Məhkəmə qərarları › İş №2-1(102)-1438/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1438/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1438/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRAR Açar sözlər: iddiaçı barəsində xidməti araşdırma aparmasının qanunsuz hesab edilməsi, iddiaçı barədə xidməti araşdırma aparılıb barəsində tədbir görülməsi üçün Baş Prokurorluğun müraciətinin qanunsuz hesab edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna (bundan sonra cavabdeh) qarşı “iddiaçı barəsində xidməti araşdırma aparmasının qanunsuz hesab edilməsi, iddiaçı barədə tədbir görülməsi üçün 14 noyabr 2019-cu il tarixli şikayətin qanunsuz hesab edilməsi, 14 noyabr 2019-cu il tarixli şikayət məktubunun ləğv edilməsi öhdəliyinin Baş Prokurorluğun üzərinə qoyulması” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-627/2020 saylı, 19 fevral 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 16 dekabr 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Baş Pro kurorluğunun iddiaçı barəsində 05/137/XİD saylı xidməti araşdırma aparmasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun iddiaçı barədə tədbir görülməsi üçün 14 noyabr 2019-cu il tarixli şikayətinin qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun 14 noyabr 2019-cu il tarixli şikayət məktubunun ləğv edilməsi öhdəliyinin Baş Prokurorluğun üzərinə qoyulması barədə qərar qəbul edilməsi, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Baş prokuroruna göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasında insan hüquq və azadlıqları müdafiə edən vəkildir. O, 30.10.2019-cu il tarixdə facebook sosial şəbəkəsində “Oktay Gülalıyevin vurulması anına dəfələrlə baxdım və belə qənaətə gəldim ki, bu ehtiyatsızlıq deyil, qəsddir, X5 şəfa diləyirəm, ümid edirəm ki, səhiyyə sistemimiz bu dəfə özünü doğrultmağa çalışacaq” kimi status yazdığı üçün Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubovun şikayəti əsasında onun barəsində intizam icraatı başlanmışdır. Lakin hazırki halda strateji əhəmiyyətli işlərə çıxmaqla tanınan, bu günə kimi onlarla siyasi məhbusu müdafiə etmiş vəkilin-publik fiqurun çıxdığı və ya müdafiə etdiyi hər hansı bir proseslə deyil, digər ictimai əhəmiyyəti olduqca yüksək olan bir mövzuda səsləndirdiyi fikirlərə görə barəsində xidməti araşdırma aparılması və bunun nəticəsinə uyğun olaraq “Prokurorluq haqqında” Qanunda göstərilməyən bir şək ildə çıxarılan aktla dövlətə inamsızlıq yaratmaqda ittiham edilərək barəsində intizam icraatı başlanılmasına nail olma Avropa İnsan Hüquqlarının və əsas X1 Konvensiyanın 10-cu maddəsinin pozuntusunu təşkil etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, e-2-1(82)-5396/2019 saylı iş) 27 dekabr 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, hazırkı iddia ilə mübahisələndirilən qərar (şikayət), həmçinin inzibati akt hesab olunmur. Belə ki, yuxarıda qeyd edilənlərdən də müəyyən edilir ki, prokuror öz səlahiyyətlərini həyata keçirərək qəbul etdiyi aktlar və ya həyata keçirdiyi tədbirlər cinayət prosessual və ya inzibati xətalara dair işlər üzrə fəaliyyətə aiddir. Yəni qəbul etdiyi aktlar və ya həyata keçirdiyi tədbirlər ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmır və ya həll etmir. Hazırkı iddia ilə mübahisələndirilən prokurorluğun hərəkətləri (05/137/XİD saylı xidməti araşdırma) faktiki xarakterli digər fəaliyyəti ilə bağlı olan hərəkət hesab olunsa da belə, həmin hərəkət inzibati orqan tərəfindən həyata keçirilməlidir, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Baş Prokurorluğu isə inzibati orqan deyil. Belə ki, “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikası Baş Prokurorluğu inzibati orqan kimi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubov barəsində xüsusi qərardad çıxarılması məsələsi iddia tələbi kimi deyil, vəsatət kimi qəbul oluna bilər, buna isə işə mahiyyəti üzrə baxılarkən qiymət verilə bilər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qərardadı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X6-məruzəçi, X4 və X3, 2-1(103)-627/2020 saylı iş) 19 fevral 2019-cu il tarixli qərardadla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. İddiaçı 10 mart 2020-ci il tarixdə qərardadın surətini almış, 19 mart 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın icraata qəbul edilib təmin edilməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri: AR Konstitusiyasının 60-cı maddəsində qeyd olunur: I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Prokurorluq haqqında” Qanunun 28-ci maddəsində də göstərilir ki, prokurorluq işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) və aktlarından müvafiq olaraq yuxarı prokurora və ya m əhkəməyə şikayət verilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının2. bəndində göstərilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərara əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Qərarın 4-cü bəndinə əsasən, İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlah iyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Hazırki iş üzrə mübahisəyə baxdıqda görürük ki, ərizəçi onun barəsində xidməti araşdırma aparılmağı ilə bağlı qərar qəbul etmiş dövlət orqanının hərəkətinin mübahisələndirirdi. Dövlət orqanı öz hakimiyyət səlahiyyətlərini tətbiq edərək Ərizəçi barədə hüquqi nəticə yaradan qərar qəbul etmişdi. Belə olan halda bu mübahisənin xüsusi hüququn nizamasalma predmetinə daxil olan münasibət kimi nəzərə alınması mümkünsüzdür. Məhkəmə qərardadda qeyd etməyib ki, ərizəçi hazırkı işi hansı qaydada məhkəmədə mübahisələnd irə bilməlidir. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstəri lmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı cavabdehin onun barəsində 05/137/XİD saylı xidməti araşdırma aparmasının qanunsuz hesab edilməsi, cavabdehin 14 noyabr 2019-cu il tarixli şikayətinin qanunsuz hesab edilərək ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi və s. tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçıya hüquqi yardım göstərərək 19 dekabr 2019-cu il tarixli məktubunda iddianın dəqiqləşdirilməsi təklif edilmiş, iddiaçı tələbini dəqiqləşdirməmiş, həmçinin əsaslandırmamışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqları müdafiə edən vəkildir. O, 30.10.2019-cu il tarixdə faceboo k sosial şəbəkəsində “Oktay Gülalıyevin vurulması anına dəfələrlə baxdım və belə qənaətə gəldim ki, bu ehtiyatsızlıq deyil qəsddir, X5 şəfa diləyirəm, ümid edirəm ki, səhiyyə sistemimiz bu dəfə özünü doğrultmağa çalışacaq” kimi status yazdığı üçün Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini R.Usubovun şikayəti əsasında onun barəsində intizam icraatı başlanmışdır. Lakin hazırkı halda strateji əhəmiyyətli işlərə çıxmaqla tanınan, bu günə kimi onlarla siyasi məhbusu müdafiə etmiş vəkilin-publik fiqurun çıxdığı və ya müdafiə etdiyi hər hansı bir proseslə deyil, digər ictimai əhəmiyyəti olduqca yüksək olan bir mövzuda səsləndirdiyi fikirlərə görə barəsində xidməti araşdırma aparılması və bunun nəticəsinə uyğun olaraq “Prokurorluq haqqında” Qanunda göstərilməyən bir şəkildə çıxarıla n aktla dövlətə inamsızlıq yaratmaqda ittiham edilərək barəsində intizam icraatı başlanılmasına nail olma Avropa İnsan Hüquqlarının və əsas X1 Konvensiyanın 10-cu maddəsinin pozuntusunu təşkil etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan-Azərbaycan Respublikasının müvafiq icra hakimiyyə ti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat-fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə mü vafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Hazırkı vəziyyətdə cavabdehin həyata keçirdiyi tədbir (cavabdehin Vəkillər Kollegiyasına müraciəti) ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salması və həll etməsi ilə bağlı olmamışdır. Cavabdehin müraciəti həmçinin iddiaçı üçün müəyyən hüquqi nəticələr yaratmır. İşin bu halında həm də cavabdeh ümumi (publik) hüquq sahəsinə aid olan hakimiyyət səlahiyyətini həyata keçirmədiyindən cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında tələb irəli sürülməsi istisna edilir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq həmçinin aşağıdakıları qeyd edir. İddiaçı iddiasının əsası kimi məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin hər hansı hərəkəti (qərarı) ilə iddiaçının qanunla qorunan hüququnun və mənafeyinin pozulmasına dair işdə sübut mövcud olmamışdır. İddiaçı şikayətində bildirmişdir ki, cavabdeh onun haqqında xidməti araşdırma aparmış, araşdırmanın nəticəsi olaraq Vəkillər Kollegiyasına 14 noyabr 2019-cu il tarixli şikayət ünvanlamış, Vəkillər Kollegiyasında onun barəsində intizam icraatı başlanmışdır. Cavabdehin onun barəsində olan xidməti araşdırmasını və şikayətini inzibati məhkəmə icraatı qaydasında qanunsuz sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin hər hansı şəxs haqqında xidməti araşdırma aparması və bununla bağlı aidiyyəti orqana müraciət etməsi hələ həmin şəxs üçün hüquqi nəticə yaratması demək deyildir. Hazırkı vəziyyətdə cavabdehin hərəkəti il ə iddiaçının hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması təsdiq edilmir. Cavabdehin şikayəti əsasında iddiaçı ilə bağlı Vəkillər Kollegiyası tərəfindən hüquq məsuliyyəti yaradan qərar qəbul edilməsi işdə olan hər hansı sübutla təsdiq edilmir. İddiaçının vəkillik fəaliyyətinin məhdudlaşdırılması barədə qəbul edilən qərar məhkəmə mübahisəsinin predmeti ola bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əv vəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qa ldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin hərəkətinin nəticəsi olaraq iddiaçının hüquqlarının pozulması təsdiq edilmir. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hü quqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından və cavabdehin həyata keçirdiyi tədbir ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmadığından iddia mümkün sayılmır. İddiaçının iddia qaldırmaqda subyektiv hüququ olmadığına görə iddia mümkünsüz olduğundan və yuxarıda qeyd edilən digər əsaslara görə qərardad düzgün olduğundan şikayət təmin edilməməlidir. Kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Res publikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-627/2020 saylı, 19 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar