir Dairə Başqanlığının arayışına əsasən iddiaçının həmin ölkədə vergi öhdəlikləri tam icra olu nmuş və vergi borcu mövcud deyildir. Məhkəmənin istinad etdiyi arayışlarda olan məlumatlar aşağıdakılardan ibarətdir: · xx.xx.2023-cü il tarixə Türkiyə Respublikasında vergi borcunun olmaması; · Türkiyə Respublikasında 213.922,86 türk lirəsi (18.803,82 manat) məbləğində vergilərin ödənilməsi.
57. Halbuki, “X1 X2 San. Ve TİC.LTD.ŞTİ” şirkəti ilə bağlı Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********598100 nömrəli cavaba əsasən həmin şirkətin 2017-ci ildə ümumi dövriyyəsi 187.360,0 TL (87.466,0 manat), 2018-ci ildə isə 115.400,0 TL (40.486,0 manat) olmuşdur. Lakin DTA-05 Ərizə formasına əlavə olaraq təqdim olunmuş bank çıxarışına əsasən İnternational Makine şirkətinə “X6 Mühendislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasın dakı nümayəndəliyi tərəfindən 2017-ci ildə 11.532.725,0 manat, 2018-ci ildə isə 10.384.960,0 manat vəsait köçürülmüşdür. Göründüyü kimi İnternational Makine şirkəti böyük məbləğdə gəlirinin olmasına baxmayaraq, Türkiyə Respublikasında həmin gəlirləri bəyan etməmiş və həmin gəlirdən müvafiq vergiləri faktiki olaraq ödədiyini sübut edə bilməmiş, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir.
58. Göründüyü kimi, iddiaçının 2017-2018-ci illərdə Azərbaycan mənbəyindən əldə etdiyi vəsait ilə Türkiyə Respublikasında həmin illərdə olan dövriyyəsi bir biri ilə uzlaşmır.
59. Belə olan halda, İnternational Makine şirkəti Azərbaycan Respublikasından əldə etdiyi gəlirin Türkiyə Respublikasında bəyan etməsi iş materiallarında müəyyən olunmur.
60. Qeyd olunan arayışlarda Azərbaycan mənbəyindən əldə edi lmiş külli miqdarda (21.917.685,12 manat) gəlirin Türkiyə respublikasında bəyan edilməsi və bu gəlirə görə həmin ölkədə verginin ödənilməsi öz əksini tapmamışdır.
61. Bununla yanaşı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir.
62. Məlum olduğu kimi ödənişin11.532.725,0 manat hissəsi 2017-ci ilə, 10.384.960,0 manat hissəsi isə 2018-ci ilə təsadüf etmiş və həmin illərin müvafiq rübləri üzrə ÖMV tutulmuşdur. Buna baxmayaraq iddiaçı DTA-05 ərizəsi ilə 2023-cü ilin may ayında vergi orqanına müraciət etmişdir. Məhkəmə isə bu hala münasibət bildirməmiş, bununla da İPMin 87.8-ci maddənin tələblərini pozmuşdur.
63. Belə ki, həmin maddənin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin qərarında hər bir halda apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
64. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə aşağıdakı kimi olmuşdur: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında q ərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X5rşı, § 29; Hiro Ba lani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X5rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X5rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yuri sdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60).
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən bu istiqamətdə araşdırılma aparılmayaraq iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmayaraq iddiaçı tərəfindən təqdim edilən mövcud sübutun (iddiaçının istinad etdiyi arayışlar) qiymətləndirilməsində səhvə yol verilərək düzgün olmayan qənaətə gəlmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış mə hkəmə aktı kimi qiymətləndirilə bilməz.
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
67. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnam ədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
68. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
69. Beləliklə, Apellyasiya i nstansiyası məhkəməsinin qərarı hazırkı qərarın 27-30a, 31-33-cü bəndlərində qeyd olunan maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
70. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2024-cü il tarixli 21(103)-624/2024 nömrəli qərarı iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.