Məhkəmə qərarları › İş №2-1(102)-1438/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1438/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1438/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.xxxx il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-106/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 4 iyun 1960-cı il tarixində doğulmuş, 1 sentyabr 1977-ci il tarixdən 25 iyun 1979-cu il tarixə kimi 22 nömrəli şəhər texniki peşə məktəbində təhsil almış, 16 dekabr 1979-cu ildən 24 noyabr 1981-ci ilədək hərbi xidmətdə olmuş, 1982-ci il tarixdən 1986-cı il tarixə kimi Bakı Politexnik Texnikumunda təhsil almışdır.

2. Azərbaycan Respubli kasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 25 avqust 2020-ci il tarixli BA-00275-2020 nömrəli arayışda qeyd olunmuşdur ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan "xxxx" ATSC-nin arxiv sənədlərinin əmr kitablarında vətəndaş İddiaçı 29 iyul 1983-cü il tarixli, 160/k saylı əmrlə 29 iyul 1983-cü il tarixdən 3-cü dərəcəli qazançı vəzifəsinə işə qəbul olunması, 1995-ci ilə dair əmək haqqı cədvəllərində 1 may 1995-ci il tarixli, 272 saylı əmrlə işdən azad olunması, yenidən 2004-cü ilə dair şəxsi vərəqələrdə 4 avqust 1997-ci il tarixli, 47/k saylı əmrlə həmin kommersiya şöbəsinə 2-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunması, 1 oktyabr 2004-cü il tarixli, 26 saylı əmrlə ixtisarla əlaqədar olaraq 1 oktyabr 2004-cü il ta rixdən işdən azad olunması, 1991,1992,1993, 1994,1995, 1997-ci illər, 2001-ci ilin yanvar ayı, 2004-cü ilin noyabr ayına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. "xxxx" ATSC-nin arxiv sənədlərinin 1998, 1999, 2000, 2002 və 2003-cü illərə dair əmək haqqı cədvəllərində vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. Zərərli işlə bağlı olan güzəştlər barəsində Dövlət Arxivinin Bakı filialında hər hansı bir məlumat saxlanılmır.

3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 1 sentyabr 2020-ci il tarixli BA-00343-2020 nömrəli arayışdan müəyyən edilir ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Baş Tikinti İdarəsi 17 saylı Tikinti idarəsinin natamam arxiv s ənədlərinin əmr kitablarında vətəndaş İddiaçı 18 fevral 1982-ci il tarixli, 18/k saylı əmrlə 22 fevral 1982-ci il tarixdən 4cü dərəcəli çilingər quraşdırıcı vəzifəsinə işə qəbul olunması və 4 iyul 1983-cü il tarixli, 63k saylı əmrlə 30 iyun 1983-cü il tarixdən öz xahişi ilə işdən azad olunması və 1982, 1983cü illərə dair hesabat cədvəllərində ona əmək haqqı hesablanması barədə məlumatlar vardır.

4. İddiaçı iş stajının təsdiq olunması ilə bağlı əmək kitabçasını itirdiyi üçün işlədiyi dövrlə bağlı arxiv arayışlarını cavabdeh inzibati orqana təqdim edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh 3 may 2020-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017- ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında’’ Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin tələblərinə uyğun olaraq, əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonr a baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 4 iyun 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 4 iyun 2017-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 4 iyun 1960-cı il təvəllüdlü olmaqla, 1 sentyabr 1977-ci ildən 25 iyun 1979-cu il tarixinədək 22 saylı Texniki Peşə Məktəbində quraşdırıcı-çilin gər peşəsi üzrə təhsil almışdır. Əmək kitabçasını naməlum şəraitdə itirmişdir. Bu barədə, mətbuatda 1 may 2020-ci il tarixdə elan verilmişdir. 21 noyabr 1979cu ildən 24 noyabr 1981-ci ilədək hərbi xidmətdə olmuş, 22 fevral 1982-ci ildən 30 iyun 1983-cü ilə qədər Bakı Baş Tikinti idarəsinin 17 saylı Tikinti idarəsində çilingər-quraşdırıcı, 29 iyul 1983-cü ildən 1 may 1995-ci ilə qədər Bakı Qazan Mexaniki zavodunda qazançı peşəsində işləmiş, 3 dekabr 1992-ci ildən 3 mart 1993-cü ilə qədər üç aylıq hazırlıq zabitlər kursu keçmişdir. 3 mart 1993-cü ildən 8 iyun 1997-ci ilə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (Kəlbəcər, Füzuli, Ağdam, Tərtər) iştirak etmişdir. 4 avqust 1997-ci ildən 1 oktyabr 2004-cü ilə qədər Bakı Qazan Mexaniki zavodunda mühəndis vəzifəsində işləmişdir. 10 oktyabr 2004-cü ildən hal-hazıra kimi "xxxx" MMC-də qaynaqçı peşəsi üzrə işləyir. Güzəşt hüququ verən (qazançı və qaynaqçı) peşələri üzrə əmək stajı 20 (iyirmi) ildən çoxdur. Hesab edir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. Lakin onun bu barədə tələbi cavabdeh tərəfindən təmin olunmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1925/2021 saylı 11 fevral 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri”nin 2 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə işləməsi şərti də iş üzrə ödənilmir.

10. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Apellyasiya baxışı zamanı iddiaçının 29 iyul 1983-cü il tarixdən 1 may 1995-ci il tarixə qədər işlədiyi Bakı Qazan Mexaniki ATSC-nin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin, o cümlədən müəssisənin nizamnaməsinin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən 17 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, 7 noyabr 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" ASC (VÖEN **********) 29 yanvar 2009-cu il tarixdə ləğv edilərək kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarılmışdır.

12. Həmçinin, adı çəkilən İdarədən 19 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya ca vab məktubundan görünür ki, "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Qazan Mexaniki zavodu 23 noyabr 1993-cü ildə dövlət qeydiyyatına alınmışdır.

13. Məhkəmə tərəfindən Bakı-Qazan Mexaniki ATSC-nin arxiv sənədlərinin əmr kitablarından iddiaçıya aid 29 iyul 1983-cü il tarixli 160/k saylı işə daxil olma və 1 may 1995-ci il tarixli 272 saylı işdən azad olunma əmrlərinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 18 fevral 2022-ci il tarixdə daxil olmuş məktubun məzmunundan görünür ki, Filialda saxlanılan Bakı-Qazan Mexaniki ATSC-nin arxiv sənədlərinin əmr kitablarında iddiaçının 160/k saylı 29 iyul 1983-cü il tarixli əmrlə 19 iyul 1983-cü il tarixdən 3-cü dərəcəli qa zançı vəzifəsinə işə qəbul olunması barədə məlumatlar mövcuddur. Həmin idarənin 1995-ci ilə dair əmr kitablarında onun işdən azad olunması barədə heç bir məlumat yoxdur. Həmin məktuba əlavə edilmiş 160/k saylı əmrin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 29 iyul 1983-cü il tarixdən haqqı ödənilməklə birhəftəlik sınaq müddəti ilə qaynaqçı peşəsinə qəbul edilmişdir.

14. İddiaçının qaynaqçı kimi işlədiyini iddia etdiyi "xxxx" MMC-nin hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçməməsi barədə məhkəməyə məlumat verilməsi, qeydiyyatdan keçdiyi təqdirdə MMC-nin reyestrdə aparılan qeydiyyat məlumatlarına dair sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şə xslərin Dövlət Qeydiyyatı İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 19 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, İdarədə olan reyestrdə "xxxx" MMC adlı kommersiya qurumu aşkar edilməmişdir.

15. Məhkəmənin sorğu məktublarına cavab olaraq məhkəməyə daxil olmuş məktubların məzmunundan görünür ki, iddiaçı ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən, 1 sentyabr 2014-cü ildən 1 yanvar 2017-ci il tarixədək fiziki şəxs X1 yanında “qaynaqçı” vəzifəsində qüvvədə olmuş əmək müqaviləsi və 4 oktyabr 2014-cü il tarixdən fiziki şəxs X3 yanında “qaynaqçı” vəzifəsində hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilmişdir. Sığortaedənlər Zahir Heydərov və Gövhər Ələkbərova tərəf indən sığortaolunan İddiaçı xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar təqdim edilmişdir. Sorğuya cavab məktublarına əlavə edilmiş sığortaolunanın hesabından çıxarışdan görünür ki, sığortaedən Zahir Heydərov tərəfindən 2006-cı ilin dekabr ayı, 2007-ci ilin yanvar, aprel, may, iyun, 2008-ci və 2009-cu ilin bütün ayları, 2013-cü ilin yanvar-iyun ayları, 2014-cü üçün dekabr, 2015-ci ilin yanvar, fevral, mart və aprel ayları üzrə (cəmi 40 ay), digər sığortaedən Gövhər Ələkbərova tərəfindən isə 2014-cü ilin mart, aprel, may, iyun, 2015-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə (cəmi 7 ay) iddiaçının xeyrinə (47 ay üzrə) sosial sığorta haqları ödənilmişdir.

16. Həmçinin, iddiaçının təqdim etdiyi 3 saylı Bakı DOST Mərkəzinin təsdiqlədiyi sosial arayışdan görünür ki, iddiaçının fiziki şəxs X2 yanında işlədiyi dövrlərdə də sığortaedən tərəfindən onun xeyrinə 2010-cu ilin yanvar- sentyabr ayları, 2011-ci ilin yanvar, mart, aprel, may, iyun, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2012-ci ilin mart, aprel, may, sentyabr, oktyabr ayları üzrə (cəmi 23 ay) sosial sığorta haqları ödənilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli 2-1(103)-106/2022 nömrəli qərarına əsasən ( hakimlər: X.A.Cəmilova- sədrlik edən və məruzəçi, hakimlər M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1925/2021 saylı 11 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni 4 iyun 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, təqdim olunmuş sübutlara, o cümlədən arxiv arayışları və məhkəmə sorğularına verilmiş cavab məktublarına əsasən müəyyən olunur ki, iddiaçının 22 fevral 1982-ci il tarixdən 30 iyun 1983-cü il tarixədək və 29 iyul 1983-cü il tarixdən 1 may 1995-ci il tarixədək işlədiyi hər iki müəssisə- Bakı Baş Tikinti İdarəsi 17 saylı Tikinti idarəsi və Bakı Qazan Mexaniki ATSC hüquqi şəxs kimi mövcud olmuşlar. İddiaçının 1 yanvar 2006-cı il tarixədək olan ümumi stajı 1 sentyabr 1977- 25 iyun 1979 (1 il 9 ay 24 gün) peşə təhsili dövrü, 21 noyabr 1979 - 24 noyabr 1981 (2 il 3 gün), 1 iyun 1995- 8 iyun 1997 (2 il 7 gün) hərbi xidmət dövrləri, arxiv arayışları ilə təsdiq olunan 22 fevral 1982- 30 iyu n 1983 (1 il 4 ay 8 gün) çilingər-quraşdırıcı işlədiyi dövr, 29 iyul 1983 - 1 may 1995 (11 il 9 ay 2 gün) qazançı işlədiyi dövr (3 mart 1993-cü ildən 8 iyun 1995-ci ilədək hərbi xidmətdə olduğu dövrlə üst-üstə düşür), 4 avqust 1997 - 30 noyabr 1997 (4 ay), 2001-ci ilin yanvar ayı (1 ay), 2004-cü ilin noyabr ayı (1 ay) mühəndis işlədiyi dövrlər nəzərə alınmaqla 19 il 5 ay 14 gün təşkil edir. İddiaçının 1 yanvar 2006-cı ildən sonrakı dövr üzrə işlədiyi əmək stajı həm 3 saylı Bakı DOST Mərkəzinin təsdiqlədiyi sosial arayışın məlumatları, həm də məhkəmə sorğusuna əsasən verilmiş cavab məktublarından müəyyən olundu ki, 5 il 10 ay təşkil edir. Beləliklə, iddiaçının hər iki dövr (1 yanvar 2006-cı ilədək və ondan sonrakı dövr) üzrə ümumi stajı 57 yaşının tamam olduğu 4 iyun 2017-ci il tarixə 25 il 3 ay 14 gün (19 il 5 ay 14 gün + 5 il 10 ay) təşkil edir. İddiaçının 29 iyul 1983 - 1 may 1995-ci illərdə "xxxx" Zavodunda “qazançı” işlədiyi peşə (11 il 9 ay 2 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda

3. Metallurgiya istehsalatı” sahəsində qeyd edilmiş “metallurgiya avadanlığının təmiri ilə məşğul olan “qazançılar” peşəsinə, fiziki şəxslərin yanında işlədiyi “qaynaqçı” peşəsi (3 il 11 ay) isə həmin Siyahıda “35. Ümumi peşələr” bölməsində qeyd edilmiş “qaz qaynaqçıları” peşəsinə uyğun olmaqla, onun 57 yaşının tamam olduğu 4 iyun 2017-ci il tarixə xüsusi iş stajı 12 il 6 aydan artıq (15 il 8 ay 2 gün) təşkil edir.

19. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli 2-1(103)-106/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" ATSC-nin arxiv sənədlərinin 1998, 1999, 2000, 2002 və 2003-cü illərə dair əmək haqqı cədvəllərində iddiaçı barəsində heç bir məlumatın olmadığı və zərərli işlə bağlı olan güzəştlər barəsində Dövlət Arxivinin Bakı filialında hər hansı məlumatın saxlanmadığı məhkəmə araşdırması zam anı müəyyən edilmişdir. Məhkəmənin istinad etdiyi Siyahıda iddiaçının işlədiyi peşələr qeyd olunmamışdır. Belə ki, adıçəkilən Siyahıda metallurgiya avadanlığının təmiri ilə məşğul olan qazançılar peşəsi nəzərdə tutulmuşdur ki, iddiaçının işlədiyi sahə qeyd olunan sahəyə aid deyil. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 2 5 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd a rtelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

24. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər.

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyas iya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yox dur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Kassasiya şikayətinin dəlillərində cavabdeh bildirmişdir ki, "xxxx" ATSC-nin arxi v sənədlərinin 1998, 1999, 2000, 2002 və 2003-cü illərə dair əmək haqqı cədvəllərində iddiaçı barəsində heç bir məlumat yoxdur. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən hal işə apellyasiya instansiyası məhkəməsində baxılarkən araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək olan ümumi iş stajı 19 il 5 ay 14 gün təşkil edir. İddiaçının 1 yanvar 2006-cı il tarixindən sonra işlədiyi dövrlər (2006-2014 illərdə cəmi 70 ay) də nəzərə alındıqda 57 yaşının tamam olduğu 4 iyun 2017-ci il tarixinə onun ümumi iş stajı 25 il 3 ay 14 gün təşkil edir. Göründüyü kimi, "xxxx" ATSC-nin arxiv sənədlərinin 1998, 1999, 2000, 2002 və 2003-cü illərə dair əmək haqqı cədvəllərində iddiaçı barəsində heç bir məlumat olmasa da, iş materiallarına əlavə edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlar əsasında iddiaçının tələb edilən ümumi iş stajının mövcud olması öz təsdiqini tapmışdır.

32. İddiaçının tələb edilən (12 il 6 aydan artıq) güzəştli iş stajının olmaması barədə kassatorun dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının 29 iyul 1983-cü ildən 1 may 1995-ci ilədək "xxxx" Zavodunda işlədiyi “qazançı” peşəsi (11 il 0 ay 2 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “3. Metallurgiya is tehsalatı” sahəsində qeyd edilmiş “metallurgiya avadanlığının təmiri ilə məşğul olan qazançılar” peşəsində, fiziki şəxslərin yanında işlədiyi “qaynaqçı” peşəsi (3 il 11 ay) isə həmin Siyahıda “35.Ümumi peşələr” bölməsində qeyd edilmiş “qaz qaynaqçıları” peşəsinə uyğun olmaqla, onun 57 yaşının tamam olduğu 4 iyun 2017-ci il tarixinə xüsusi iş stajı 12 il 6 aydan artıq (15 il 8 ay 2 gün) təşkil edir.

33. Göründüyü kimi, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt – 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhk əməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-106/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 21(103)-106/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar